Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə43/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

271.1.4. idxal və ya ixrac gömrük rüsumları və vergilər ödənilməli olan malların 
gömrük nəzarəti altında məhvi, yaxud şəxsin onlardan dövlətin xeyrinə imtina 
etməsi; 
271.1.5. malların fors-major hallar nəticəsində bərpaedilməz şəkildə itirilməsi və 
ya məhv olması. 
271.2. Gömrük borcunun ödənilməsinə dair bir neçə şəxsin öhdəliyi olduqda, gömrük 
borcu, yalnız onu ödəməkdən azad edilən şəxsə (şəxslərə) münasibətdə ləğv edilir. 
XV bölmə. Gömrük nə
zar
ə
tin
ə
 dair 
ə
lav
ə
 
müddə
alar 
Fəsil 47. Gömrük orqanları tərəfindən valyuta nəzarətinin həyata keçirilməsi 
Maddə 272. Gömrük orqanları valyuta nəzarəti orqanı kimi 
272.1. Gömrük orqanları Azərbaycan Respublikasında valyuta nəzarətini həyata keçirən 
dövlət orqanlarından biridir. 
272.2. Gömrük orqanları gömrük işi ilə bağlı valyuta nəzarətini bu Məcəlləyə və 
«Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata 
keçirirlər. 
Maddə 273.Gömrük orqanlarının valyuta nəzarəti sahəsində səlahiyyətləri 
Gömrük orqanları sərbəst zonaların perimetrləri istisna olmaqla, şəxslərin gömrük 
sərhədindən Azərbaycan Respublikasının milli valyutasını, milli valyutada qiymətli 
kağızları və digər valyuta sərvətlərini keçirməsinə, malların və nəqliyyat vasitələrinin 
gömrük sərhədindən keçirilməsi ilə əlaqədar valyuta əməliyyatlarına valyuta nəzarətini 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirirlər. 
Maddə 274. Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş 
hüquq pozuntularına görə məsuliyyət 
Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş 
hüquqpozmalara görə təqsirli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət 
daşıyırlar. 
Fəsil 48. Gömrük orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsi 
Maddə 275. Gömrük orqanları ixrac nəzarəti orqanı kimi 
Gömrük orqanları bu Məcəllə və «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikasının 
Qanunu ilə müəyyən edilmiş qaydada ixrac nəzarətini həyata keçirirlər. 
Maddə 276. Gömrük orqanlarının ixrac nəzarəti sahəsində səlahiyyətləri 


276.1 Gömrük orqanları ixrac nəzarətinə düşən malların gömrük sərhədindən qeyri-
qanuni keçirilməsinin, o cümlədən bu malların ixracına qadağa və məhdudiyyət 
qoyulmuş dövlətlərə və son istifadəçilərə ixracının qarşısını alırlar. 
276.2. İxrac nəzarətinə düşən malların gömrük sərhədindən keçirilməsi qaydaları «İxrac 
nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən 
edilir. 
Maddə 277. Məlumatın məxfiliyinə riayət edilməsi 
Gömrük orqanlarının ixrac nəzarətini həyata keçirməyə səlahiyyətli olan vəzifəli şəxsləri 
digər dövlət orqanlarından və aidiyyəti şəxslərdən aldıqları məlumatların məxfiliyini 
qorumağa borcludurlar. 
Fəsil 49. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük 
nəzarəti 
Maddə 278.Əqli mülkiyyət hüquqlarının gömrük orqanları tərəfindən qorunması 
278.1. Gömrük orqanları hüquq sahiblərinin gömrük sərhədindən keçirilən, tərkibində 
əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair hüquqlarının qorunmasını bu 
Məcəllə və gömrük işi üzrə qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada həyata 
keçirirlər. 
278.2. Gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri 
olan mallara dair hüquqların gömrük orqanları tərəfindən qorunması həmin hüquqların 
qorunması ilə bağlı digər qanunvericilik aktlarına uyğun tədbirlər görülməsinə mane 
olmur. 
Maddə 279. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin 
aparılması qaydaları 
279.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin həyata keçirilməsini təmin 
etmək məqsədi ilə tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların 
reyestrini kağız üzərində və elektron daşıyıcılarda aparır. 
279.2. Reyestrin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Həmin qaydalarda reyestrdə olan məlumatların gömrük orqanlarına və ərizəçilərə 
çatdırılması proseduru da nəzərdə tutulmalıdır. 
Maddə 280. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil 
edilməsi və oradan çıxarılması qaydaları 
280.1. Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) tərkibində əqli 
mülkiyyət hüquqlarının obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onun əqli 
mülkiyyət hüquqlarının obyektinə olan hüquqlarının pozulduğu və ya pozula biləcəyi 


barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının 
dayandırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına əqli mülkiyyət 
hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan 
malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 
280.2. Əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının 
obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizədə aşağıdakılar 
göstərilməlidir: 
280.2.1. hüquq sahibi haqqında məlumat; 
280.2.2. əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat; 
280.2.3. tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan malın təsviri; 
280.2.4. malların pirat və ya kontrafakt olmasını aşkar etməyə imkan verən 
məlumatlar; 
280.2.5. malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda
buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər 
maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin 
ödənilməsinə dair ərizəçinin öhdəliyi. 
280.3. Ərizəyə tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallar üzərində 
ərizəçinin hüquqlarını təsdiq edən sənədlər (əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral 
sxem topologiyasının və məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə, əmtəə 
nişanı və coğrafi göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli 
mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur. 
280.4. Bu Məcəllənin 280.2.5-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin 
edilməsi üçün ərizəçi bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatlardan birini 
gömrük orqanına təqdim etməlidir. Həmin təminatın məbləği müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi minimum və maksimum məbləğlər çərçivəsində gömrük 
orqanları tərəfindən müəyyən olunur. 
280.5. Ərizə ilə birlikdə tərkibində əqli mülkiyyət obyekti olan malın, habelə pirat, yaxud 
kontrafakt malların nümunələri təqdim edilə bilər. 
280.6. Müvafiq icra hakimiyyəti orqanı ərizəyə onun daxil olduğu gündən 1 (bir) ay 
müddətində baxır və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malın 
reyestrə daxil olunması, yaxud bu Məcəllənin 280.7-ci maddəsində nəzərdə tutulmuş 
halda bundan imtina barədə qərar qəbul edir. 
280.7. Ərizəçi bu Məcəllənin 280-ci maddəsinin tələblərinə riayət etmədiyi halda, 
müvafiq icra hakimiyyəti orqanı malın reyestrə daxil edilməsindən imtina olunması 
barədə qərar qəbul edir və ərizəçini yazılı formada məlumatlandırır. Çatışmazlıqlar 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə