STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
10
Dünyanın inkişaf etmiş dövlətlərinin keçdiyi təkamül yolu, həmçinin qlo-
bal problemlərin mahiyyəti təsdiq edir ki, sosial proseslərdə intellektual po-
tensialın yaxından iştirakı hazırkı şəraitdə əvvəlki dövrlərdən tamamilə fərqli,
yeni məna kəsb edir. Hazırda bəşəriyyətin qarşısında dayanan ciddi problemlər
beynəlxalq miqyasda intellektin səfərbərliyini tələb edir. Bu sahədə isə elmin
potensial imkanları kifayət qədərdir.
Sosial təsisat kimi elm sərhədsizdir. Təbiət elmləri sahəsində böyük elmi
kəşf və ixtiralar, ictimai-humanitar elm sahələrində fundamental fəlsəfi-əxlaqi
təlimlər, nəzəri konsepsiyalar heç bir milli, irqi, dini mənsubiyyət tanımır. Onlar
bütün bəşəriyyətin ümumi sərvətinə çevrilərək qlobal inkişafa xidmət edirlər.
Məhz buna görə də dünyanın müxtəlif ölkələrinə məxsus elmi nailiyyətlərin
daha sürətlə kütləviləşdirilməsi,
elmi maarifləndirmə, müxtəlif ölkələr arasında
beynəlxalq elmi əlaqələrin genişləndirilməsi və s. çağdaş dövrün elm qarşısın-
da qoyduğu ən mühüm vəzifələrdəndir.
Bu gün bizi dünya elminin ümumi inkişaf tendensiyaları kontekstində
Azərbaycan elminin vəziyyəti, mövcud problemləri, onların həlli və aradan
qaldırılması yolları, elmimizin beynəlxalq elm məkanına uğurlu inteqrasiyası,
ölkəmizin sosial-iqtisadi inkişafında onun yaxından iştirakı və s. kimi məsələlər
daha çox düşündürür.
Bəşəriyyətin qədim mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanda
elmi biliklərin şərəfli tarixi ənənəsi vardır. Azərbaycanın elm dühası dünyaya
Nəsirəddin Tusi, Bəhmənyar, Nizami Gəncəvi, Siracəddin Urməvi, Mahmud
Şəbüstəri, Əhvədi Marağayi və b. kimi mütəfəkkir şəxsiyyətlər bəxş etmişdir.
Belə zəngin töhfələr üzərində bərqərar olan Azərbaycan elmi XX əsrdə – dün-
yada elmi-texniki inkişaf səviyyəsinin dövlətin mövcudluq qarantına çevrildiyi
bir dövrdə də tarixi ənənələrini davam etdirmiş, şərəfli bir inkişaf yolu keç-
mişdir. Həmin dövrdə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan xalqı-
nın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən
irəli
gələn
strateji
istiqamətlərinin
müəyyənləşdirilməsində, fundamental və
tətbiqi elm sahələrinin inkişafında xey-
li nailiyyətlər əldə etmişdir. Ötən əsrin 70-
80-ci illərində Azərbaycanda yaranan nü-
fuzlu elmi məktəblər, yalnız keçmiş SSRİ
çərçivəsində deyil, dünya miqyasında elmi
proseslərin inkişafına təkan verən çoxsay-
lı elmi uğurlar bilavasitə bu nailiyyətlərin
göstəriciləridir.
Müasir dövrdə elmin qlobal dünyada
mahiyyəti dəyişmiş, onun üzərinə daha fun-
damental və mürəkkəb problemlərin həlli yol-
larını göstərmək məsuliyyəti qoyulmuşdur.
Sosial təsisat kimi elm
sərhədsizdir. Təbiət elmləri
sahəsində böyük elmi kəşf və
ixtiralar, ictimai-humanitar
elm sahələrində fundamental
fəlsəfi-əxlaqi təlimlər, nəzəri
konsepsiyalar heç bir milli,
irqi, dini mənsubiyyət tanımır.
Onlar bütün bəşəriyyətin
ümumi sərvətinə çevrilərək
qlobal inkişafa xidmət edirlər.
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
11
Bu isə qloballaşma prosesləri kontekstində
elmi informasiyanın, eləcə də informasiya
texnologiyalarının gündən-günə dəyişən,
sürətli inkişafından qaynaqlanır. Başqa cür
desək, qloballaşma və informasiya-kom-
munikasiya texnologiyalarını bir-birindən
ayrı təsəvvür etmək mümkün deyil. Hətta
bəşəriyyətin müasir tarixi mərhələdə stra-
teji inkişaf xətti kimi xarakterizə olunan
qloballaşmanı informasiya-kommunikasiya
texnologiyalarının nailiyyətlərinə əsaslanan
yeni inkişaf mərhələsi kimi qəbul etmək
olar. Qlobal informasiya məkanının forma-
laşması, sivilizasiyalararası inteqrasiyanın
və ünsiyyətin təmin olunması, bir-birindən
min kilometrlərlə uzaqda yaşayan ayrı-ayrı
etnik və dini toplumlar üçün planetar mənəvi universumun formalaşdırılması,
dinindən, irqindən, milliyyətindən, siyasi baxışlarından və sosial mənşəyindən
asılı olmayaraq bütün insanlıq üçün vahid beynəlxalq hüquq və əxlaq normala-
rının müəyyənləşdirilməsi məhz informasiya-kommunikasiya texnologiyasının
yaratdığı imkan nəticəsində mümkün olmuşdur.
Qloballaşma şəraitində informasiya-kommunikasiya texnologiyaları sivi-
lizasiyalararası dialoq üçün xüsusi aktuallıq kəsb edir və geniş imkanlar açır.
İndi qloballaşan dünyada ayrı-ayrı fərdlər arasında deyil, müxtəlif sivilizasiyalar,
fərqli mədəniyyətlər, etnik toplumlar, uzaq kontinentlər arasında dialoqa böyük
ehtiyac yaranmışdır. Qloballaşma prosesi nəticəsində fərqli sivilizasiyalar “bir
masa arxasında əyləşmiş iki fərd kimi” ünsiyyətə, dialoqa sadəcə məcburdurlar.
Hesab edirik ki, belə bir dialoqda ən universal təsisat olan elm avanqard ol-
malıdır. Çünki elmin bütün bəşəriyyət üçün eyni olan universal dili qloballaşma
şəraitində fərqli mədəniyyətlərin ümumünsiyyət dilinə çevrilməlidir. Elm qədər
bütün bəşəriyyəti vahid inteqrativ sosial sahədə birləşdirə biləcək ikinci bir
qüvvə yoxdur.
Qloballaşma şəraitində elmi fəaliyyəti aktuallaşdıran digər mühüm amil
dünyanın üz-üzə dayandığı problemlərin həyati əhəmiyyəti və mürəkkəb
mahiyyətidir. İndi həm ayrı-ayrı dövlətlərin, həm də bütövlükdə plane-
tin təhlükəsizliyi və davamlı inkişafı baxımından intellektual sərvətin rolu
və əhəmiyyəti əvvəlki dövrlərdən fərqli, tamamilə yeni məzmun kəsb edir.
Bəşəriyyətin qarşısına təhlükəsizlik və davamlı inkişafla bağlı elə problemlər
çıxmışdır ki, beynəlxalq miqyasda səfərbər olunmuş ümumbəşəri intellekt he-
sabına onların qarşısını almamaq təkcə gələcək inkişafı deyil, sosial və bio-
loji mövcudluğun özünü də şübhə altına alır. Bu əsrdə informasiya texnolo-
giyaları, insan beynini və qəlbini fəth edən nəzəri-ideoloji və kommunikativ
Qloballaşma şəraitində
informasiya-kommunikasiya
texnologiyaları
sivilizasiyalararası dialoq
üçün xüsusi aktuallıq kəsb
edir və geniş imkanlar açır.
İndi qloballaşan dünyada
ayrı-ayrı fərdlər arasında
deyil, müxtəlif sivilizasiyalar,
fərqli mədəniyyətlər, etnik
toplumlar, uzaq kontinentlər
arasında dialoqa böyük
ehtiyac yaranmışdır.