Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi


Tapşırıqlar Tapşırıqların məzmunu



Yüklə 286,91 Kb.
səhifə150/152
tarix11.05.2022
ölçüsü286,91 Kb.
#86656
1   ...   144   145   146   147   148   149   150   151   152
844-2015

Tapşırıqlar

Tapşırıqların məzmunu

Tətbiq edilmək məqsədilə, uyğunluq müddəalarının qiymətləndirilməsi

 

 

İstehsalçı üçün tapşırıqlar



Zavodun istehsal prosesinə nəzarət

Nəzərdə tutulmuş istifadə üçün müvafiq olan ZA.1.1 və/və ya ZA.1.2 Cədvəllərinin xarakteristikasına dair parametrlər

6.3

İlkin növ  sınağı

Nəzərdə tutulmuş istifadə üçün müvafiq olan ZA.1.1 və/və ya ZA.1.2 Cədvəllərinin xarakteristikasına dair parametrlər, yəni, mexaniki müqavimət, zərbəyə davamlılıq, sukeçirməməzlik və davamlılıq

6.2

 

ZA.2.2   AB-nin Uyğunluq bəyannaməsi

(Sistem 1 məhsulları ilə əlaqədar): Bu əlavənin şərtlərinə uyğunluq əldə olunduqda, sertifikatlaşdırma orqanı uyğunluq sertifikatını (yəni, AB standartlarına uyğunluq sertifikatı) tərtib edir, bu sertifikat əsasında istehsalçı CE nişanını vura bilər. Sertifikat aşağıdakıları göstərir:

-          Sertifikatlaşdırma orqanının adı, ünvanı və identifikasiya nömrəsi;

-          İstehsalçının və ya onun Avropa İqtisadi Zonasında səlahiyyətli nümayəndəsinin adı və ünvanı və istehsal yeri;

QEYD 1:    Əgər CE nişanı üçün məsuliyyəti öz üzərinə götürərsə, istehsalçı həmçinin məhsulun AİZ bazarına çıxarılması üçün cavabdeh olan şəxs də ola bilər. 

-         Məhsulun təsviri (növü, identifikasiya nömrəsi, istifadəsi və s.);

-         Məhsulun uyğun olduğu müddəalar (yəni, bu Avropa Standartının ZA Əlavəsi);

-         Bu məhsulun istifadəsinə tətbiq oluna bilən xüsusi şərtlər (məsələn, müəyyən şəraitdə istifadəyə dair müddəalar);

-         Sertifikatın nömrəsi;

-         Sertifikatın qüvvədə olma şərtləri, tətbiq oluna bilən yerlərdə;

-         Sertifikatı imzalamaq səlahiyyəti olan şəxsin adı, vəzifəsi.

 


 

 


(Sistem 3 məhsulları üçün): Bu Əlavənin şərtlərinə riayət edildikdə, Avropa İqtisadi Zonasında təsis edilmiş istehsalçı və ya onun agenti istehsalçıya CE nişanını vurmaq hüququ verən uyğunluq bəyannaməsi (AB Uyğunluq Bəyannaməsi) hazırlayır. Bu bəyannamə aşağıdakıları əks etdirir:

-         İstehsalçının və ya onun Avropa İqtisadi Zonasında təsis edilmiş nümayəndəsinin adı və ünvanı və istehsal yeri;

QEYD 2: CE nişanı üçün məsuliyyəti öz üzərinə götürərsə, İstehsalçı həmçinin məhsulu AİZ bazarına çıxarmaq üçün məsuliyyət daşıyan şəxs ola bilər.

-         Məhsulun təsviri (növü, identifikasiya, istifadəsi və s.) və CE nişanına dair məlumatın surəti;

QEYD 3: Bəyannamə üçün tələb olunan məlumatın CE nişanı haqqında məlumata artıq daxil edilmiş olduğu təqdirdə, bu məlumatın təkrar verilməsi tələb olunmur. 

-         Məhsulun uyğunluğunu tənzimləyən müddəalar (yəni, bu Avropa Standartının ZA Əlavəsi);

-         Məhsulun istifadəsi ilə əlaqədar tətbiq olunan xüsusi şərtlər (məsələn, xüsusi hallarda istifadə şərtləri);

-         Seçilmiş laboratoriyanın (laboratoriyaların) adı və ünvanı;

-         İstehsalçı və ya onun səlahiyyətli nümayəndəsinin adından deklarasiyanı imzalamaq hüququ verilmiş şəxsin adı və vəzifəsi;

(Sistem 4 məhsulları üçün): Bu Əlavənin şərtlərinə riayət edildikdə, Avropa İqtisadi Zonasında təsis edilmiş istehsalçı və ya onun agenti istehsalçıya CE nişanını vurmaq hüququ verən uyğunluq bəyannaməsi (AB Uyğunluq Bəyannaməsi) hazırlayır. Bu bəyannamə aşağıdakıları əks etdirir: 

-         İstehsalçının və ya onun Avropa İqtisadi Zonasında təsis edilmiş nümayəndəsinin adı və ünvanı və istehsal yeri;

QEYD 4: CE nişanı üçün məsuliyyəti öz üzərinə götürərsə, İstehsalçı həmçinin məhsulu AİZ bazarına çıxarmaq üçün məsuliyyət daşıyan şəxs ola bilər.

-         Məhsulun təsviri (növü, identifikasiya, istifadəsi və s.) və CE nişanına dair məlumatın surəti;

QEYD 5:  Bəyannamə üçün tələb olunan məlumatın CE nişanı haqqında məlumata artıq daxil edilmiş olduğu təqdirdə, bu məlumatın təkrar verilməsi tələb olunmur. 

-         Məhsulun uyğunluğunu tənzimləyən müddəalar (yəni, bu Avropa Standartının ZA Əlavəsi);

-         Məhsulun istifadəsi ilə əlaqədar tətbiq olunan xüsusi şərtlər (məsələn, xüsusi hallarda istifadə şərtləri);

-         İstehsalçı və ya onun səlahiyyətli nümayəndəsinin adından deklarasiyanı imzalamaq hüququ verilmiş şəxsin adı və vəzifəsi;

Yuxarıda qeyd olunan bəyannamə məhsulun istifadə ediləcəyi Üzv dövlətlərin dilində və ya dillərində təqdim edilir.

1 iyul 2013-cü il tarixindən etibarən istifadəçi  9 mart 2011-ci il tarixli (AB) No 305/2011 Əsasnamə ilə tələb olunan bəyannaməni təqdim etməlidir.




Yüklə 286,91 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə