Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi



Yüklə 286,91 Kb.
səhifə145/152
tarix11.05.2022
ölçüsü286,91 Kb.
#86656
1   ...   141   142   143   144   145   146   147   148   ...   152
844-2015





Əlavə ZA

(informativ)



Bu Avropa standartının AB Tikinti Materialları Direktivinin müddəalarına istinad edən bəndləri

ZA.1   Əhatə dairəsi və müvafiq xarakteristika

Bu Avropa standartı Avropa Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən CEN-ə verilmiş M/121 “Daxili və xarici divarlar və tavan örtükləri” mandatı əsasında hazırlanmışdır.

Bu Avropa standartının bəndləri AB Tikinti Materialları Direktivi (89/106) əsasında verilən mandatların tələblərinə cavab verir.

Bu bəndlərə əməl edilməsi hazırkı Avropa standartının əhatə etdiyi profillənmiş fibrosement lövhələrin və fitinqlərin nəzərdə tutulan istifadə tələblərinə cavab verməsi hesab olunur. 

DİQQƏT — məhsulların nəzərdə tutulan istifadə şərtlərinə uyğunluğuna təsir etməyən digər tələblər və digər AB direktivləri bu standartın əhatə dairəsinə daxil olan tikinti məhsuluna tətbiq oluna bilər.

QEYD 1: Bu standartda əksini tapmış təhlükəli maddələrlə əlaqədar xüsusi şərtlərə əlavə olaraq, standartın əhatə etdiyi məhsullara tətbiq oluna bilən digər tələblər də ola bilər (məsələn, Avropa qanunvericiliyi və milli hüquq, qaydalar və inzibati müddəalar). AB-nin Tikinti Məhsulları Direktivinin şərtlərinə cavab vermək məqsədilə, tətbiq oluna bildikdə, bu tələblərə də əməl edilməlidir. 

QEYD 2: Təhlükəli maddələr haqqında Avropa və milli qanunların müddəalarından təşkil olunmuş məlumat bazası AVROPA üzrə Tikinti materialları internet saytında verilir (bu link vasitəsilə daxil olun: http://ec.europa.eu/enterprise/construction/cpd-ds/).

Bu Əlavə ZA 1.1 və ZA 1.2 Cədvəllərində göstərilən istifadə üçün nəzərdə tutulmuş düz fibrosement lövhələrə CE uyğunluq nişanının vurulması şərtlərini müəyyən edir.  

Bu Əlavə mandatla əhatə olunan məsələ ilə əlaqədar Avropa standartının 1-ci Maddəsinin müvafiq hissəsi kimi eyni əhatə dairəsinə malikdir və ZA1-ZA 1.2 Cədvəllərində öz əksini tapır.

 


Yüklə 286,91 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə