Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə15/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

38 

 

dostlaşmağı bacarmayan İlyas bütün sirlərini, dərdlərini 



anası ilə bölüşərdi. 

Səhnədə  İlyas  Əfəndiyevin  anasının  rolunu  ifa  edən  oxucu  görünür.  Anası  ilə 

İlyas əllərində kitab mütaliə edirlər. İlyas üzünü tədbir iştirakçılarına tutub deyir:  

Ġ.Əfəndiyev:                "Anam keçmiş müsəlman qızları kimi, evdə mollakunə 

 adamlardan  dərs  almışdı.  Ərəb  və  rus  əlifbalarında 

yazıb  oxuyurdu.  Mütaliəni  çox  sevirdi.  Azərbaycan 

dilində  çıxan  kitabların,  demək  olar  ki,  hamısını 

oxumuşdu.  Mənə  ərəb  və  latın  əlifbalarında  yazıb 

oxumağı  da  o  öyrətmişdi.  Uşaq  vaxtı  anam  bizə 

oxuduğu 

kitablardan 

hədsiz-hesabsız 

əhvalatlar 

danışardı. Onun oxuyub bizə nağıl elədiyi "Ərmənusə", 

"İngilis  xanımı",  "Hind  racəsi",  "Rüstəm  və  Zöhrab", 

"Əlif  Leyla"  və  sairə  kitablar  indi  də  yadımdadır. 

Füzulinin  "Leyli  və  Məcnun"  əsərini  də  mən  ilk  dəfə 

anamdan  eşitmişdim.  Ümumiyyətlə,  anamız  çox  incə 

zövqə malik bir qadın idi. Dövrün ictimai hadisələrindən 

də baş çıxarırdı. Allahsız olmasa da, mollalardan zəhləsi 

gedərdi.  Məndə  güclü  mütaliə  həvəsi  məhz  anamın 

təsirilə oyanmışdır". 

I Aparıcı:                      Danışılan bu əhvalatlar, nağıl və əfsanələr İlyasın incə 

 qəlbinə  təsir  etmiş,  onun  sonralar  bir  yazıçı  kimi 

formalaşmasında mühüm rol oynamışdır.  

Ġ.Əfəndiyev:                    "...bunları bizə danışanda mənim xəyalımda heyrətli bir 

 aləm  yaranırdı  və  bu  aləmin  qəhrəmanları,  onların 

igidlikləri  uzun  zaman  gözümün  qabağından  getmirdi. 

Mən  onların  iztirabları  ilə  həyəcanlanıb  pərişan  olur, 

qələbələrinə  sevinirdim  və  getdikcə  xəyalımda  yaranan 

bu aləm mənə real həyatdan, təsadüf etdiyim insanlardan 

(yalnız anamdan başqa) daha artıq xoş gəlirdi... O aləm 

daha şirin, daha cazibədar görünürdü". 



I Aparıcı:                       İ.Əfəndiyevə "xoş gələn" bu sirli aləm sonralar onu öz 

 qoynuna  alır,  nənəsi  və  anasının  danışdıqları  və  cib 

dəftərlərinə  qeyd  olunan  "maraqlı  əhvalatlar"  bir  sıra 

bədii  əsərlərin  fabulasına  çevrilir.  Məsələn,  Fatma 

nənənin  danışdığı:  "Quşların  dilini  bilən  Süleyman 

padşah  bütün  quşlara  əmr  edir  ki,  hər  biriniz  mənə 

dünyanın ən gözəl quş balasını tapıb gətirin! Qarğa çox 

axtarır,  onlarla  quş  balasına  baxır,  axırda  özünün 

eybəcər  balasını  dimdiyinə  alıb  aparır  və  Süleyman 

padşaha deyir: Qibleyi-aləm! Dünyada bundan gözəl quş 




39 

 

balası  tapmadım"  –  əhvalatı  "Sağsağan"  hekayəsində 



qələmə  alınmışdır  –  və  yaxud,  məzmunu  "Kitabi-Dədə 

Qorqud"dan  gələn,  xalqımızın  yadelli  işğalçılara  qarşı 

mübarizəsindən söhbət açan digər bir əfsanə "Qarı dağı" 

hekayəsi  üçün  əsas  olmuşdur.  Yazıçının  1991-ci  ildə 

qələmə  aldığı  "Vəzir  Allahverdi  xan  və  Bəhlul 

Danəndə"  hekayəsindəki  əhvalat  da  anasının  danışdığı 

rəvayətlərdən götürülmüşdür. 

II Aparıcı:                      İ.Əfəndiyevin uşaqlıq və gənclik illəri bir tərəfdən belə 

 əfsanəli və rəvayətli mühitdə keçmişdisə, digər tərəfdən 

bolşevik  qaragüruhunun  və  kommunist  ideologiyasının 

ən  qatı  dövrünə  təsadüf  etmişdir.  Bütün  varlılar  kimi 

Əfəndiyevlər  ailəsi  də  dövrün  ədalətsizlikləri  ilə 

qarşılaşmışdır.  Bunlar  isə  İlyasın  qəlbində  dərin  iz 

salmışdır.  Yəqin  ki,  onun  ədəbi  qəhrəmanlarındakı,  elə 

yazıçının öz xarakterindəki kommunist və sovet rejiminə 

qarşı  narazılıq,  zamanın  tələbləri  ilə  barışmamaq  meyli 

elə buradan əmələ gəlmişdir. 



I Aparıcı:                        Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə 

 böyük  maraq  göstərmiş,  məktəbə  getməzdən  əvvəl 

yazıb-oxumağı  öyrənmiş,  çoxlu  kitablar  mütaliə 

etmişdir. 1921-ci ildə birinci sinifə gedən İlyas 1930-cu 

ildə  pedaqoji  təmayüllü  iki  dərəcəli  orta  məktəbi  əla 

qiymətlərlə  bitirmişdir.  Məktəbin  direktoru  Cəmil  bəy 

Vəzirov,  müəllimləri  Mehdi  Mehdizadə,  Cümşüd 

Zülfüqarlı, Bəylər Ağayev və b. idi. 

                            Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə 

kifayətlənməyən İ.Əfəndiyev dərsdən əlavə, müstəqil 

mütaliə yolu ilə çoxlu bədii kitablar, o cümlədən 

rus 


ədəbiyyatı 

klassiklərindən Aleksandr                

Puşkin, M.Y.Lermontov, A.P.Çexov,İ.Turgenev, Maksi

m  Qorki kimi  sənətkarların  dilimizə  tərcümə  olunmuş 

əsərlərini  mütaliə  etmiş,  eyni  zamanda  riyaziyyat  və 

fizika  elmlərinə  böyük  maraq  göstərmiş,  coğrafiyanı 

həvəslə  öyrənmiş,  böyük  səyyahların,  o  cümlədən 

R.Amundsen, 

Nansen, Xristofor 

Kolumb, Ameriqo 

Vespuççi kimi adamların həyatını diqqətlə izləmişdir. 

                           Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha 

                           çox maraqlandırırdı. 

 Ġ.Əfəndiyev:                "Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman 



40 

 

        haqqında çox danışılan professor Friçe, professor Koqan, 



        professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur 

ədəbiyyat  alimlərinin  əsərlərini  də  yorulmadan, həvəslə 

oxuyub  balaca  dəftərçələrdə  özüm  üçün  konspektlər 

çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor 

Friçe  kimi  böyük  ədəbiyyat  alimi  olmaq  xəyalı  ilə  hey 

həvəslənir, hey oxuyurdum". 



II Aparıcı:                   Dünya ədəbiyyatı və mədəniyyət sahəsində yüksək zirvəyə 

 qalxmış  onlarla  sənətkarların  həyatı  və  yaradıcılıq 

təcrübəsi bir daha sübut edir ki, böyük ədiblərin, rəssam 

və  bəstəkarların  formalaşıb  yetişməsində,  öz  xalqının 

qabaqcıl  elm  və  mədəniyyət  xadimi  səviyyəsinə 

yüksəlməsində  bir  sıra  mühüm  həyati  amillər  həlledici 

rol  oynamışdır.  "Sənətkarı  əhatə  edən  ictimai  ədəbi 

mühitin  bütün  mürəkkəblik  və  çoxcəhətliliyini 

öyrənmədən,  onun  müasirləri  ilə  əlaqələrinin  yerini  və 

mövqeyini 

dəqiq 

müəyyən 


etmədən 

yazıçının 

formalaşma  və  inkişaf  prosesini  doğru-düzgün 

mənalandırmaq çətindir, bəlkə də mümkün deyildir". 



I Aparıcı:               Əlbəttə, İ.Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, 

 ədəbiyyata,  elmə  böyük  maraq  göstərməsində,  hər 

şeydən  əvvəl,  ailə  tərbiyəsinin,  ata-ana  ocağının  çox 

mühüm  təsiri  olmuşdur.  Lakin  bu,  həlledici  səbəb  olsa 

da  yeganə  amil  deyildi.  Yazıçının  formalaşıb 

yetkinləşməsində,  bir  sənətkar  kimi  püxtələşməsində 

başqa  amillər  də  olmuşdur  ki,  bunlardan  oxuduğu  və 

dərs  dediyi  məktəbin  kollektivi,  boya-başa  çatdığı 

bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük 

həvəslə  izlədiyi  və  maraqla  mütaliə  etdiyi  "Qızıl  Araz" 

adlı rayon qəzeti, Füzulidə fəaliyyət göstərən xalq teatrı, 

ali  təhsil  aldığı  institut  həyatı,  işlədiyi  "Yeni  yol", 

"Kommunist" və "Ədəbiyyat qəzeti" redaksiyaları və ən 

nəhayət  Bakı  ədəbi  mühiti, Yazıçılar  İttifaqı çox  böyük 

təsir göstərmişdir. Düzdür, bu amillərin yazıçıya biri az, 

biri  çox  təsir  etmişdir,  lakin  onların  heç  biri  təsirsiz 

qalmamışdır. 

II Aparıcı:                  İ.Əfəndiyevi sənət aləminə aparan yolun başlanğıcı ailədən 

 və orta məktəbdən keçmişdir. Bu insan həyatının elə bir 

anıdır  ki,  yeniyetmə  gənc  konkret  və  müstəqil  biliyə 

yiyələnməyə,  ətrafda  baş  verən  hadisələri  dərk  etməyə, 

mütaliəyə maraq göstərməyə, əqli və zehni qabiliyyətini 

inkişaf  etdirməyə  başlayır.  Bu  yolun  uğurlu 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə