Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə21/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   15   16   17   18   19   20   21   22   23

56 

 

bütün  janrlarında  kamil  sənət  nümunələri  yaratmışdır  ki,  bu  da  yazıçının  sənət 



palitrasının  müxtəlif  çalarlarından,  dünyagörüşünün  genişliyi  və  yaradıcılıq 

intellektindən xəbər verir.  

5.    Özünəməxsus  yaradıcılıq  üsulu  ilə  XX  əsr  Azərbaycan  ədəbiyyatının 

əvəzolunmaz  simalarından  biri  kimi  tarixə  düşmüş  İlyas  Əfəndiyevin  zəngin 

nəsrinə ―Söyüdlü arx‖,‖Körpüsalanlar‖,‖Dağlar arxasında üç dost‖,‖Sarıköynəklə 

Valehin  nağılı,‖Geriyə  baxma,  qoca‖,  ―Üçatılan‖  və  s  roman  və  povestləri, 

dramaturgiyasına  ―İşıqlı  yollar‖,  ―Bahar  suları‖,‖Atayevlər  ailəsi‖,  ―Sən  həmişə 

mənimləsən‖,‖Mənim 

günahım‖, 

―Unuda 


bilmirəm‖, 

―Məhv 


olmuş 

gündəliklər‖,‖Qəribə  oğlan‖,‖Mahnı  dağlarda  qaldı‖,‖Bağlardan  gələn  səs‖və  s 

daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış,‖İlyas Əfəndiyev 

teatrı‖ yaratmışdır.  

6.  Ədibin  qəhrəmanları  ülvi  məqsədləri,  mübarizliyi,  xarakterlərinin  bütövlüyü, 

yaşadığı  hissilərin,  duyğuların  təbiiliyi  ilə  yaddaşlara  həkk  olunmuşlar.  60  –  cı 

illərdə  səhnəyə  gələn  gənclərin  püxtələşməsində  İ.  Əfəndiyevin  zəngin 

dramaturgiyasının böyük rolu olmuşdur.  

7.    Əsərlərinin  əksəriyyətini  sovet  dövründə  yazmış  İlyas  Əfəndiyev  hakim 

ideologiyanı  heç  vaxt  tərənnüm  etməmiş,  sadə  insanların  həyatını,  onların 

məhəbbətini,  arzu  və  istəklərini  böyük  ustalıqla  qələmə  almışdır.  Buna  görə  də 

onun  əsərləri  indi  də  coğrafi  sərhədləri  adlayaraq,  yeni  –  yeni  oxucu 

auditoriyalarının sevgisini qazanmaqdadır.  

8. Sənətkarın yaradıcılığında qarabağ mövzusu da əsas yer tutmuşdur. O, namərd 

qonşularımızın ötən əsrin 90 – cı illərində başlayan xəyanətkarlıqlarını, işğalçılıq 

hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləmiş, əsərlərində Qarabağın 

qədim tarixini əks etdirmişdir.  

9.  İlyas  Əfəndiyev  XX  əsrin ən  dəyərli  sənətkarlarındandır. XX  əsr bütün  bütün 

tarixi-ictimai 

və  mənəvi  mənzərəsi  ilə  İ.Əfəndiyevin  də  nəsr  və 

dramaturgiyasında öz parlaq əksini tapıb.  

10.  İlyas  Əfəndiyevin  istər  hekayə  və  romanları,  istərsə  də  dram  əsərləri  əsl 

poeziyadır. Bu əsərlərin qəhrəmanları olan yaşıdımız oğlan və qızlar poeziya dili 

ilə danışır. İlyas Əfəndiyevin poetik dilinə bir çox şairlərimiz həsəd aparmışlar.  

11. ―İlyas Əfəndiyev gələcəyin yazıçısıdır‖ – İlyas Əfəndiyev ona görə gələcəyin 

yazıçısı  ola  bildi  ki,  o,  keçmişə  düzgün  yanaşdı,  tarixə  istinad  edə  bildi.  Onun 

əsərlərində,  məsələn  ―Geriyə  baxma,  qoca  ―,‖Üçatılan‖,‖Xurşidbanu 

Natəvan‖,‖Hökmdar  və  qızı‖  və  s.  tarix  olduğu  kimi,  şübhəsiz,  obrazlı  tərzdə 

bədiiləşib.  Yazıçı  tarixin  özünü  yox,  obrazını  sədaqətlə,  tarixilik  prinsipi  ilə 

yaratmağa nail olmuşdur.  

12.  İlyas  Əfəndiyev  novator  sənətkardır‖  –  müəllifin  ikinci  metodoloji  çıxış 

nöqtəsi  belədir!  Novatorluq,  hər  şeydən  öncə  ,  ədibin  hadisələrə,  ənənələrə, 

gerçəkliyə, əşyalara yanaşma tərzində, münasibət üsulunda idi. O, XX əsr realist 

ədəbiyyatının  böyük  nümayəndəsi  idi.  Mənəvi  gözəllik  üçün  məsuliyyət  İ. 




57 

 

Əfəndiyevin mədəniyyət təliminin cövhərini təşkil edir. Bütün dünyaya – tarixə, 



insana  təbiətə,  sənətə  gözəllik  prizmasından  nəzər  salan  ədib  mədəniyyətə  də 

gözəlliyin saxlancı kimi dəyər vermişdir.  

13.

 

―İlyas  Əfəndiyev  cağdaş  milli  mədəniyyətə  böyük  təsir  göstərmiş 



şəxsiyyətlərdəndir‖  –  Ədibin  hekayə,  povest,  roman,  pyes  və 

kinossenarilərində  ayrı-  ayrı  dövrlər  ,  ictimai  –  sosial  mərhələlər,  fərqli 

bədii – estetik təmayüllər orqanik şəkildə bir – birinə calanır, bir – biriylə 

dil  tapır,  qarşılıqlı  surətdə  bir  –  birini  tamamlayır  və  Azərbaycan 

mədəniyyəti hüdudlarında hadisə statusu alır‖. 

14.


 

―İlyas  Əfəndiyev  teatrı  milli  özünüdərkin  və  milli  –  mənəvi  dəyərlərin 

güzgüsüdür‖  –  İlyas  Əfəndiyev  yarım  əsrə  yaxın  Azərbaycan  teatrının 

ağırlığını öz çiyinlərində aparıb, teatrımızı novator dramaturgiya ilə təmin 

edib.  O,  həm  nəsrdə,  həm  də  dramaturgiyada  lirik  –  psixoloji  üslubun 

banisi  idi.  İ.  Əfəndiyev  öz  ətrafında  fərdi  milli  –  mədəni  mühit  yaradan 

sənətkar idi.  

15.


 

İlyas  Əfəndiyev  öz  əsərlərində  Azərbaycan  xalqının  mədəni  –  mənəvi 

həyatını  onun  genetik  mənşəyindən  nəşət  edən  milli  özünüdərkini  , 

xalqımızın  tarixi  taleyini,  estetik  zövq  və  dünyaduyumunu  ,  sənət 

baxışlarını əks etdirməklə mədəni prosesə təkan vermişdir. Onun yaratdığı 

xarakterlər  qədim  türk  ruhu  məcrasında  formalaşıb,  qəhrəmanlıq,  qürur, 

ocağa  bağlılıq,  torpaq  təşəbbüsü    qədim  türk  imperatorlarının  əxlaqı  ilə 

bağlı  idi.  İlyas  Əfəndiyevin  əsərlərində,  xüsusən  ,  onun  qəhrəmanlarının 

davranışlarında  Vətən  əxlaqı  və  milli  əxlaq  vəhdətdə  çıxış  edir.  İlyas 

Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatının ən milli yazıçısıdır‖.  

16.

 

İlyas Əfəndiyev yazdığı dram əsərləri ilə Azərbaycan teatr səhnəsinə lirik – 



psixoloji üslub adlanan bir  yenilik gətirmişdir.  İlyas  Əfəndiyevin  fikrincə 

ədəbi tənqid ədəbiyyatın yol göstərənidir.  

17.

 

İlyas  Əfəndiyevin  arzusu  hər  kəsi  həqiqi  vətəndaş,  Vətənini  və  xalqını 



varlığından  artıq  sevən  və  bu  yolda  hər  şeydən  keçməyi  bacaran  insan 

görmək idi. İ. Əfəndiyev ədəbiyyatın əbədiyyətini fəth etmiş yazıçıdır.  

18.

 

Dilə  hakim  sənətkar-  Azərbaycan  ədəbiyyatının  klassiki,  qüdrətli  qələm 



sahibi İlyas Əfəndiyev özünəməxsus dəst – xətti, yüksək bədii dili və fərdi 

üslubu  olan  sənətkarlarımızdandır.  Azərbaycan  dilinin  zəngin  söz 

xəzinəsinə  ,  çoxçeşidli  çalarına,  bu  dilin  şəhdi-  şirəsinə  dərindən 

bələdliyindən  və  vurğunluğundandır  ki,  yazıçının  əsərləri  bədii  dilinin 

poetikliyi  ilə  seçilir.  İlyas  Əfəndiyevin  yaradıcılığı  xalqın  mənəvi 

sərvətindən qaynaqlanıb.  

19.

 

İlyas  Əfəndiyevin  bədii  əsərlərinin  dili  aydın  və  obrazlıdır,  zəngin  ifadə 



vasitələrinə və lüğət tərkibinə malik bir dildir.  

20.


 

 İlyas Əfəndiyevin əsərləri həyat dərsliyi, özü isə həyat müəllimidir.  

21.

 

 İlyas Əfəndiyevin obrazları qocalmayan qəhrəmanlar, onun özü isə ölməz 



insandır.  Yazıçı  sözə  necə  rəng  vuracağını  dəfələrlə  götür  –  qoy  etmiş, 

ədəbiyyatımızda  seçilən,  sevilən  və  insanın  mənəvi  aləminə  nüfuz  edən 

orijinal bir üslub formalaşdırmışdır.  



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə