Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə19/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   15   16   17   18   19   20   21   22   23

50 

 

Yaradıcılıq intuisiyası çox geniş olan Tofiq Kazımovla, 



insan  qəlbinin  dərinliklərinə  nüfuz  etməyi  bacaran 

İ.Əfəndiyev  arasındakı  yaradıcılıq  əlaqələri  uzun  illər 

davam etmişdir. 

                            Bu vaxta qədər bir dramaturq və xırda hekayələr 

 müəllifi kimi tanınmış İ.Əfəndiyev 1958-ci ildə ilk dəfə 

iri  həcmli  "Söyüdlü  arx"  romanını  oxuculara  təqdim 

edir. Əsər yazıçıya böyük uğur qazandırdı.  

II Aparıcı:                      1953-1958-ci illərdə İ.Əfəndiyev Azərbaycan Yazıçılar 

 İttifaqında  nəsr  üzrə  məsləhətçi  vəzifəsində  çalışarkən 

ədəbiyyata  gələn  istedadlı gənclərin inkişafını  qayğı  ilə 

izləmiş, bacardığı qədər onların yeni əsərlərinin çapına, 

kitablarının buraxılmasına kömək göstərmişdi. 

                               İlyas Əfəndiyev1954-cü ildən etibarən Yazıçılar İttifaqı 

 Rəyasət  heyətinin  üzvü  olmuş,  1958-ci  ilin  axırlarında 

Yazıçılar  İttifaqı  idarə  heyətinin  məsul  katibi 

seçilmişdir.  İttifaqın  işində  yaxından  iştirak  edən  ədib, 

Respublika 

yazıçılarının  II  qurultayında  (1954) 

"Azərbaycan sovet dramaturgiyası", III qurultayında isə 

(1958)"Azərbaycan 

dramaturgiyasının 

inkişafı" 

mövzularında məruzələr etmişdir. 



I Aparıcı:                       İ. Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş 

 sənətkarlardandır.  Əgər  biz  onun  həyat  və  yaradıcılıq 

yolunun hər hansı bir ilini, yaxud qısa bir dövrünü ciddi 

xronoloji  ardıcıllıqla  izləsək,  maraqlı  bir  mənzərənin 

şahidi olarıq: yazıçı eyni bir qısa dövr ərzində hekayələr 

yazmaqla  yanaşı,  istedadlı  bir  dramaturq  kimi  də 

fəaliyyət  göstərir,  iri  həcmli  roman  və  povestlərlə 

bərabər  oçerklər  üzərində  də  işləyir,  publisistik 

məqalələr  qələm  almaqla  yanaşı,  konfrans  və 

qurultaylarda  məruzələrlə  çıxış  edir.  Bir  sözlə, 

İ.Əfəndiyevə 

hekayədən 

faciəyə, 

romandan 

komediyaya,  məqalədən  pyesə  keçmək  heç  də  çətinlik 

törətmir,  bu,  yazıçı  üçün  adi  bir  haldır.  İ.Əfəndiyev 

ədəbiyyatın  bütün  janrlarında  kamil  sənət  nümunələri 

yaratmışdır  ki,  bu  da  yazıçının  sənət  palitrasının 

müxtəlif  çalarlarından,  dünyagörüşünün  genişliyi  və 

yaradıcılıq intellektindən xəbər verir. 



II Aparıcı:                     1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi 

 fəxri adını almış İ.Əfəndiyevin yaradıcılığında 60-80-cı 

illər  ən  məhsuldar  dövr  hesab  olunur.  Bu  illərdə  onun 



51 

 

yaradıcılığında  janr  rəngarəngliyi  özünü  göstərir,  bir-



birinin  ardınca  iri  nəsr  əsərləri,  ciddi  ictimai-siyasi 

problemlər  qaldıran,  gözəl  mə‗nəvi  keyfiyyətlər 

aşılayan,  eyni  zamanda  müasir  Azərbaycan  nəsrinin 

yüksək  bədii-estetik  səviyyəli  nümunələri  kimi  şöhrət 

qazanmış "Körpüsalanlar" (1960), "Dağlar arxasında üç 

dost"  (1963),  "Sarıköynəklə  Valehin  nağılı"  (1976-78), 

"Geriyə  baxma,  qoca"  (1980),  "Üçatılan"  (1981)  kimi 

povest və romanlarını dərc etdirir, eyni zamanda maraqlı 

dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas 

kimi  məhsuldar  yaradıcılıq  yolu  keçir.  Bu  illərin 

məhsulu olan "Sən həmişə mənimləsən" (1964)pyesi ilə 

Azərbaycan  səhnəsində  lirik-psixoloji  dramanın  əsasını 

qoyur. Bu yolu uğurla davam etdirən dramaturq "Mənim 

günahım"  (1967),  "Unuda  bilmirəm"  (1968),  "Məhv 

olmuş  gündəliklər"  (1969),  "Qəribə  oğlan"  (1973), 

"Bağlardan gələn səs" (1976) və s. pyeslərini yazır.  



I Aparıcı:                      Ölməz sənət nümunələri kimi Azərbaycan dramaturgiyası 

 xəzinəsini  zənginləşdirən,  yüksək  vətəndaşlıq  pafosu, 

incə  lirizm  və  dərin  psixoloji  tapıntılarla  aşılanan  bu 

pyeslər  teatr  sənətimizdə  yeni  bir  mərhələ  açdı,  "İlyas 

Əfəndiyev teatrı" yaratdı. 

                              "İlyas Əfəndiyev teatrı"nın uğurlarından söhbət açarkən, 

 təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci 

ildə  olmuş  "Unuda  bilmirəm"  pyesi  1981-ci  ilə  qədər, 

yalnız  Azərbaycan  Milli  Teatrı  səhnəsində  350  dəfə 

oynanılmışdır.  İlyas  Əfəndiyev  1971-ci  ildə  Qırmızı 

əmək Bayrağı ordeni ilə təltif edilmişdir. 

II Aparıcı:                         Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha 

 çox  müraciət  edən  dramaturq,  1971-ci  ildə  mövzusu 

tarixi  keçmişimizdən  götürülmüş  "Mahnı  dağlarda 

qaldı"  pyesini  yazır.  Yeni  yaradıcılıq  uğuru  kimi 

qarşılanmış  bu  pyesə  görə  İ.Əfəndiyev  1972-ci  ildə 

Respublika Dövlət mükafatına layiq görülür. 

                             1974-cü ildə Respublikamızın ədəbi ictimaiyyəti 

 yazıçının  anadan  olmasının  60  illiyini  təntənə  ilə  qeyd 

edir.  Yubileylə  əlaqədar  olaraq  ədib  Oktyabr  İnqilabı 

ordeni  ilə  təltif  olunur.  Azərnəşr  onun  dörd  cildlik 

"Seçilmiş əsərləri"ni nəşr edir. 

I Aparıcı:                       Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət qazanmış 



52 

 

 İ.Əfəndiyev  Azərbaycan  Respublikası  Ali  Soveti 



Rəyasət  heyətinin  30  iyul  1979-cu  il  tarixli  fərmanı  ilə 

Xalq yazıçısı fəxri adına layiq görülmüşdür. 

                             Yazıçının anadan olmasının 70 illiyi Respublikamızda 

 qeyd olunarkən "Yazıçı" nəşriyyatı 1984-1985-ci illərdə 

oxucularına  gözəl  bir  hədiyyə  hazırlamış,  ədibin  6 

cildlik  "Seçilmiş  əsərləri"ni nəfis şəkildə 40  min  nüsxə 

tirajla çap etmişdir.  

II Aparıcı:                   60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı 

 illərdə də məhsuldar bir yazıçı kimi yazıb yaradır, hər il 

yeni-yeni  əsərlər  nəşr  etdirir,  təzə  pyeslərini  tamaşaya 

qoyurdu.  Sovet  rejimi  illərində,  partiya  qadağaları 

dövründə  deyə  və  yaza  bilmədiyi  bir  sıra  mövzuları 

cəsarətlə  ədəbiyyata  gətirir,  onları  yeni  zamanın 

kontekstində  oxuculara  təqdim  edirdi.  O.  "Hacı 

Axundun  cənnət  bağı  necə  oldu"  hekayəsini,  "Xan  qızı 

Gülsənubərlə  tarzən  Sadıqcanın  nağılı"  povestini  dərc 

etdirir,  "Şeyx  Xiyabani"  (1986),  "Bizim  qəribə 

taleyimiz"  (1988),  "Sevgililərin  cəhənnəmdə  vüsalı" 

(1989), "Tənha iydə ağacı" (1991), "Dəlilər və ağıllılar" 

(1992),  "Hökmdar  və  qızı"  (1994)  və  s.  pyeslərini 

tamaşaya  qoydurmuş,  bir  sıra  yeni  kitablarını  nəşr 

etdirmişdi. 

I Aparıcı:                          Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun 

 aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 

80  illiyini  təntənəli  surətdə  qeyd  etdi.  Ədəbiyyatın 

inkişafında 

xidmətlərini 

nəzərə 


alan 

müstəqil 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

yazıçını 

"Şöhrət"  ordeni  ilə  təltif  etdi.  Respublikamızın  sənət 

adamları  arasında  İ.Əfəndiyev  birinci  sənətkar  idi  ki, 

həmin  ordenlə  mükafatlandırılmışdı.  Heydər  Əliyev 

cənabları yazıçıya göndərdiyi təbrik məktubunda ədibin 

yaradıcılığına yüksək qiymət verərək yazmışdı: 

II Aparıcı:                      "Sizi-Azərbaycanın görkəmli dramaturq və nasirini 80 

 illik  yubileyiniz  münasibətilə  ürəkdən  təbrik  edirəm. 

Dünya  mədəniyyətinə  ölməz  dahilər  bəxş  etmiş  qədim 

Odlar  yurdunda  xalqın  məhəbbətini  qazanmaq,  sənət 

zirvəsinə  ucalmaq  olduqca  çətin  və  şərəflidir.  Siz 

fədakar 


əməyiniz 

sayəsində 

bu 

şərəfə 


nail 

olmuşsunuz.Oxucuların  sevə-sevə  mütaliə  etdiyi  nəsr 

əsərləriniz,  Milli  teatrımızın  səhnəsində  tamaşaya 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə