Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə42/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

261.2. Bu Məcəllənin 261.1-ci maddəsində nəzərdə tutulan reyestrə daxil olmaq üçün 
banklar və bank olmayan kredit təşkilatları müvafiq icra hakimiyyəti orqanına müraciət 
edir. Həmin müraciətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 
baxılır. 
261.3. Bankların və bank olmayan kredit təşkilatlarının bu Məcəllənin 261.1-ci 
maddəsində nəzərdə tutulan reyestrə daxil edilməsinə görə müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi məbləğdə yığım alınır. 
261.4. Ləğv edilən və ya yenidən təşkil edilən, lisenziyası ləğv edilən, yaxud bank 
qarantiyası üzrə öhdəliklərini yerinə yetirməyən banklar və bank olmayan kredit 
təşkilatları müvafiq icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarılır. 
261.5. Banklar və bank olmayan kredit təşkilatları reyestrdən çıxarılarkən onların reyestrə 
daxil olduğu zaman ödədiyi yığım geri qaytarılmır. 
Maddə 262. Pul vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi 
262.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi ödənilməli olan pul vəsaitinin 
gömrük orqanının depozit hesabına köçürülməsi yolu ilə həyata keçirilə bilər. Bu 
məbləğin depozitdə saxlanma müddəti üçün faizlər ödənilmir. 
262.2. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün pul vəsaitlərinin gömrük 
orqanının depozit hesabına köçürülməsi və depozit hesabında olan pul vəsaitinin sahibinə 
qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 263. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün sığorta müqavilələrindən 
istifadə olunması 
Gömrük borcunun ödənilməsinin təmin olunması məqsədi ilə sığorta müqavilələrindən 
istifadə olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsi və sığorta fəaliyyəti 
haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 
Maddə 264. Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyi 
Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyindən 
istifadə edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata 
keçirilir. 
Maddə 265. Avans ödəmələr 
Gələcək əməliyyatlar üzrə yarana biləcək gömrük borcunun təminatı kimi, ödəyici 
gömrük orqanlarının hesabına avans şəklində pul vəsaitləri köçürə bilər. Bu cür ödəmələr 
avans ödəmələr hesab olunur. Ödəyici bu pul vəsaitlərindən gələcəkdə həyata keçirəcəyi 
istənilən əməliyyat üzrə gömrük ödənişlərini ödəmək üçün istifadə edə bilər. 


Fəsil 46. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması və gömrük 
borcunun ləğvi 
Maddə 266. Ümumi müddəalar 
266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci 
maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən 
etdiyi qaydada qaytarılır. 
266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması 
müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və «Dövlət rüsumu 
haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata 
keçirilir. 
266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini 
onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər. 
Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 
267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş 
gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 
267.1.1. mallar qüsurlu olduqda; 
267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə. 
267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər 
ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 
267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük 
ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb 
olmur. 
267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay 
ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) 
hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən 
Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. 
Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək 
olan müddət üzrə hesablanır. 
Maddə 268. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişlərinin qaytarılması 
268.1. Sərbəst dövriyyəyə buraxılmazdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir. 


268.2. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişləri, həmin mallar istifadə 
olunmadıqda (malların qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə 
istisna olmaqla) və gömrük ərazisindən aparıldıqdan sonra qaytarılır. 
268.3. Gömrük orqanları şəxsin müraciəti əsasında qüsurlu malların gömrük ərazisindən 
aparılması əvəzinə onların daxildə emal (məhv edilmə daxil olmaqla), beynəlxalq tranzit, 
gömrük anbarlarında saxlanc və ya sərbəst zona xüsusi gömrük prosedurları altında 
yerləşdirilməsinə icazə verirlər. 
Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş 
gömrük ödənişlərinin qaytarılması 
Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən 
əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş 
məbləğ ödəyiciyə qaytarılır. 
Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 
270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar 
əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük 
ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə 
müraciət edə bilər. 
270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında 
ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini 
sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük 
orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 
270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, 
ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada 
qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində 
müəyyən edilmiş qaydada şikayət verilə bilər. 
Maddə 271. Gömrük borcunun ləğvi 
271.1. Borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi 
nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı 
üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir: 
271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi; 
271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu 
ödəməkdən azad edilməsi; 
271.1.3. idxal və ya ixrac gömrük rüsumları və vergiləri ödənilməli olan malların 
qanunla nəzərdə tutulmuş hallarda və qaydada müsadirəsi; 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə