Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


Maddə 324-2. İxrac nəzarətini həyata keçirən



Yüklə 3,17 Mb.
səhifə25/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

Maddə 324-2. İxrac nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının orqanların fəaliyyətinə mane olma

324-2.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına görə —

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən səksən mislinədək altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

324-2.2. İxrac nəzarəti məsələlərinə aid sənəd və məlumatların ixrac nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanlarına orqanlara verilməməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən qırx mislinədək on beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən səksən mislinədək əlli manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli Qanunu ilə əlavə edilmişdir; Azərbaycan Respublikasının 5 dekabr 2006-cı il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş əlavə və dəyişikliklərlə — « Azərbaycan» q., 24 noyabr 2005-ci il; AR QT, 28 fevral 2007-ci il, № 2, maddə 65; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 324-3. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin pozulması

324-3.1. Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının sorğularına vaxtında cavab verilməməsinə görə —

vəzifəli şəxs xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.

324-3.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin iyirmi beş mislindən qırx beş mislinədək iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.

324-3.3. Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və ya verilməməsinə görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 21 aprel 2006-cı il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» qəzeti, 28 iyun 2006-cı il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 324-4. İpoteka haqqında qanunvericiliyin pozulması

324-4.1. İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən qeydiyyat qaydalarını pozmaqla və ya ipoteka kağızının dublikatında ipoteka kağızı ilə uyğunsuzluğa yol verməklə maraqlı şəxsə zərər vurulmasına görə –

şərti maliyyə vahidinin yetmiş mislindən səksən mislinədək yetmiş manatdan səksən manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 26 dekabr 2006-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir«Azərbaycan» q., 24 yanvar 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 324-5. Dövlət əmlakının icarəyə və istifadəyə verilməsi qaydalarının pozulması

Dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla icarəyə və ya istifadəyə verilməsinə görə

vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir. (121)

Maddə 324-6. Obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa verilməsi və silinməsi qaydalarının pozulması

Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət müəssisə və təşkilatlarına məxsus obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa verilməsinə və həmin orqanın rəyi olmadan silinməsinə görə

vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir. (121)

Maddə 325. Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi

Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş tələblərinin yerinə yetirilməməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi mislinədək on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək otuz manatdan qırx manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 326. Gömrük işi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi

Gömrük işində qanunvericiliklə müəyyən edilmiş tələblərin müəssisənin, idarənin və ya təşkilatın vəzifəli şəxsləri və ya digər işçiləri tərəfindən yerinə yetirilməməsinə, eləcə də müəssisələr, idarələr və təşkilatlar üçün mülki-hüquqi xarakterli müqavilələr üzrə işləri yerinə yetirən fiziki şəxsin, gömrük qaydalarının pozulmasına görə göstərilən idarələr, müəssisələr və təşkilatlar məsuliyyətə cəlb edildiyi hallarda, həmin tələbləri yerinə yetirməməsinə görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin on mislindən əlli mislinədək on manatdan əlli manatadək yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir (140) (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 326-1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma

326-1.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

326-1.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 9 aprel 2004-cü il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə – «Azərbaycan» q., 14 may 2004-cü il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 326-2. Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma

Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa görə –



xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən əlli mislinədək on manatdan əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 4 may 2004-cü il tarixli Qanunu ilə daxil edilmişdir – «Azərbaycan» q., 14 may 2004-cü il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 326-3. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməsi

Azərbaycan Respublikası Hesablama Palatası sədrinin qərarı ilə dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər. (123)

Maddə 326-4. Doğumun qeydə alınması qaydasının pozulması

326-4.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə –

vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

326-4.2. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə –

vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

326-4.3. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə –

xəbərdarlıq edilir və ya on manat miqdarında cərimə edilir. (157)

Maddə 326-5. Avtomobil nəqliyyatı sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə

əlli manat miqdarında cərimə edilir. (177)

Maddə 326-6. Torpaqların dövlət ehtiyacları üçün alınması səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olma

«Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq alınan torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olmağa görə

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər iki yüz manat miqdarında cərimə edilir. (197)

Maddə 327. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması

327.1. Fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin beş mislindən on beş mislinədək beş manatdan on beş manatadək miqdarda otuz manat miqdarında (205) cərimə edilir.

327.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə —



şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 328. Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma

Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə —



şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda yüz manat miqdarında (205) cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 329. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşama

Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin üç mislindən beş mislinədək üç manatdan beş manatadək miqdarda iyirmi manat miqdarında (205) cərimə edilir

Maddə 330. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşaması və ya qanunsuz qalması

Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşamasına və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə —

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək iyirmi manatdan otuz beş manatadək üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilməklə onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. (124)

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir. (147) (183)

Maddə 331. Şəxsiyyət vəsiqəsinin və ya pasportun, pasportun, dənizçinin şəxsiyyət sənədinin, (128) və ya Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsi və ya qəsdən korlanması (144)

Şəxsiyyət vəsiqəsinin və ya pasportun, pasportun, dənizçinin şəxsiyyət sənədinin, və ya Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsinə və ya qəsdən korlanmasına görə — (128) (144)



şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi beş mislinədək on beş manatdan iyirmi beş manatadək miqdarda otuz manat miqdarında (205) cərimə edilir (Azərbaycan Respublikasının 1 oktyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə – «Azərbaycan» q., 28 oktyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 332. Şəxsiyyət vəsiqəsinin, və ya pasportun pasportun və ya dənizçinin şəxsiyyət sənədinin (128) verilməsi qaydalarının pozulması, qanunsuz alınması və ya girov götürülməsi, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydalarının pozulması

332.1. Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə —

şərti maliyyə vahidi məbləğinin səksən beş mislindən doxsan mislinədək səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

332.2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə

vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən beş mislindən doxsan mislinədək səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

332.3. Dənizçinin şəxsiyyət sənədinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün dənizçidən qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə onun verilməsi qaydalarının pozulmasına görə

səksən beş manatdan doxsan manatadək cərimə edilir (128) (Azərbaycan Respublikasının 1 oktyabr 2007-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə – «Azərbaycan» q., 28 oktyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 333. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması

Vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına görə —



şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 334. Sərhədboyu rejiminin pozulması

334.1. Sərhədboyu zonaya daxil olma və ya orada yaşama, yaxud qeydiyyata alınma qaydalarının pozulmasına görə —

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək beş manatdan on manatadək yüz manatdan iki yüz manatadək (126) miqdarda cərimə edilir.

334.2. Sərhədboyu Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu (126) zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən otuz mislinədək on beş manatdan otuz manatadək iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən doxsan mislinədək altmış manatdan doxsan manatadək dörd yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir (126) (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 335. Azərbaycan Respublikasının sərhəd sularında (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində) sərhədboyu rejiminin pozulması

Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin (126) qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə —

gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi beş mislinədək on beş manatdan iyirmi beş manatadək iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislinqən doxsan mislinədək altmış manatdan doxsan manatadək dörd yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir (126) (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 336. Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulması

Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulmasına görə —



vətəndaşlar şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək iyimri manatdan iyirmi beş manatadək iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilməklə onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qayadada çıxarılır. (126)

Maddə 336-1. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində fiziki və hüquqi şəxslərdən əşyaların qanunsuz olaraq götürülməsi

336-1.1. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları («normativ hüquqi aktları» dedikdə, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında» 1997-ci il 24 iyun tarixli 609 nömrəli, «Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanları və «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 may tarixli 105 nömrəli qərarı nəzərdə tutulur) ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulan, xüsusi icazə tələb olunan və ya məhdudiyyət qoyulan əşyaların protokol tərtib edilmədən fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq götürülməsinə görə

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

336-1.2. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulmayan, xüsusi icazə tələb olunmayan, məhdudiyyət qoyulmayan əşyaların fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq götürülməsinə görə

vəzifəli şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir. (178)

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə