Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


II Qarabağ müharibəsi və zəfər tarixi



Yüklə 453,92 Kb.
səhifə37/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   32   33   34   35   36   37   38   39   40
II Qarabağ müharibəsi və zəfər tarixi.
1.SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.
2. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə (1988-1994).
3. Azərbaycan Respublikasının daxili və xarici siyasəti.
4. II Qarabağ müharibəsi və zəfər tarixi.
1.SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.
Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il (1982-1987) SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
XX əsrin 80-ci illərinin ortalarında digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycan SSR-də də cəmiyyətin iqtisadi, siyasi və mənəvi həyatında böhranlı vəziyyət yaranmış, kommunist ideologiyasına inam azalmışdı.
Sovet cəmiyyətinin iflasa uğramasının daxili səbəbləri:

  1. sosialist istehsal üsulu” şəraitində azad rəqabətin olmaması;

  2. inzibati-amirlik idarə üsulunun mövcudluğu;

  3. dövlət büdcəsinin böyük hissəsinin sürətlə silahlanmaya sərf olunması;

  4. sosial tələblərə diqqət yetirilməməsi və bunun üçün maliyyə vəsaitinin olmaması;

  5. kommunizm qurmaq iddiası ilə real həyat arasında ziddiyyətin dərinləşməsi.

SSRİ-nin dağılmasının xarici səbəbləri:

  1. Dünyanın bütün demokratik qüvvələrinin hərbi paritet yaratmış SSRİ- yə qarşı yönəlməsi;

  2. Ümumdünya antikommunist liqasının SSRİ-yə qarşı mübarizəni genişləndirməsi;

  3. Ümumdünya islam liqasının kommunizmə qarşı cihad elan etməsi;

  4. XX əsrin 70-ci illərinin ortalarında SSRİ-nin Şərqi Avropada ortamən- zilli raketlər yerləşdirməsi;

  5. 1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana təcavüzü və s.

SSRİ-ni iflasdan qurtarmaq üçün Kommunist Partiyası 1985-ci ildə “sürətləndirmə konsepsiyası”nı irəli sürdü. Lakin partiya amirliyi və münasib şəraitin olmaması müxtəlif təsərrüfat formalarının tətbiqinə, icarə sistemi və kooperasiyanı inkişaf etdirmək haqqında qəbul olunmuş qərarların yerinə yetirilməsinə imkan vermədi. 1987-ci ildə “yenidənqurma konsepsiyası” irəli sürüldü.
1985-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri təyin edilən M.Qorba- çov ilk dəfə partiyanın dövlət idarəçiliyinə qarışmamasının vacibliyini qeyd etdi. 1989-cu ildə ölkədə ilk dəfə çoxmandatlı sistem əsasında xalq deputatları seçkiləri keçirildi. Əyalətlərdə, o cümlədən Azərbaycanda Mərkəzin sistemsiz, ziddiyyətli siyasəti düzgün başa düşülmür, yeni siyasi fənd kimi qəbul edilir, “yenidənqurma” və “aşkarlıq” Sovet imperiyasının süqutunu sürətləndirirdi. “Yenidənqurma”nın və “aşkarlığın” yaratdığı imkanlar Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) milli münaqişə ocağının yaradılmasına gətirib çıxardı. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlılara qarşı son etnik təmizləmə həyata keçirildi. 230 min azərbaycanlı öz tarixi vətənlərindən deportasiya olunaraq qaçqına çevrildi. 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağ və ona bitişik olan 7 rayonun ərazisi işğal olundu. Bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü SSRİ-nin iflasının qarşısını almaq üçün imperiya əsrlərin sınağından çıxmış “parçala, hökmranlıq et” siyasətinə əl atdı. Azərbaycan SSR-də əvvəlcə kortəbii etiraz formasında başlayan milli-demokratik və azadlıq hərəkatının yüksəlişinin əsas səbəbləri Ermənistanda yaşayan azərbaycanlıların kütləvi şəkildə deportasiyası və Dağlıq Qarabağda ermənilərin separatçılıq meyillərinə Mərkəzin xeyir-dua verməsi idi.
İlk etiraz mitinqi 1988-ci il fevralın 19- 203 da Bakıda keçirildi. Martın 16-da Azərbaycan Elmlər Akademiyasında (indiki Azərbaycan Milli Elmlər Akademiyası) etiraz mitinqi təşkil olundu. Həmin gün tariximizə Milli Dirçəliş günü kimi daxil oldu. Azadlıq meydanında keçi-rilən mitinqlərdə yarım milyondan çox adam iştirak edirdi. Mitinqlərdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılırdı.

  1. 1989-cu il sentyabrın 23-də “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya Qanunu qəbul edildi;

  2. 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin tarixi adı bərpa edildi;

  3. Bir sıra bölgələrdə sovet orqanları hakimiyyətdən uzaqlaşdırıldı;

  4. 1989-cu il dekabrın 31-də Sovet - İran sər- hədindəki sərhəd qurğuları dağıdıldı;

Azərbaycanda xalq hərakatının yüksəlişi imperiya rəhbərliyini qorxuya sadı. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət və komendant saatı vaxtının elan edilməsi qanlı planları poza bilərdi. Buna görə də AXC İdarə Heyəti komendant saatı tətbiq olunduğu təqdirdə orduya müqavimət göstərmədən piketləri götürmək haqqında qərar qəbul etmişdi. Lakin "radikallar" adamlara "silah, kömək gələcək" - deyə yalan vədlər verir, barrikadaları axıradək tərk etməməyə çağırırdılar. Piketçilər imperiyanın və respublikanın səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar. Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də, saat 00-dan başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na SSRİ müdafiə naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan güclü atəş açırdılar. Qaçıb sığınacaqlarda gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb tapılır, gülləbaran edilirdilər. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, adamları tankların tırtılları altına salıb əzabla öldürür, eybəcər hala salırdılar. Şəhərin küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular. Rəsmi məlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düşmüşdür.160 Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi. Fövqəladə vəziyyət haqqında fərman artıq iş işdən keçəndən sonra, yanvarın 20-də saat 7-də elan olunmuşdu.
Demokratik qüvvələrin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası ölkənin “Azərbaycan Respublikası” adlandırılması haqqında qərar qəbul etdi. “Dövlət bayrağı haqqında” qanunla Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi təsdiq olundu. Heydər Əliyevin və demokratik qüvvələrin kəskin etirazlarına baxmayaraq Azərbaycanın Kommunist rəhbərliyi 1991-ci il martın 17-də SSRİ-nin saxlanması haqqında referendum keçirdi və səsvermənin nəticəsi saxtalaşdırıldı. Guya Azərbaycan xalqı SSRİ-nin saxlanması lehinə səs vermişdi.
Senetyabrın 8-də keçiriləcək prezident seçkilərində H.Əliyevin qələbə çalacağından ehtiyatlanan A. Mütəllibov Konstitusiyaya prezidentliyə namizəd üçün maksimum yaş senzi ilə bağlı bənd daxil etdi. Respublika rəhbərliyi hələlik gözləmə mövqeyi tuturdu. 1991-ci il sentyabrın 8-də Azərbaycanda prezident seçkiləri keçirildi. Demokratik qüvvələr bu seçkiləri boykot etdilər. Prezident seçkiləri Naxçıvan MR ərazisində keçirilmədi. 8 sentyabr seçkilərinin nəticələrinə görə A.Mütəllibov yenidən Prezident elan olundu. Tamamilə nüfuzdan düşmüş Azərbaycan Kommunist Partiyası 1991-ci il sentyabrın 14-də XXIII Qurultayında özünün buraxıldığını elan etdi. Hakimiyyət uğrunda mübarizəyə qoşulmuş AXC liderləri Prezidentlə sövdələşmə yolunu tutdular. 1991-ci il oktyabrın 3-də Prezident və Xalq Cəbhəsi liderlərinin görüşündə Milli Şura yaradılması haqqında razılıq əldə olundu. Heydər Əliyev hakimiyyətpərəstlərin xalqa, demokratiyaya qarşı yönəlmiş bu sövdələşməsinin əleyhinə çıxdı, AXC-nin ona Milli Şuraya daxil olmaq təklifini rədd etdi.
Lakin həyata keçirilən bir sıra tədbirlər A.Mütəllibovun mövqeyini möhkəmləndirə bilmədi. İmperiyanın güc toplayıb təşəbbüsü ələ alacağını gözləyən respublika rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Qanunun qəbul olunmasını xeyli yubadırdı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” yekdilliklə qəbul edildi. 1991-ci il 29 dekabrda ümumxalq səsverməsi keçirildi. Səsvermədə respublika əhalisi yekdilliklə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına tərəfdar olduğunu bildirdi.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə