Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti faküLTƏ 02. “İQTİsadiyyat



Yüklə 78,32 Kb.
səhifə1/15
tarix22.04.2022
ölçüsü78,32 Kb.
#85895
  1   2   3   4   5   6   7   8   9   ...   15
Xasiyeva Aytən kurs işi (1)


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ
FAKÜLTƏ 02. “İQTİSADİYYAT İDARƏETMƏ” KAFEDRA 02.2 “İQTİSADİYYAT”

İXTİSAS 050402 MÜHASİBAT UÇOTU AUDİT
FƏNN _____MALİYYƏ HESABATLARININ TƏHLİLİ ______
KURS _ III_____
QRUP ___MU19.2____

K U R S İ Ş İ
MÖVZU: Kapitalda dəyişikliklər haqqında hesabatın təhlili istiqamətləri

TƏLƏBƏ Xasiyeva Aytən Elçin

(imza) soyadı, adı, atasının adı

ELMİ RƏHBƏR Hüseynova Aytən İlham

(imza) soyadı, adı, atasının adı


MİNGƏÇEVİR 2022

MÜNDƏRİCAT

GİRİŞ..........................................................................................................3





  1. Müəssisələrin xüsusi kapitalının tərkibi və strukturunun təhlili.

.....6

  1. Xüsusi kapitalın hərəkətinin təhlili...............................................................................................................10

  2. Ehtiyatların strukturu və dinamikasının təhlili.......................................................................................................................................................12

NƏTİCƏ ....15

ƏDƏBİYYAT...........................................................................................................20



Giriş

Təsərrüfat subyektləri, özünün kontragenti ilə qarşılıqlı əlaqə yaradılmasında qəbul edilən biznes qərarları sahəsində keyfiyyətli səviyyəyə görə tam məsuliyyət daşıyır. Özünün fəaliyyətində əlavə maliyyələşmə mənbələrinə tələbatın əmələ gəlməsi, mövcud kapitalın istifadəsinin effektliyinin yüksəlməsinin zəruriliyi müəssisənin xüsusi maliyyə vəziyyəti kimi təhlilin rolunun artmasını şərtləndirir. Göstərilən problemin həlli üçün lazım olan əsas informasiya mənbəyi, müasir şəraitdə müəssisənin mühasibat (maliyyə) hesabatıdır.

Maliyyə mühasibat hesabatı son zamanlar xeyli dəyişmiş, onun məzmunu beynəlxalq standartların tələbinə yaxınlaşmış, həmçinin ayrıayrı hesabat formalarının analitik imkanları artmışdır. Həmin vəziyyət onların təsərrüfat fəaliyyətinin effektli olmasını, müəssisənin maliyyə vəziyyətinin təhlili əsasında onu qiymətləndirmək, mühasibat hesabatını “oxumağı” bacaran ixtisaslı mütəxəssislərin hazırlanmasında praktiki tələbatın olmasını tələb edir.

Həmin dərslik “Maliyyə hesabatının təhlili” xüsusi fənninin metodik təminatı kimi hazırlanmışdır.

Dərsliyin məqsədi – təsərrüfat subyektlərinin maliyyə hesabatının təhlilinin müasir nəzəri və tətbiqi problemlərə, onun açar kateqoriyasının, ayrı-ayrı hesabat formasının təhlili sahəsində onların kompleks biliyini formlaşdırmaqla, təhlilin nəticələri üzrə əsaslandırılmış nəticə və praktiki tövsiyələri formalaşdırmaq, metod və üsullarla oxucuları tanış etməkdir. Dərslik tələbələrin müstəqil surətdə işləmələrinə yönəldilmişdir.

Dərsliyin müəllifləri bütün ənənəvi mühasibat hesabatı formalarının məlumatları əsasında onun fəaliyyətinin effektivliyinin və müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsinə dair kompleks yanaşmağa çalışmışlar. Yeni hesabat növlərinin – seqment və birləşdirilmiş (konsolidə edilmiş) hesabatın təhlilinə xüsusi bölmə həsr edilmişdir. Xüsusilə maliyyə hesabatının kompleks təhlili tədqiq olunan təsərrüfat subyektinin investisiya cəlbediciliyini, maliyyə vəziyyətinin yaxşılaşdırılması üzrə imkanların aşkar edilməsini, fəaliyyətin rentabelliyini, işgüzar aktivliyi, maliyyə sabitliyini, onun ödəniş qabiliyyətini, müəssisənin əmlak vəziyyətinin hərtərəfli qiymətləndirilməsi ilə əlaqədar vəzifələrin həll edilməsini təmin edir.

Dərslik mühasibat (maliyyə) hesabatının ayrı-ayrı forma və növlərinin təhlilinin aktual məsələlərinə həsr olunmuş, on beş fəsildən ibarətdir və yalnız təhlilin metodikasından ibarət deyil, eyni zamanda konkret müəssisənin misalında onu həyata keçirməkdən ibarətdir. Hər fəsildə alınan biliyin möhkəmlənməsinə imkan verən, yoxlama sualları formalaşdırılmış, təhlilin nəticələri üzrə axırda variantlar, maliyyə göstəricilərinin hesablamalarına daxil olan analitik cədvəllər verilmişdir.

Birinci “Maliyyə hesabatının təhlilinin təşkilati-metodiki əsasları” fəsli iqtisadi qərarların qəbul edilməsi, müəssisə fəaliyyətinin maliyyə təhlili sistemində maliyyə hesabatının təhlilinin yeri, onun ayrı-ayrı formalarının analitik imkanları, onun məzmunu, vəzifələri, metodu və üsulları, hesabatın təhlilinin nəticələri istifadəçilərin maraqları üçün mühasibat hesabatı anlayışı, tərkibini, əhəmiyyətini açıqlayır.

İkinci fəsil “Mühasibat maliyyə hesabatının əsas alətləri”nə həsr edilmişdir.

Üçüncü “Mühasibat balansının təhlili” fəsli müəssisənin aktivi və passivinin strukturu və dinamikasının qiymətləndirilməsi, onun ödənişqabiliyyəti və maliyyə sabitliyi, aktivlərin dövriyyəsi və kapitalın rentabelliyi məsələlərinə həsr edilmişdir. Burada balansın “oxunması” proseduru, müqayisəli analitik Balansın quruluşunun xüsusiyyətləri, onun ayrı-ayrı maddələri arasında qarşılıqlı əlaqənin aşkar edilməsi nəzərdə tutulmuşdur.

Dördüncü “Mənfəət və zərərlər haqqında hesabatın təhlili” fəslində gəlirlərin və xərclərin strukturu və dinamikası, xalis mənfəətin formalaşdırılması amillərinin aşkar edilməsi, atışın nəticəsinin dəyişmə səbəblərinin tədqiqi, rentabellik Astanasının qiymətləndirilməsi, onun adi fəaliyyət növünün effektivliyinə dair müasir yanaşmalar verilmişdir. Bu fəsildə onların stabillik vəziyyəti və alınanların reallığı ilə müəssisənin maliyyə nəticələrinin “keyfiyyətli” qiymətləndirmə metodlarının əks etdirilməsi öyrənilmişdir.

Beşinci “Kapitalın dəyişməsi haqqında hesabatın təhlili” fəsli xüsusi kapitalın mahiyyətinin, onun funksiyalarının xarakteristikasının, müəssisənin xüsusi kapitalının strukturu, hərəkəti və dəyişməsi amillərinin qiymətləndirilməsinə dair, həmçinin yaradılan ehtiyatların dinamikasının təhlilinə dair metodik yanaşmaların müəyyən edilməsindən ibarətdir.

Altıncı “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlili” fəslində cari, investisiya və maliyyə fəaliyyəti nöqteyi-nəzərindən pul axınlarının təhlili, həmçinin onların bərabərliyinin qiymətləndirilməsi məsələləri açıqlanır, birbaşa və dolayı üsul ilə pul vəsaitlərinin hərəkətinin təhlili şərh edilir.

Yeddinci “Mühasibat balansına dair əlavənin təhlili”nə qeyrimaddi aktivlərin, əsas vəsaitlərin, material qiymətlilərinə gəlirlərdən qoyuluşların , debitor və kreditor borclarının, elmi-tədqiqat, təcrübə konstruktor işlərinə və təbii resursların mənimsənilməsinə xərclərin, adi fəaliyyət növü üzrə xərclərin, alınmış büdcə vəsaitləri ilə təminatın strukturu və dinamikasının təhlilinin kompleks probleminin nəzərdən keçirilməsi məsələləri daxil edilmişdir.

Səkkizinci “Müəssisələrin təsərrüfat fəaliyyətinin nəticələrinin kompleks təhlili və mühasibat hesabatının məlumatları üzrə onların maliyyə vəziyyətinin reytinqinin qiymətləndirilməsi” fəsli mühasibat hesabatının məlumatları üzrə müəssisələrin maliyyə vəziyyətinin kompleks reytinq qiymətləndirilməsi, onların fəaliyyətinin intensivləşməsi məsələsinə həsr edilmiş, eyni zamanda borclunun ödəmə qabiliyyətini qiymətləndirmək üçün mühasibat (maliyyə) hesabatının analitik imkanları açıqlanır.

Doqquzuncu “Seqment hesabatının təhlili” fəslində seqment hesabatının anlayışı, təyinatı, formalaşma qaydası və məzmunu, əməliyyat və coğrafi biznes seqmenti nöqteyi-nəzərindən hesabat informasiyalarının təhlilinin xüsusiyyətləri nəzərdən keçirilir.

Onuncu fəsil qarşılıqlı əlaqəsi olan müəssisələr qruplarının fəaliyyətinin qiymətləndirilməsinin alınmasına imkan verən, birləşdirilmiş (konsolidə edilmiş) hesabatın formalaşdırılması və təhlili məsələlərinə həsr edilmişdir.

On birinci fəsil – maliyyə hesabatının təhlili zamanı qiyməton dəyişməsinin nəzərə alınmasına,

on ikinci fəsil – Beynəlxalq maliyyə hesabatı standartlarına uyğun sahə standartlarının uçotunun xüsusiyyətlərinə, on üçüncü fəsil – mühasibat (maliyyə) hesabatının təhlilinin əsaslarına, on dördüncü fəsil – maliyyə əmsallarının hesablanması və təhlilinə, on beşinci fəsil isə - mühasibat uçotu hesabatının təhlili məqsədi üçün mühasibat hesabatının informasiyalarının açıqlanmasına həsr edilmişdir. Dərslik 050402 “Mühasibat uçotu və audit”, 050403 “Maliyyə” ixtisasları üzrə bakalavr və magistr təhsili alan tələbələr üçün tərtib edilmişdir.


Yüklə 78,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə