10
Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı
birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və
müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat
vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin
vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə
səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab
edilirlər.
Maddə 18. Hüquqi şəxslərin inzibati məsuliyyəti
18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və
xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati
məsuliyyətə cəlb olunurlar.
18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin
xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər
tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir:
18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan
vəzifəli şəxs;
18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək
səlahiyyətinə malik olan vəzifəli şəxs;
18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə
malik olan vəzifəli şəxs;
18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə
tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi
nəticəsində hüquqi şəxsin işçisi.
11
18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin
əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak
etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir.
18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş
vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən
inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin
inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur.
18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim
tərəfindən tətbiq edilir.
18.6. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin
18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə
gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün
məhkəməyə göndərirlər.
18.7. Bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş
əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati
xəta haqqında iş üzrə qərar qəbul edir.
18.8. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar
qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda inzibati
məsuliyyətə hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə
tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunduğu
vaxtdan tam icra olunana və ya ləğv edilənədək hüquqi şəxsin
yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya
hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv
edilməsi qadağandır.
FƏSİL 3
12
ƏMƏLİN İNZİBATİ XƏTA OLMASINI ARADAN QALDIRAN HALLAR
Maddə 19. Son zərurət
19.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş
əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni
şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya
hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan
təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin
vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün
deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol
verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.
19.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə
həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun
olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə
bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır.
Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər
vurulduqda inzibati məsuliyyətə səbəb olur.
Maddə 20. Zəruri müdafiə
20.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş
əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində,
yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına,
sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin
mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən
13
qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa,
inzibati xəta hesab olunmur.
20.2. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə
açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri
müdafiə həddini aşmaq hesab edilir.
FƏSİL 4
İNZİBATİ TƏNBEH
Maddə 21. İnzibati tənbehin məqsədləri
İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən
şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə
həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən
yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
Maddə 22. İnzibati tənbeh növləri
22.1. İnzibati tənbeh növləri aşağıdakılardır:
22.1.1. xəbərdarlıq;
22.1.2. inzibati cərimə;
22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati
xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;
22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn
məhdudlaşdırılması;
14
22.1.5. ictimai işlər;
22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma;
22.1.7. inzibati həbs.
22.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-
cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq
edilir.
Maddə 23. Əsas və əlavə inzibati tənbehlər
23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati
həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir.
23.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş
xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də
əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.
23.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə
tənbeh tətbiq edilə bilər.
Maddə 24. Xəbərdarlıq
24.1. Xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd
əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici
tədbirdir. Xəbərdarlıq yazılı formada edilir.
24.2. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin
maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati
Dostları ilə paylaş: |