Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

5. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi 
ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir. (
44
)
On dördüncü fəsil. İş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin 
tənzimlənməsi qaydaları
Maddə 95. İş vaxtının rejimi 
1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə 
fasilələrin   vaxtı   və   müddəti,   sutkadakı   növbələrin   sayı,   növbə   sənədləri   və   onların   tərtibi,   bir 
növbədən   digər   növbəyə   keçirilmə,   iş   vaxtının   cəmlənmiş   uçotu,   işlənmiş   iş   günlərinin   istirahət 
günləri   ilə   əvəz   edilməsi   (əvəzgünün   verilməsi)   qaydaları,   habelə   həftəlik   iş   günlərinin   sayı 
müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla 
müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq 
edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən 
əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.
3.   İşçilərin   ümumi   sayı   50   nəfərədək   olan   sənaye,   nəqliyyat,   tikinti,   ticarət   və   digər   xidmət 
müəssisələrində   işçilərin   bu   Məcəllə   ilə   müəyyən   edilmiş   əmək,   sosial   və   iqtisadi   hüquqlarını 
məhdudlaşdırmamaq   şərti   ilə   işəgötürən   bu   maddədə   nəzərdə   tutulmuş   qaydadan   fərqli   olan   iş 
vaxtının rejimi qaydalarını müəyyən edə bilər.
Maddə 96. İş vaxtının cəmlənmiş uçotu 
1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının 
sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat 
(uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
2. İş vaxtının  cəmlənmiş  uçotunun  tətbiqi  qaydası kollektiv  müqavilə  ilə,  müəssisədə iş vaxtının 
rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.
Maddə 97. Gecə vaxtı işin müddəti 
1. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.
2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş  
yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə  
vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. (
43
)
Maddə 98. Gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilər 
1. Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan 
işçilərin cəlb edilməsinə yol verilmir.
2. Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti 
orqanının  
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Tibbi Sosial 
Ekspert Komissiyaları vasitəsi ilə)]
 rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
Maddə 99. İş vaxtından artıq iş 


1.   İş   vaxtından   artıq   iş   —   işəgötürənin   əmri   (sərəncamı,   qərarı)   və   işçinin   razılığı   ilə   əmək 
funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
2. Təbii  fəlakətin,  istehsalat  qəzasının   və  digər  fövqəladə  hadisələrin  qarşısının  alınması,  onların 
nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu 
Məcəllə   ilə   müəyyən   edilmiş   qaydalara   əməl   olunmaqla   işçinin   iş   vaxtından   artıq   işlərə   cəlb 
edilməsinə yol verilir.
3. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda 
iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.
4. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin 
müddəti 2 saatdan çox ola bilməz.
5. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin «Əməyin 
mühafizəsi»   bölməsində   nəzərdə   tutulmuş   normalara   uyğun   istehsalat   və   sosial-məişət   şəraiti 
yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir.
Maddə 100. İş vaxtından artıq işlərin son həddi 
Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş 
yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
Maddə 101. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar 
1. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:
a)   dövlətin   müdafiəsinin   təmin   olunması   üçün,   habelə   təbii   fəlakətin,   istehsal   qəzasının 
qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan 
ən vacib işlərin görülməsinə;
b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində 
işlərin,   xidmətlərin   pozulmasına   səbəb   olan   gözlənilməz   hadisələrin   nəticələrini   aradan 
qaldırmaqdan ötrü zəruri işlərin görülməsini təmin etmək üçün;
c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən 
işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması 
təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;
ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, 
qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün 
olmadıqda.
2. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan 
müstəsna   hallarda   iş   vaxtından   artıq   işlərə   işçilərin   cəlb   edilməsini   doğuran   səbəblərin   vaxtında 
aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.
Maddə 102. İş vaxtının uçotu 
1. İşəgötürən faktik olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə