527
təlim məqsədlərinin taksonomiyası tədris prosesinin elmi-
metodik səviyyədə planlaşdırmaq və onun nəticəsini ölçmək
imkanı verir.
Takson – taksonomik təsnifatın üzvləridir.
Tətbiq – problem üzrə müəyyən nəticələr qazanmaq üçün informasiyanı
konkret hadisələrə tətbiq etməkdir.
Təhsil krediti – fənin məzmununa və həcminə uyğun olaraq onun
mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.
Tədris planı – müvafiq təhsil pilləsində tədris olunan fənlərə və
dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən
edən əsas tənzimləyici sənəddir.
Təhsil – cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual
və emosional sferalarının inkişaf etməsi və həyata hazırlanması
məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mə-
nimsənilməsi prosesi və onun nəticəsi kimi anlaşıla bilər.
Təhsil investisiyası – təhsilin inkişafına sərmayə qoyuluşudur.
Təhsil proqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim
nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs
və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prose-
sin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorin-
qinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir.
Təhsil məhsulu – təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn
proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil
layihələri hesab olunur.
Təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini
həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət
sənədi verən qurumdur.
Təhsil françayzinqi – təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil
müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanıl-
ması, müəlliflik hüququnun qorunması və s.) daxili və beynəl-
xalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər
sistemidir.
Təfəkkür – yeni, mühüm əlamət, xassə və qanunauyğunluqların axta-
rılmasına və kəşf edilməsinə yönəldilmiş, sosial cəhətdən şərt-
lənmiş, nitq ilə ayrılmaz surətdə bağlı psixi prosesdir, gerçəkli-
yin təhlil və tərkibi gedişində onun vasitəli və ümumiləşmiş
inikası prosesidir. Təfəkkür insanın əməli fəaliyyəti əsasında
hissi idrak vasitəsi ilə yaranır və onun sərhədlərindən çox-çox
kənara çıxır. İnsan təfəkkürü dillə, nitqlə ayrılmaz surətdə
bağlıdır. Təfəkkür zəruri olaraq maddi formada, söz formasında
528
mövcuddur. Formal məntiq təfəkkürün məntiqi formalarını –
məfhumları, hökm və əqli nəticələri öyrənir. Məfhum gerçək-
liyin cisim və hadisələrinin ümumi, mühüm və fərqləndirici
əlamətlərini əks etdirən fikrə deyilir. Hökm-gerçəkliyin cisim və
hadisələrinin, onların xassə və əlamətlərinin arasında olan
əlaqələrin inikasıdır. Əqli nəticə (istidlal) fikirlər (məfhum və
mülahizələr) arasında elə bir əlaqədir ki, onun nəticəsində bir və
ya bir neçə hökmdən başqa hökm alınır və bu hökm ilk, əsas
hökmlərin məzmunundan çıxarılır. Məntiqin predmeti təfəkkür
prosesində əmələ gələn dərketmə nəticələri, məhsulları arasında
olan qarşılıqlı münasibətlərdir.
Təxəyyül – keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında
yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesdir.
Ümumiləşdirmə – obyektləri müəyyən əlamətlər əsasında qruplaşdırmaq,
hər hansı bir obyekti başlıca əlamətlərinə görə müəyyən
anlayışlar sisteminə aid edilməsi prosesidir.
Universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəs-
sislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fun-
damental və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali
təhsil müəssisəsidir.
Ünsiyyət – birgə fəaliyyət tələblərindən irəli gələrək insanlar arasında
münasibətin yaradılması və inkişafı prosesidir. Onun kommu-
nikativ (ünsiyyət informasiya mübadiləsi), interaktiv (qarşılıqlı
təsir), perseptiv (insanların bir-birini qavraması və anlaması)
kimi tərəflərini fərqləndirirlər.
Verbal – (latınca verbalis – sözlü) – məlumatın sözlə və ya işarələr, dil
sistemi vasitəsilə ifadə olunmasını nəzərdə tutur.
Verbal öyrənmə – insanın bilik, bacarıq və vərdişləri şifahi izah, təlimat
vasitələrilə əldə etməsi deməkdir.
Yaradıcılıq – elə bir fəaliyyətdir ki, onun nəticəsində yeni maddi və
mənəvi dəyərlər formalaşır. Mahiyyətcə mədəni-tarixi hadisə
olan yaradıcılığın psixoloji aspektləri də vardır. Bu, şəxsi və
prosesual aspektlərdir. Bunlar insanda elə qabiliyyətlərin,
motivlərin, bilik və bacarıqların olduğunu göstərir ki, onların
nəticəsində yaradılmış məhsul öz orijinallığı ilə fərqlənir.
Yaradıcı fəal təlim – müəllimin rəhbərliyi ilə məlum biliklər, hadisə,
proses və obyektlərin müqayisəsi, təcrübə əsasında şagirdlərin
müstəqil və fəal əməyi ilə yeni bilik və bacarıqların əldə olun-
masına şərait yardan təlim. Yaradıcı fəal təlimin əsas xüsusiyyəti