Təkərli oturacaq - fiziki məhdudiyyətli və ya əlilliyi səbəbindən yeriyə
bilməyən şəxslərin istifadə etdikləri oturacaq.
Torako Lumbo Sokralortez - döş-bel-omba nahiyələrini əhatə edən onurğa
ortezi olub pasientə fərdi olaraq hazırlanır. Ön hissədə sinə nahiyəsinə basqı verən
hiperekstension
elementlə
təchiz
olunmuşdur. Onurğa sütununun tam
stabilizasiyası üçün istifadə olunur.
Tutor - əl və bilək üçün (uşaq), sağ dirsəkdən yuxarı qol protezi.
Total diz protezi - əyri olan ayaqları düzəltmək, ağrısız yerimək və nərdivan
çıxmaq, gecələri rahat yatmaq və günlük normal həyata dönmək üçün vasitə.
Xəstə daĢıma lifti - güc tətbiq etmədən 320 kiloqarama qədər olan xəstəni
yatağından götürüb stula və təkərli arabasına, hamama və digər yerə apara bilir.
Əlillik məsələləri üzrə fəaliyyət göstərən
beynəlxalq TƏSĠSATLAR
Auıtizm Sindromlu Ġnsanların Özünüvəkillik ġəbəkəsi (ASAN)
Autism Self Advocacy Network (ASAN)
http://autisticadvocacy. Org
2006-cı ildə təsis olunan və autizm sindromlu insanların idarə etdiyi
təşkilatdır. Təşkilatın əsas fəaliyyətləri vəkilliyin dəstəklənməsi vasitəsilə
cəmiyyətdə inklyuziyanın təmin olunması, məktəb sistemində və iş yerlərində
hamı üçün bərabər imkanların yaradılması, autizmdən əziyyət çəkən insanların
bütün xidmətlərə çıxışının təmin olunması, insanlar arasında müxtəlifliyin qəbul
edilməsi, autizmdən əziyyət çəkən insanların qarşısında duran maneələrin qət
olunması, dövlət siyasətində iştirak və qərarların qəbul olunmasıdır.
Beynəlxalq Autizm ġəbəkəsi (BAġ)
Autism Network International (ANI)
http://www.autreat.com/intro.html
Autizm sindromu ilə insanların idarə etdiyi və onların mənafelərini qoruyan
vəkillik təşkilatıdır. Təşkilatın əsas məqsədləri autizmdən əziyyət çəkən insanlarla
məlumatın mübadiləsi, həmkar yardımı, problemlərin həlli ilə əlaqədar məsləhət
xidmətlərinin göstərilməsi; autizm sindromlu insanların hamıının müvafıq
xidmətlərə çıxışının təmin olunması və onların vətəndaşlıq hüquqlarının müdafiəsi;
sosial praktiki təcrübələrdə iştirakının təmin olunması üzrə yardımın göstərilməsi;
autizmdən əziyyət çəkən insanların valideynlərini və müəllimlərini təlimatlarla
təmin olunması və ictimaiyyətin autizm sindromlu insanlar haqqında
maarifləndirilməsidir.
Beynəlxalq Daun Sindromu TəĢkilatı (BDST)
Down Syndrome International (DSI)
www.ds-int.org
Dünyada Daun sindromu ilə yaşayan insanların həyat keyfıyyətinin
yaxşılaşdırılması, habelə həmin insanların yaşadığı icmalarda dəyərli və
bərabərhüquqlu üzv kimi qəbul olunması və onlara məxsus haqların təsdiq
olunması sahəsində fəaliyyət göstərən, Böyük Britaniyada yerləşən xeyriyyə
təşkilatıdır. Təşkilat Daun sindromu ilə yaşayan insanlara, onların ailələrinə, onları
dəstəkləyənlərə və mütəxəssislərə məlumat, dəstək və resurslar təqdim edir. Daun
sindromu ilə yaşayan insanların beynəlxalq aləmdə mövqelərini təmsil edir və bu
səpgidə beynəlxalq kommunikasiyaları və əməkdaşlığı dəstəkləyir. Daun sindromu
ilə bağlı məlumatlandırma səviyyəsini artırır və həmin sindromla yaşayan
insanların potensialı haqqmda məlumat yayır. Təşkilat Beynəlxalq Əlillik Alyan-
smm üzvüdür.
Beynəlxalq Əlillik Alyansı (BƏA)
International Disability Alliance (IDA)
ın
www.internationaldisabilitvalliance.org
Hal-hazırda öz sıralarında səkkiz beynəlxalq və dörd regional təşkilatı
birləşdirən və qlobal səviyyədə Əlilliyi olan İnsanların Hüquqları haqqında
Konvensiyanın müddəalarının effektiv və tam tətbiqini dəstəkləyən, habelə milli,
regional və beynəlxalq səviyyədə əlillik təşkilatlarının fəal və əlaqələndirilmiş
fəaliyyətləri vasitəsi ilə BMT sistemində icra olunan fəaliyyətlərin və proqram-
ların yuxarıda qeyd olunan Konvensiyanın müddəalarına uyğunluğunu təmin edən
təşkilatdır. Alyans Konvensiyanın, həmçinin, ratifıkasiyasına, tətbiqinə və
monitorinqinə yönəlmiş fəaliyyətləri dəstəkləmək məqsədilə bir çox ölkələrdə,
xüsusən də inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən əlillik təşkilatlarının bilik və
bacarıqlarının artırılması ilə bağlı öhdəlikləri yerinə yetirir.
Beynəlxalq Əlillik və Ağız BoĢluğu Sağlamlığı Asossiasiyası (BƏABSA)
International Association for Disability and Oral Health(İADH)
www.iadh.ors
1971-ci ildə Atlantik-Sitidə keçirilən "Əlillər üçün Stomatologiya üzrə
Beynəlxalq Konqres"də təsis olunan təşkilat əlilliyi olan insanların ağız boşluğu
sağlamlığı sahəsində fəaliyyət göstərir. Yarandığı zaman Beynəlxalq Əlillər
üçün Stomatoloji Xidmət Asossiasiyası adlanan təşkilat daha sonra adını dəyişərək
Beynəlxalq Əlillik və Ağız Boşluğu Sağlamlığı Asossiasiyası adlanmağa başladı.