16
Qәrbi Abşeron yatağında 0,25 km
2
(10 km), Darvin bankası sahәlәrindә 0,25 km
2
(15 km) vә
Neft Daşları yatağında 0,64 km
2
(16 km), (sifarişçi “Neftqaztikinti” tresti), cәmi 1,95 km
2
(66km) hәcmindә aparılmışdır.
Sonar planaalma, batimetriya, fasilәsiz seysmoakustik profillәmә vә multibim işlәri
“Mәmmәd Süleymanov” vә “Orion-3” gәmilәri vasitәsilә yerinә yetirilmişdir.
2. Struktur-axtarış qazma işlәri.
«Azneft» İB-nin
sifarişi ilә, quruda Şimali Şıxıqaya
sahәsindә 2012-ci ildә qazma ilә qurtarmış 5 nömrәli struktur-axtarış quyusunda 2013-cü ildә
sınaq-mәnimsәmә işlәri aparılmışdır.
Şimali Şıxıqaya 5 №-li struktur-axtarış quyusunun layihә dәrinliyi 1000 m, layihә
horizontu MQ-nin X horizontudur (Şıxtәpә bölgüsü üzrә). 5 №li struktur-axtarış quyusunun
qazılmasına 17.01.2012-ci il tarixindәn başlanılmışdır. İl әrzindә 1000 m hәcmindә qazma
işlәri görülmüşdür. Quyu 2013-cü ilә mәnimsәmә ilә keçmiş, götürülmüş süxur nümunәlәrinә
vә aparılmış kompleks mәdәn-geofiziki tәdqiqatların nәticәlәrinә görә neftlilik-qazlılıq
baxımından müsbәt sәciyyәlәndirilәn intervallarda sınaq-mәnimsәmә işlәri aparılmışdır.
Belәliklә, I obyektdә (MQ-nin IX horizontu) 857-853m; 829-822m intervallarından 40 m
3
/gün,
II obyektdә (MQ-nin IV horizontu) 348-341m; 340-337m intervallarından 6 m
3
/gün
lay suyu
alınmışdır. III obyektdә (MQ-nin III horizontu) 261-259 m intervalından heç bir axın
müşahidә edilmәmişdir. Müsbәt nәticә alınmadığından quyu I
a
kateqoriyası ilә geoloji
sәbәbdәn lәğvә tәqdim edilmişdir
3. Axtarış-kәşfiyyat qazma işlәri.
2013-cü ildә axtarış-kәşfıyyat qazma işlәri
Azәrbaycan Respublikasının quru vә dәniz sahәlәrindә (neft vә qaz yataqlarında vә
perspektivli strukturlarda) ARDNŞ-nin öz daxili imkanları hesabına vә xarici şirkәtlәrlә birlikdә
aparılmışdır.
Ümumilikdә struktur-axtarış vә axtarış-kәşfiyyat qazma işlәri altı sahәdә-quruda Şimali
Şıxıqaya (№ 5), Tumbul (№ l, № 2) sahәlәrindә, dәnizdә Bulla-dәniz (№ 90), Әlәt-dәniz (№
23), Şah-dәniz (operator bp, № SDX-7) yataqlarında vә Qoşadaş sahәsindә (№ 2) 8234 m
hәcmindә, o cümlәdәn ARDNŞ-nin öz gücü ilә 6991 m, xarici şirkәtlәrlә birlikdә 1243 m
aparılmışdır.
İl әrzindә 3 quyu qazma ilә başlamış - Tumbul (№ l, № 2 ), Qoşadaş (№2), 4 quyu
qazmadan qurtarmış - Әlәt-dәniz (№ 23), Bulla-dәniz (№ 90), Tumbul (№ l), Şah-dәniz
(operator bp, № SDX-7) vә 5 quyu - Әlәt-dәniz (№ 23), Bulla-dәniz (№ 90), Şimali Şıxıqaya
(№ 5), Tumbul (№ l), Şah-dәniz (operator bp, № SDX-7) tikinti ilә qurtarmışdır.
Әlәt-dәniz yatağı 23 №-
li axtarış quyusu (özül № 63). Quyunun layihә dәrinliyi
4900 m, layihә horizontu MQ-nin Qirmәkialtı lay dәstәsi (QA), azimutu 270°, inhirafı 250 m,
dәnizin dәrinliyi 6 m, rotorun hündürlüyü 15,45 m-dir. Qazma işlәrinә 17.03.2011-ci il
tarixindә başlanılmışdır. Quyuda aparılmış QGT işlәrinin nәticәsinә әsasәn 4795m dәrinlikdә
layihә horizontu tam açıldığından qazma işlәri dayandırılmışdır. Quyu 2013-cü
ilә mәnimsәmә
ilә keçmişdir. QGT işlәrinin nәticәsinә әsasәn neftli-qazlı qiymәtlәndirilmiş bәzi intervallarda
2013-cü ildә sınaq-mәnimsәmә işlәri aparılmışdır. MQ-nin QA horizontu 4632-4637m
intervalında perforasiya olunmuş vә mәnimsәmә nәticәsindә laydan axın alınmamışdır. Sınaq-
mәnimsәmә işlәrini davam etdirmәk mәqsәdilә MQ-nin VII horizontunun 3847-3837m
intervalı perforasiya olunmuş vә mәnimsәmә işlәri nәticәsindә gündәlik 70 min m
3
qaz, 9 m
3
kondensat alınmışdır.
17
Quyu 17.05.2013-cü il tarixdәn “Azneft” İB, N.Nәrimanov adına NQÇİ-nin balansına
verilmişdir.
Bulla-dәniz yatağı 90 №-li kәşfiyyat quyusu (özül № 29). Quyunun layihә
dәrinliyi 5800 m, layihә horizontu
MQ-nin VIII horizontu, azimutu 320°, inhirafı 800 m,
dәnizin dәrinliyi 26,5 m, rotorun hündürlüyü 19,5 m-dir. Qazma işlәrinә 06.11.2012-ci il
tarixindә başlanılmışdır. Quyu 2013-cü ilә 1998 m (Suraxanı LD) dәrinliklә qazma ilә
keçmişdir. İl әrzindә 3870 m hәcmindә qazma işlәri görülmüşdür. 17.08.2013-cü il tarixinә
quyunun faktiki dәrinliyi 5868 m olmuşdur (5784m-dә faktiki ümumi orta azimut-322
0
,
inhirafı-777,14m). 17.08.2013-cü il tarixindә 5868 m dәrinlikdә qazma zamanı quyu açıq
fontana keçmiş vә yanğın baş vermişdir. 18.08.2013-cü il tarixdәn 25.10.2013-cü il tarixinә
qәdәr (68 gün әrzindә) quyuda yanğına qarşı tәdbirlәr aparılmış vә 25.10.2013-cü il tarixdә
quyu bәrpa edilәrәk istismara buraxılmışdır. Quyuda ilkin orta gündәlik hasilat 4300 min m
3
qaz, 600 ton kondensat olmuşdur. 90 №-li kәşfiyyat quyusunda MQ-nin VIII horizontundan
yüksәk nәticәnin alınması hәmin blokda VIII horizonta yeni quyuların qazılmasına tәkan
verdi.
Quyu 25.10.2013-cü il tarixdәn “Azneft” İB, N.Nәrimanov adına NQÇİ-nin balansına
verilmişdir.
Qoşadaş 1 №-li axtarış quyusu (“Xәzәr-6” üzәn qazma qurğusu). Quyunun
layihә dәrinliyi 3500 m, layihә horizontu Mezozoy (Alt tәbaşir+Yura), dәnizin dәrinliyi 25 m,
rotorun hündürlüyü 25 m-dir. Qazma işlәrinә 11.07.2012-ci il tarixindә başlanılmışdır. İl
әrzindә 1584 m hәcmindә qazma işlәri görülmüşdür. 1584m
dәrinlikdә quyuda
mürәkkәblәşmәlәr (qaz tәzahürlәri, udulmalar) baş verdiyindәn sementlәmә işlәri
aparılmışdır. Alәt qaldırılarkәn onun tutulduğu aşkar olunmuşdur. Tutulmuş qazma alәtini
azad etmәk vә mürәkkәblәşmәni lәğv etmәk mәqsәdi ilә müxtәlif
texniki-texnoloji tәdbirlәr
hәyata keçirilsә dә quyuda baş vermiş qәzanı mövcud olan çәtin geoloji-texnoloji şәraitlә
әlaqәdar aradan qaldırmaq mümkün olmamışdır.
Quyu 2013-cü ilә qazma ilә keçmişdir.
Baş
vermiş qәzanın lәğv edilmәsi işlәrinin mümkünsüzlüyünü nәzәrә alaraq, hәmçinin yarana
bilәcәk әlavә mәsrәflәrin qarşısının alınması mәqsәdi ilә,
“Qoşadaş” strukturunda “Xәzәr-6”
ÜQQ ilә 1584 m dәrinliyә qazılmış 1 nömrәli axtarış quyusunda baş vermiş qәzanın lәğv
edilmәsi tәdbirlәrinin dayandırılması vә quyunun III
a
kateqoriyası ilә texniki sәbәbdәn lәğv
edilmәsi qәrara alınmışdır.
Quyu 2014-cü ilә lәğvinin gözlәnilmәsi ilә keçir.
Qoşadaş 2 №-li axtarış quyusu (“Xәzәr-6” üzәn qazma qurğusu). Quyunun
layihә dәrinliyi 3500 m, layihә horizontu Mezozoy (Alt tәbaşir+Yura), dәnizin dәrinliyi 25 m,
rotorun hündürlüyü 25 m-dir. Qazma işlәrinә 02.06.2013-cü il tarixindә başlanılmışdır. İl
әrzindә 1314 m hәcmindә qazma işlәri görülmüşdür. Qazma zamanı 1221-1227m (3,6 m) vә
1300-1305m (2,5 m) süxur nümunәlәri götürülmüşdür.
Qazma qurğusunun quyunun
layihә dәrinliyinә qәdәr çatdırılması gücünә malik olmaması, qazma nasoslarının aşağı
mәhsuldarlığa malik olması, üzәn qurğuda sahә mәhdudluğu vә әlavә avadanlıqların
yerlәşdirilmәsinin mümkünsüzlüyü, mәhlul tәsәrrüfatı sisteminin vәziyyәtinin aşağı sәviyyәdә
olması, ayaqların hidravliki sisteminin zәif olması, dizel generatorların nasaz olması,
preventorlar sisteminin texniki tәlәblәrә cavab vermәmәsi vә s. çatışmazlıqların olması vә
bundan sonra qazılacaq intervalda yüksәk tәzyiqli qazla doymuş layların olacağını nәzәrә