Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə55/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   47   48   49   50   51   52   53   54   55

 
172
8.7.6.  Təlim  müddətində  istehsalat  təcrübəsi  üçün  nəzərdə 
tutulan  müddət  bakalavriat  səviyyəsində  8-18,  magistratura 
səviyyəsində isə 8-10 həftədir. 
8.7.7.  Hər  tədris  ilində  tətil  müddəti  8-12  həftədir  (o 
cümlədən qış tətili müddəti 2 həftədən az olmayaraq). 
8.7.8.  Ali  təhsil  müəssisələrində  dərs  növlərinə  mühazirə, 
seminar,  nəzəri,  praktiki  və  laboratoriya  məşğələləri,  yoxlama 
işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və digərləri daxildir. 
8.7.9. Akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 
2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 
dəqiqədən az olmamalıdır. 
8.7.10.  Ali  təhsil  müəssisələrində  tədris  işinin  aşağıdakı 
növləri müəyyənləşdirilir: 
- mühazirələr; 
- seminarlar; 
- praktik məşğələlər; 
- laboratoriya işləri;  
- məsləhətlər;  
- tələbənin sərbəst işi;  
- tələbənin müəllimin rəhbərliyi altında sərbəst işi;  
- təcrübə (tədris, pedaqoji, arxeoloji, çöl, istehsalat, diplom- 
qabağı və s.); 
- stajkeçmə;  
- referatların yazılması; 
- kurs layihəsi (işi); 
- diplom layihəsi (işi); 
- magistr dissertasiyası;  
- doktorantura dissertasiyası. 
Bununla  yanaşı,  yoxlama  tədbirləri  də  həyata  keçirilir. 
Yoxlama  tədbirlərinə  cari,  aralıq  və  yoxlama  işlərinə  nəzarət 
daxildir. 
8.7.11.  Professor-müəllim  heyətinin  tədris  işlərinin  növləri 
üzrə  normalar  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 


 
173
tərəfindən  təsdiq  edilmiş  vaxt  normalarına  uyğun  ali  məktəb 
tərəfindən müəyyənləşdirilir. 
8.7.12. Mühazirələr, bir qayda olaraq, professor və dosentlər 
tərəfindən  aparılır.  Mühazirələrin  aparılmasına  kifayət  qədər  iş 
təcrübəsi  və  biliyi  olan  digər  müəssisə  və  təşkilatların 
mütəxəssisləri də cəlb oluna bilər.  
Seminarlar,  praktik  məşğələlər,  laboratoriya  işləri  və  s.  bir 
qayda  olaraq,  baş  müəllim,  müəllim,  assistent  və  s.  tərəfindən 
aparılır.  
8.7.13.  Dövlət  attestasiyasının  hazırlanmasına  və  təşkilinə 
ayrılan müddət 6 həftədir. 
8.8.  Tədris  qruplarında  sıxlıq  maddi-texniki  bazadan  asılı 
olaraq, 15-30 nəfər müəyyənləşdirilir. Eyni ixtisas üzrə olan tədris 
qrupunda  tələbələrin  sayı  30  nəfərdən  az  olduqda,  qrupun 
bölünməsi aparılmır. Bəzi spesifik məşğələ (xarici dil, yaradıcılıq, 
mədəniyyət,  musiqi,  incəsənət,  idman  və  s.)  və  laboratoriya 
dərsləri  üzrə  tədris  qrupları  müvafiq  normativlərə  uyğun  olaraq 
yarımqruplara bölünə bilərlər. 
Humanitar  və  peşə  hazırlığı  fənləri  bölümlərinə  daxil  olan 
fənlər  üzrə  kreditlərin  (saatların)  miqdarı  və  tədris  edilən  fənnin 
məzmunu proqram üzrə eyni olduqda, mühazirə dərslərində tədris 
qrupları birləşdirilir. 
8.9. Əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma 
formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir.  
 
Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" 
dərəcələrinin verilməsi qaydaları 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2010-cu il 12 may tarixli 88 nömrəli 
qərarı ilə təsdiq  edilmişdir 
  
1. Ümumi müddəalar 
 1.1. 
Bu 
Qaydalar 
"Təhsil 
haqqında" 
Azərbaycan 
Respublikasının  Qanununa  və  digər  qanunvericilik  aktlarına 


 
174
uyğun  hazırlanmışdır  və  dövlət  təhsil  standartları  əsasında  ali 
təhsilin  magistratura  səviyyəsində  təhsilin  məzmunu,  təşkili  və 
"magistr" dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. 
1.2.  Magistr  hazırlığı  ali  təhsilin  ikinci  səviyyəsi  olaraq 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təsdiq 
edilmiş  magistr  ixtisaslaşmalarının  (proqramlarının)  təsnifatına 
uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata 
keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından 
ayrı-ayrı  ixtisasların  ixtisaslaşmaları  üzrə  müvafiq  təhsil 
proqramları əsasında mütəxəssislər hazırlanır. 
Xüsusi  qabiliyyət  tələb  edən  və  öz  xüsusiyyətləri  ilə 
fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn 
və  bu  kimi  digər  sahələr  üzrə  magistr  hazırlığı  yalnız  nəzəri 
hazırlıq  və  tədqiqat  tələb  edən  sahələr  üzrə  həyata  keçirilir.  Bu 
ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti 
tərəfindən müəyyənləşdirilir. 
1.3.  Bu  Qaydalar  tabeliyindən,  mülkiyyət  növündən  və 
təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün 
ali 
təhsil 
müəssisələrinə 
şamil 
edilməklə, 
magistratura 
səviyyəsində 
təhsilin 
məzmununa, 
ixtisasların 
ayrı-ayrı 
ixtisaslaşmaları  üzrə  müvafiq  təhsil  proqramlarına,  eləcə  də 
təhsilalanların  hazırlıq  səviyyəsinə  qoyulan  tələbləri  müəy-
yənləşdirir.  
1.4. Bu Qaydalar mütəxəssis hazırlığının səviyyəsinə ümumi 
tələblər qoymaqla, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin 
yüksəldilməsinə,  məsuliyyətin,  eləcə  də  kadr  hazırlığının 
səmərəliliyinin 
artırılmasına, 
tədris-metodiki 
təminatın 
yaxşılaşdırılmasına,  təhsilalanların  attesta-siyasının  şəffaflığına, 
təhsilin  keyfiyyət  səviyyəsinin  ölkədə  qəbul  olunan  təhsil 
standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin 
prinsiplərinə  uyğunlaşdırılması  şərtilə,  respublikanın  ali  təhsil 
sisteminin  Avropa  təhsil  məkanına  inteqrasiyasına  və  ölkəmizdə 
verilmiş  təhsil  sənədlərinin  beynəlxalq  təhsil  məkanında 
tanınmasına şərait yaradır. 


 
175
1.5.  Magistratura  səviyyəsində  əyani  və  qiyabi  təhsilalma 
formaları müəyyən edilir. 
1.6.  Magistratura  səviyyəsində  əyani  forma  üzrə  təhsilin 
normativ  müddəti  1,5-2 (qiyabi  forma  üzrə  təhsil  müddəti  altı  ay 
artıqdır)  ildir.  Bu  müddət  ayrı-ayrı  ixtisaslaşmaların  təhsil 
proqramları ilə müəyyənləşdirilir. 
1.7. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, 
respublikanın bütün ali təhsil müəssisələrində magistratura təhsili 
ödənişli və ödənişsiz əsaslarla həyata keçirilə bilər. 
1.8. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, 
elmi-pedaqoji  kadr  potensialı,  maddi-texniki  bazası  və  təhsil 
infrastrukturu  kifayət  qədər  yüksək  olan  respublikanın  bütün  ali 
təhsil  müəssisələrində  magistratura  Azərbaycan  Respublikası 
Nazirlər Kabinetinin razılığı əsasında Azərbaycan Respublikasının 
Təhsil Nazirliyi tərəfindən yaradılır.  
1.9.  Müvafiq  ixtisas  üzrə  magistr  hazırlığı  yalnız  həmin 
ixtisas  üzrə  ali  təhsilin  birinci  səviyyəsi  (bakalavriat)  buraxılışı 
olan ali məktəblərdə həyata keçirilir.  
1.10. Dövlət ali təhsil müəssisələrində magistraturaya qəbul 
həmin  ixtisasın  bakalavr  buraxılışının  20  faizinə  qədər 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  müəy-
yənləşdirilir  (ödənişli  və  ödənişsiz  təhsilalanların  cəminə 
nisbətən).  
1.11. Magistraturaya tələbə qəbulu Azərbaycan Respublika-
sının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən 
edilmiş qaydada həyata keçirilir.  
1.12. Xarici ölkələrin vətəndaşlarının magistraturaya qəbulu 
müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 
 
2.  Magistratura  səviyyəsində  təhsilin  məzmununa  və 
tədris prosesinin təşkilinə qoyulan tələblər 
 2.1. Magistratura - ali təhsilin ikinci səviyyəsinin tələblərinə 
uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə 
biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir.  


 
176
2.2.  Azərbaycan  Respublikasının  ali  təhsil  müəssisələrində 
magistr  hazırlığı  ixtisasın  ayrı-ayrı  ixtisaslaşmaları  üzrə  təhsil 
proqramı,  ona  müvafiq  hazırlanmış  tədris  planı,  fənlər  üzrə  işçi 
proqramlar  (sillabuslar)  və  digər  normativ  sənədlər  (qiymət-
ləndirmə  qaydaları,  fərdi  tədris  planları,  dərs  cədvəlləri,  imtahan 
cədvəlləri, 
dərslərin 
reqlamentləri, 
təcrübənin 
keçirilməsi 
qaydaları və s.) əsasında həyata keçirilir. 
2.3.  Magistr  təhsilinin  məzmunu  tədris  prosesinin  və  elmi 
tədqiqat  işlərinin  planlaşdırılmasını,  onun  həyata  keçirilməsinin 
forma 
və 
metodlarını, 
tədris 
yükünün 
həcmini, 
tədris 
mərhələlərinin 
(semestrlərin) 
müddətini, 
tədris 
növlərini 
(mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini, 
ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri 
əhatə edir. 
Tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılması, 
təşkili tədris planı (nümunəvi işçi və fərdi) və fənn proqramları və 
ona  müvafiq  hazırlanmış  fənlər  üzrə  işçi  proqramları  əsasında 
həyata  keçirilir.  Bu  planların  forma  və  strukturu  ali  təhsil 
müəssisəsi tərəfindən müəyyənləşdirilir. 
Fənn  proqramları  müvafiq  ixtisasın  təhsil  proqramlarının 
tələblərinə  uyğun  olaraq  ali  təhsil  müəssisələri  tərəfindən 
hazırlanır  və  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi 
tərəfindən  təsdiq  edilir.  Fənlər  üzrə  işçi  proqramları  (sillabuslar) 
isə ali təhsil müəssisəsi tərəfindən hazırlanır və təsdiq edilir. 
Đşçi  tədris  proqramı  (sillabus)  -  fənnin  müvafiq  proqramı 
əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun 
hədəf  və  məqsədini,  qısa  məzmununu,  dərslərin  müddətini  və 
növlərini,  tələbənin  müstəqil  işi  üçün  tapşırıqları,  onların  yerinə 
yetirilməsi  müddətini,  məsləhət  saatlarını,  müəllim  haqqında 
məlumatı,  müəllimin  tələblərini,  qiymətləndirmə  meyarlarını, 
aralıq  qiymətləndirilmə  cədvəlini,  istifadə  olunan  ədəbiyyatın 
siyahısını əks etdirən sənəddir. 


 
177
2.4. Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə 
əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də 
elmi tədqiqat işlərindən ibarətdir.  
Magistrin  nəzəri  təlimi  və  pedaqoji  hazırlığı  humanitar, 
ixtisas  və  ixtisaslaşma  fənlərinin  mühazirə,  məşğələ,  seminar, 
məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənməsi ilə 
təmin olunur. 
Magistrin  elmi  tədqiqat sahəsində  hazırlığı  konkret  tədqiqat 
fəaliyyətinin 
tələblərinə 
uyğun 
olaraq, 
müasir 
üsullarla 
araşdırmaların  aparılması  və  dissertasiya  işinin  hazırlanması  ilə 
təmin olunur. 
2.5. 
Đxtisasın 
ayrı-ayrı 
ixtisaslaşmaları 
üzrə 
təhsil 
proqramının strukturu tədris (humanitar və ümumi hazırlıq, eləcə 
də ixtisaslaşma fənləri) və elmi tədqiqat hissəsindən ibarətdir. 
2.6.  Magistratura  səviyyəsində  tədrisin  təşkili  ali  təhsil 
pilləsinin  dövlət  standartının  tələblərinə  uyğun  Azərbaycan 
Respublikasının  Təhsil  Nazirliyi  tərəfindən  təsdiq  edilmiş 
qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan 
AKTS - Avropa Kredit Transfer Sistemi) ilə həyata keçirilir.  
2.7. 
Tələbələrin 
fənlər 
üzrə 
attestasiyası 
(biliyinin 
qiymətlən-dirilməsi) Azərbaycan Respublikasının Təhsil Nazirliyi 
tərəfindən  müəyyənləşdirilmiş  qaydada  çoxballı  (100  ballı) 
sistemlə həyata keçirilir.  
2.8.  Tədris  ili,  bir  qayda  olaraq,  iki  semestrdən  (payız  və 
yaz)  ibarətdir.  Bundan  əlavə,  yay  tətili  müddətində  6  (altı) 
həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 
2.9.  Əyani  formanın  təhsil  müddətində  nəzəri  tədrisə  -  45, 
elmi  tədqiqat  və  elmi-pedaqoji  təcrübələrə  -  8,  imtahan 
sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-
16 həftədir.  
Dissertasiya  işinin  hazırlanması  və  müdafiəsinə  12,  tətillərə 
isə 14 həftə ayrılır.  


 
178
2.10.  Tələbənin  auditoriya  və  auditoriyadankənar  (bütün 
tədris, elmi tədqiqat və elmi-pedaqoji ) həftəlik yükünün həcmi 45 
saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir. 
Qiyabi  forma  üzrə  isə  tələbələrin  auditoriya  dərslərinin 
həcmi  ildə  120-160  saat  nəzərdə  tutulur.  Hər  tədris  ilində  təlim 
müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq 
olaraq yekunlaşır. 
2.11. Bir akademik saat - 45 dəqiqəyə bərabərdir. Bütün növ 
dərslər  üçün  2  akademik  saat  müəyyənləşdirilir.  Akademik 
saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır. 
2.12.  Magistratura  üzrə  aparılan  elmi  tədqiqat  işləri  axtarış 
və tətbiqi xarakterli işlər olmalıdır. 
2.13. Magistrantlara elmi rəhbərlik, bir qayda olaraq, həmin 
təhsil müəssisəsində çalışan professor-müəllim heyətinin elmi adı 
və  ya  elmi  dərəcəsi  olan  nümayəndələri  və  ya  həmin  şərtləri 
ödəyən  digər  müəssisə  və  təşkilatlarda  çalışan  şəxslər  tərəfindən 
həyata keçirilir. Bir nəfərə 5-dən çox magistranta rəhbərlik etməyə 
icazə  verilmir.  Magistrantın  elmi  tədqiqatının  yönümü  müxtəlif 
elmlərin  qovuşmasından  ibarət  olduğu  halda,  ona  elmi  rəhbərlə 
yanaşı, elmi məsləhətçi də təyin oluna bilər. 
  
3. 
Magistrlik 
dissertasiyalarının 
müdafiəsi 
üzrə 
ixtisaslaşdırılmış şuralar 
 3.1.  Ali  təhsilin  magistratura  səviyyəsində  təhsilin  yekun 
mərhələsi  magistrlik  dissertasiyasının  müdafiəsidir  (ixtisasdan 
asılı olaraq buraxılış imtahanı da ola bilər). 
3.2.  Magistratura  səviyyəsini  bitirən  şəxslərə  "magistr"  ali 
elmi-ixtisas  dərəcəsi  verilir.  "Magistr"  dərəcəsi  magistrlik 
dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi tərəfindən 
yaradılmış  ixtisaslaşdırılmış  şuraların  qərarı  əsasında  verilir.  Bu 
təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam 
etdirə bilərlər. 


 
179
3.3.  Đxtisaslaşdırılmış  şuraların  yaradılması  və  onun  işinin 
təşkili  qaydası  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 
tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla müəyyən olunur. 
 4. Magistraturada yekun attestasiya 
4.1. Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr 
yekun attestasiyaya buraxılırlar.  
4.2. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsi 
və  ixtisas  fənləri  üzrə  imtahanlardan  ibarətdir.  Magistrlik 
dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında 
aparılır. 
4.3.  Magistrlik  dissertasiyasının  məzmununa,  yazılmasına, 
təqdim  edilməsinə  və  müdafiəsinə  qoyulan  tələblər  Azərbaycan 
Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.  
4.4.  Ali  təhsil  müəssisələrində  magistratura  səviyyəsinin 
təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş və magistr 
ali elmi-ixtisas dərəcəsi almış şəxslərə müəyyən olunmuş formada 
dövlət nümunəli diplom verilir. 
4.5.  Magistratura  səviyyəsini  bu  və  ya  digər  səbəbdən  başa 
vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti 
tərəfindən  müəyyən  olunmuş  qaydada  arayış  verilir.  Arayışın 
forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 
təsdiq edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
180
Mündəricat 
 
• 
Ön söz ........................................................................................ 3 
• 
Đbrahim  Əliyev.  XX  əsrin  80-90-cı  illərində  Cənubi  Qafqazda  
milli münasibətlər problemi  .................................................................. 7 
• 
Cəfər Cəfərov. Azərbaycanda davamlı təhsilin bəzi problemləri..... 17 
• 
Şahlar Əskərov. Düzgün qərar qəbul etmənin elmi əsası......... 24 
• 
Nəsir Nəsirli. Ali təhsildə keyfiyyət təminatı problemi............31 
• 
Şahrza  Əliyev.  Azərbaycanda  ali  təhsildə  yeni  maliyyələşmə 
mexanizminin  tətbiqi  ilə  bağlı  görülən  işlər  və  qarşıda  duran 
vəzifələr..................................................................................................38 
• 
Đbrahim  Əliyev,  Sevda  Vəzirova.  Boloniya  prosesində  vahid 
kredit sistemi (AKTS)  ......................................................................... 49 
• 
Xaləddin Đbrahimli. Azərbaycanda ali təhsil və Boloniya prosesi... 62 
• 
 Avropada  vahid  ali  təhsil  məkanının  xarakteristikası  və  onun 
vacib elementləri ...................................................................................68 
  Avropada Boloniya prosesinin tarixindən.................................68 
  Avropada  Boloniya  prosesi  çərçivəsində  aparılan  islahatların 
məqsədləri .............................................................................................73  
  Boloniya  prosesinə  qoşulmuş    dövlətlər  və  beynəlxalq 
təşkilatlar................................................................................................75 
  Boloniya prosesinə aid olan sənədlərin qəbulu.........................78 
  Diploma Avropa əlavəsi........................................................... 78 
  Kredit sistemi nədir və əvvəlki sistemdən nə ilə fərqlənir........79 
  Tələbə mobilliyinin  mahiyyəti və onun başlıca missiyası....... 81 
  Ali təhsildə keyfiyyət problemləri............................................ 83 
  Rəsmi sənədlərin qarşılıqlı tanınma məsələləri.........................86 
  Elmi tədqiqatlar Boloniya prosesi şəraitində............................ 87 
  Təhsilin obyekti və subyekti problemi..................................... 88 
  Ali təhsil müəssisəsinin müstəqilliyi və muxtariyyəti.............. 89 
  Boloniya prosesinin idarə sistemi............................................. 91 
 


 
181
• 
Sənədlər  
  Universitetlərin  ümumi  xartiyası  (Boloniya  şəhəri,  Đtaliya,  18 
sentyabr 1998-ci il) ................................................................................92 
  Boloniya  bəyannaməsi.  Avropa  ali  təhsil  zonası.  Avropa  təhsil 
nazirlərinin birgə bəyanatı. Boloniya ş. 19 iyun 1999-cu il...................94 
  Avropada ali təhsil zonası haqqında. Ali təhsilə məsul Avropa  
nazirlərinin görüşünün komunikesi. Praqa şəhəri, 19 may 2001-ci ......98 
  Gələcəyin formalaşması. Salamanka 29-30 mart 2001-ci il....105 
• 
Ölkə qanunvericiliyi 
  Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu .........111 
  2009-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  ali  təhsil 
sistemində islahatlar üzrə Dövlət Proqramı .........................................121 
  Ali  təhsil  müəssisələrində  yeni  maliyyələşmə  mexanizminin 
tətbiq  edilməsi  barədə  Azərbaycan  Respublikası  Prezidentinin 
Fərmanı................................................................................................ 133 
  Təhsil müəssisələrinin akkreditasiyası qaydaları................... 137 
  Ali  təhsil  pilləsinin  bakalavr  və  magistr  səviyyələrində  təhsil 
haqqında  dövlət  sənədlərinin  nümunələri  və  onların  verilməsi 
qaydası..................................................................................................150 
  Müxtəlif  səbəblərdən  təhsilin  hər  hansı  pilləsini  və  səviyyəsini 
başa vurmayan şəxslərə arayışın verilməsi qaydası.............................156 
  Ali təhsil pilləsinin dövlət standartı və proqramı....................161 
 
 
 
 
                _____________________________________ 
Çapa imzalanmış 10.11.2011. sifariş № 141 
Kağız formatı 60x84 1/16. Sayı 1000 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə