10
sından sonra daha məqsədyönlü və konkret istiqamət almağa baş-
ladı. Nəhayət, 2005-ci ildə Azərbaycanın rəsmi olaraq Boloniya
prosesinə qoşulması və bu sahədə öz üzərinə konkret vəzifələr və
öhdəliklər götürməsi onun məqsədlərinin dönməz olduğunu qəti
olaraq sübut etdi.
Qeyd etmək lazımdır ki, Boloniya prosesi birinci növbədə
Avropanın ehtiyaclarından irəli gəlməsinə baxmayaraq, onun
prinsipləri və qarşılarına qoyduqları məqsədlər ona qoşulan yeni
ölkələrin maraqlarına tam cavab verirdi. Ona qoşulan hər bir yeni
ölkənin ali təhsil sistemi də hər bir Avropa dövlətinin malik
olduğu hüquqlara malik olur. Əksinə, təhsil sahəsində onun
inkişaf etmiş ən qabaqcıl ölkələri sırasına qoşulmaq və onların
səviyyəsinə yüksəlmək, onların standartları səviyyəsində tələblərə
cavab vermək həddinə onların özlərinin dəstəyindən də istifadə
edərək, cəhd etmək yalnız xeyir verə bilər. Azərbaycanın
Boloniya prosesinə qoşulmasına skeptik yanaşanlar çox zaman
Təhsildə Ümumavropa Zonasının formalaşmasını qloballaşma ilə
qarışıq salırlar. Məsələ bundadır ki, Boloniya prosesi qloballaş-
manın yaratdığı reallıqları qarşılamaq, ona hazır olmaq istiqamə-
tində həyata keçirilən işlərdir. Azərbaycanın və regionun digər
gənc dövlətlərinin belə bir məqamda Avropanın qabaqcıl ölkələri
ilə bir arada olaraq bu məsələdən irəli gələn problemlərini yüksək
standartlar və Ümumavropa ali təhsil Zonası çərçivəsində həll
etməyə qərar verməsi yeganə düzgün addımdır və onun alternativi
yoxdur.
Eyni zamanda, unutmaq olmaz ki, bu dövlətlərin Ümum-
avropa ali təhsil Zonasına qoşulması onun bu sahədə mövcud olan
problemlərini həll etmir. Əksinə, bu Zonanın tam hüquqlu üzvü
olmaq onun üzərinə çox böyük məsuliyyət qoyur və çox qısa bir
müddətdə xeyli problemlərin həll edilməsini tələb edir.
Qafqaz regionu dövlətlərinin Boloniya prosesinin tərəfdaşı
olaraq, görülən işlərin uğuru üçün bir sıra problemlərin həll etməsi
vacibdir. Onların sırasına ilk növbədə ali təhsilin Ümumavropa ali
təhsil Zonasının malik olduğu ictimai-iqtisadi mühitə uyğun
11
mühitin formalaşması üçün yeni mövcud şəraitə müvafiq
qanunverici bazanın formalaşması daxildir. Bu məsələlərə ali
məktəblərin maddi cəhətdən sərbəstliyi, tədrisin təşkili, onun
məzmununun müəyyənləşdirilməsi və sair onun ümumi məkanda
tam hüquqlu subyekt kimi fəaliyyət göstərməsi üçün vacibdir.
Şübhəsiz, bu sərbəstlik anarxiya kimi başa düşülməməli, dövlətin
müvafiq orqanlarının optimal təsir və nəzarət çərçivələri dəqiq
müəyyənləşməlidir. Bu çərçivə ali təhsil müəssisəsinin ümumi
məkanda rəqabət qabiliyyətinin təmin edilməsi və onların digər
ölkələrin ali təhsil müəssisələri ilə bərabər hüquq və bərabər
imkan səviyyəsində əməkdaşlıq edə bilməsi nöqteyi-nəzərindən
müəyyənləşdirilməlidir.
Boloniya prosesinə yeni qoşulmuş postsovet ölkələrinin ali
təhsil sistemi qarşısında duran problemlərdən biri də təhsilin
keyfiyyətinin, uyğun olaraq, buraxılan mütəxəssislərin hazırlıq
səviyyəsinin ümumavropa səviyyəsinə yüksəldilməsi məsələsidir.
Đlk baxışda çətin, bəlkə də qeyri mümkün görünən bu problemi,
zənnimizcə, məsələni radikal şəkildə qoymaqla həll etmək
mümkündür.
Boloniya prosesinin bu ölkələrdə ən böyük problemlərindən
biri də, fikrimizcə, ali təhsil ictimaiyyətinin bu barədə məlumat-
lılığının kifayət səviyyədə olmamasıdır, Boloniya prosesinin
mahiyyətinin, məqsədlərinin, perspektivlərinin, ziddiyyətli mə-
qamlarının bundan sonra da araşdırılmasına və bu barədə ölkə
ictimaiyyətində aydın təsəvvürün formalaşdırılması problemi öz
aktuallığını saxlayır və bu istiqamətdə görüləsi işlər çoxdur.
Dəfələrlə qeyd olunduğu kimi, hər bir ölkədə Boloniya
prosesinin uğurları digər vacib şərtlərlə yanaşı yerli mühitin
dərindən tədqiq edilməsi, əhalinin, o cümlədən də ali məktəb
tələbələri və əməkdaşlarının, bu islahatlara mənəvi-psixoloji
cəhətdən hazırlanması, onların maksimum maarifləndirilməsi və
güclərinin səfərbər edilməsi ilə bağlıdır. Bu tədqiqatlar və
sosioloji sorğu mövcud mühit barədə dolğun təsəvvür yaratmağa
imkan verir.
12
Məsələn, Azərbaycanda mindən artıq respondent arasında
aparılan sorğu 2 istiqamətə yönəlmişdir. Onlardan biri ancaq
tələbələrin, digəri isə ali məktəb müəllimləri, rəhbər işçilər və
digər əməkdaşların fikirlərini öyrənməyə, onların münasibətlərini
müəyyənləşdirməyə istiqamətlənmişdir. Ümumi nəticələr hər iki
istiqamətdə demək olar ki, üst-üstə düşür. Anket sualları əsasında
tədrisin forma və keyfiyyətinin real vəziyyətini qiymətləndirərkən
hər iki kateqoriya respondentlərdə təsəvvürün eyni olduğu aşkar
olunur. Müəllimlərin 70 faizi, tələbələrin isə 74 faizi bu
səviyyənin bugünkü gün üçün çox da yüksək olmadığını və onun
köklü dəyişikliklərə ehtiyacı olduğunu qeyd etmişlər. Tələbələrin
yalnız 14 faizi təhsilin səviyyəsinin günün tələblərinə uyğun
gəlməsi qənaəti ilə razılaşırlar. Bu məsələdə ümidverici məqam
təhsilin keyfiyyətinin artırılması zərurətinin ali məktəb ictimaiy-
yətinin əksəriyyəti tərəfindən dərk edilməsi və onların bu yöndə
dəyişikliklərə mənəvi-psixoloji cəhətdən hazır olmasıdır. Onlar
“Ali məktəbdə tədrisin forma və keyfiyyəti sizi nə dərəcədə qane
edir?” sualına 1) tam 2) qismən 3) qane etmir 4) cavab verməkdə
çətinlik çəkirəm cavab variantlarımdan ikinci varianta üstünlük
vermişlər. Bu cavablar radikal islahatların keçirilməsinin vacibli-
yini, təhsil islahatlarının mənəvi dəstəyə malik olduğunu əyani
şəkildə sübut edir.
Sorğunu nəticələrinə görə aşkar edilmiş məqamlardan biri
Boloniya prosesinin tələblərindən biri olan kredit sistemi(AKTS)
haqqında təsəvvürün səviyyəsinin müəyyənləşdirilməsi idi. Mə-
sələ bundadır ki, müxtəlif ali məktəblərdə kredit sistemi haqqında
məlumatın səviyyəsi müxtəlifdir. Yalnız kiçik struktur səviy-
yəsində kredit sisteminin tətbiq edildiyi ali təhsil müəssisələrində
onun barəsində məlumat da çox cüzidir və çox zaman bu məlumat
kredit sisteminin tətbiq edildiyi kiçik tələbə kontingentindən
kənara çıxmır. Təhsilin Boloniya prosesi tələbləri əsasında
qurulmağa başladığı, daha çox fakültə və kursları əhatə etdiyi
institutlarda və universitetlərdə məlumatlılıq daha genişdir. Lakin
onların özündə də təhsilin bu yeni sistemi haqqında və ya onun
Dostları ilə paylaş: |