Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

70 

 

ünsiyyət  və  məktəbəqədər  təhsildən  ibtidai  təhsilə  keçidin  asanlaşdırılması    məqsədini 



daşıyır.  Bu  zaman  uşağın  il  boyu  proqramın  bölmələri  üzrə  qazandığı  nailiyyətlər 

ümumiləşdirilir və qiymətləndirilir. 



 

3.3. Qiymətləndirmənin aparılmasına verilən tələblər 

Uşaqlar  təlim  nailiyyətlərini  müxtəlif  yolla  nümayiş  etdirirlər.  Münasib 

qaydada seçilmiş vaxt uşağın əhvali-ruhiyyəsi, verilən sualların xarakteri, məzmunu 

ilə uşağın tanışlığı, uşağın təlim dilini asanlıqla başa düşməsi nəticələrə əhəmiyyətli 

dərəcədə  təsir  göstərir.  Tərbiyəçi  istənilən  vaxtda  uşağın  davamiyyətini 

yaxşılaşdırmaq,  onun  məktəbəqədər  müəssisəyə  həvəslə  gəlməsinə  təsir  göstərmək 

məqsədilə  müxtəlif  vasitələrdən  istifadə  edərək  uşağın  təlim  nailiyyətlərini 

qiymətləndirir.  

Qiymətləndirmə: 

-  uşaqların  bilmədiklərini  və  ya  bacarmadıqlarını  aşkar  etməyə  deyil,  bilik  və 

bacarıqlarını göstərməyə  xidmət edir; 

-tərbiyəçilərin  planlaşdırdıqları  məşğələlərin  və  tətbiq  etdikləri  tədris 

strategiyalarının  təcrübədə  nə  dərəcədə  səmərəli  olduğunu  müəyyən  etməyə,  habelə 

məktəbəqədər yaşlı uşaqların  nəzərdə tutulan təlim nəticələrinə nail olmalarını təmin 

etmək üçün lazım olan dəyişiklikləri həyata keçirməyə imkan yaradır; 

-uşaqda mənfi hisslər oyatmadan, onun özünəinamını və irəli getmək səylərini 

möhkəmləndirərək müsbət emosional şəraitdə aparılır; 

-  uşaqların  təlim  fəaliyyətinə dair  toplanmış   müxtəlif  formalı dəllilərə əsasən 

vaxtaşırı aparılır; 

- hər bir uşağın xüsusi ehtiyaclarına,  öyrənmə üsuluna və inkişaf mərhələsinə 

həssaslıqla yanaşmanı əks etdirir. 

Qiymətləndirmə  zamanı  uşağın  hərəkət  və  davranışları,  müəyyən  şəraitdə 

fəaliyyətinin nəticələri qiymətləndirmənin obyektinə çevrilir; qiymətləndirmə zamanı 



71 

 

uşağın  hərtərəfli  inkişafı  nəzərə  alınır;  uşaqlar  özlərinin    və  yoldaşlarının 



nailiyyətlərinin qiymətləndirilməsi prosesində iştirak edir;  uşağın mövcud və əvvəlki 

nəticələri  arasında  müqayisə  aparılır;  uşağın  valideynləri  və  xüsusi  təhsil 

mütəxəssisləri ilə mütəmadi əlaqə saxlanılır və tərbiyəçi hər bir uşağın nailiyyətlərini 

müntəzəm olaraq izləyir.  

 3.4. Dəyərləndirmə və  qiymətləndirmənin  metod   və vasitələri  

Dəyərləndirmə  və  qiymətləndirmə  zamanı  aşağıdakı  metodlardan  istifadə 

olunur:  

 



Müşahidə  (diaqnostika  məqsədilə  aparılır  və  davamlı  qiymətləndirmə 

vasitəsi  kimi  çixiş  edir).  Bu  metoddan  istifadə  zamanı  tərbiyəçilər  uşaqların  təlim 

fəaliyyətini  fasiləsiz  izləyir,  qeydlər  aparır,  uşaqların  əldə  etdikləri  irəliləyişləri 

haqqında  məlumatı    onlara  və  valideynlərinə  təqdim  edir.  Müşahidələrin  qeydə 

alınması  obyektiv  məlumatın  toplanmasından  ibarətdir.    Bu  metod  uşaqların  fərdi 

xüsusiyyətləri,  ehtiyacları,  qabiliyyətləri  və  maraqları  haqqında  məlumat toplamağa 

imkan  verir.  Müşahidə    tərbiyəçilərə  müəyyən  edilmiş  məqsədlərə  dair  cəld  və 

düzgün məlumat əldə etməkdə köməklik göstərir. 

   


Müşahidələr təsadüfi, sistematik оlmaqla iki formada aparılır: 

 Təsadüfi  müşahidə  heç  bir  qaydaya  tabe  оlmur.  Tərbiyəçi  tərəfindən  gündəlik 

həyat şəraitində aparılır. Alınan nəticələr ilkin məlumatlar fоrmasında tоplanır.   



Sistematik müşahidə təbii müşahidə olub uşağın oyun, təlim və əmək  fəaliyyəti 

zamanı aparılır.  Bu  müşahidə  vasitəsi  ilə  uşağın  fəaliyyəti ardıcıl öyrənilir,  nəticələrə 

görə  anketlər,  yaxud  “Müşahidə  gündəliyi”  dоldurulur.  Müşahidə,  əsasən,  uşağın 

maraqları və xüsusi diqqəti cəlb edən məqamlarını aşkar edir.  

 

 Müsahibə.  Tərbiyəçi  uşaqlarla  müsahibəni  söhbət  fоrmasında  aparır.  O, 



həmçinin  bu  üsuldan    uşaqların  qiymətləndirmə  göstəricilərini  müəyyənləşdirmək 

məqsədi  ilə  valideynlərlə  aparılan  iş  zamanı  da  istifadə  edir.  Uşaq  haqda  ilkin 

məlumatın toplaması üçün aparılır.  



72 

 



 

Şifahi  sorğu  söhbət  və  oyunlar  formasında  keçirilir.  Sorğu  tərbiyəçiyə 

uşaqların  əşyalar,  hadisələr,  onların  xüsusiyyətləri  haqqında  mənimsədikləri 

biliklərin,  bacarıqların  formalaşma  səviyyəsini    və  fəaliyyətlərdə  tətbiqetmə  baca-

rığını yoxlamağa imkan verir.  

 

 Fəaliyyət  məhsullarının  təhlili.  Uşaqlar    məhsuldar  fəaliyyətin  (rəsm, 



yapma,  quraşdırma,  düzmə  və  s.)  nəticələrinə  görə  qiymətləndirilirlər.  Bu  qiymətlən-

dirmələrin obyektiv aparılması üçün həmin sahələr üzrə normalar müəyyənləşdirilir.   

Məktəbəqədər  təhsil  müəssisələrində    qiymətləndirmədə    portfoliodan  istifadə 

edilməsi  məqsədəmüvafiqdir.  Portfolio  (ingilis  dilindən  tərcümədə  portfel,  mühüm 

sənədlər  üçün  qovluq)  -  uşağın  əl  işləri,  fikirləşdikləri  hekayələr,  təsviri  fəaliyyət 

məşğələlərinin  nəticələri   və əlavə  olaraq  uşağın  hansısa  fəaliyyətlə  məşğul  olarkən 

foto  şəklinin,  səhnələşdirmə  zamanı  rol  ifa  edərkən  foto  şəkillərinin  saxlanıldığı 

qovluqdur.  Bu  iş  nümunələri  valideynlərə  də  öz  uşaqlarının  nailiyyətlərini  izləməyə 

imkan yaradır. 

Portfoliodan istifadə edərkən  uşaqlara dair əldə edilən məlumatlar təhlil, şərh 

edilir və qiymətləndirilir. İl ərzində tərbiyəçilər qiymətləndirmə ilə bağlı qərarlarını 

qeyd  edir  və  bununla  da  uşağın    il  ərzində    əldə  etdiyi  uğurları  görməyə  imkan 

yaranır.  Portfolio  tərbiyəçilərə    uşaqların  qiymətləndirilmələrinə  dair    qərar 

verməkdə  bələdçilik edir.  Məktəbəqədər yaşlı uşaqların portfoliosu uşağın ayrı-ayrı 

nailiyyətlərinin  adekvat  təqdim  edilməsi,  həmçinin  onun  sosial,  kommunikativ, 

idrak  kimi  fəaliyyət  növləri  üzrə  əldə  edilən  nəticələrinin  nəzərə  alınmasına  görə  

effektiv  qiymətləndirmə  formasıdır.

 

Portfolio  həm  davamlı,  həm  summativ 



qiymətləndirmə məqsədilə aparılır və uzunmüddətli proses hesab olunur.  

Beləliklə,



 

məktəbəqədər  müəssisələrdə  portfolionu



 

uşağın  imkan  və 

bacarıqlarının, 

fərdi 


keyfiyyətlərinin 

inkişaf 


səviyyəsinin 

kompleks 

qiymətləndirilməsi,  “inkişaf  trayektoriyası”nın  qurulması  üçün  fərdi  nailiyyətlərin 

təhlilinin vasitəsi kimi  müəyyən etmək olar.



  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə