Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə14/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
35
olmasını istəyirik. Biz Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində 
müasir  beynəlxalq  praktikada  olan  ən  yüksək  muxtariyyət  statusu  verməyə 
hazırıq” [2, s.398].
Qeyd edilən bu problemin həllinə Azərbaycan Respublikası Heydər Əliyevin 
rəhbərliyi  ilə  demokratik  və  hüquqi  dövlət,  iqtisadi  artım,  çoxvektorlu  xarici 
siyasət, güclü və müasir ordu faktoru ilə yanaşmağa başladı. Bu təminat isə 
Azərbaycan Respublikasının  1995-ci ildə qəbul edilmiş Konstitusiyasında öz 
əksini  tapmışdır.  Belə  ki,  Azərbaycan  Respublikasının  Konstitusiyasının  12-ci 
maddəsində qeyd olunur:
“I.  İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının,  Azərbaycan 
Respublikasının  vətəndaşlarına  layiqli  həyat  səviyyəsinin  təmin  edlməsi 
dövlətin ali məqsədidir.
II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun 
tətbiq edilir”.
Konstitusiyanın 25-ci maddəsində isə bu fikirlər vurğulanır:
“I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
...  III.  Dövlət  irqindən,  milliyyətindən,  dilindən,  cinsindən,  mənşəyindən, 
əmlak  vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi  partiyalara, 
həmkarlar  ittifaqlarına  və  digər  ictimai  birliklərə  mənsubiyyətindən  asılı 
olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan 
və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, 
siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.
Yenə eyni məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasının 
26-cı maddəsində qeyd olunur:
“ .. II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat 
verir” [1].
Bu siyasi hüquqlar müasir dövrün bütün sivil ölkələri üçün səciyyəvi olub, 
Azərbaycan Respublikasının vətəndaşlarının milli, dini, irqi, siyasi, sosial və cinsi 
mənsubiyyətindən asılı olmayaraq azadlıqlarını təmin edir. Qeyd etdiyimiz kimi, 
1991-ci  ildə  müstəqilliyini  bərpa  etdikdən  sonra  Azərbaycanda  demokratik 
dövlət quruculuğu həm də iqtisadi quruculuğu və inkişafı da zəruri etmişdir. 
Bir tərəfdən dövlət müstəqilliyinin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin 
qurulması,  digər  tərəfdən  sosialist  iqtisadiyyatından  bazar  iqtisadiyyatına 
keçidin təmin edilməsi, vətəndaşların sosial-iqtisadi rifahının yaxşılaşdırılması 
yeni yaranmış Azərbaycan Respublikasının qarşısında duran ciddi məsələlər idi.
1993-cü  ildə  “Azərbaycanda  sahibkarlığın  inkişafı  (1993-1995)”  adlı 
Dövlət  Proqramı  təsdiq  edildi.  Bu  proqramın  qəbul  edilməsi  və  onun 
həyata  keçirilməsinə  başlanılması  ölkədə  fəaliyyət  göstərən  kiçik  və  orta 
sahibkarlığın  inkişafına  imkan  verdi,  xarici  iqtisadi  əlaqələr  bərpa  olundu. 
Azərbaycan  Respublikasında  qeyd  edilən  modelin  gerçəkləşməsinin  rəsmi 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
36 
bazası kimi bir çox irimiqyaslı mühüm siyasi sənədlər qəbul olundu. Onların 
arasında  “Azərbaycanda  kiçik  və  orta  sahibkarlığa  Dövlət  Yardımı  Proqramı 
(1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın 
inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında 
maşınqayırma  sənayesinin  inkişafının  Dövlət  Proqramı  (2002-2005-ci  illər)”, 
“Azərbaycan  Respublikasında  aqrar  bölmənin  inkişafının  Dövlət  Proqramı 
(2002-2006-cı  illər)”,  “Azərbaycan  Respublikasının  demoqrafik  inkişaf 
konsepsiyası”  və  “Azərbaycan  Respublikasında  2002-2005-ci  illərdə  turizmin 
inkişafına dair Dövlət Proqramı”nı xüsusi qeyd etmək lazımdır.
Ulu  öndər  Heydər  Əliyevin  müəllifi  olduğu  Azərbaycan  Respublikasının 
sosial  və  iqtisadi  inkişaf  strategiyasının  həyata  keçirilməsi  onun  siyasi  varisi 
Prezident İlham Əliyevin də uğurlu iqtisadi siyasəti ilə davam etdirilmişdir. Bu 
istiqamətdə “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi 
inkişaf  üzrə  Dövlət  Proqramı  (2003-2005-ci  illər)”,  “Azərbaycan  Respublikası 
regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)” və 
digərlərini göstərmək lazımdır. Hazırda “Azərbaycan Respublikasının məşğulluq 
strategiyası (2006-2015-ci illər)”, “Azərbaycan Respublikası regionlarının 2009-
2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  üzrə  Dövlət  Proqramı”,  “2008-2015-ci 
illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf 
üzrə  Dövlət  Proqramı”,  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında 
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər 
vacib sənədlər də uğurla icra olunur [7].
Azərbaycan  Respublikasının  Avropa  İttifaqının  və  digər  inteqrasiya 
təşkilatlarının  irihəcmli  layihələrində  iştirakı  respublikanın  sosial-iqtisadi 
inkişafının  yüksək  göstəricilərindən  biridir.  Bu  gün  Azərbaycan  Respublikası 
regionun hərbi-siyasi və iqtisadi baxımdan aparıcı dövlətidir. Lakin Ermənistanın 
təcavüzkar siyasətinin, işğalının ölkənin sosial inkişafı üçün neqativ təsiri inkar 
edilə bilməz. 
Azərbaycan Respublikasının sosial və iqtisadi inkişaf strategiyasının həyata 
keçirilməsinə  Ermənistanla  münaqişənin  təsiri  bir  neçə  məqamla  bağlıdır  ki, 
bu  da  adı  çəkilən  strategiyanın  modelindən  kənarda  qalması,  böyük  təbii 
ehtiyatlara  və  insan  resurslarına  malik  Dağlıq  Qarabağın  və  ətraf  rayonların 
təsərrüfat  mənimsənilməsindən  məhrum  buraxılmasıdır.  Bu  da  ilk  növbədə 
işğal  olunmuş  ərazilərin  iqtisadi  inkişafının  dayanması,  sosial  problemlərin 
yaranması ilə nəticələnmişdir.
Ermənistan  silahlı  qüvvələri  tərəfindən  Azərbaycan  ərazilərinin  işğalının 
sosial-iqtisadi nəticələrini təhlil edərkən, aşağıdakı məqamlara xüsusi diqqət 
yetirmək lazımdır:
1.     Sosial problemlər
1.1.   Qaçqın və məcburi köçkünlərin yaşayış yerləri ilə təmin edilməsi
1.2.   Məşğulluq problemi


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə