Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 307,71 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix24.02.2018
ölçüsü307,71 Kb.
#27729
1   ...   4   5   6   7   8   9   10   11   12

 ƏDƏBİYYAT 

 

 

1. Adil Babayev. Müasir Azərbaycan dilinin funksional üslub-

ları (Ali məktəblər üçün dərs vəsaiti).Bakı, 1998 

2. Yəhya Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi meto-

dikası. Bakı, 1996. 

3. Həsən Balıyev. Orta məktəbdə Azərbaycan dilinin tədrisi 

metodikasından mühazirələr. Bakı, 2007 

4. “Akademik  yazı  və oxu”. Beynəlxalq konfransın material-

ları. Bakı, 2005 

5. Reyhan  Həbibi. Azərbaycan dili (Ali məktəblərdə xarici 

tələbələr üçün hazırlıq kursu üzrə dərslik).Bakı, 2007 

6. Məhbubə Qurbanova, Mətanət Abdullayeva . Azərbaycan 

dili (Azərbaycan dilini öyrənmək istəyən vətəndaşlar üçün dərs 

ləvazimatı). Bakı, 2006 

7. Yusif Seyidov. “Azərbaycan dili” (Azərbaycan ali məktəb-

lərinin rus bölmələri üçün dərslik). Bakı, 2002 

8. Bəşir  Əhmədov. “Azərbaycan dili təliminin qanunları, 

prinsipləri və metodları”. Bakı, 2007 

9. Ümumtəhsil məktəblərinin II- XI sinifləri üçün Azərbaycan 

dili dərslikləri. Bakı, 2003-2005 

10. Cəlil Məmmədquluzadə,  Əbdürrəhim bəy Haqverdiyev.-

Seçilmiş əsərləri.Bakı,1982. 

11. Cəfər Cabbarlı.Əsərləri 3 cilddə, Bakı, 1969. 

12. Mirzə Ələkbər Sabir.Hophopnamə, Bakı, 1992. 

 

 

38




 

 

 



 

 

 



 

 

 



 

 

“AZƏRBAYCAN DİLİNİN MÜASİR PROBLEMLƏRİ”  



fənni üzrə 

 

P R O Q R A M 

(Magistr hazırlığı üçün) 



 

 

 

 

39




 

Tərtibçi :  dos. A.İ. Məmmədova 

 

Rəyçilər: 

f.e.d., prof. S.Ə.Abdullayeva 

f.e.n., dos. Ş.Ə.Əhmədova 

 

Redaktor:  p.e.n., b.m. A.Y.Məmmədov 



 

 

40




İzahat  vərəqi 

 

Respublikamız dövlət müstəqilliyini qazandıqdan sonra bütün 

sahələrdə olduğu kimi, təhsil sistemində  də  uğurlu islahatlar 

aparılır. Yüksək ixtisaslı müəllim kadrlarını hazırlamaq sahəsində 

pedaqoji ali məktəblərin qarşısında mühüm vəzifələr qoyulmuşdur. 

Təlimin keyfiyyətini yüksəltmək, hər bir fənnin tədrisini, onun məz-

mununu dövrün tələbləri səviyyəsində yenidən qurmaq ən mühüm 

vəzifə kimi qarşıya qoyulmuşdur. Belə fənlərdən biri  «Azərbaycan 

dilinin tədrisi metodikası» fılologiya fakültələrində əsas ixtisas fən-

ni kimi tədris olunur. Tələbələrin yüksək ixtisaslı müəllim kimi, el-

mi fəaliyyət üçün hazırlanmasında bu fənnin böyük praktik və 

nəzəri əhəmiyyəti vardır. Yeni proqram və dərsliklər əsasında yük-

sək səviyyədə dərs apara bilən müəllim kadrları hazırlamaq məqsədi 

ilə ali təhsilin bakalavr pilləsi ilə yanaşı, magistratura mərhələsində 

də gələcəyin Azərbaycan dili müəllimlərinə bu fənni geniş və hərtə-

rəfli öyrətmək zəruri bir məsələ kimi qarşıya qoyuldu. Bu məqsədlə 

Azərbaycan dilinin tədrisi rnetodikası ixtisası üzrə  təhsil alan 

magistrantların tədris planına digər fənlərlə yanaşı, «Azərbaycan 

dilinin tədrisi metodikasının müasir problemləri» fənni də daxil 

edilmiş  və buna 68 saat vaxt ayrılmışdır. (50 saat - mühazirə, 18 

saat - seminar). 

Fənnin tədrisində  məqsəd magistrantları Azərbaycan dilinin 

tədrisi metodikasının müasir problemləri ilə tanış etmək və onların 

həlli yollarını göstərməkdir.  Təbii ki, bu fənn bakalavr pilləsində 

tədris edilən  “Azərbaycan dilinin tədrisi metodikası” fənnində özü-

nün dərinliyi,  əhatəliliyi və  məzmunu baxımından fərqlənməlidir. 

Proqramı  tərtib edərkən hazırkı dövrdə Azərbaycan dilinin tədrisi 

metodikası sahəsində mövcud problemlər, həllini gözləyən daha va-

cib məsələlər, bu sahədəki ən son yeniliklər (kurrikulium islahatı və 

s.) öyrənilmiş və bir neçə istiqamətdə planlaşdırılmışdır. Bu istiqa-

mət aşağıdakılardır: 

1)

 

Ümumtəhsil məktəblərinin mövcud Azərbaycan dili proq-

ram və dərsliklərinin öyrənilməsi və tənqidi baxımdan təhlili. 

 

41




2)

 

Azərbaycan dili dərslərində nitq inkişafı üzrə aparılan 

işlər. 

3)

 

Azərbaycan dili dərslərində test üsulundan istifadə, bunun 

mənfi və müsbət cəhətləri. 

4)

 

Şagirdlərin bilik, bacarıq və  vərdişlərinin qiymətləndiril-

məsi, bu sahədəki yeniliklər və problemlər. 

5)

 

Azərbaycan dili dərsləri kurrikulum tədris islahatında. 



6)

 

Yeni təlim texnologiyalarından Azərbaycan dili dərslə-

rində istifadə. 

 “Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan 

dili proqramı” (Bakı - 2002). Proqramda təlimin məzmununa, rabi-

təli nitq inkişafına,  şagirdlərin bilik və bacarıqlarına dair hissələr. 

Sistematik kursun siniflər üzrə bölgüsü. Proqramın dili. Proqramın 

çapından sonra ona edilən əlavə və dəyişikliklər. Dərslərin tərtibin-

də mövcud proqramın tələblərinin nəzərə alınıb-alınmaması. 

Mövcud Azərbaycan dili dərslikləri. V siniflər üçün “Azərbay-

can dili” dərslikləri, alternativ V sinif dərsliklərinin müqayisəsi. Bu 

dərslikdə fonetika, leksika, sözün tərkibi, söz yaradıcılığı bölmələ-

rinin öz əksini tapması. V sinif dərsliklərinin dili, çalışmalar sistemi, 

proqrama uyğunluğu və s. 

XI siniflər üçün “Azərbaycan dili” dərsliyi. Dərslikdəki böl-

mələr (morfologiya: isim, sifət, say, əvəzlik). Dərsliyin dili, çalış-

malar sistemi, nəzəri məlumatların şərhi, şəkillər və s. 

VII siniflər üçün “Azərbaycan dili” dərsliyi. Dərslikdəki nə-

zəri məlumatların (zərf, fel və köməkçi nitq hissələri) dili, təqdimi 

yolları, çalışmaların nəzəri biliklərin bacarıq və vərdişlərə çevrilmə-

sində rolu və s. Dərsliyin dövlət proqramına uyğun tərtibi. 

VIII siniflər üçün alternativ “Azərbaycan dili” dərslikləri 

(Y.Seyidovun və Q.Kazımovun əsas müəllifliyi ilə çap olunan dərs-

liklər), onların müqayisəsi, proqrama uyğunluğu , çalışmalar sistemi, 

nəzəri məlumatların şagirdlərin səviyyəsinə uyğunluğu və s. məsə-

lələrin tədqiqi. 

IX siniflər üçün alternativ “Azərbaycan dili” dərslikləri, on-

ların müqayisəsi və hər birinin müxtəlif yönümdən təhlili. 

 

42



Yüklə 307,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə