8
zərif səsləri də - musiqini də, dəhşətli səsləri də - top sədalarını da insan
yaradır. Birinci xeyirxahlıq, səadət zövq üçündür, ikincisi bədxah, xəbis
niyyətlərə xidmət edir,
müsibətlər gətirir, fəlakət daşıyır.
Böyük Vətən müharibəsi başlananda bütün evlərdən radioqəbuledi-
cilər yığılmışdı, onları müharibə bitəndən sonra qaytaracaqdılar. Amma
bəzi insanlar hələ də inad edir, radioqəbulediciləri evlərində gizlədirdilər,
ona görə yox ki, xarici radiostansiyaların əcnəbi dildə verilişlərinə qulaq
assınlar, ona görə ki, onlar musiqi dinləmək istəyirdilər. Kamil müəllim
məhz belə ağır bir dövrdə, insanların musiqiyə, şirin təranələrə tamarzı
qaldığı zamanlarda tarını yerə qoymadı, mizrabını simlərə toxunduraraq
insanlara sevgi, ümid, inam hissi aşıladı, onun ifası qəlbləri həyəcanlan-
dırdı, təlatümə gətirdi. Bu da savaşa qarşı bir etiraz idi. Musiqinin
savaşıydı!
Kamil müəllim həmin ağır illərdə inanırdı ki, həmin o birinci səs
ikinci səsi mütləq batıracaq. İnanmasaydı, hələ müharibə bitməmiş gəlib
tarını götürüb yenidən cəbhəyə qayıtmazdı. O, üfüqdəki qələbəni
görürdü, ona inanırdı. Amma bu üfüqə aparan məşəqqətli yolda nə qədər
yoxuşlar, yarğanlar da vardı. Bu yolları keçmək lazım idi.
Kamil Əhmədov bütün çətinliklərə sinə gərərək o keçilməz yolları dəf
etdi, dizləri bərkidi, inadı daş qıran oldu, dözümü daha da mətinləşdi.
Hərbi xidmətdən tərxis olunduqdan sonra Kamil müəllim Asəf Zeynallı
adına Musiqi Məktəbinə işə düzəlir, bu təhsil ocağında muğam sənətinin
korifeylərindən olmuş Seyid Şuşinskinin konsertmeysteri kimi öz sənətini
daha da təkmilləşdirərək muğamın sirlərinə yiyələnir. Onun ömrünün
sonrakı illəri yaradıcılıq axtarışları və uğurları, sevincləri ilə dolu olub.
Kamil Əhmədov bütün həyatı boyunca doğma tarına sadiq qalıb. Uzun
illər Azərbaycan Dövlət Kukla Teatrında, Gənc Tamaşaçılar Teatrında solist
kimi fəaliyyət göstərib. Sadıqcanın, XIX-XX əsrlərdə yaşamış, zəmanəsinin
görkəmli tarzəni Mirzə Fərəcin təkmilləşdirdiyi tarı Kamil müəllim bir qədər
də mükəmməl və öz sələflərinin başladığı missiyanı uzun illər boyu
çiyinlərində daşıdı. Azərbaycan tarına o da öz əlavələrini elədi.
Tarda zəng simlərin xüsusi yerləşdirilməsi muğama aid akkord
sistemini qurmağa imkan verir. Sadıqcanın tarında 7 əsas sim, cəmi 11
sim, 9 aşıx var. Sonralar tarda müəyyən dəyişikliklər edildi və son dövr
tarda dəyişikliklər edənlərdən biri də Kamil Əhmədov olmuşdur.
Musiqimizin çoxşaxəli olması onunla sübuta yetirilir ki, burada bütün
Şərq aləmindən nümunələr var. Muğamlarımız 17-19 pərdəli sistemdə ifa
olunur. Tar ümumbəşəri musiqini özündə təcəssüm etdirir, sırf Azər-
baycan musiqisinə aid olan alət deyil, bütün dünyaya, Şərq musiqisinə
açılan qapıdır.
Lad düz oxunarsa, muğamı istədiyin kimi improvizə edə bilərsən.
9
Muğaç istənilən qədər improvizasiyanı qəbul edən bir musiqidir.
Müəyyən lad hüdudunda muğama istədiyin formada sonluq vermək olur.
Kamil müəllim bütün bu incəlikləri tələbələrinə başa salırdı. O, tar
ifaçılığının inkişafı üçün çox çalışırdı.
Onun tələbələri arasında Azərbaycanın adlı-sanlı tarzənləri var ki,
onlar bu gün də muğamatımızı yaşadırlar, öz bilik və bacarıqlarını yeni
gələn nəslə öyrədirlər. Tanınmış tarzənlərdən Ceyran Haşımova, Əkrəm
Məmmədov, Əbdülağa Nəcəfov, uzun illərdir “Xatirə” xalq çalğı alətləri
ansamblına rəhbərlik edən Adil Bağırov, professor, Əməkdar Elm Xadi-
mi Məmmədağa Kərimov, Qədir Məmmədov, Ağasəlim Abdullayev,
konservatoriyanın professoru Malik Quliyev və başqaları məhz Kamil
Əhmədov məktəbinin məzunlarıdırlar.
Tale
elə gətirib ki, mən də Kamil Əhmədov məktəbini keçmişəm. Mən
onun ən sevimli tələbələrindən olmuşam, buna sübut kimi deyə bilərəm
ki, o, heç kəsə öyrətmədiyi “Nəva” muğamını təkcə mənə öyrətmişdi.
Özü də bunu dəfələrlə qeyd etmişdi. Sonralar el şənliklərində də Kamil
müəllimlə birlikdə iştirak etmişəm və ondan bacardıqca çox şey
öyrənmişəm. Kamil müəllim mütəmadi olaraq bizim evə gəlib-gedirdi.
Dayım, tanınmış muğam ifaçılarının müəllimi, ustadı olmuş xanəndə
Nəriman Əliyevlə çox yaxın dostluq münasibətləri vardı. Onlar sənətlə,
muğam dünyasıyla əlaqədar saatlarla söhbətlər edərdilər və mən də bu
söhbtlərdən çox şey əxz edirdim.
Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində
əsasdır, onda Kamil Əhmədovun tarının son nəticədə Azərbaycan musiqi
sənətinin inkişafında dönüş yaratdığını inamla demək olar. Kamil
müəllimin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan muğamlarının
mahiyyəti, onların ifadə vasitələri, təsir gücü və ifa üsulları yeni bir
mərhələyə qədəm qoymuşdur.
Məsələn, “Rast Pəncgah” muğamına “Dilkeş-Kürdi” şöbəsini Seyid
Şuşinski əlavə etdiyi kimi, “Rakı” şöbəsini də Kamil Əhmədov əlavə
edib. 1982-ci ildə xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərovun
rəhbərliyi ilə “Muğamların tədrisinə dair metodik tövsiyələr” (Orta
ixtisas musiqi məktəblərinin xalq çalğı alətləri şöbələri üçün metodik
tövsiyələr) dərsliyi məhz Kamil Əhmədovun zəngin iş təcrübəsi, elmi-
metodik mülahizələri əsasında hazırlanmışdır.
Kamil Əhmədov tarda rekonstruksiya etmiş nadir sənətkarlardan biri
idi. Onun çox gözəl nəqqaşlıq qabiliyyəti vardı və bu qabiliyyətindən də
sədəfli tarın hazırlanmasında istifadə edirdi, nəticədə tarın çanağını nəfis
naxışlarla bəzəyirdi. Hamı bilirdi ki, bu tar Kamil Əhmədovun əliylə
cilalanıb, bu musiqi aləti Kamil Əhmədov sənətinin bəhrəsidir.
Muğamın səs sırası əsasında ladlar yaranır, amma görün muğamın