Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 307,71 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix24.02.2018
ölçüsü307,71 Kb.
#27729
1   ...   4   5   6   7   8   9   10   11   12

X və XI sinif dərsliklərinin hər birinin ayrı-ayrılıqda təhlili. 

Bu dərsliklərin V- IX sinif dərsliklərindən fərqli olaraq əvvəllər 

verilmiş bilik, bacarıq və vərdişlərin daha da təkmilləşdirilməsi, şa-

girdlərə dilçiliyin müəyyəm sahələri üzrə sadə  məlumatların veril-

məsi və buna nə dərəcədə nail olunması. 

Azərbaycan dili dərslərində  nitq inkişafı üzrə aparılan  işlərin  

sistemi. Problemin aktuallığı. Məsələnin proqram və  dərsliklərdə 

ifadəsi. Nitq inkişafı anlayışı. Nitq inkişafı üçün görüləcək işlərin 

əsas istiqamətləri.  Şagirdlərdə  zəruri  lüğət ehtiyatının yaradılması, 

bu sahə üzrə aparılan işlər. Ədəbi tələffüz  və ifadəli oxu vərdişləri 

üzrə aparılan işlər: orfoepiya, intonasiya, fasilə, ritmik bilgilər, 

vurğu, nitqin sürəti və tonu və s. Cümlə qurmaq vərdişləri üzrə apa-

rılan işlər. Rabitəli nitq təliminin məzmunu. Rabitəli nitq təlimində 

ifadə və inşaların rolu. İfadə yazının növləri, yazdırılması, qiymət-

ləndirilməsi və  səhvlər üzərində  işin təşkili.  İnşa yazının təşkili , 

yoxlanması, qiymət normaları, səhvlər üzərində iş. Azərbaycan dili 

dərslərində üslubiyyat üzrə görüləcək işlər. Bunun nitq inkişafı üzrə 

aparılan işlərin mühüm istiqamətlərindən biri olması. Ayrı-ayrı 

bölmələrin tədrisində üslubiyyat üzrə işlər. Orta məktəbdə əməli ya-

zıların  öyrədilməsi, bunun zəruriliyi.  Ədəbi dilin ayrı - ayrı funk-

sional üslubları üzrə məlumatların, bacarıq və vərdişlərin verilməsi 

yolları. 

Azərbaycan dili dərslərində istifadə olunan üsullar içərisində 

test üsulunun rolu. Son vaxtlar bu üsuldan daha geniş istifadənin 

(qəbul imtahanlarının, mərkəzləşmiş sınaq imtahanlarının, məktəb-

lərdə yarımillik yoxlamaların testlərlə aparılması) Azərbaycan dili-

nin öyrədilməsinə  mənfi və müsbət təsiri. Dil dərslərində testlərin 

tərtibi yolları. 

Şagirdlərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi.  

Bu sahədəki son yeniliklərin (bəzi rayonlarda  9 ballı sistemə keçid, 

şagirdlərin rüblər üzrə yox, yarımilliklər üzrə qiymətləndirilməsi və 

s.) Azərbaycan dili təliminə  təsiri.  Şagirdlərin  şifahi cavablarının 

qiymətləndirilməsi normaları. Yazılı cavabların imla, ifadə və inşa-

 

43




ların qiymətləndirilməsi. Qiymətləndirmədə  səhvlərin xarakterinin 

nəzərə alınması. 

Kurrikulium proqramları. Bu proqram çərçivəsində Azərbay-

can dilinin yeri. Kurrikuliumda Azərbaycan dili proqram və dərslik-

lərində nəzərdə tutulan yeniliklər. 

Azərbaycan dili dərslərində  interaktiv təlim metodları.  İnte-

raktiv təlim metodlarının mahiyyəti, ona verilən tələblər. İnteraktiv 

təlim üsulları: dərs diskussiya, qruplar üzrə iş, rollu oyun, tədqiqat 

metodu, ziqzaq metodu, klaster (şaxələnmə), beyin həmləsi (strate-

giya, əqli hücum), dəyirmi masa, konseptual cədvəl və s. 



 

ƏDƏBİYYAT 

 

1. Abdullayev  Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbay-

can dili.Bakı, “Maarif”, 1981. 

2. Abdullayev A. Orta məktəbdə Azərbaycan dili tarixinin meto-

dikası, Bakı, 1960. 

3. Alxasov K. Müasir Azərbaycan dilində vasitəsiz nitq. Bakı, 

“Maarif”, 2000. 

4. Balıyev. H. «Orta məktəbdə Azərbaycan dilinin tədrisi meto-

dikası», 2007. 

5.

 



 Dəmirçizadə Ə. Azəırbaycan ədəbi dilinin tarixi. Bakı, 1967. 

6. Əmiraslanova Q. Ədəbiyyat dərsləri interaktiv təlim metod-

larında. “Təhsil cəmiyyəti”,2004. 

7. İnteraktiv təlim metodları və onlkarın tətbiqi yolları.,2003. 

8.

 

 Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. I hissə, Bakı, 1979. 



9.Qurbanov A. Ümumi dilçilik. II cild, Bakı, 1993. 

10. Orta ümumtəhsil məktəblərində Azərbaycan dili və  ədə-

biyyatın tədrisi problemləri», 1998. 

11. Paşayev və b. «Azərbaycan dili və  ədəbiyyat təliminin 

bəzi problemləri», 2002. 

12.


 

Pedaqoji universitet və institutlarda magistr hazırlığı üçün 

proqramlar.Bakı, ADPU, 2005. 

13. Ümumutəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbay-

can dili proqramı», 2002. 

 

44




 

 

 

 

 

 

 

 

 

 

“AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ METODİKASININ 

 TARİXİ VƏ METODOLOGİYASI“  

fənni üzrə 

 

P R O Q R A M 

 (Magistr hazırlığı üçün) 



 

 

 

 

 

 

 

 



 

 

 



 

 

45




 

Tərtibçi: 

dos. A.İ. Məmmədova 

 

Rəyçilər: 

f.e.d., prof. S.Ə.Abdullayeva 

f.e.n., dos. Ş.Ə.Əhmədova 

 

Redaktor:  p.e.n., b.m. A.Y.Məmmədov 



 

 

46




İzahat vərəqəsi 

 

Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan 

dili rəsmi dövlət dili kimi (21-ci maddə) təsbit olunmuşdur. Hər bir 

Azərbaycan vətəndaşı üçün bu dili mükəmməl bilmək tövsiyə edilir. 

“Dövlət dilinin tədbiqi işinin təkmilləşdirilməsi haqqında” Prezident 

fərmanın mərkəzində  məhz Azərbaycan dilinin tədrisinin keyfiy-

yətini yüksəltmək məsələsi əsas yer tutur.  

Azərbaycan dilinin tədrisi metodikası bir çox elmlərə nis-

bətən o qədər də  qədim deyildir. Azərbaycan dilinin tədrisi meto-

dikası elminin tarixini bilmədən onu dərk etmək qeyri mümkündür.  

Magistr ilk elmi dərəcədir. Bu sahəyə yaxından bələd olmaq 

istəyən gənc mütəxəssis, hər  şeydən  əvvəl, öyrənmək istədiyi elm 

sahəsinin tarixini, onun keçdiyi inkişaf yollarını dərində bilməli və 

tədqiqatın metodologiyasına hərtərfli yiyələnməlidir. Proqramda aşa-

ğıdakı mövzuların tədrisinə geniş yer verilir: 

1.

 



Azərbaycan dilinin tədrisi metodikasının nəzəri və prak-

tik əhəmiyyəti. 

2.

 

Azərbaycan dilinin tədrisi metodikasının ilk yaradıcıları. 



3.

 

Azərbaycan dilinin tədrisi metodikasının inkişaf qanuna-



uyğunluqları. 

4.

 



Azərbaycan dilinin tədrisi metodikasının tədqiqat metodları. 

5.

 



Metodikanın qohum elmlərlə əlaqəli inkişaf etməsi və bu 

kimi məsələlərə geniş yer verilmişdir. Proqram tədris ediləcək kur-

sun məzmununu tamamilə əhatə edir. 

Proqramda ilk dərslik və  dərs vəsaitləri yaradan görkəmli 

maarifpərvərlərin  pedaqoji fəaliyyəti ilə də  bağlı məlumat verilir. 

Mövcud tədris planında 16 saat mühazirə, 16 saat seminar 

məşğələlərinə vaxt ayrılmışdır. 

Mühazirə üçün aşağıdakı mövzular tövsiyə olunur: 

 

 

 



 

 

47




Yüklə 307,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə