Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın



Yüklə 252,62 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix23.10.2017
ölçüsü252,62 Kb.
#6413
1   2   3   4

4

Allah rəhmət eləsin

Naxçıvan Muxtar Respublikası Doğum 

Mərkəzinin həkimlərindən Nəzakət 

Quliyeva, Bəhriyyə Novruzova, İlhamə 

Nəsirova, Bəhriyyə Əliyeva, Bilqeyis 

Ələsgərova və Şəhla Əzimova həkim 

Bəxtiyar Hüseynova, anası

MAXMƏR XANIMIN

vəfatından kədərləndiklərini bildirir 

və dərin hüznlə başsağlığı 

verirlər.

Naxçıvan Muxtar Respublikası Doğum 

Mərkəzinin baş həkimi Kəmalə Qurbanova

və mərkəzin həkimlərindən Nüşabə Əliyeva, 

Nəzakət Gülməmmədova, Səkinə 

Abutalıbova və Hafizə 

Mirzəyeva həkim Bəxtiyar Hüseynova,

anası

MAXMƏR XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin

hüznlə başsağlığı verirlər.

Asan hesab edilməyən 

Asan hesab edilməyən 

rəqib – “Şəmkir”

rəqib – “Şəmkir”

“A

“A

raz-Naxçıvan” çıxış

etdiyi 2000-2001 və

2001-2002-ci illər mövsümlərində

“Şəmkir”lə  4  dəfə  qarşılaşmış,

onların  2-də  məğlub  olmuş,  bu

arenada keçirilən görüşdə isə he-

sab  açılmamışdır.  Həmin  dövr

şəmkirlilərin ən parlaq illəri hesab

edilirdi.  Belə  ki, Azərbaycanın

ən istedadlı futbolçularını heyə-

tinə cəlb edən qərb klubu məhz

bu  iki  mövsümdə  çempionluq

sevinci yaşamışdır. Bununla ya-

naşı, “Qızıl oyun”la çempion ol-

duğu  dövrdə  şəmkirlilər  Çem-

pionlar Liqasında böyük əzmkar -

lıq göstərmiş və tur adlamışdır.

Elə 2001-2002-ci il mövsümünü

də lider kimi başa vuran şəmkir-

lilər yenə UEFA kubokunda ba-

xımlı oyunları ilə yadda qalmış-

dılar. Belə bir komandaya qarşı

oynamaq, təbii ki, yeni formalaşan

bir klub üçün asan deyildi. 

    Daha çox hücum futbolu oy-

nayan  “Şəmkir”in  Naxçıvanda

bir qədər müdafiətipli oyuna üs-

tünlük  verəcəyi  gözlənilən  idi.

Çünki  qərb  klubu  yaxşı  bilirdi

ki,  muxtar  respublikadan  xalla

qayıtmaq mümkün olmayacaq.

Odur ki, komandanın məşqçisi

Ruslan Abbasov ən yaxşı halda

qapılarından daha az qol burax-

mağı yetirmələrinə tapşırmışdı.

Meydana komandanın əsas fut-

bolçularını buraxan baş məşqçi

4-2-3-1  taktikasını  seçmişdi.

Oyunu rəqibi əks-hücumda tutma

taktikasında  quran  Ruslan Ab-

basov eyni zamanda müdafiəni

də gücləndirmişdi. Baş məşqçi

bütün oyunu Vüsal İbrahimovun

üzərində qurmuşdu.

Hər iki hissənin qalibi –

Hər iki hissənin qalibi –

“Araz-Naxçıvan”

“Araz-Naxçıvan”

“A

“A

raz-Naxçıvan”a gə-

lincə,  ilk  matçda

4-5-1 taktikasına üstünlük verən

baş  məşqçi  Əsgər  Abdullayev

bu görüşdə bir qədər dəyişiklik

etmişdi.  Onun  belə  addım  at-

masına əsas səbəb komandanın

kapitanı  Emin  İmaməliyevin

zədəli olması və meydana çıxa

bilməməsi  idi.  Emin  İmaməli -

yevin  işi  isə  meydanda  Eşqin

Quliyevə həvalə olmuşdu. Bütün

hücumları Eşqin Quliyevin üzə-

rində quran Ə. Abdullayev həm-

çinin cinahlardan da rəqibin mü-

dafiəsini yarmağı düşünmüşdü.

Bəxtiyar Soltanov, Elgün Abbaslı

və  Elmin  Çobanov  hücumun

sivri ucunda Rəhman Musayevə

dəstək olmaqla yanaşı, rəqib qa-

pıya  tez-tez  zərbələr  endirmək

tapşırığını almışdılar. İlk oyundan

fərqli olaraq, bu dəfə qapını qo-

rumağı baş məşqçi Nicat Əliyevə

tapşırmışdı.  Müdafiənin  dörd-

lüsündə  isə  Mikayıl  Rəhimov,

Cavid Həsənov, Ruslan Abıyev

və Əlimirzə Daşzərini nəyə qadir

olduqlarını göstərdilər.  

    Oyun “Araz-Naxçıvan” üçün

yaxşı başladı. Elə ilk dəqiqələr-

dən hücuma atılan qırmızı-ağlar

rəqib qapısı önündə lövbər sal-

mağa  başladılar.  Daha  çox  ci-

nahlardan  gələn  asmaları  hava

mübarizəsində qazanan koman-

damız hesabı 18-ci dəqiqədə aç-

mağa müvəffəq oldu. Sol cinahda

“Şəmkir”in kobud oyunu haki-

min diqqətindən yayınmadı. Tə-

yin  olunmuş  cərimə  zərbəsini

isə  Əlimirzə  Daşzərini  birbaşa

qapıya  göndərməklə  tablodakı

sıfırları dəyişdi. Qeyd edək ki,

bu,  Əlimirzənin  “Araz-Naxçı-

van”ın heyətində üçüncü qoludur.

Qoldan ruhlanan meydan sahib-

ləri  hücumlarının  sayını  daha

da artırmağa başladılar. Cinahdan

edilən asmalarda Ruslan Abıyev

hamıdan  yüksəyə  tullansa  da,

top qapıdan aralı keçdi. 

    Oyunun  gedişində  bütün

komponentlərdə  üstün  olan

“Araz-Naxçıvan” ilk hissədə bir

qədər maraqlı addım atdı. Belə

ki, baş məşqçi Əsgər Abdullayev

əvvəlcə 32-ci dəqiqədə Fərman

Qəmbərovu  Elgiz  Kərimli  ilə

əvəzlədi və orta xətdə liderliyi

ələ  keçirməyə  müvəffəq  oldu.

İlk hissənin başa çatmasına bir

dəqiqə qalmış isə Rəhman Mu-

sayev Amil Həsənovla əvəzlən-

di. A.Həsənovun oyun təcrübə-

sinin bir qədər az olması həmin

cinahda “Şəmkir”li futbolçuların

rahat  hərəkət  etməsinə  səbəb

oldu.  İlk  hissədə,  demək  olar

ki, muxtar respublika klubu bir

neçə epizodda hesab arasındakı

fərqi  artıra  bilərdi.  Xüsusilə

Bəxtiyar Soltanovun sağ cinah-

dan etdiyi driblinqlər və verdiyi

ötürmələr alqışlarla qarşılandı.

    İkinci hissə də komandamızın

hücumları ilə başladı. Bir qədər

hücumameyilli futbol oynamağa

başlayan “Araz-Naxçıvan” rəqib

qapıçını  daha  çox  cinahlardan

narahat edirdi. Belə hücumların

birində  qapıçı  ilə  üzbəüz  qalan

Bəxtiyar Soltanov qırmızı-ağların

heyətində ilk qoluna imza atdı.

O, müdafiəçiləri geridə qoyaraq

topu  qapıçının  başı  üzərindən

tora göndərdi – 2:0. Bu qol həm

də komandamızın bir qədər sakit

oynamasına səbəb oldu. Yarım-

müdafiə xəttində Eşqin Quliyevi

Akif Tağıyevlə əvəzləyən Əsgər

Abdullayev  yetirmələrinə  daha

çox  uzaqdan  zərbələrlə  hesabı

artırmağı tapşırdı. Bir epizodda

Amil  Həsənov  qola  yaxın  olsa

da, buna bir qədər dəqiqlik çat-

madı.  Ancaq  “Araz-Naxçıvan”

istəyinə 71-ci dəqiqədə nail oldu.

Epizodların birində cərimə mey-

dançasında yaranan qarışıqlıqdan

Bəxtiyar Soltanov layiqincə isti-

fadə  etdi.  O,  qapıçıdan  dönən

topu  boş  qapıya  göndərməklə

oyunda  dublunu  rəsmiləşdirdi.

Artıq qələbəni tam olaraq sığor-

talayan qırmızı-ağlar son 10 də-

qiqədə  daha  iki  dəyişiklik  etdi.

Hesabı  qorumaq  istəyən  Əsgər

Abdullayev  hücumçunu  müda-

fiəçi ilə əvəzlədi. Ancaq son də-

qiqədə qapıçı Nicat Əliyevin ko-

bud səhvindən “Şəmkir” bacarıqla

istifadə  etdi.  N.Əliyevin  uzaq-

laşdırmaq istədiyi top “Şəmkir”li

Vüsal İbrahimovun qarşısına düş-

dü. O da boş qapını dəqiq nişan

almaqla  hesab  arasındakı  fərqi

ikiyə endirdi. Bundan sonra oyun-

da  başqa  qol  olmadı  və  “Araz-

Naxçıvan”  ilk  rəsmi  “ev”  oyu-

nunda rəqibi məğlub etməyi ba-

cardı – 3:1. Bu qələbədən sonra

komandamız 2 oyundan maksi-

mum xalla (6 xal) “Neftçala” və

“Qaradağ  Lökbatan”la  birlikdə

liderlər cərgəsində qərarlaşıb.

    Qeyd edək ki, “Araz-Naxçı-

van” növbəti oyununu sentyabrın

29-da  səfərdə  keçirəcək.  Ko-

mandamızın  budəfəki  rəqibi

İmişli təmsilçisi “Mil-Muğan”dır.  



Baş məşqçilərin fikirləri...

Baş məşqçilərin fikirləri...

R

R

uslan  Abbasov  (“Şəm-

kir”in  baş  məşqçisi):

“Oyun  istədiyimiz  kimi  başla-

madı. Birinci qoldan sonra fut-

bolçularım sanki özlərini itirdilər.

Əgər ilk hissədə hesabı bərabər-

ləşdirə bilsəydik, o zaman oyun

başqa  cür  olardı.  Ancaq  alın -

madı. Komandanın növbəti tur-

larda daha inamlı oynayacağını

düşünürəm.  “Araz-Naxçıvan”a

qarşıdakı  oyunlarda  uğurlar

arzulayıram”.

    Əsgər  Abdullayev  (“Araz-

Naxçıvan”ın baş məşqçisi): “İlk

olaraq, futbolçularımızı, stadiona

gələn bütün azarkeşləri qələbə

münasibətilə təbrik edirəm. İlk

“ev” oyununda qələbə qazanmaq

istəyirdik,  buna  da  nail  olduq.

Hesab daha böyük olardı, ancaq

bir qədər səhvlərimiz oldu. İndi

bu səhvlər üzərində çalışıb digər

oyunlarda bunu təkrarlamaq is-

təmirik.  Oyunçuların  hər  biri

meydanda  əzmkarlıq  göstərdi.

Qarşıdakı  oyunlara  hazırlaşıb

qələbələrimizi davam etdirmək

istəyirik”.



Ceyhun MƏMMƏDOV



B

B

irinci divizionun ikinci turunda “Araz-Naxçıvan”

futbol komandası ilk rəsmi “ev” oyununda Şəmkirin

eyniadlı komandasını sentyabrın 22-də Naxçıvan Muxtar

Respublika  Stadionunda  qəbul  etdi.  İlk  turda  başqa  bir

qərb təmsilçisi “Turan T”-ni məğlubiyyətə uğradan muxtar

respublika  klubu  bu  matçda  da  qələbəni  bayram  edib,

liderlər  qrupunda  qərarlaşmaq  istəyirdi.  Odur  ki,  “ev”

oyunu qırmızı-ağlar üçün böyük önəm kəsb edirdi. Xüsusilə

12  il  bundan  öncə  bu  arenada  “Şəmkir”ə  məğlub  olan

komandamız bu dəfə mütləq qələbə qazanmalı idi.

    Muxtar  respublikamızda  sağlamlıq

imkanları  məhdud  uşaqların  hüquqla-

rının təmin olunması, sağlamlıqlarının

qorunması, tibbi-sosial reabilitasiyala-

rının təşkili həyata keçirilən sosial si-

yasətin  əsas  istiqamətlərindən  biridir.

Bu kateqoriyadan olan uşaqların xarici

ölkələrdə  müalicəsi  də  daim  diqqət

mərkəzində  saxlanılır.  Sentyabrın

22-də muxtar respublikadan 18 yaşadək

sağlamlıq  imkanları  məhdud  8  uşaq

valideynləri ilə birlikdə Ukrayna Res-

publikasının Evpatoriya şəhərində fəa-

liyyət göstərən sanatoriyaya müalicəyə

göndərilib. Uşaq serebral iflici diaqnozu

qoyulmuş sağlamlıq imkanları məhdud

uşaqlar bu sahə üzrə ixtisaslaşmış rea-

bilitasiya  mərkəzində  müalicə  kursu

keçəcəklər.

    Qeyd  edək  ki,  bu  ayın  əvvəlində

nazirliyin  təşkilatçılığı  ilə  8  sağlamlıq

imkanları məhdud uşaq həmin sanato-

riyaya müalicə üçün göndərilib.



Naxçıvan Muxtar Respublikası Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

mətbuat xidməti

Sağlamlıq imkanları məhdud uşaqlar müalicə

üçün Ukrayna Respublikasına göndəriliblər

    Naxçıvan Diaqnostika-Müalicə Mər-

kəzində xroniki böyrək çatışmazlığının

müalicəsində müasir üsulların tətbiqinə

dair elmi-praktik seminar keçirilmişdir.

    Mərkəzin baş həkiminin müalicə işləri

üzrə müavini Zaur Həsənov tədbiri giriş

sözü ilə açaraq dünyada xroniki böyrək

çatışmazlığı  ilə  xəstələnmə  hallarının

durmadan artdığı bir dövrdə müasir müa-

licə üsullarının tətbiqinə daha geniş yer

verilməsinin zərurətə çevrildiyini bildir-

mişdir. Qeyd olunmuşdur ki, hazırda bir

sıra  ölkələrdə  hər  1  milyon  nəfərdən

800-1400-ü  xroniki  böyrək  çatışmazlı-

ğından əziyyət çəkir. Onlardan 250-750

nəfərinə  hemodializ  müalicəsi  tətbiq

edilir. Dializ böyrək çatışmazlığının əsas

əvəzedici üsulu olub, xəstənin həyatının

xilas edilməsinə, ömrünün uzadılmasına

və səhhətinin yaxşılaşmasına xidmət edir.

    Ölkəmizdə dializ yardımının təkmil-

ləşdirilməsi  və  keyfiyyətinin  yaxşılaş-

dırılması üçün dövlət tərəfindən bir sıra

əhəmiyyətli  tədbirlər  həyata  keçirilir.

2006-cı ildən “Xroniki böyrək çatışmaz-

lığı üzrə Tədbirlər Proqramı”nın qəbulu

ilə  əlaqədar  xəstələrin  dövlət  təminatı

hesabına  ixtisaslı  müalicəsi  və  dərman

təchizatı  mümkün  olmuşdur.  Hazırda

respublikamızın  22  dializ  mərkəzində

1600-dən  artıq  xəstə  dövlət  vəsaiti  he-

sabına dializlə təmin olunur. 

    Tədbirdə vurğulanmışdır ki, Naxçıvan

Diaqnostika-Müalicə Mərkəzi funksional

və başqa tədqiqat metodlarından istifadə

etməklə müayinəni həyata keçirən aparıcı

tibb müəssisəsi rolunu oynayır. Hazırda

burada 10, Naxçıvan Muxtar Respublika

Xəstəxanasında 3, Ordubad Rayon Mər-

kəzi  Xəstəxanasında  2,  Culfa  Rayon

Mərkəzi Xəstəxanasında 2, Şərur Rayon

Mərkəzi Xəstəxanasında 3 dializ cihazı

fəaliyyət  göstərir.  Bu  günlərdə  açılışı

olacaq Babək Rayon Mərkəzi Xəstəxa-

nasında da 2 dializ aparatı tibbi heyətin

istifadəsinə veriləcəkdir.

    Bildirilmişdir ki, muxtar respublika-

mızda  yaşayan  77  xəstənin  53  nəfəri

Naxçıvan Diaqnostika-Müalicə Mərkə-

zində hemodializ müalicəsi almaqdadır.

İl ərzində, əlavə olaraq, muxtar respublika

qeydiyyatında olmayan və ya bura qonaq

gəlmiş 42 xəstəyə dializ müalicəsi həyata

keçirilmişdir. Bütövlükdə, ilin əvvəlindən

bəri Naxçıvan Diaqnostika-Müalicə Mər-

kəzində 4823 hemodializ seansı aparıl-

mışdır.  Hazırda  xroniki  böyrək  çatış-

mazlığı üzrə tədbirlər proqramının icrası

mərkəzdə uğurla davam etdirilir.

    Sonra Naxçıvan Diaqnostika-Müalicə

Mərkəzi  Hemodializ  şöbəsinin  müdiri

Mustafa  Əliyev  xroniki  böyrək  çatış-

mazlığının  müalicəsi  barədə  məruzə

etmiş,  tədbir  iştirakçılarının  suallarını

cavablandırmışdır. 



Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin

mətbuat xidməti

Xroniki böyrək çatışmazlığının müalicəsində 

müasir üsulların tətbiqinə dair elmi-praktik seminar

    Son illərin quruculuq ünvanlarından

biri  olan  Culfa  Rayon  Mərkəzi  Xəstə-

xanasında əhalinin müayinə və müalicəsi

üçün lazımi şərait yaradılmışdır. Müasir

tibbi avadanlıqların quraşdırıldığı, zirzəmi

ilə birlikdə üç mərtəbədən ibarət 50 çar-

payılıq xəstəxanada hazırda 26 həkim,

56  tibb  işçisi  çalışır.  Xəstəxanada  Sta-

sionar, Poliklinika, Təcili yardım şöbələri

fəaliyyət göstərir. Burada həmçinin yo-

luxucu xəstə liklər, pediatriya, doğuş və

ginekologiya, cərrahiyyə, terapiya böl-

mələri vardır. Rayon Mərkəzi Xəstəxa-

nasında  cərrahiyyə  bölməsi  yeni  sahə-

lərdən biridir. Bölmənin müasir cərrahi

avadanlıqlarla təchiz edilməsi xəstələrin

rayondan  kənara  getmədən,  elə  bu

səhiyyə  müəssisəsində  müalicələrinə

imkan verir.

    Naxçıvan Diaqnostika-Müalicə Mər-

kəzinin cərrahları burada yaradılmış şə-

raitdən səmərəli istifadə edərək indiyədək

10-dan  çox  müxtəlif  cərrahi  əməliyyat

həyata keçirmişlər. Növbəti əməliyyatlar

isə ötən şənbə günü keçirilmiş, bir gündə

20  xəstə  müayinə  olunaraq  onlardan  6

nəfəri  üzərində  cərrahi  əməliyyat  apa-

rılmışdır. Bu əməliyyatlar Diaqnostika-

Müalicə  Mərkəzinin  cərrahları  Abasət

Hüseyn əliyev,  İsa  Abdullayev,  Şahin

Məmmədli,  Nazim  İbrahimov,  aneste-

zioloq  Ənvər  Şıxəliyev  və  əməliyyat

blokunun tam heyəti tərəfindən icra olun-

muşdur. Əməliyyat olunan xəstələr – İn-

tiqam Əliyev, Zakir Həbibov, Günay Hü-

seynova  birgünlük  müşahidədən  sonra

evlərinə buraxılmışlar. Həmin gün Yaycı

kəndindən aztəminatlı Rzayevlər ailəsinin

2 övladı üzərində də cərrahi əməliyyatlar

aparılmışdır.  Uşaqların  nənəsi  Solmaz

Tağıyeva  bu  humanitar  aksiyanı  ölkə-

mizdə əhalinin sağlamlığının qorunmasına

dövlət  qayğısının  parlaq  ifadəsi  kimi



dəyərləndirmişdir.  

Culfada bir gündə altı cərrahi 

əməliyyat aparılmışdır

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Kərəm Həsənov    

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur

.

Tiraj: 3940. Sifariş № 864

Baş redaktor:

TURAL SƏFƏROV

“Araz-Naxçıvan”dan 

“Araz-Naxçıvan”dan 

maksimum nəticə

maksimum nəticə

Yüklə 252,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə