Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 
 
 
 
 
 
 
39
 


 
 
 
 
 
 
 
40
XI.  PERSONAL VӘ ӘMӘK HAQQI 
 
İqtisadiyyat vә Uçot İdarәsinin Personal vә  әmәk haqqı  şöbәsinә 1239 sәnәd 
daxil olmuşdur.  
Daxil olmuş  sәnәdlәr  şöbәdә müvafiq qaydada baxıldıqdan sonra aidiyyәti üzrә 
icrası tәmin olunmuşdur. 
Daxil olmuş sәnәdlәrdәn 545-i şöbә tәrәfindәn müvafiq araşdırmalar aparıldıqdan 
sonra “Şirkәtin idarәetmә strukturuna daxil olan qurumlarda әmәk normalarının, onların 
tәşkilati strukturunun vә  gәlir vә  xәrclәr smetasının müәyyәn edilmәsi üzrә daimi 
fәaliyyәt göstәrәn Komissiya”sına  tәqdim edilmişdir.  Onlardan 225-i Şirkәtin tәrkibinә 
daxil olan qurumların  ştat cәdvәllәrinә  dәyişikliklәr edilmәsi, tәşkilati strukturlarının 
tәsdiq edilmәsi vә  işçilәrin optimal sayına yenidәn baxılması, 43-ü ARDNŞ-dә  işçilәrin 
sayının optimallaşdırılması üzrә  tәdbirlәrin hәyata keçirilmәsi ilә  әlaqәdar artıq işçi 
qüvvәlәrinin sәrbәstlәşdirilmәsinin stimullaşdırılması, 50-si “ARDNŞ-nin müәssisә  vә 
tәşkilatlarının üçüncü şәxslәrlә bağladığı müqavılәlәrdә  nәzәrdә tutulan öhdәliklәrin 
icrasında iştirak edәn işçilәrinә  әlavә  әmәk haqqının verilmәsi Qaydaları”nın tәtbiq 
edilmәsi, 59-u ARDNŞ-nin strukturuna daxil olan müәssisәlәrin, Ortaq neft şirkәtlәrinin, 
Nümayәndәliklәrin illik saxlanma xәrclәri smetalarının vә büdcә  xәrclәrinin tәsdiq 
edilmәsi, 32-si Şirkәtin strukturuna daxil olan müәssisәlәrdә çalışan işçilәrә “aparıcı, 
mәsul işçilәrә  vә  sәlahiyyәtә görә  әlavә ödәniş”lәrin tәyin edilmәsi, 49-u “ARDNŞ-nin 
müәssisә  vә  tәşkilatlarında müәyyәn edilmiş  әmәk  şәraiti ağır vә  zәrәrli peşә  vә 
vәzifәlәrin Siyahısı”nın tәsdiq edilmәsi, 20-si ARDNŞ-nin nümayәndәliklәrinin  ştat 
cәdvәllәrinә  vә  hәmin   nümayәndәliklәrdә çalışan işçilәrә  tәyin olunmuş  әlavә 
ödәnişlәrin mәblәğlәrinә yenidәn baxılması, 7-sı Baş ofisin şöbәlәrinin Әsasnamәlәrinin 
vә işçilәrin vәzifә tәlimatlarının tәsdiq olunması, 22-si işçilәrin iş vaxtından artıq vaxtda 
işlәrә  cәlb olunmaları, 6-sı mükafatlandırma haqqında vә 32-si digәr mәsәlәlәrlә 
әlaqәdar olmuşdur. 
Daxil olmuş digәr 694 müraciәt vә hesabat xarakterli sәnәdlәr dә aidiyyәti üzrә 
baxılmış vә müvafiq qaydada icra olunmuşdur. 
2013-cü ildә ARDNŞ-dә çalışan işçilәrin orta siyahı sayı 65568 nәfәr tәşkil etmiş 
vә bu da 2012-ci il ilә (70901 nәfәr) müqayisәdә 5333  nәfәr azalmışdır. 
2013-cü ildә  şirkәt üzrә  işçilәrin orta siyahı sayının 5333 nәfәr (7,5%) 
azalmasının  әsas sәbәblәri aşağıda qeyd edilmiş  әmrlәrin vә  Әmr-qәrarların icrası ilә 
әlaqәdardır: 
-
 
ARDNŞ-nin vә ANQSİHİRK-nın 03 iyul 2012-ci il tarixli 81 vә 14-29ә   nömrәli 
“ARDNŞ-dә işçilәrin sayının optimallaşdırılması üzrә tәdbirlәrin hәyata keçirilmәsi  ilә 
әlaqәdar artıq işçi qüvvәlәrinin  sәrbәstlәşdirilmәsinin stimullaşdırıması barәdә” әmr-
qәrarına әsasәn iş yerlәrinin lәğvi  ilә bağlı işçilәrә orta aylıq әmәk haqqının 5 misli 
miqdarında birdәfәlik müavinәt  (2269689 manat) verilmişdir. 
-
 
ARDNŞ-nin 28.12.2012-ci il tarixli 180 nömrәli “Kompleks  qazma işlәri” tresti vә 
ARDNŞ-nin bәzi müәssisәlәrindә fәaliyәtinin sәmәrәliliyinin artırılması haqqında; 
-
 
ARDNŞ-nin 11 dekabr 2012-ci il tarixli 169 nömrәli  Әmrinә  әsasәn Qaraçuxur  


 
 
 
 
 
 
 
41
İrilәşdirilmiş Neft Mәdәninin “Azneft” İstehsalat Birliyinin tәşkilati strukturundan 
çıxarılması; 
-
 
ARDNŞ-nin 18.04.2013-cü il tarixli 51 nömrәli “Xәzәr Dәniz Neft Donanmasında vә 
ARDNŞ-nin bәzi müәssisәlәrindә fәaliyyәtinin sәmәrәliliyinin artırılması haqqında; 
-
 
 ARDNŞ-nin 10 avqust 2012-ci il tarixli 104 saylı “Geofizika vә geologiya İdarәsinin 
strukturunun tәkmillәşdirilmәsi” haqqında; 
-
 
 ARDNŞ-nin 10 avqust 2012-ci il tarixli 105 saylı “Xәzәr Dәniz Donanmasının 
strukturunun tәkmillәşdirilmәsi” haqqında; 
-
 
ARDNŞ-nin 01.11.2013-cü il tarixli 153 nömrәli  Әmrinә  әsasәn “Azәrikimya” 
İstehsalat Birliyinin “Üzvi sintez” vә “Mexaniki tәmir” zavodlarının lәğv edilmәsi, eyni 
zamanda İstehsalat Birliyi üzrә aparılan struktur dәyişikliklәrin aparılması; 
-
 
ARDNŞ-nin 24.08.2012-ci il tarixli 117 nömrәli Sosial İnkişaf  İdarәsinin 
“Mәktәbәqәdәr Tәhsil Departamentinin lәğv edilmәsi haqqında”,  01.11.2013-cü il 
tarixli 160 nömrәli  әmrinә  әsasәn Mәdәni-Kütlәvi Tәdbirlәr,  İstirahәtin Tәşkili vә 
Tәsәrrüfat Departamentinin vә Sosial inkişaf  İdarәsinin idarәetmә aparatında 
fәaliyyәt göstәrәn “Tibbi xidmәtә nәzarәt vә sığortanın tәşkili Departamenti”nin  lәğv 
edilmәsi  haqqında әmrlәrinә әsasәn  müvafiq struktur dәyişikliklәrinin aparılması. 
-
 
  ARDNŞ-nin vә ANQSİHİRK-nın 03 iyul 2012-ci il tarixli 81 vә 14-29ә nömrәli 
“ARDNŞ-dә işçilәrin sayının optimallaşdırılması üzrә tәdbirlәrin hәyata keçirilmәsi ilә 
әlaqәdar artıq işçi qüvvәlәrinin sәrbәstlәşdirilmәsinin stimullaşdırılması” haqqında  
Әmr-qәrarın icrası ilә  әlaqәdar 2013-cü il әrzindә ARDNŞ-nin müәssisә  vә 
tәşkilatlarında işçilәrin sayının optimallaşdırılması ilә bağlı mütәmadi olaraq müvafiq 
tәdbirlәr hәyata keçirilmişdir.           
2013-cü ildә  işçilәrin orta siyahı sayının  2012-ci ilә nisbәtәn azalması (5333 
nәfәr) әsasәn aşağıdakı müәssisәlәrdә   olmuşdur: 
- “Azneft” İstehsalat Birliyi üzrә - 357 nәfәr; 
- “Azәrikimya” İstehsalat Birliyi üzrә - 610 nәfәr; 
- Geofizika vә geologiya İdarәsi üzrә - 166  nәfәr;  
- H. Әliyev adına Bakı dәrin özüllәr zavodu üzrә - 1752 nәfәr; 
- Sosial İnkişaf İdarәsi üzrә - 1392 nәfәr; 
- “Kompleks qazma işlәri” tresti üzrә - 732 nәfәr. 
Şirkәtin strukturuna daxil olan müәssisәlәr üzrә hesablanmış  әmәk haqqı  vә ona 
bәrabәr tutulan digәr ödәnişlәr barәdә hesabatlar әsasında  әmәk haqqının strukturu 
araşdırılır vә müvafiq tәkliflәr hazırlanır. 
  
Hesabat dövründә ARDNŞ üzrә cәmi hesablanmış әmәk haqqı vә digәr ödәnişlәr 
660,39 mln manat olmuşdur ki, bu da 2012-ci il ilә (662,67 mln man.) müqayisәdә 
2,28 mln manat  vә ya  0,34 % azdır. 
        2013-cü ildә işçilәrә cәmi hesablanmış әmәk haqqı vә digәr ödәnişlәrin tәrkibindә  
vәzifә (tarif) maaşlarının mәblәği 365,54 mln manat vә ya әmәk haqqı fondunda  xüsusi 
çәkisi 55,4% tәşkil etmişdir. 
Şirkәt üzrә işçilәrin orta aylıq әmәk haqqı  839,32 manat tәşkil etmişdir. 2012-ci il 
ilә (778,87 man.) müqayısәdә 60,45 manat  vә ya 7,8%  artmışdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə