Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

34 
instrumental şəkildə çalınmasına üstünlük verdi. 
Avropa  musiqi  alətlərində  Azərbaycan  musiqisini  çalan  sənətçilərdən 
Bəhruz Zeynalov, Ələkbər Əsgərov klarnet, Kamil Cəlilov qaboy, Rəmiş 
gitara,  Zaur  Rzayev  fortepiano  kimi  alətlərdə  muğamları  solo 
instrumental  şəkildə  çalmağı  geniş  musiqiçi  ordusunu  da  bu  istiqamətə 
yönəldə bildi. 
Adları çəkilən musiqiçilərin repertuarı təkcə muğamların solo ifası ilə 
məhdudlaşmayaraq digər janrları da əhatə edə bildi. Salyan rayon sakini, 
ustad  sənətçi,  respublikanın  əməkdar  mədəniyyət  işçisi  Həsənağa 
Sadıqov bir neçə musiqi alətində saz, zurna, tütək, qoşanağara və başqa 
alətlərdə solo müşayiətli çıxışlara üstünlük verdi. 
Müşahidələr  göstərmişdir  ki,  instrumental  musiqi  iyirminci  yüzillik 
ərzində  daima  inkişaf  edən  xətt  üzrə  yüksəlmişdir.  Onun  forması  və 
daxili 
musiqi 
cümlələri 
ayrı-ayrı 
elementlərlə, 
melizmlərlə 
zənginləşmişdir.  İnstrumental  çalğı  variantında  avropasayağı  ifadəlilik 
üstünlük  təşkil  etmişdir.  Söz  yox  ki,  bu  janrın  sərhədlərinin 
genişlənməsində  sazəndə  və  xanəndə  dəstələrinin  rolu  danılmaz  tarixi 
faktordur. 
Azərbaycan  musiqi  mədəniyyətinin  inkişafında  əvəzsiz  tarixi  rolu 
olmuş  çoxsaylı  simli  musiqi  alətlərimiz  zaman-zaman  formalaşaraq 
müasir  musiqi  alətlərimizin  yaranmasına  öz  təsirini  göstərərək,  bu 
günümüzə  gəlib  çatmışdır.  Qanun  yatıq  sazlar  ailəsinə  mənsub  olub, 
dartımlı-simli musiqi alətidir. Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan 
ərazisində tarixən geniş yayılmışdır. Azərbaycan klassiklərindən Nizami 
Gəncəvinin,  Məhəmməd  Füzulinin və  başqalarının  əsərlərində  qanun 
haqqında  məlumat  verilmişdir.  XII  əsrdə  yaşayıb-yaratmış,  Şərq  musiqi 
elmini  dərindən  bilən  şairə  Məhsəti  Gəncəvi  qanun,  kamança  və  çəng 
alətlərinin  məharətli  ifaçısı  olmuşdur.  Əsasən,  qadınlar  tərəfindən  ifa 
edilən bu aləti Füzuli “Yeddi cam” əsərində belə təsvir etmişdir: 
 
Bir gün gecə məclisimiz vardı ki, ondan  
Çox-çox uzağa qalmış idi dərd, qəm, hicran. 
Xam nəğmələrlə edərək aləmi məmnun,  
Bir huri-mələk çalırdı iri bir qanun. 
 
Bu poetik misralarda diqqəti cəlb edən «Bir huri, mələk üzlü çalırdı iri 
bir  qanun»  ifadəsidir.  Təkcə  onu  demək  olar  ki,  görünür,  M.Füzulinin 
yaşadığı dövrdə müxtəlif ölçülü qanunlar varmış və musiqişünaslıqda ən 
iri qanun Misir qanunu sayılır. Hazırda müasir qanunlar standart ölçüdə, 


35 
fərdi şəkildə istehsal edilir. 
XVII  əsrdə  yaşamış  musiqi  alimi  Dərviş  Əlinin  «Risaleyi  musiqi» 
kitabında  qanunun  yunanlar  tərəfindən  icad  edildiyini  bildirilir.  Bu  fikrin 
qanun adının yaranma mənşəyi də təsdiq edir. 
Qanun  miniatür  sənət  əsərlərində  də  öz  əksini  tapmışdır.  Uzun  tarixi 
inkişaf  yolu  keçən  bu  alət  zaman-zaman  formalaşaraq  dövrümüzə  kimi 
gəlib çatmışdır. Üzeyir Hacıbəyli qanunun keçmişdə də təkmil alət kimi 
istifadə edildiyini qeyd edərək yazır: Bu gün hər bir musiqar üçün piano 
çala bilmək vacib olan kimi, Şərq musiqiçiləri də öz çalğılarından əlavə, 
qanun çalmağı dəxi borc bilirmişlər”. Qanunun tərəfləri müxtəlif bucaqlı 
taxta qutudan ibarətdir. Alt və yan hissələr ağcaqayın, qoz və digər bərk 
ağac  materiallarından  hazırlanır.  Alətin  üst  hissəsinin  3/4-ü  4  mm 
qalınlığında  şam  ağacından  olan  taxta  üzlüklə,  qalan  hissəsi  isə  balıq 
dərisi ilə örtülür. Ağacla örtülən hissədə üç rezonator oyuğu olur. Dəri ilə 
örtülmüş hissədə isə alətin eni boyu bütöv bir taxta xərək yerləşir. Simlər 
alətin gövdəsindəki xüsusi oyuqlara bərkidilərək bu xərəyin üzərindən keçib 
aşıxlara bağlanır. Aşıxlar olan hissədə simlərin altında dəmir linglər yerləşir. 
Bu  linglərlə  simlər  qaldırılıb-endirilərkən  ton  və  yarımtonlar  əldə  edilir. 
Qanuna üçləşdirilmiş 24  sıra (ümumi sayı 72) sim bağlanılır.  İlk dövrlərdə 
simlər bağırsaqdan və  ya ipək sapdan xüsusi  üsulla hazırlanırmış.  Hazırda 
kapron  simlərdən  istifadə  edilir.  Diz  üstünə  qoyulan  qanun  hər  iki  əlin 
adsız barmaqlarına  taxılmış  dəmir  üsküklərin  arasında  yerləşdirilən  ebonit 
mizrablarla  səsləndirilir.  Alət  içərisi  dördkünc  dəmir  açar  vasitəsi  ilə 
köklənir.  Qanunun  ümumi  uzunluğu  800-900  mm,  eni  380-400  mm, 
qalınlığı  40-50  mm-dir.  Diapazonu  böyük  oktavanın  «sol»  səsindən  ikinci 
oktavanın  «si  bemol»  səsinə  kimi  üç  oktava  yarımdır.  Diatonik 
səsdüzümünə  malikdir.  Qanundan  xalq  çalğı  alətləri  orkestrinin  və 
ansambllarının tərkibində müşayiətçi və solo alət kimi istifadə olunur.  
Müxtəlif  səbəblərdən  qanun  demək  olar  ki,  Azərbaycanda  XX  əsrin 
əvvəllərində  tamamilə  unudulmuş  sayıla  bilərdi.  Azərbaycan  musiqi 
mədəniyyəti  tarixində  dəyərli  xidmətləri  olan  Məşədi  Cəmil  Əmirov 
1912-ci ildə Türkiyədə olarkən «Şərqdə məşhur olan musiqi alətlərindən 
ud  və  qanunda  çalmağı  öyrənmişdir.  1913-cü  ildə  doğma  vətənə 
qayıdarkən Məşədi Cəmil özü ilə bu iki aləti də gətirmişdir». 
Oktyabr inqilabına qədər və sonrakı bir dövrdə qanun respublikamızda 
geniş  yayıla  bilməmişdir.  Yalnız  1959-cu  ildə  Moskvada  keçiriləcək 
Azərbaycan  ədəbiyyatı  və  incəsənəti  dekadasında  iştirak  edəcək  xalq 
çalğı alətləri orkestrinin heyətinə, orkestrin bədii rəhbəri və baş dirijoru 
Səid Rüstəmov tərəfindən daxil edilmişdir. Qeyd edək ki, o illərdə qanun 


36 
Azərbaycan  respublikasının  xalq  artisti  Əhməd  Bakıxanovun  rəhbərlik 
etdiyi xalq çalğı alətləri ansamblının heyətində də özünə yer tutmuşdur. 
Ud  əsasən  Ərəbistan,  Türkiyə,  İran  və  bir  çox  Şərq  xalqları  arasında 
geniş  yayılmış  mizrabla  çalınan  simli-dartımlı  musiqi  alətidir.  Ud  ərəb 
sözüdür  «ağac»lardan  birinin  adıdır.  Yandırıldıqda  xoş  ətir,  qoxu  ətrafa 
yayılır.  Ud  haqqında  ilk  dəfə  Mosullu  İshaq  İbn-İbrahimin  (767-849), 
daha  sonralar  isə  Əbu  Nəsr  Fərabinin  (870-950)  əsərlərində  məlumat 
verilir.  Orta  əsrlərdə  Yaxın  Şərq  mədəniyyətinin  inkişafında  udun  çox 
böyük  tarixi  əhəmiyyəti  olmuşdur.  İlk  əvvəl  ud  simli  musiqi  aləti  kimi 
qədim  Misirdə  məlum  olmuş,  oradan  da  Avropaya  gətirilmişdir.  Orta 
əsrlərdə  (XV  –  XVII)  ud  Avropada  solo  –  müşayiətedici  alət  kimi  çox 
geniş  yayılmışdır.  Hazırda  bir  sıra  ölkələrdə  istifadə  edilən  alət  simli 
gitaranı, mandolinanı udun nəslindən hesab etmək olar. Yeri gəlmişkən, 
ud Avropa xalqları arasında lyutniya adı ilə məşhurdur. 
Udun  yaranması  haqqında  müxtəlif  rəvayətlər,  əfsanələr  bu  gün  də 
yaşamaqdadır.  Bəzi  mənbələrdə  udun  yaranmasını  uzaq  keçmişlə 
əlaqələndirərək  yunan  alimi  Əflatunun  ixtirası  kimi  hesab  edilir.  Bu 
əfsanələrdə  udun  təkmilləşməsi,  onun  simlərinin  inkişafı,  çalğı 
üslublarının formalaşması və başqa məziyyətləri ilə əlaqədar bir həqiqət 
vardır. Deyilənə görə Əbu Yusif Yaqub Əl-Kindi (801 – 897) uda beşinci 
sim  əlavə  edərək,  onu  zir  sani  (yəni  ikinci  zir)  adlandırmışdır.  Bir  çox 
qədim  musiqi  risalələrində  udun  qədim  tarixə  malik  olması  bildirilir  və 
yaranması  barədə  rəvayətlər  söylənilir.  Səfiəddin  Əbdülmömin 
Urməvinin  Kitab  əl-ədvar”  (“Musiqi  dövrləri  haqqında  kitab”,  1252) 
əsərini  şərhi  edən  Əbdülqadir  Maraği  ud  musiqi  alətini  Adəm 
peyğəmbərin nəvələrindən biri  Lameş tərəfindən icad edildiyini bildirir. 
Yazılı mənbələrdə udun icadını qədim yunan filosofu Platonun adı ilə də 
bağlayırlar.  Udun  təkmilləşdirilməsində,  onun  yeni  səs  düzümünün 
yaradılmasında  Səfiəddin  Urməvinin  çox  böyük  xidməti  olmuş  və  həm 
də  udda  məharətlə  çalmışdır.  Udun  özünəməxsus  qüdrətli  səsini  dahi 
Füzuli “Yeddi cam” əsərində belə təsvir etmişdir: 
 
Bir gün yenə mən nəşəli bir bəzm düzəltdim, 
Mən bu işi bir hikmət üçün bərqərar etdim. 
Bir ud sədası bu zaman qalxdı həvayə, 
Yandım, tütünüm çıxdı mənim övci-səmayə. 
 
Miniatür sənət əsərlərində udun təsvirinə də rast gəlmək olar. Qədim 
udun  dörd  simini  od,  su,  torpaq  və  hava  ilə  müqayisə  etmişlər.  Birinci 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə