Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın



Yüklə 252,62 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix23.10.2017
ölçüsü252,62 Kb.
#6413
  1   2   3   4


Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  sentyabrın

24-də  ATƏT-in  Demokratik  Təsisatlar  və  İnsan  Haqları  Bürosunun

seçkiləri müşahidə missiyasının rəhbəri xanım Tana de Zuluetanı qəbul

etmişdir. 

Görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkiləri üzrə görülən

hazırlıq işlərinin vəziyyəti və seçkilərin keçirilməsi ilə bağlı məsələlər

ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Rəsmi xronika

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 179 (20.833)

25 sentyabr 2013-cü il, çərşənbə

    Sentyabrın  24-də  Naxçıvan



Muxtar Respublikası Mərkəzi Seç-

ki  Komissiyasında  muxtar  res-

publikada yerləşən dairə seçki ko-

missiyalarının  sədrlərinin,  Nax-

çıvan şəhəri üzrə 37 məntəqə seçki

komissiyasının sədr, katib və üzv-

lərinin, həmçinin seçkilərə 5 gün

qalmış yaradılacaq 24 qapalı seçki

məntəqəsi  sədrlərinin  iştirakı  ilə

səsvermə prosesi, seçki bülletenləri

və səsvermə protokollarının dol-

durulması qaydaları ilə bağlı se-

minar-treninq keçirilmişdir. 

    Tədbiri giriş sözü ilə Naxçıvan

Muxtar Respublikası Mərkəzi Seç-

ki Komissiyasının sədri Məhərrəm

Qasımov  açaraq  çıxış  etmişdir.

Bildirilmişdir ki, seçki günü mən-

təqə seçki komissiyası üzvlərinin

öz vəzifələrini düzgün icra etməsi

və  səsvermə  protokollarının  qa-

nunauyğun doldurulması, səsver-

mənin nəticələrinin müəyyən olun-

ması baxımından seminar iştirak-

çıları  bu  treninqlərdə  toxunulan

məsələlərə  diqqətlə  yanaşmalı,

daim  öz  üzərlərində  işləməli  və

qanunvericiliyi mənimsəməlidirlər.

Qeyd edilmişdir ki, məntəqə seçki

komissiyasının sədri komissiyanın

işinə  ümumi  rəhbərlik  edir,  ko-

missiya üzvləri arasında iş bölgüsü

aparır, səsvermənin başlanmasını

və  qurtarmasını  elan  edir,  seçki

məntəqəsində səsvermə qaydala-

rına  əməl  olunmasını  təmin  edir

və qanunla onun üzərinə qoyulmuş

digər vəzifələri icra edir. Katiblər

komissiya  sədrinin  göstərişlərini

və  onlara  verilən  səlahiyyətləri

icra edir. Məntəqə seçki komissi-

yası  sədrinin  tapşırığına  əsasən,

katib beynəlxalq və yerli müşahi-

dəçilərin siyahısını tərtib edir, sədr

seçki  məntəqəsində  olmadıqda,

onun tapşırığı ilə səsvermə yerində

qayda-qanuna və ümumi vəziyyətə

nəzarəti həyata keçirir. Səsvermə

günü  seçki  məntəqəsində  yalnız

məntəqə seçki komissiyasının üzv-

ləri,  Mərkəzi  Seçki  Komissiyası

və dairə seçki komissiyasının nü-

mayəndələri, seçki komissiyasının

məşvərətçi  səs  hüquqlu  üzvləri,

akkreditasiyadan keçmiş yerli və

beynəlxalq müşahidəçilər, qeydə

alınmış namizədlər, onların səla-

hiyyətli  nümayəndələri  və  vəkil

edilmiş şəxsləri, siyasi partiya, si-

yasi partiyalar blokunun səlahiy-

yətli nümayəndələri və vəkil edil-

miş şəxsləri, o cümlədən KİV nü-

mayəndələri, xidməti geyim for-

masında olan polis işçiləri (yalnız

məntəqə seçki komissiyası sədrinin

dəvəti ilə ictimai asayişi bərpa et-

mək üçün), müvafiq mütəxəssislər

(məntəqə  seçki  komissiyası  səd-

rinin dəvəti ilə texniki problemləri

həll etmək üçün; onlar vəzifələrini

icra edən kimi seçki məntəqəsini

tərk etməlidirlər) və seçicilər ola

bilərlər.

    Müşahidəçilərin məntəqə seçki

komissiyası işə başladığı vaxtdan

səslərin  hesablanması  prosesi  də

daxil  olmaqla,  səsvermənin  nəti-

cələri haqqında protokolun rəsmi-

ləşdirilməsi başa çatanadək seçki

məntəqəsindəki bütün hərəkətləri,

o cümlədən seçki komissiyasının

iclaslarını müşahidə etmək, seçici

siyahıları  ilə  tanış  olmaq,  seçki

məntəqəsi açılmazdan əvvəl gözlə

görünməyən  mürəkkəbin  və  ul -

trabənövşəyi lampanın yoxlanma-

sında iştirak etmək, qeydə alınmış

namizədlərlə, onların nümayəndə-

ləri və vəkilləri ilə görüşmək, da-

şınan seçki qutusunu müşayiət et-

mək, səslərin sayılmasını müşahidə

etmək, səsvermənin nəticələri haq-

qında məntəqə seçki komissiyasının

və dairə seçki komissiyasının rəsmi

protokolunun təsdiq olunmuş su-

rətini  almaq,  həmçinin  seçki  ko-

missiyasına təklif və iradlarla mü-

raciət  etmək,  seçki  sənədlərinin

məntəqə  seçki  komissiyasından

dairə seçki komissiyasına və oradan

Mərkəzi Seçki Komissiyasına apa-

rılmasını müşahidə etmək hüququ

vardır. 

    Vurğulanmışdır ki, əgər seçici

seçki  bülletenini  korlayıbsa,  ona

yeni bülleten verilməsini xahiş edə

bilər. Seçki bülleteninin verilməsinə

məsul olan məntəqə seçki komis-

siyasının  üzvü  korlanmış  seçki

bülletenini seçicidən almalı, kor-

lanmış seçki bülletenini yarı kəs-

məklə ləğv etməli, bülleteni kor-

lanmış seçki bülletenləri üçün nə-

zərdə  tutulmuş  ayrıca  zərfə  qoy-

malı, seçiciyə yeni seçki bülleteni

verməli və bu barədə seçicilər si-

yahısında  seçicinin  soyadından

sağda müvafiq qeyd etməlidir.

    Seçki bülletenini almaq və ya

doldurmaq üçün yardıma ehtiyacı

olan seçici kömək üçün məntəqə

seçki  komissiyasının  üzvləri  və

müşahidəçilər istisna olmaqla, aktiv

seçki  hüququ  olan  başqa  şəxsə

müraciət edə bilər. Seçiciyə seçki

bülletenini almaqda və ya doldur-

maqda  kömək  edən  şəxs  öz  ini-

sialını və soyadını göstərməklə se-

çici  siyahısının  “seçicinin  seçki

bülletenini alması haqqında imza”

qrafasında imza etməlidir.

    Seçki  günü  Azərbaycan  Res-

publikasının vətəndaşları şəxsiyyət

və ya müvəqqəti şəxsiyyət vəsiqəsi

ilə,  vətəndaşlığı olmayan şəxslər

vətəndaşlığı  olmayan  şəxsin

şəxsiy yət  vəsiqəsi  ilə,  qaçqın  və

məcburi köçkünlər qaçqın və məc-

buri köçkünlərin vəsiqəsi ilə, hərbi

xidmətdə  olan  əsgərlər  hərbi  bi-

letlə, zabitlər isə zabitin şəxsi və-

siqəsi ilə səs verə bilərlər. Azər-

baycan Respublikasının diplomatik

və xidməti pasportu ilə isə yalnız

Azərbaycan  Respublikasının  hü-

dudlarından  kənarda  səs  vermək

mümkündür. 

    İclasda  6  saylı  Culfa-Babək

Seçki  Dairəsi  dairə  seçki  komis-

siyasının sədri Əzim Əzimov səs-

vermə protokollarının doldurulması

qaydalarını slaydlarla izah etmişdir. 

    Sonra 4 saylı Naxçıvan Şəhər

Seçki  Dairəsi  dairə  seçki  komis-

siyasının katibi Ramal Salmanov

çıxış edərək Azərbaycan Respub-

likası  Mərkəzi  Seçki  Komissiya-

sının Bakı şəhərində təşkil etdiyi

treninqdə keçilmiş mövzular barədə

məlumat vermişdir.

    Tədbirə Naxçıvan Muxtar Res-

publikası  Mərkəzi  Seçki  Komis-

siyasının sədri Məhərrəm Qasımov

yekun vurmuşdur.



Naxçıvan Muxtar Respublikası

Mərkəzi Seçki Komissiyasının 

mətbuat xidməti

Mərkəzi Seçki Komissiyasında seminar-treninq keçirilmişdir

    Sentyabrın 24-də Naxçıvan Muxtar Res-

publikası Ali Məclisinin Sədri Vasif Talıbov

Serbiya  Respublikasının  ölkəmizdəki  föv-

qəladə və səlahiyyətli səfiri Zoran Vayoviçlə

görüşmüşdür.

     Qonağı  səmimiyyətlə  salamlayan  Ali

Məclisin  Sədri  onu  Azərbaycanın  ayrılmaz

tərkib  hissəsi  olan  Naxçıvanda  görməkdən

məmnunluğunu bildirmişdir. Qeyd olunmuşdur

ki, Naxçıvan Muxtar Respublikası Ermənistanın

hərbi  təcavüzü  nəticəsində  uzun  müddətdir,

blokada şəraitində yaşayır. Lakin buna baxmaya -

raq, muxtar respublikada iqtisadiyyatın bütün

sahələri inkişaf etdirilir. Kənd təsərrüfatı, sənaye,

təhsil, səhiyyə, mədəniyyət sahələrində mühüm

uğurlar qazanılmış, ərzaq təhlükəsizliyi təmin

olunmuşdur. Eyni zamanda elm və təhsil müəs-

sisələrinin  maddi-texniki  bazası  möhkəmlən-

dirilmiş, dünya təhsil sisteminə inte qrasiya is-

tiqamətində mühüm addımlar atılmışdır.

    Ali Məclisin Sədri Zoran Vayoviçin səfə-

rinin  Azərbaycanın  Naxçıvan  Muxtar  Res-

publikası  ilə  Serbiya  arasında  əlaqələrin

inkişafı baxımından mühüm əhəmiyyət daşı-

dığını bildirmiş, ona ölkəmizdəki diplomatik

fəaliyyətində uğurlar arzulamışdır.

     Səmimi  qəbula  görə  minnətdarlıq  edən

Zoran Vayoviç muxtar respublikada ilk dəfə

olduğunu,  qədim  Azərbaycan  torpağı  olan

Naxçıvanın sürətlə inkişaf etdiyini bildirmişdir.

Səfir  ulu  öndər  Heydər  Əliyev  tərəfindən

Naxçıvanda  əsası  qoyulan  inkişaf  xəttinin

Azərbaycanı tərəqqiyə qovuşdurduğunu, siyasi

və  iqtisadi  qüdrətinin  durmadan  artırdığını

qeyd etmişdir. Azərbaycan və Serbiya arasında

iqtisadi, mədəni və digər sahələrdəki müna-

sibətlərin məmnunluq doğurduğunu bildirən

qonaq fəaliyyəti dövründə Naxçıvan Muxtar

Respublikası ilə də qarşılıqlı əlaqələrin inki-

şafında səyini əsirgəməyəcəyini bildirmişdir.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər

ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

    Naxçıvan  Muxtar  Respublikasında

ödəniş sistemlərinin təkmilləşdirilməsi,

nağdsız  ödəmələrin  azaldılması  istiqa-

mətində həyata keçirilən tədbirlər davam

etdirilir.  Bu  tədbirlərin  yüksək  sürətlə

həyata  keçirildiyi  bölgələrimizdən  biri

də Babək rayonudur.

    Rayon  Vergilər  Şöbəsindən  aldığımız

məlumata görə, 24 sentyabr tarixə rayonda

17 POS-terminal, 86 nəzarət-kassa aparatı

fəaliyyət göstərir. Ciddi hesabat blankları

tətbiq  edilmiş  obyektlərin  sayı  isə  33-ə

çatdırılıb. Əhali arasında nağdsız ödənişlərin

üstünlükləri barədə məlumatlandırma işləri

sürətləndirilib, nağd puldan istifadə edən

zaman pul itkisi ilə üzləşmə hallarının qa-

çılmaz olduğu vətəndaşların diqqətinə çat-

dırılıb.  Əhalidə  yüksək  ödəniş  mədəniy-

yətinin formalaşdırılması, insanlara elektron

ödəniş xidmətlərindən və nağdsız ödəniş

alətlərindən istifadə vərdişlərinin aşılanması,

ödəniş kartlarının üstünlükləri və imkanları,

habelə kredit təşkilatlarının, pərakəndə ti-

carət, iaşə və digər xidmət müəssisələrinin

və kart sahiblərinin hüquq və öhdəlikləri

haqqında  ictimaiyyətə  daha  ətraflı  məlu-

matın təqdim edilməsi keçirilən görüşlərin

əsas məqsədlərindən olub.

    Məlumatda o da bildirilir ki, dövlət və

özəl müəssisələrdən 1629 vergi ödəyicisinin

qeydə  alındığı  rayonda  aparılan  operativ

vergi  nəzarəti  tədbirləri  zamanı  əhali  ilə

pul hesablaşmalarının aparılması qaydalarına

riayət olunması ilə bağlı 4 vergi ödəyicisinə

maliyyə sanksiyası tətbiq edilib. Vergi or-

qanlarında  uçotda  durmadan  sahibkarlıq

fəaliyyəti  ilə  məşğul  olan  bir  şəxs  aşkar

edilib.  Fərqlənmə nişanı olmadan avtomobil

nəqliyyatı ilə sərnişin və yük daşımalarını

həyata  keçirən  3  vətəndaşa  cərimə  tətbiq

olunub. Cari ildə rayon Vergilər Şöbəsi tə-

rəfindən  valyuta sərvətlərinin  ictimai yer-

lərdə alınıb-satılması və ya dəyişdirilməsi

faktları aşkar edilməyib. Vergi nəzarəti təd-

birləri davam etdirilir.

Xəbərlər şöbəsi

Nağdsız ödənişlərin üstünlükləri

ilə bağlı maarifləndirmə

tədbirləri aparılır



Yüklə 252,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə