Azərbaycan respublġkasi əMƏK


Beynəlxalq Reabilitasiya (BR)



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   17   18   19   20   21   22   23   24   25

 

Beynəlxalq Reabilitasiya (BR) 

Rehabilitation İnternational (Rİ) 

 www.rislobal.ors 

Daha  güclü  inklyuziv  cəmiyyətin  yaradılması  naminə  əlilliyi olan insanların 

gücləndirilməsi  və onlarm  problemləri  ilə  bağlı  davamlı həll  yollarıın  təklif  edən 

beynəlxalq şəbəkə. Dünyanın yüzdən çox ölkəsində və bütün qitələrində fəaliyyət 

göstərən  şəbəkənin  tərkibində  əlilliyi  olan  şəxslər,  xidmət  göstərənlər,  dövlət 

qurumları, akademik isçilər, tədqiqatçılar və vəkilliklə məşğul olan şəxslər təmsil 

olunub. Şəbəkə əlilliyi olan insanların və onların ailə üzvlərinin zəruri xidmətlərə 

çıxışının  yaradılması  və  ya  səviyyənin  artırılması  daxil  olmaqla,  əlilliyi  olan 

insanların  hüquqlarını  qoruyur.  Bundan  başqa  BR  beynəlxalq,  regional  və  ölkə 

səviyyəsində  səmərəli  siyasətlərin  keçirilməsini  və  qanunvericiliyin  qəbul 

olunmasını  təmin  etmək  məqsədilə  maraqlı  tərəflər  və  vəkillər  arasında 

əməkdaşlığın  təşviq  olunması  ilə  məşğuldur.  Şəbəkənin  nailiyyətləri  sırasında 

əlillik  üzrə  ilk  qlobal  sorğunun  keçirilməsini,  icmaəsaslı  reabilitasiyanın 

konseptual  bazasının  işlənib  hazırlanmasını,  əlilliyi  olan  qadınlar  üçün  ilk 

özünüdəstək qruplarının və mikrokredit təşkilatının yaradılması, habelə Beynəlxalq 

Çıxış Simvolunun (İnternational Acce Symbol) işlənib hazırlanmasını qeyd etmək 

olar. 

 

Beynəlxalq Spinal Dizrafizm və Hidrosefaliya  



Federasiyası (BSDHF) 

International   Federation   for   Spina   Bifida   and 

Hyudrocefalus 

www. ifslobal. org 

1979-cu ildə spinal dizrafızm və hidrosefaliya ilə yaşayan insanlar və onların 

ailələri  tərəfindən  təsis  olunmuş  təşkilat.  Təşkilatın  missiyası  ilkin  qarşısı  alınma 

tədribləri vasitəsilə spinal dizrafızm və hidrosefaliya hallarının azaldılması, habelə 

insan  haqları  barədə  maarifləndirmə,  siyasət  vəkilliyi,  tədqiqat  və    icma 

quruculuğu  yolu    ilə    spinal  dizrafizm  və  hidrosefaliya  ilə  yaşayan  insanların  və 

onların ailə üzvlərinin həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Təşkilatın hədəfləri 

sırasında  spinal  dizrafızm  və  hidrosefaliya  ilə  yaşayan  insanların  təməl  insan 

haqlarının  qorunması  ilə  bağlı  beynəlxalq  və  milli  təşkilatların  dəstəklənməsi, 

həmin insanlarla əlaqəli olan təşkilatların beynəlxalq şəbəkəsinin yaradılması, qeyd 

olunan  nozologiyalarla  bağlı  əhali  arasında  düzgün  məlumatların  yayılması,  ilkin 

qarşısı  alınma  tədbirləri  sahəsində  fəaliyyət  göstərən  qurumların  dəstəklənməsi, 

həmçinin  yuxarıda  qeyd  olunan  sahələrdə  bilik,  məlumat  və  yaxşı  təcrübələrin 

mübadiləsinin  təşkilini  qeyd  etmək  olar.  Təşkilal  Beynəlxalq  Əlillik  Alyansının 

üzvüdür. 

 

 



 

 

 




Beynəlxalq Zəif EĢidən Ġnsanların Federasiyası (BZEĠF) 

International   Federation of Hard of Hearing People 

 (İFHOH) 

 www.ifhoh.ors 

Xeyriyyəçiliklə məşğul oları qeyri-siyasi təşkilat. Təşkilat müxtəlif yaşda olan 

zəif eşidən insanlara və onların ailələrinə yardım göstərir. Təşkilatın benefisiarları 

sırasında, həmçinin, eşitmə qabiliyyətini itirmiş böyükləri, tinit və ya Menyer xəs-

təliyindən  əziyyət  çəkən  insanları  və  koxlear  implantı  ilə  yaşayan  insanları  qeyd 

etmək  olar.  BZEİF  zəif  eşidən  insanların  təşkilatları  arasında  əməkdaşlıq  və 

məlumat  mübadiləsi  platfbrmasını  yaradır,dünyada  zəif  eşidən  insanlar  arasında 

daha  təkmil  anlaşmanı  təmin  edir,  eşitmə  problemləri  ilə  bağlı  araşdırma  və 

tədqiqatları  təşviq  edir,  dəstəkləyir  və  onlarda  iştirak  edir.  Kommunikasiyalar, 

təhsil,  məşğulluq  və  zəif  eşidən  insanları  gündəlik  həyatda  narahat  edən  digər 

problemlərin həlli ilə bağlı fəaliyyətləri dəstəkləyir və s. 

 

BirləĢmiĢ ġtatların Əlillik üzrə Beynəlxalq ġurası (BġƏBġ) 



United States  International  Council  on  Disabilities 

(USICD) 

www.usicd.ors 

Əlillik  məsələləri  ilə  bağlı  beynəlxalq  gündəmin  formalaşması  ilə  əlaqəli 

vəkillik  və  aksiya  fəaliyyəti  ilə  məşğul  olan  və  ABŞ-da  yerləşən  qeyri-hökümət 

təşkilatlaının,  federal  agentliklərin  və  fərdlərin  federasiyası.  BŞƏBŞ  öz  geniş 

şəbəkəsi  vasitəsi  ilə  ABŞ-da  və  beynəlxalq  səviyyədə  əlilliklə  bağlı  ən  zəruri 

məsələlərin  qaldırılması  və  onların  həll  olunması  ilə  bağlı  vəkillik  sahəsində 

fəaliyyət  göstərir.  BŞƏBŞ  Əlilliyi  olan  İnsanların  Hüquqları  haqqında  Kon-

vensiyanın  müddəalarının  ABŞ-da  və  beynəlxalq  aləmdə  tətbiq  olunması  üzrə 

fəaliyyət göstərir, habelə bir çox layihələri, o cümlədən, Beynəlxalq Əlillik Haqları 

Kitabxanasını,  Gənclər  Beynəlxalq  İnkişafda  və  Münasibətlərdə,  ABŞ-ın 

Beynəlxalq Münasibətlərində Əlillik İnklyuziyası və s. icra edir. 

 

Börton Blat Ġnstitutu (BBĠ) 



Burton Blatt İnstitute (BBİ)  

http://bbi.syr.edu 

Baş qərargahı ABŞ-ın Sirakyuz Universitetində yerləşən və qlobal səviyyədə 

əlilliyi  olan  şəxslərin  vətəndaş,  iqtisadi  və  sosial  iştirakçılığının  artırılması 

sahəsində  fəaliyyət  göstərən  elmi  təsisat.  Əlillik  haqqında  qanunvericiliyin 

təkmilləşdirilməsi  üzrə  araşdırmalar  aparır,  müxtəlif  təqaüd  proqramları  və 

tədqiqat  layihələri  mövcuddur.  BBİ  nəzdində  Əlillik  Qanunvericiliyi  üzrə  İşləyən 

Vəkillər  Kollegiyası  (Disability  Pvights  Bar  Association,  DRBA)  da  fəaliyyət 

göstərir. 

 

Dünya Əlillik Ġnstitutu (DƏĠ) 

World Institute on Disability (WID) 

 www.wid.ors 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə