Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə8/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

 
22
edilməsi,  elmi-praktik  konfransların  keçirilməsi  və  materialların 
nəşr  edilməsi,  turizm  sahəsində  digər  ali  məktəblərlə  sıх  əmək-
daşlıq əlaqələrinin qurulması ATĐ-də tədrisin inkişaf etmiş ölkələr 
səviyyəsində və keyfiyyətində aparılmasına zəmin yaradır. 
ATĐ  özünün  beynəlxalq  əlaqələrinin  qurulmasına  və  inkişaf 
etdirilməsinə  xüsusi  diqqət  ayırır.  Bunun  nəticəsidir  ki,  institut 
fəaliyyət göstərdiyi beş il ərzində bu sahədə önəmli addımlar atıb. 
ATĐ  Avropa  Kredit  Transfer  Sistemi  (AKTS)  və  çoxballı 
qiymətləndirmə  sistemini  tam  tətbiq  edən  yeganə  dövlət  ali 
məktəblərdən  biridir.  ATĐ-də  Avstriyanın  Krems  ĐMC  Tətbiqi 
Elmlər  Universiteti  ilə  akademik  anlaşmaya  əsasən  AATP 
(Avstriya  –  Azərbaycan  Turizm  Proqramı)  adlı  beynəlxalq  qrup 
təşkil  edilib.  Bu  qrupda  oxuyan  tələbələr  ATĐ  ilə  yanaşı, 
Avstriyanın  Krems  ĐMC  Tətbiqi  Elmlər  Universitetinin  də 
diplomuna əldə etmək imkanı qazanırlar. Đlk məzunlarımızdan (74 
nəfər)  14  nəfəri  hər  iki  ali  məktəbin  diplomunu  almışlar.  Avropa 
Đttifaqının  Erasmus-Mundus  xarici  əməkdaşlıq  proqramı  çərçivə-
sində Yunanıstan, Fransa, Bolqarıstan, Đtaliya, Litva, Portuqaliya, 
Niderland  və  s.  ölkələrin  universitetləri  ilə  əməkdaşlıq  imkanları 
2008-ci ildə əldə edilib. Belə ki, keçən dövr ərzində 9 müəllim və 
17  tələbə  bu  proqramdan  istifadə  edərək  xaricdə  təhsil  və 
təcrübəsini  artırıb.  Həmçinin  ATĐ  2  müəllim  və  4  xarici  tələbəni 
qəbul  edib.  Ümumiyyətlə,  Krems  Universiteti  də  daxil  olmaqla, 
xarici  mübadilə  imkanları  çərçivəsində  2007-ci  ildən  bu  yana 
ATĐ-yə  47  müəllim  və  ekspert  dəvət  olunub.  Almaniyanın  Yade 
Universiteti  ilə  əməkdaşlıq  çərçivəsində  ATĐ-nin  4  tələbəsi  Yade 
Universitetində,  adı  çəkilən  universitetin  2  tələbəsi  ATĐ-də 
mübadilə proqramında iştirak etmişdir. Şimalı Kipr Türk Respub-
likasının  Girnə  Amerika  və  Doğu  Akdeniz  Universitetləri  ilə 
əməkdaşlıq memorandumları imzalanmışdır. 
Turizm  sahəsində  təcrübə  qazanmaları  üçün  tələbələrə 
mövcud  imkanlar  daxilində  təcrübə  proqramları  təklif  olunur. 
Onlar  Azərbaycanla  yanaşı,  Türkiyə,  Đsrail,  Yunanıstan,  Şimali 
Kipr Türk Cümhuriyyəti, Portuqaliya və s. ölkələrdə təcrübə mü-


 
23
badiləsində olublar. Bir neçə gün əvvəl institutumuzun 16 tələbəsi 
6  ay  müddətində  təcrübə  keçmək  məqsədilə  Đsrailə  yola  düşmüş-
lər.  Qeyd  edək  ki,  ATĐ  turizm  sahəsinin  yalnız  təhsili  ilə 
kifayətlənmir, eyni zamanda, bu sahədə təlim və  tədqiqat proses-
lərinin  həyata  keçirilməsində  də  yaxından  iştirak  edir.  Bununla 
bağlı  institutda  ATĐ  Təlim  Mərkəzi  və  ATĐ  Tədqiqat  və  Đnkişaf 
Şöbəsi  fəaliyyət  göstərir.  Mərkəz  BMTĐP,  GĐZ,  BMU, 
IUCH/POSC,  GFA,  Almaniyanın  Ekologiya  Nazirliyi,  Azərbay-
can Respublikasının Đqtisadi Đnkişaf Nazirliyi, ATĐB, Azərbaycan 
Respublikasının  Prezidenti  yanında  QHT-lərə  Dövlət  Dəstəyi 
Şurası və s. sifarişi ilə tədqiqatlar həyata keçirib. ATĐ eyni zaman-
da bir sıra yerli və beynəlxalq konfransların təşkilatçısı və iştirak-
çısı da olub.  
Yaxın vaxtlarda Azərbaycan Respublikasının Nazirlər Kabi-
netinin qərarı ilə ATĐ-nin nəzdində Turizm Peşə Liseyinin yaradıl-
ması  gözlənilir.  Gələcəkdə  Mingəçevir  Turizm  Kolleci  ilə  əmək-
daşlığın  dərinləşdirilməsi  də  həyata  keçiriləcək  planlara  daxildir. 
Görüləcək  işlər  sırasına  təhsilin  müxtəlif  pillələri  ilə  bağlı 
məsələlər daxildir. Peşə məktəbinin yaradılması ilə bağlı aparılan 
işlərin  sürətləndirilməsi  məqsədilə  Bakı  şəhərində  fəaliyyət 
göstərən  böyük  peşə  məktəblərindən  biri  Turizm  Đnstitutunun 
tabeçiliyinə verilib. 
Göründüyü  kimi,  ATĐ-nin  fəaliyyətində  təhsilin  vacib 
problemlərindən  biri  olan  davamlı  təhsil,  bu  sahədə  keyfiyyətin 
artırılması, kadr hazırlığı prosesinin müasir standartlara yüksəldil-
məsi və s. məsələlər institutun daim diqqət mərkəzindədir. 
 
 
 
 
 
 
 
 


 
24
Şahlar Əskərov 
Professor, Əməkdar Elm Xadimi 
Düzgün qərar qəbul etmənin elmi əsası 
 
Böyük  Şəhriyarın  milli  dəyər  səviyyəsinə  qalxmış  bir  bey-
tində deyilir: 
  Bizdən qabaqdadır avropalılar 
  
 
Đşi iş bilənə tapşırır onlar. 
  
Əvvəlcə onu qeyd edək ki, bu gün 
yaşadığımız  əsrin,  sənayeləşmə  əsri  ad-
lanan keçən əsrdən əsas fərqi, onun elmə 
– biliyə və informasiyaya  əsaslanan əsr 
olmasıdır.  Bu,  o  deməkdir  ki,  hər  bir 
qəbul olunan qərarın arxasında elmi əsas 
durmalıdır.  Hər  bir  insan  gündə  onlarla 
hadisənin,  prosesin  içərisindən  keçdiyi 
üçün çoxsaylı qərarlar qəbul etməli olur. 
Belə qərarların sayı bir ildə  orta hesabla  
5  min,  on  ildə  isə    50  min  tərtibdədir. 
Ömür  boyu  qəbul  olunan  qərarların  sayı  yüz  minlərlə,  bəlkə  də 
milyona  yaxındır.    Çox  nadir  tarixi  şəxslərə  nəsib  olar  ki,  onun  
ömrü, demək olar ki, xətasız qərarlardan keçir. Belə tarixi şəxslərə 
misal  ulu  öndər  Heydər  Əliyevi  də  göstərmək  olar.  Böyük  Hind 
mütəfəkkiri  Oşoya  görə  ”Şərqdə  insan  ömrünün  zirvə  nöqtəsinin 
uşaqlıqda  və  ya  gənclikdə  olması  qəti  şəkildə  rədd  olunur,  çünki 
zirvə  –  ömür  yolunun  digər  ucunda  olmalıdır”.  Heydər  Əlirza 
oğlunun  ömür  yolu  zirvəyə  çatdı  və  tamamlandı.  Đstər  Sovet 
Azərbaycanının, istər SSRĐ-nin, istərsə də müstəqil Azərbaycanın 
rəhbərliyinə  (zirvəyə)  gedən  yolu  xətasız  qərarlardan  keçərək 
daim  yüksələn  xətt  boyunca  irəliləmişdir.  Bu  səbəbdən  də  o, 
ümummilli lider adlanır. 
Hər kəs çalışmalıdır ki, onun qəbul edəcəyi qərarların xətası 
az  olsun.  Çünki,  inkişafa  aparan  yol  xətasız  qərarlardan  keçir. 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə