Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


II Dünya müharibəsinin başlanması. Azərbaycan vuruşan tərəflərin planlarında . Azərbaycan milli diviziyaları



Yüklə 453,92 Kb.
səhifə34/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   30   31   32   33   34   35   36   37   ...   40
4. II Dünya müharibəsinin başlanması. Azərbaycan vuruşan tərəflərin planlarında . Azərbaycan milli diviziyaları.
1939-cu il sentyabrın 1-də Almaniya Polşaya hücum etdi. İngiltərə və Fransanın Almaniyaya müharibə elan etməsi ilə İkinci dünya müharibəsi başlandı. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. “Barbarossa” planına görə, alman ordusu ildırım sürəti ilə Sovet ordusuna ağır zərbələr endirməli, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi.
Azərbaycan özünün sərvətləri, Qərb və Şərq arasındakı əlverişli coğrafi mövqeyinə görə Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Almaniya Bakı neftindən istifadə etməklə bütün Şərqi istila edəcəyinə ümid bəsləyirdi.
Rozenberqin “Qafqazın idarə olunması planına görə, ilk vaxtlar Azərbaycanda “Komissarlıq” adlanan idarə forması yaradılmalı və o, iqamətgahı Tiflisdə yerləşməsi nəzərdə tutulan Qafqaz reyxskomissarlığına tabe olmalı idi.
SSRİ üzərində qələbədən sonra Almaniya türk xalqları yaşayan ərazilərdə “Böyük Türküstan” dövlətinin yaradılmasını planlaşdırırdı. Azərbaycan da şimallı-cənublu bu dövlətin tərkibinə daxil edilməli idi.
Bakı zəbt edildikdən sonra neftin hasil edilməsi, emalı və daşınması hələ 1941-ci ilin martında Almaniyanın “Kontinental neft cəmiy- yəti”nə tapşırılmışdı. Azərbaycandakı iri sənaye müəssisələrinə almanlar rəhbər təyin edilməli idi. Hitler Bakını aldıqdan sonra onu hərbi məntəqəyə çevirmək haqqında şəxsən tapşırıq vermişdi
İkinci dünya müharibəsi illərində Almaniyanın Qafqaza hücum planı “Edel- veys” adlanırdı. Bu plana görə, Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi.
SSRİ-nin müttəfiqləri olan ABŞ və İngiltərənin isə Qafqazla bağlı “Vil- vet” planı var idi. Bu plana görə, Sovet ordusu Qafqazdan çıxarılıb Stalinqrada aparılmalı, Qafqazda isə almanlara qarşı ingilis - amerikan qüvvələri vuruşmalı idi. Onlar bu üsulla Qafqazı, xüsusilə Azərbaycanı SSRİ-dən ayırmaq istəyirdilər.
Azərbaycanlılara etibar etməyən sovet rəhbərliyi Azərbaycan əhalisini zorla Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək istəyirdi. Lakin sovet ordusunun Stalinqrad və Qafqaz uğrundakı döyüşlərdə qələbə qazanması və M.C.Bağırov gətirdiyi tutarlı dəlillərlə Stalini bu fikrindən daşmdıra bildi.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə