Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin tədbirlərin əsaslı və qanunauyğun 
həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər.
Maddə 57. İşçinin əmək funksiyası 
1. İşəgötürən işçinin əmək funksiyasını əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, 
ixtisas,  yaxud  peşə üzrə  yerinə   yetirməli  olduğu  müvafiq   işin və  ya  göstərməli   olduğu  xidmətin 
dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
2. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Əmək və 
Əhalinin Sosial Müdafiəsi Nazirliyi]
 tərəfindən təsdiq edilmiş Vahid Tarif-İxtisas Sorğu Kitabçasına 
əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir.
3. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli 
qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol 
verilmir.
4. Əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə-
ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta 
əmək haqqı saxlanılmadıqda imtina edə bilər.
Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi 
1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş 
vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa 
iş yerlərində  də əmək fəaliyyəti  ilə məşğul ola  bilər. Bu zaman  əvəzçilik  üzrə əmək müqaviləsi 
bağlanan  ikinci  iş yeri işçinin əlavə iş yeri,  əmək kitabçası saxlanılan  yer isə əsas iş yeri sayılır. 
Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın 
yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı 
tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik 
üzrə əmək şəraitinin  şərtlərini,  əmək funksiyasının  həcmini  əlavə iş yerinin işəgötürəni  ilə əmək 
müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.
4. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə, bu maddənin beşinci və altıncı 
hissələrində   göstərilən   hallar   istisna   olunmaqla,   heç   bir   məhdudiyyət   qoyulmadan   əmək 
qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.
5. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan 
əmək şəraitində  işləyirsə, onda onun eyni əmək şəraitli  əlavə  iş yerində əvəzçilik  üzrə çalışması 
yolverilməzdir.
6. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm 
əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün 
nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər.
7. Bilavasitə  qanunvericilikdə  nəzərdə  tutulmuş hallarda  dövlət  hakimiyyəti  orqanlarının  müvafiq 
vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş 
yerində işləmək hüququ şamil olunmur. (
48
)


Maddə 59. Başqa işə keçirmə 
İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının 
yerinə   yetirilməsini   həvalə   etmək   başqa   işə   keçirilmə   sayılır   və   buna   yalnız   işçinin   razılığı   ilə, 
həmçinin  əmək   müqaviləsinə   əlavə   və   dəyişikliklər   edilməklə   və   ya  yeni   əmək   müqaviləsi 
bağlanılmaqla yol verilir. (
48
)
Maddə 60. İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə 
İşçi onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə 
bir ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir 
edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən 
işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.
Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası 
1. Müəyyən səbəbdən  yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol 
verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər 
işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, 
onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq 
şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə 
edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya 
hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni 
əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
4.   Əgər   boş   vəzifə   üzrə   əmək   funksiyası   boş   olmayan   vəzifə   üzrə   əmək   funksiyası   ilə   eyni  
xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla,
həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əmək  
haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilir. (
25

48
)
Maddə 62. İşçinin işdən kənar edilməsi 
1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək 
əməyin   mühafizəsi   qaydalarının   pozulmasının   qarşısını   almaq   və   əmək   intizamını   təmin   etmək 
məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər:
a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul 
edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və 
ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda;
b)   bu   Məcəllənin   226-cı   maddəsi   ilə   müəyyən   edilmiş   hallarda   işçi   icbari   tibbi   müayinə 
olunmaqdan   boyun   qaçırdıqda   və   ya   keçirilmiş   müayinələrin   nəticələrinə   əsasən   həkim 
komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə;
c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən 
inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə;


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə