524
məsələlərin, eyni zamanda real, dünyəvi və cəmiyyətin tələbatla-
rı ilə əlaqədar məsələlərin öyrənilməsini əhatə edir.
Məfhum və ya anlayış – cisim və hadisələr haqqında onların bir sıra
mühüm və birlikdə spesifik əlamətlərini ayırd edən ümu-
miləşdirilmiş biliklərə deyilir.
Nəticələr – təhsilin gözlənilən nəticələri dedikdə, şagirdlərin bilməli
olduqları və edə bildikləri nəzərdə tutulur. Təhsil işçiləri nəticə
terminini məqsəd, vəzifə və ya standartlar mənalarında işlətsələr
də “nəticə” sözü nəticə əsaslı təhsil ideyası ilə bağlıdır.
Nəticə əsaslı təhsil – təhsil təcrübəsinin yaradılması və planlaşdırıl-
masında təlim nəticələrini əsas amil hesab edən yanaşmadır. Nə-
ticə əsaslı təhsil hərəkatı belə bir narahatçılıqdan yaranmışdır ki,
şagirdlər orta məktəbi cəmiyyətin həyatında iştirak etmək üçün
zəruri olan əsas biliklərə və vərdişlərə yiyələnmədən bitirirlər.
Nəzarət – adətən daha çox ixtiyari olan insanın başqasının inkişafına
kömək etməsi prosesidir. Təhsil sistemində nəzarət ideal halda
hədələyici deyil, dəstəkləyici qarşılıqlı münasibətdir, müəllimin
qiymətləndirilməsi isə formal inzibati məsuliyyətdir. Təcrübədə
nəzarətin çox hissəsi məktəb direktoru tərəfindən müəllimlərin
dərslərinin müşahidə edilməsi, sonra həmin dərslərin müəllimlə
birgə müzakirəsi formasında həyata keçirilir. Müşahidə və
müzakirə prosesi bəzən klinik müşahidə adlandırılır ki, o, hər bir
təşkilatda işçilərin vaxtında işə gəlməsinə nəzarət etmək üçün
istifadə edilən nəzarətdən fərqləndirilsin.
Nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən
edilməsi prosedurudur.
Özünüdərketmə (metakoqnisiya) – şüurlu olmaq və müəyyən dərəcədə
öz təfəkkürünə nəzarət etmək qabiliyyətidir. Təhsil işçiləri
“meta” sözünü prosesin tətbiqini prosesin özünə aid etmək üçün
işlədirlər (məsələn meta-analiz ayrıca bir mövzu üzrə çoxlu say-
da tədqiqatların analizidir). Bu halda, dərketmə düşünmədir, ona
görə də özünüdərketmə (metakoqnisiya) hər bir kəsin özünün tə-
fəkkürü, düşünməsi haqqında düşünməsidir.
Pedaqoji proses – təlim, tərbiyə və təhsilin, habelə bunlarla əlaqədar olan
inkişafın vəhdəti kimi başa düşülür.
Pedaqoji məzmuna malik olan biliklər – fənn üzrə biliklərin tədris ilə
bağlı biliklərlə birləşdirilməsi olub, konkret fənni necə tədris
etmək barədə müəllimin biliyinin əmələ gəlməsidir.
525
Pedaqoji texnologiya – praktiki mənada, həm də qarşıya qoyulmuş
məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş və münasibətləri
formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək üçün əmə-
liyyatlar kompleksi başa düşülür. Pedaqoji texnologiyalar yalnız
təhsilin elementi kimi deyil, həmçinin onun məqsədi, məzmunu,
prosesi və nəticəsi kimi xidmət göstərir. Pedaqoji texnologiyalar
aşağıdakı kimi təsnif oluna bilər: 1) təlim prosesinin texnolo-
giyası; 2) tərbiyə prosesinin texnologiyası; 3) inkişaf texnolo-
giyası; 4) diaqnostika texnologiyası. Pedaqoji texnologiyalarda
müəllimin fəaliyyətinin qnostik (idraki), layihələndirici, kon-
struktiv, təşkilatçılıq, kommunikativ (ünsiyyət) komponentlərini
ayırmaq mümkündür.
Psixomotr – hərəki effektli psixi hadisələr.
Psixi inkişafın hərəkətverici qüvvələri – psixi inkişafın istiqamətini,
məzmununu və səviyyəsini müəyyən edən xarici və daxili şərt-
lərin məcmusudur. Psixi inkişafın əsas hərəkətverici qüv-
vələrindən biri şəxsiyyətin inkişafı prosesində fəaliyyətdə
dəyişən tələbatla onların real təmin olunma şəraiti arasında daim
təkrar edilən ziddiyyətlərin həll olunmasından ibarətdir.
Piqmalion effekti – müəllimin ümidlərinin, gözləmələrinin şagirdlərin
təlim fəaliyyətlərinin keyfiyyətinə təsirini ifadə edir. Bu termin
qədim yunan əfsanəsindən götürülmüşdür və müəllimin savadsız
bir insanı əsl xanıma çevirməsi haqqında olan “Mənim vicdanlı
xanımım” adlı Britaniya musiqili komediyasının sələfi hesab
olunur. Hərtərəfli tədqiqatlar əsasında toplanmış dəlillər sübut
edir ki, müəllim öz şagirdləri haqqında necə fikirləşməsinin
onların təlim fəaliyyətlərinə çox güclü təsiri vardır.
Problem əsaslı öyrənmə – tədris proqramı və təlim prosesinə elə
yanaşmadır ki, o, termin və informasiyaların yadda saxlanılma-
sından ibarət ənənəvi təlimi deyil, şagirdlərin real-həyati pro-
blemləri həll etməyə yönəlmiş fəaliyyətlərini nəzərdə tutur.
Professor – yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb
edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmlər doktor-
larına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifədir.
Problem – qazanılmış biliyin sistemləşdirilməsinin rüşeym halında olan
strukturudur. O, obyektin mövcudluğu haqqında sistemləş-
dirilməmiş biliklə onun mövcudluğu haqqında artıq sistemləşdi-
rilmiş bilik arasında aralıq bir həlqədir.
526
Rubrika – verilmiş tapşırığın icrasının müxtəlif keyfiyyət göstəricilərinə
görə xüsusi təsviridir. Müəllimlər tapşırıqların yerinə yetirilməsi
zamanı şagirdlərin icra səviyyəsini qiymətləndirmək üçün rub-
rikalardan istifadə edirlər. Şagirdlərə tez-tez rubrikalar verilir,
hətta onlar özləri də bəzən rubrikalar hazırlayırlar və beləliklə,
şagirdlər onlardan nə gözlənildiyini əvvəlcədən bilirlər.
Semantik hafizə – insanın sözlər və başqa verbal simvollar, onların
mənası və referensiyası, qarşılıqlı əlaqəsi, bu simvolların, anla-
yışların və münasibətlərin manipulyasiya qaydaları, formulları,
alqoritmləri haqqında bilikləri əhatə edir.
Sərbəst (eksternat) təhsil – müxtəlif səbəblərdən ümumi təhsildən
kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təh-
silin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən
təhsilalma formasıdır.
Sinfin idarə olunması – sinif həyatını mümkün qədər məhsuldar və
qənaətbəxş etmək üçün müəllimin sinif qaydalarını təşkil və
idarəetmə yoludur. Bəzi təhsil işçiləri bunu məhdud şəkildə başa
düşərək “intizam” adlandırırlar.
Subbakalavr – orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-
ixtisas dərəcəsidir.
Standartlar – termin adətən elə səciyyəvi meyarlara aid edilir ki, onların
əsasında şagirdlərin öyrənməli və etməli olduqları təxmin edilir.
Bu standartlar adətən tədris proqramlarında iki formada olur:
1) Məzmun standartları. Bu standartlar şagirdlərin müxtəlif fən-
lər üzrə (məsələn, riyaziyyat, fizika, oxu) bilməli və etməli
olduqlarını müəyyənləşdirir.
2) İcra standartları. Bu standartlar – gözlənilən icra standartları
məzmun standartlarının yerinə yetirilmə səviyyələrini qiymət-
ləndirir. Son illərdə müəllimlərin bilməli və etməli olduqlarını
dəqiq müəyyən edən standartlar da işlənib hazırlanmışdır.
Standart əsaslı təhsil – şagirdlərin müəyyən edilmiş standartlara
yiyələnməsinə yönəldilmiş təlim prosesidir.
Taksonomiya – yunan sözü olub, taxus – qayda ilə yerləşmə+romos –
qanun deməkdir:
təlim məqsədlərinin şəbəkəli (iyerarxik) və ya “sistemli” təs-
nifatına taksonomiya deyilir.
şəbəkələr düzülüşünə malik olan mürəkkəb fəaliyyət sahələ-
rinin sistemli nəzəriyyəsinə taksonomiya deyilir.
Dostları ilə paylaş: |