Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


Maddə 432. Qərardan şikayət və ya protest vermə müddətləri



Yüklə 3,17 Mb.
səhifə32/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   25   26   27   28   29   30   31   32   33

Maddə 432. Qərardan şikayət və ya protest vermə müddətləri

432.1. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan (196) on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.

432.2. Bu Məcəlləninin 432.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər.

432.3. Buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.



Maddə 433. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması müddətləri

433.1. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest daxil olduğu gündən on gün müddətində baxılır.

433.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə inzibati həbs barəsində verilmiş qərardan şikayət və ya protest həmin şikayətin və ya protestin verildiyi gündən üç gün müddətində baxılır.

Maddə 434. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılmağa hazırlıq

434.0. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:

434.0.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi;

434.0.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu;

434.0.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətin və ya protestin baxılması üçün lazım olan şəxslər çağırılır;

434.0.4. şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərir.



Maddə 435. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması

435.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır.

435.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılarkən:

435.2.1. şikayətin və ya protestin kim tərəfindən baxılması, hansı şikayətin və ya protestin baxılması, şikayətin kim tərəfindən verilməsi elan olunur;

435.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətin və ya protestin baxılmasında iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlmələri müəyyən edilir;

435.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;

435.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir;

435.2.5. şikayətin və ya protestin baxılmasında iştirak edən şəxslərin hüquqları və vəzifələri onlara izah edilir;

435.2.6. etiraz etmə və ya vəsatət haqqında müraciətlər həll edilir;

435.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət və ya protest elan edilir;

435.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır;

435.2.9. inzibati xəta haqqında iş üzrə icraatda iştirak etdiyi hallarda prokurorun rəyi dinlənilir.



Maddə 436. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması haqqında qərar

436.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir:

436.1.1. qərarın dəyişdirilmədən saxlanılması haqqında;

436.1.2. şikayətin və ya protestin təmin edilməməsi haqqında;

436.1.3. barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında;

436.1.4. bu Məcəllənin 21-ci və 367-ci maddələrində nəzərdə tutulmuş hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında;

436.1.5. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında;

436.1.6. şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim, orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında.

436.2. Şikayətin və ya protestin baxılması haqqında qərarda bu Məcəllənin 426-cı maddəsində qeyd edilən məlumatlar göstərilir.

Maddə 437. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest barəsində çıxarılmış qərarın elan edilməsi

437.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir.

437.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti onun qəbul olunduğu gündən üç gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir.

437.3. İnzibati həbs haqqında tənbeh növünün tətbiq edilməsi barədə qərardan verilən şikayət və ya protest üzrə qərar onu icra etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir.



Maddə 438. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın yenidən məhkəmədə baxılması

İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Məcəllədə (182) müəyyən edilmiş qaydada baxılır.



VI Bölmə

İNZİBATİ XƏTALAR HAQQINDA

İŞLƏR ÜZRƏ QƏRARLARIN İCRASI

XXXIV Fəsil

Ümumi müddəalar

Maddə 439. İnzibati xətalar haqqında işlər üzrə qərarın, şikayət ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi

439.0. İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir:

439.0.1. əgər bu qərar barədə şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddəti keçdikdə;

439.0.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddəti keçdikdə;

439.0.3. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə vəzifəli şəxsin qəbul etdiyi qərar şikayət və ya protest üzrə hakim tərəfindən yenidən baxıldıqda, hakimin qəbul etdiyi qərardan şikayətin verilməsi müddəti keçdikdə.

Maddə 440. İnzibati xəta haqqında iş üzrə qərarın icrasının məcburiliyi

440.1. İnzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət və ya yerli özünüidarəetmə orqanları, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər tərəfindən məcburidir.

440.2. İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır.

Maddə 441. İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi

441.1. İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur.

441.2. İnzibati xəta haqqında iş üzrə şikayətə, protestə baxıldıqdan sonra həmin işə dair qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən üç gün müddətinədək onu icraya yönəltmək səlahiyyətinə malik olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.

Maddə 442. İnzibati xəta haqqında iş üzrə qərarın icrası

442.1. İnzibati xəta haqqında iş üzrə qərar səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş qaydada icra olunur.

442.2. Bir şəxs barəsində bir neçə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildikdə, hər bir qərarın icrası müstəqil həyata keçirilir.

Maddə 443. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar məsələlərin həll edilməsi

443.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, möhlət verilməsi, dayandırılması və ləğv edilməsi, habelə yetkinlik yaşına çatmayanların üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya onları əvəz edən şəxslərdən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlər qərar çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır.

443.2. Bu Məcəllənin 443.1-ci maddəsində göstərilən məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərin baxılmasının yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin üzrlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərin baxılması üçün maneə yaratmır.

443.3. Qərarın icrasının təxirə salınması, dayandırılması, ona möhlət verilməsi məsələləri barədə qərardad qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə zərərçəkmiş şəxsin xahişi ilə ona bu barədə müvafiq qeyd aparılmaqla verilir. Göstərilən şəxslər olmadıqda, qərardadın surəti onun qəbul edildiyi gündən üç günədək müddətdə bu barədə inzibati xəta haqqında işdə müvafiq qeyd aparılmaqla onlara göndərilir.



Maddə 444. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması və ya onun icrasına möhlət verilməsi

444.1. İnzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə (inzibati cərimənin yerində icra olunması istisna olmaqla) növlərində inzibati tənbeh tətbiq etmə haqqında qərarların müəyyən edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə sala bilər.

444.2. İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç ayadək müddətə uzadıla bilər.

Maddə 445. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının dayandırılması

445.1. Qərardan protest şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını protestə şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və zəruri olduqda, qərardad dərhal onu icraya yönəldən orqana (vəzifəli şəxsə) göndərilir.

445.2. İnzibati həbs növündə tənbeh tətbiq etmə haqqında qərardan protest şikayət və ya protest verilməsi həmin qərarın icrasının dayandırılmasına səbəb olmur (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 446. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi

446.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir:

446.1.1. inzibati xəta qanunvericiliyinin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə;

446.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə;

446.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 447.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə;

446.1.4. barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə. (181)

446.1.4. Bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olduqda; (206)

446.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28–1.3-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda; (206)

446.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 313–2.1, 313–2.2 və ya 313–2.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə. (206)

446.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməsinə xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərarad qəbul edilir.



Maddə 447. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası müddəti

447.1. İnzibati Bu Məcəllənin 23.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh istisna olmaqla, digər inzibati (196) tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən etibarən bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

447.2. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 447.1-ci maddəsində müəyyən edilmiş icra müddəti kəsilir. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır.

447.3. Bu Məcəllənin 443—445-ci maddələrinə uyğun olaraq inzibati tənbeh təyin etmə haqqında qərarın icrasına möhlət verildikdə və ya onun icrası dayandırıldıqda qərarın icrası müddəti onun möhlət verilməsi müddətinədək və ya dayandırılması müddətinədək dayandırılır.



Maddə 448. İnzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə icraatın başa çatması

448.1. İnzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səllahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.

448.2. İnzibati tənbehin tətbiqi üzrə icraat yerinə yetirilmədikdə və ya tamamilə başa çatmadıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aşağıdakı hallarda qaytarılır:

448.2.1. qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən göstərilən ünvanda (yerdə) inzibati məsuliyyətə cəlb olunan fiziki şəxs işləmədikdə, yaşamadıqda və ya təhsil almadıqda, yaxud inzibati məsuliyyətə cəlb olunan hüquqi şəxs olmadıqda və ya göstərilən şəxslərin həmin yerdə ünvanda (yerdə) inzibati tənbehə yönəldilə bilən əmlakı olmadıqda;

448.2.2. inzibati məsuliyyətə cəlb olunan şəxslərin inzibati tənbehə yönəldilə bilən əmlakı və ya gəlirləri olmadıqda və onun əmlakının axtarılıb tapılması üzrə tədbirlər heç bir nəticə vermədikdə;

448.2.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 447.1-ci maddəsində nəzərdə tutulmuş icrası müddəti keçdikdə.

448.3. Bu Məcəllənin 448.2.1-ci və 448.2.2-ci maddələrində nəzərdə tutulmuş hallarda icrasında qərar olan vəzifəli şəxs yuxarı vəzifəli şəxs tərəfindən təsdiq olunmaqla akt tərtib edir.

Maddə 449. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası qanunvericiliklə müəyyən edilmiş qaydada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.



XXXV fəsil

İnzibati tənbeh növləri

haqqında qərarların icrası qaydası

Maddə 450. Xəbərdarlıq haqqında qərarın icrası

Xəbərdarlıq növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın surətinin göndərilməsi və ya təqdim edilməsi yolu ilə icra olunur.



Maddə 451. İnzibati cərimənin edilməsi haqqında qərarın icrası

451.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 444-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməlidir.

451.2. Yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynləri və ya onları əvəz edən şəxslərdən tutulur.

451.3. Bu Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, inzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən banka və ya səlahiyyətli kredit təşkilatına bank, poçt, plastik kart və ya internet vasitəsilə (188) ödənilir və ya köçürülür. Bank və ya səlahiyyətli kredit təşkilatı Cərimənin ödənilməsi qaydası (188) barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir.

451.4. Bu Məcəllənin 451.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:

451.4.1. fiziki şəxslər barəsində — onun əmək haqqından, stipendiyasından, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əmək haqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana;

451.4.2. hüquqi şəxslər barəsində — hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir.

Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır.

451.5. İnzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cərimənin onun əmək haqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşsa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır.

451.6. Barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə və ya inzibati cərimənin ödənilməsi onun əmək haqqından və ya digər gəlirlərindən mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar müvafiq qanunla nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir.



451.7. Beynəlxalq daşımaları həyata keçirən sürücülər tərəfindən inzibati xəta istirahət, səsvermə, iş günü hesab olunmayan bayram günləri və ümumxalq hüzn günündə törədildikdə və sürücü barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edildikdə cəriməni banka və ya səlahiyyətli kredit təşkilatına ödəmək və ya köçürmək mümkün olmadıqda, həmin cərimə səlahiyyətli vəzifəli şəxsə ödənilə bilər. Bu halda inzibati xəta törətmiş şəxsə bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbz verilir. (164)

451.7. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 3 aydan çox olmamaq şərti ilə tətbiq edilir.

Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı «İcra haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri ğörür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir. (181)

451.7. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 3 aydan çox olmamaq şərti ilə tətbiq edilir.

Qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı «İcra haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür.

Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir. (194) (Azərbaycan Respublikasının 24 dekabr 2002-ci il, 30 may 2003-cü il, 6 mart 2007-ci il 6 noyabr 2007-ci il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə — AR QT, 2003, № 1, m. 23; «Azərbaycan» q., 7 avqust 2003-cü il, № 179; «Azərbaycan» q., 26 may 2007-ci il; «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə