4
mövcud infrastrukturların köçürülmәsi mәqsәdilә müvafiq işlәr görülür.
Eyni zamanda,
әrazidә geofiziki, geotexniki vә hidroloji işlәr hәyata keçirilir. Paralel olaraq, Әtraf mühitә
vә sosial sahәyә tәsirin qiymәtlәndirilmәsi (ӘMSSTQ) hesabatlarının hazırlanması
istiqamәtindә tәdqiqatlar aparılır. Hazırda ARDNŞ tәrәfindәn NQNK layihәsinin icrası ilә
әlaqәdar maraqlı tәrәflәrin cәlb olunması prosesinә başlanılmışdır. Görülәn işlәr ARDNŞ
tәrәfindәn istehsal olunan neft-qaz emalı vә neft-kimya mәhsullarının keyfiyyәtinin
yüksәldilmәsi vә Bakıda ekoloji vәziyyәtin yaxşılaşdırılması baxımından
xüsusi önәm
daşıyan bu layihәnin uğurla başa çatacağına әminlik yaradır.
Mәlumdur ki, Türkiyәnin “Petkim” neft-kimya holdinqinin idarәçiliyi artıq bir neçә
ildir, ARDNŞ tәrәfindәn hәyata keçirilir. “Petkim” bu illәrdә ümumi mәhsul istehsalı,
gәlir, mәnfәәt vә ixrac üzrә rekord göstәricilәrә nail olub. 2011-ci ildә Azәrbaycan
Prezidenti İlham Әliyev vә Türkiyәnin Baş naziri Rәcәb Tayyib Әrdoğanın iştirakı ilә illik
mәhsuldarlığı 10 milyon ton tәşkil edәcәk “STAR” neft emalı zavodunun tәmәli
qoyulmuşdur. Bu, Türkiyәdә özәl sektor xәtti ilә hәyata keçirilәn әn böyük investisiya
layihәsidir. Ötәn ilin mayında ARDNŞ ilә “STAR” neft emalı zavodunun inşasını hәyata
keçirәcәk İspaniyanın “Tecnicas Reunidas” şirkәtinin
rәhbәrlik etdiyi konsorsium
arasında saziş imzalanmışdır. Ekoloji cәhәtdәn әn qabaqcıl texnologiyalar әsasında
qurulacaq “STAR” zavodunun istehsala başlaması ilә Türkiyә idxal mәhsulları üzrә
milyardlarla dollarlıq valyutaya qәnaәt edәcәk, ARDNŞ isә hazır emal mәhsullarının
realizә edilmәsindәn böyük hәcmdә әlavә mәnfәәt götürәcәkdir.
Dövlәt Neft Şirkәti Sumqayıtda azot gübrәsi – karbamid istehsalı zavodunun
inşasına başlamışdır. Müasir beynәlxalq standartlara uyğun azot gübrәsi istehsal
olunacaq zavodun inşası Azәrbaycan Respublikası Prezidentinin müvafiq Sәrәncamı ilә
tәsdiq edilmiş “2008-2015-ci illәrdә Azәrbaycan Respublikasında әhalinin әrzaq
mәhsulları ilә etibarlı tәminatına dair Dövlәt Proqramı”na әsasәn hәyata keçirilir. Tәmәli
möhtәrәm Prezidentimiz İlham Әliyev cәnabları tәrәfindәn qoyulmuş Karbamid
Zavodunun tikintisi dövlәt investisiyaları hesabına maliyyәlәşdirilir.
Zavodda sutkada
1200 ton ammonyak vә 2000 ton karbamid istehsal edilmәsi nәzәrdә tutulur. Әsas
xammal kimi tәbii qazdan istifadә olunacaqdır. Ötәn il “Samsung Engineering Co. Ltd.”
şirkәti ilә imzalanmış müqavilә çәrçivәsindә zavod bütün lazımi sınaqlar hәyata
keçirilmәklә “açar tәhvili” әsasında istifadәyә tam hazır şәkildә tәhvil verilmәlidir. Bu
layihәnin hәyata keçirilmәsi ilә ARDNŞ ölkә iqtisadiyyatının әsas sektorlarından olan
5
kәnd tәsәrrüfatının inkişafına ciddi dәstәk verәcәkdir. Regionda azot gübrәsinә tәlәbatın
güclü olması nәzәrә alınaraq ARDNŞ Gürcüstanda da analoji zavodun inşasına başlayır.
Azәrbaycan Prezidenti İlham Әliyevin Sәrәncamı ilә “Azәriqaz” İstehsalat Birliyi
ARDNŞ-nin tәrkibinә daxil edildikdәn sonra ölkәnin qaz tәchizatı sisteminin yenilәnmәsi,
әhalinin vә sәnayenin fasilәsiz tәbii qazla tәmin edilmәsi istiqamәtindә böyük hәcmdә
işlәr görülmәkdәdir. Bakı şәhәri, әtraf qәsәbә vә kәndlәrin qaz tәchizatı sisteminin
beynәlxalq tәlәblәr sәviyyәsindә qurulması istiqamәtindә işlәr sürәtlәnmişdir. ARDNŞ-
nin “Azәriqaz” İstehsalat Birliyi ilә Almaniyanın “E. ON Ruhrgas AG” şirkәti arasında Bakı
şәhәrindә vә Abşeron yarımadasında qaz tәchizatı sisteminin
müasirlәşdirilmәsi üçün
texniki-iqtisadi әsaslandırmanın hazırlanması haqqında imzalanan xidmәt müqavilәsinә
әsasәn, qaz itkisinin qarşısının alınması, habelә әhalinin artımı vә sәnayenin davamlı
inkişafı nәticәsindә gәlәcәkdә daha da yüksәlәcәk tәlәbatı ödәmәk mәqsәdi ilә Bakı
şәhәri vә Abşeron yarımadasında mövcud qaz tәchizatı şәbәkәsinin genişlәndirilmәsi,
müasirlәşdirilmәsi vә yenidәn qurulmasını hәyata keçirmәk istiqamәtindә aparılan
layihәlәndirmә işlәri uğurla davam etdirilir.
Bu gün ARDNŞ-nin işgüzar imici durmadan yüksәlir, onun beynәlxalq mövqelәri
daha da möhkәmlәnir. Türkiyә, İsveçrә,
Gürcüstan, Ukrayna, Rumıniya vә başqa
ölkәlәrdә şirkәtin göstәrdiyi uğurlu fәaliyyәt tutulan yolun müvәffәqiyyәtlә davam
edәcәyinә böyük inam yaradır. ARDNŞ artıq beynәlxalq maliyyә institutlarında öz
öhdәliklәrinә vaxtında vә layiqincә әmәl edәn qurum kimi yaxşı tanınır. ARDNŞ-nin
korporativ reytinqi dünyanın 3 böyük reytinq şirkәti tәrәfindәn stabil
qiymәtlәndirilmişdir. Şirkәtimizin әn böyük uğurlarından biri yeni maliyyә alәtlәrindәn
yararlanmaq, beynәlxalq kapital bazarından sәrmayә cәlb etmәk mәqsәdi ilә
avrobondların tәdavülә buraxılması olmuşdur. 2012-ci
ildә Londonda dövriyyәyә
buraxılan bu qiymәtli kağızlar sәrmayәdarlar arasında yüksәk maraq doğurmuşdur.
2013-cü ildә ARDNŞ beynәlxalq maliyyә bazarındakı potensial dәyişikliklәri düzgün
qiymәtlәndirәrәk, daha 1 milyard ABŞ dolları hәcmindә qiymәtli kağız buraxmışdır. Әgәr
mövcud bazar qiymәtlәri nәzәrә alınsa, ARDNŞ 10 il müddәtinә orta hesabla tәxminәn
10 milyon, ümumilikdә isә 100 milyon ABŞ dollarına qәnaәt etmişdir. Bütün bunlar
әlbәttә ki, böyük uğurdur vә Azәrbaycan iqtisadiyyatının güclәnmәsinin,
qlobal
iqtisadiyyatda rolunun artmasının bariz nәticәsidir.
Şirkәtdә kadr hazırlığı istiqamәtindә dә davamlı vә mәqsәdyönlü iş aparılır. Hәr il
onlarla tәlәbә Şirkәtin xarici tәqaüd proqramı çәrçivәsindә dünyanın nüfuzlu ali
mәktәblәrindә tәhsil almağa göndәrilir, tәhsilini başa vurub geri dönәnlәr idarә vә
müәssisәlәrimizdә müvafiq işlә tәmin olunur.
Bununla belә, Şirkәtin daim inkişafda
olması yeni kadrlara tәlәbatı durmadan artırır. Bu tәlәbatın ödәnmәsi, beynәlxalq
standartlara uyğun әn müasir tәdris planları vә tәdris texnologiyaları әsasında tәhsil
prosesini tәşkil etmәklә sәnayenin müasir tәlәblәrinә cavab verәn yüksәk ixtisaslı
mütәxәssislәrin yetişdirilmәsi mәqsәdi ilә Azәrbaycan Respublikası Prezidentinin Fәrmanı
ilә Dövlәt Neft Şirkәtinin strukturunda Bakı Ali Neft Mәktәbi yaradılmışdır. Qısa
müddәtdә dünyanın neft-qaz sahәsindә aparıcı elm vә tәhsil mәrkәzlәri ilә sıx әlaqәlәr
yaradılmışdır vә sәmәrәli birgә iş aparılır.
Ölkәmizdә әtraf mühit vә ekoloji tarazlığın qorunması ilә bağlı geniş miqyaslı dövlәt
proqramları, iri maliyyә tutumlu layihәlәr hәyata keçirilir. Dövlәt Neft Şirkәti bu prosesin
öncüllәrindәndir. H.Z. Tağıyev adına NQÇİ-nin neftlә çirklәnmәdәn tәmizlәnmiş 9,3
hektarlıq әrazisindә Ekologiya parkı yaradılmışdır vә uğurla fәaliyyәt göstәrir. Park
Abşeron yarımadasında ekoloji vәziyyәtin normallaşdırılması üçün yaşıllıq zolaqlarının
artırılması, buradakı iqlim şәraitinә uyğunlaşa bilәn ekzotik
ağac-kol vә dekorativ
bitkilәrin becәrilmәsi, Abşeronun nәsli kәsilmәk tәhlükәsi olan nadir bitkilәrindәn ibarәt
kolleksiyanın yaradılması mәqsәdlәrinә xidmәt edir. Parkın enerji tәchizatı alternativ