Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə2/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   2   3   4   5   6   7   8   9   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
10 
Dünya müharibəsinin başlanması
1914-cü il iyulun 28-də Birinci Dünya müharibəsi, o dövrdə deyildiyi kimi, 
“Böyük müharibə” başladı. Almaniya avqustun 1-də Rusiyaya müharibə elan 
etdi. Az sonra Fransa və İngiltərə də müharibəyə qatıldılar.
Bir-birinə  qarşı  döyüşən  bloklara  daxil  olan  ölkələrin  müharibədə  kon-
kret məqsədləri var idi. Bu, dünyanı yenidən bölmək, ucuz xammal mənbələri 
və  əlverişli  satış  bazarları  uğrunda  aparılan  ədalətsiz,  işğalçı  və  imperialist 
müharibə idi.
Daşnakların  və  kilsənin  fəallaşması.  Müharibəyə  qatılmamış-
dan əvvəl Osmanlı dövlətinə qarşı silahlı dəstələrin hazırlan-
ması planları
Dünyanın böyük dövlətlərindən biri olan Osmanlı bu zaman hələ müharibəyə 
qatılmamışdı. Bununla belə, həm Osmanlı, həm də Rusiya ərazisində yaşayan 
erməni təşkilatlarının türk düşmənçiliyinin həddi-hüdudu yox idi. Onlar qırğınlar 
törətməyə hazır idilər. Bunun üçün məqam gözləyirdilər. Daşnakların niyyətləri 
ilə bağlı olaraq Qafqaz canişininin mülki işlər üzrə köməkçisi N.Peterson 1914-
cü il 9 avqust tarixli 1457 №-li tamamilə məxfi məktubunda Bakı qubernatoru 
V.V.Alışevskiyə yazırdı: “Ermənilər türk-erməni məsələsini növbəyə qoymaq üçün 
imkan qazanmaq istəyirlər” [1, s. 162-163].
Dünya müharibəsi başlayan kimi “Daşnaksütyun” imperator II Nikolaya aşa-
ğıdakı məzmunda bir müraciət etdi: “Bizim əziz vətənimizin payına rus silahının 
və Rusiyanın Şərqdə tarixi vəzifələrinin yerinə yetirilməsi sınağı düşür. Qoy, rus 
bayrağı Bosfor və Dardaneldə azad dalğalansın. Əlahəzrət hökmdar, Türkiyə zül-
mü altında qalan xalqlar, qoy, Sizin iradənizlə azadlıq alsınlar” [2, v.148].
Dünya müharibəsi başladıqdan az sonra ermənilərin katolikosu V Gevork 
Qafqaz canişini İ.İ.Vorontsov-Daşkova göndərdiyi 1914-cü il 18/5 avqust tarixli 
1131 №-li məktubunda bütün erməni əhalisinin Osmanlı əleyhinə müharibəyə 
susadığını  bildirərək,  onların  silahlandırılması  və  təşkilatlandırılmasına  dair 
təkliflərini yazdı. Bunun müqabilində ermənilər üçün islahatların aparılmasını 
xahiş etdi. O, “erməni məsələsi”nin həlli üçün aşağıdakı ilkin şərtlərin həyata 
keçirilməsini təklif edirdi:
1.  Mövcud  şəraitdə  Türkiyə  ermənilərinin  həyatını  və  əmlakını  qorumaq 
üçün tezliklə yerlərdə general-inspektorları yerləşdirmək.
2. Avropa müharibəsi başa çatdıqdan sonra ermənilər üçün Rusiyanın şəksiz 
nəzarəti altında ilkin rus proqramına əsasən Türkiyədə erməni islahatını həyata 
keçirmək [3, s.183-184].
İ.İ.Vorontsov-Daşkov  V  Gevorkun  təkliflərini  öyrəndi.  Onların  yerinə 
yetirilməsini arzuedilən hesab edərək, 1914-cü il 22/9 avqust tarixli 1955 №-li 
məxfi məktubu ilə Nazirlər Şurasının sədri İ.Qoremıkinə göndərdi. İ.İ.Vorontsov-
Daşkov  yazırdı:  “Mənə  elə  gəlir  ki,  Avropa  müharibəsi  başa  çatdıqdan  sonra 
Türkiyə  ermənilərinə  dair  Rusiyanın  öz  proqramını  həyata  keçirəcəyi  barədə 
hökumətin vədlərini vermək lazımdır. Hazırda isə general-inspektor haqqında 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
11
ermənilərin istəklərini yerinə yetirmək çox məqsədəuyğundur” [3, s.183-184].
İ.Qoremıkin tanış olduqdan sonra məktubu xarici işlər naziri S.D.Sazonova 
yolladı  [3,  s.183-184].  S.D.Sazonov  1914-cü  il  30/17  avqust  tarixli  587  №li 
məxfi məktubunda İ.Qoremıkinə Qafqaz canişininin göstərilən məxfi məktubu 
ilə  əlaqədar  olaraq  yazırdı:  “Mövcud  siyasi  şəraitdə  və  imkanlar  səbəbindən 
yaxın  vaxtlarda  Türkiyə  ilə  münasibətləri  kəsmək  və  Kiçik  Asiyanın  erməni 
vilayətlərində  indi  islahatlar  aparmaq  tamamilə  yersiz  və  yolverilməzdir.  Bu-
nunla əlaqədar olaraq general-adyutant qraf Vorontsov-Daşkova müraciət et-
miş erməni ictimai xadimlərinə onun verdiyi cavaba mən yalnız qatıla bilərəm.
Canişinin dediyi kimi, Qafqazın erməni əhalisinin ayağa qaldırılmasının və bu 
iş üçün cəlb edilməsinin tamamilə başa düşüldüyünü nəzərə alaraq, hökumətin 
Türkiyəyə münasibətdə siyasəti və erməni xalqının gələcəyinə dair baxışları ilə 
bu xalqın nümayəndələrini daha ətraflı tanış etmək məqsədləuyğun olardı.
Mövcud şəraitin gərginliyinə baxmayaraq, Türkiyə ilə münasibətləri kəsmək 
hələ  gerçəkləşməmişdir,  diplomatik  yolla  onu  aradan  qaldırmaq  imkanı 
itirilməmişdir. Bu məsələdə müttəfiqimiz Fransa və İngiltərə bizə lazımi yardımı 
göstərir.
Əksinə,  hərbi  əməliyyatlar  meydanında  başlıca  gediş,  şübhəsiz,  tərəddüd 
edilən  bütün  məsələlərə  həlledici  təsir  edə  bilər.  Hər  halda  müttəfiqlərimizin 
də  tamamilə  razılaşdıqları  kimi,  ümumi  siyasi  nöqteyi-nəzərdən  Türkiyə  ilə 
müharibəni onun özü törətmişdir, bizim tərəfimizdən edilən hər hansı hərəkətlərlə 
törədilməmişdir. Ona görə də siyasi şəraiti tam aydınlaşdırmadan ermənilər ara-
sında hər hansı üsyan yaratmaq tamamilə arzuolunmazdır və hətta təhlükəlidir. 
Sonuncu (yəni qiyam - M.Q.) bu xalq üçün xeyli kədərli nəticələrə gətirib çı-
xara  bilər.  Türkiyə  ilə  sülhü  qoruya  bilməsək,  ona  (ermənilərə  -  M.Q.) silahlı 
qüvvə ilə kömək edərik. Lakin, məncə, ermənilərə belə bir məsələdə ən müsbət 
vədlər vermək lazımdır ki, Türkiyə ilə bu saziş əldə edilərsə, bu, erməni məsələsi 
zəminində heç cür güzəştə getmək olmasın. Bununla belə, həm ermənilərlə, həm 
də kürdlərlə ən sıx münasibətlər saxlamaq lazımdır ki, Türkiyə ilə münasibətlər 
kəsilərsə, mövcud halda onlardan istifadə etmək mümkün olsun. Bu baxımdan 
sərhəddən silah və sursat keçirmək və münasibətlər kəsildikdə və ya kəsilməsi 
qaçılmaz olduqda onların xaricdəki əhaliyə paylanması üçün hər cür hazırlıq 
işlərini görmək lazımdır” [3, s.183-184].
Qeyd  etmək  lazımdır  ki,  bu  məktub  göndərilməmişdən  bir  neçə  gün 
əvvəl,  1914-cü  il  19/6  avqust  tarixli  768  №-li  teleqramında  Rusiyanın  İs-
tanbuldakı səfiri M.N.Girs Vandakı konsula yaranmış şəraitdə necə hərəkət 
etmək barədə aşağıdakı təlimatı vermişdi: “Bizimlə əvvəlcədən razılaşmadan 
ermənilərin hər hansı çıxışları bizim üçün arzuedilən deyildir. Yaxın gələcəkdə 
mümkün ola biləcək belə işlərə indi qatılmaq hələ tezdir, çünki biz hələ Türkiyə 
ilə sülh şəraitindəyik. Biz onunla münasibətləri heç cür kəsmək istəmirik” [3, 
s.183-184].
Bu müraciətlərlə təqribən eyni zamanda erməni xadimləri və kürd başçı-
ları İ.İ.Vorontsov-Daşkova müraciət edərək kürdləri və assuriyalıları Türkiyəyə 
qarşı  qiyamlara  qaldırmaq  barədə  öhdəlik  götürməyə  hazır  olduqlarını 
bildirdilər. Xarici işlər naziri S.D.Sazonova göndərilən təkliflərə ehtiyatla ya-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə