23
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» № 2, 2011
___________________
İfaçılıq sənəti
Искусство исполнения
Mahmud ƏLİYEV
Azərbaycan Milli Konservatoriyasının müəllimi
BƏHRAM MANSUROVUN OPERA TEATRINDA
FƏALİYYƏTİ
Açar sözlər: Muğam operası,
Bəhram Mansurov, tar ifaçılığı.
Bəhram Mansurov Azərbaycan xalqının görkəmli tarzəni, misilsiz
xidmətləri ilə musiqi sənətimizin inkişafında əvəzolunmaz rol oynamış
ustadlarımızdandır. O, klassik Azərbaycan muğamlarını qoruyub
saxlayan və təbliğ edən tarzənlərdən biri olmuşdur.
Bəhram Mansurov ilk
azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərbaycan muğamları
YUNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayıl-
mışdır. O, 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq
Muğam Simpoziumunda Azərbaycanı təmsil etmişdir.
Bəhram Mansurov opera səhnəsində Hüseynqulu Sarabski, Yavər
Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət
Rzayeva kimi korifeylərlə bərabər işləmişdir. Rübabə Muradova, Sara
Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais
Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət
Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək
onları tamaşalara hazırlamışdır.
Bu il özünəməxsus ifa tərzinə malik olan tarzən Bəhram Mansurovun
anadan olmasının 100 illik yubiley ili kimi qeyd olunur. Bəhram
Mansurov təkcə xalq musiqisinin qorunmasında deyil, eyni zamanda
milli opera sənətinin inkişafı sahəsində də misilsiz xidmətləri ilə seçilən
sənətkarlardandır. Onun yaradıcılıq sferası çoxşaxəli və genişdir. O, həm
muğam ifaçısı, həm solist, həm pedaqoq, həm də opera səhnəsində
fəaliyyəti ilə tanınmışdır. Təqdim edilən məqalədə mən B.Mansurovun
opera teatrındakı rolunu ön plana çəkmək istəyirəm.
Məşədi Məlik Mansurov nəslinin nümayəndəsi olan B.Mansurov
muğam ustadlarının əhatəsində boya – başa çatmışdır. Əlbəttə ki, bu da
onun gələcəkdə istedadlı musiqiçi kimi tanınmasında böyük rol
oynamışdır. Atası Mansur Mansurov, xanəndə Cabbar Qaryağdıoğlu,
Bülbül kimi musiqi xadimləri xüsusilə onun yaddaşında silinməz iz