Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


 Çar Rusiyası dövründə Azərbaycanda yerli özünüidarəetmə



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix06.01.2022
ölçüsü1,16 Mb.
#82636
1   ...   10   11   12   13   14   15   16   17   ...   43
Abbasov-smay-l-M-t-lib-o-lu-Yeni

2.1.1. Çar Rusiyası dövründə Azərbaycanda yerli özünüidarəetmə 

Tarix boyu Azərbaycan ərazisində yerli idarəçilik sistemi müxtəlif pillələrdə, 

fərqli  idarəçilik  altında  fəaliyyət  göstərmişdir.  Azərbaycanda  keçmiş  dövrlərdən 

başlayaraq  XIX  əsrin  sonlarına  qədər  YÖİ-nin  təşkilində  vahid  hakimiyyətə 

üstünlük verilmiş və özünüidarəçilik sistemi əsasən şəhərlərdə mövcud olmuşdur.  

Rusiya İmperiyası ilə Qacarlar dövləti (İran)  arasında imzalanmış  oktyabrın 

12-i  1813-ci  il  “Gülüstan”  və  fevralın  10-u  1828-ci  il  “Türkmənçay”  sülh 

müqavilələri  nəticəsində  Azərbaycanın  tarixi  torpaqları  iki  imperiya  arasında 

bölüşdürülərək,  dövlət  müstəqilliyindən  məhrum  edildi.  İşğal  nəticəsində 

Azərbaycan  ərazisinin  şimalı  Rusiya  müstəmləkəçiliyinin  əsas  xammal  bazasına 

çevrildi  və  ölkənin  iqtisadiyyatına,  mədəniyyətinə  ağır  zərbə  endirildi,  və  yerli 




25 

 

idarəçiliyi tamamilə ləğv edildi. Çarizm Qafqazdan öz qayda-qanunlarını bərqərar 



etmək, xristianları yaymaq, bölgədə islamın oynadığı mühüm rolu mümkün qədər 

məhdudlaşdırmaq siyasəti yürütməyə başladı. 

 

Azərbaycanda  ilk  bələdiyyənin  təcrübəsi  və  yeni  mərhələsi  məhz  Çar 



Rusiyası dövrünə təsadüf etmişdir. Bu dövrdə idarəçilik Çar Rusiyasın təyin etdiyi 

məmurların,  qısa  olaraq  desək  sərt  bürokratiyanın  əlində  cəmlənmişdi.  Çar 

Rusiyasında  ilk  bələdiyyə  qanunu  1846-ci  ildə  paytaxt  Sank-Peterburq  üçün 

çıxarılmışdır.  Daha  sonra  ilərləyən  zamanlarda  1862-ci  ildə  Moskvada,  1863-cü 

ildə  isə  Odessada  tətbiq  edilməsi  üçün  qanun  çıxarıldı.  Lakin,  bəzi  səbəblərdən 

dolayı  bələdiyyənin  tətbiq  edilməsindən  müsbət  fayda  ala  bilmədilər.  Bunun 

üzərindən  şəhərlərin  inkişaf  etməsi,  şəhər  əhalisinin  sayının  çoxalması  və  şəhər 

büdcələrinin  artması nəticəsində uzun  müzakirələrdən  sonra 1872-ci il 16  iyunda 

Çar II Aleksandr tərəfindən bələdiyyələrin yaradılması ilə bağlı qanun çıxarıldı. Bu 

ilk  öncə  Rusiyanın  daxili  quberniyalarında  həyata  keçirilməyə  başlanıldı. 

Zaqafqaziyada  isə  onun  həyata  keçirilməsi  hələ  də  ləngiməkdə  idi.  Buna  əsas 

səbəb  olaraq,  guya  yerli  əhalinin  şəhər  idarəetmə  işində  səriştələrin  olmaması, 

lazımınca  inkişaf etməməsi  idi.  Azərbaycanda da bir  çox şəhərlərin  iriləşməsi və 

əhalisinin  sayının  artmasına  baxmayaraq,  yerli  idarəçilik  polis  idarələrinin 

ixtiyarında  qalmaqda  davam  edirdi.  Bu  dövrdə  Bakı  qubernatoru  olmuş 

Kolyubakin  də  qeyd  etməyə  çalışırdı  ki,  yerli  əhali  kifayət  qədər  inkişaf 

etmədiyinə  görə  yerli  idarəçiliyi,  o  cümlədən  şəhərlərin  idarəsini  polisin  əlində 

cəmləşdirmək və şəhər dumalarının isə polisin yanında sadəcə məsləhətçi bir orqan 

kimi fəaliyyət göstərmələrini qeyd edirdi. 

Bu dövrdə, yerli idarəetmə orqanları demək olar ki, çox az sayda səlahiyyətə 

malik  idi.  Təbii  ki,  belə  məhdud  səlahiyyətlərin  verilməsinin  və  qubernatorların 

etirazının  səbəbi  məlum  idi.  Belə  ki  onlarda  dərk  edirdi  ki,  əgər  şəhərlərdə 

dumaların  yaradılması  və  səlahiyyətlərin  verilməsi  onların  müstəmləkəçilik 

siyasətinə  uyğun  gəlmirdi.  Bütün  bu  səbəblərə  görə  Azərbaycanda  şəhərlərin 

özünü idarə  etmə  sistemi  haqqında 1877-ci il  fərmanı ilə  Bakıda tətbiq  edilməyə 

başlanıldı  və  şəhərlərdəki  polis,  əsgər  idarəetməsi  sisteminə  bir  anda  son  verildi. 




26 

 

Bundan  sonra  Bakı  qubernatoruna  yerli  dumaya  üzvlərin  seçilməsi  mərhələsinə 



başlanılması  üçün  tapşırıq  verildi.  Lakin,  dumaya  seçilmək  üçün  Çar  Rusiyası 

tərəfindən bəzi məhdudiyyətlər qoyulmuşdu. Yeni qərara əsasən dumaya seçilmək 

üçün insanlar arasında təbəqələşmə prinsipi aparılır, hər adam  isə öz namizədliyi 

verməsi  mümkünsüz  idi.  Çünki,  dumaya  seçilmək  üçün  müəyyən  şərtlər  və 

məhdudiyyətlər  hökm  sürürdü.  Belə  ki,  dumaya  seçilmək  üçün  25  yaşdan  yuxarı 

olmalı,  zəngin  təbəqə  rütbəsindən  ibarət  olmalı,  hər  hansı  bir  daşınmaz  əmlaka, 

mülkə  malik  olmalı,  ticarət  və  ya  sənaye  müəssisələri  saxlamalı  yada  işlətməli, 

aylıq gəlirləri 1500 rubldan çox olmalı və şəhərdə ən az iki ildən çox yaşamalı idi. 

Bu  məhdudiyyətlərdən  digəri  isə  dumaya  seçiləcək  üzv  sayının  yarısından  çoxu 

xristianlardan olmaq şərti idi. Həmçinin, seçkilərdə iştirak edən insanların sayına 

da  məhdudiyyətlər  qoyulmuşdu.  Belə  ki,  kasıb  təbəqədə  olan  insanlar  yəni, 

fəhlələr,  müəllimlər,  vergi  vermək  üçün  mənzilləri  olmayan  şəxslər,  yaşı  25-dən 

aşağı olanlar və qadınlar səs vermə üçün icazələri yox idi. Belə olduğu halda həm 

yoxsul  təbəqələrin,  həm  də  müsəlmanların  iqtidardan  uzaq  tutulması  siyasəti 

güdülürdü. Bütün bu şərtlər və məhdudiyyətləri bir sözlə demək olar ki, bu seçkilər 

ancaq xüsusi mülkiyyət  hüquqlarına əsaslanırdı. Buna görə də, seçicilərin iştirakı 

çox  məhdud  sayda  olmaqla,  əhalinin  yalnız  bir  necə  faizi  seçkilərdə  iştirak  edə 

bilirdi.  Səsvermə  isə  hər  bir  namizəd  üçün  ayrılıqda  keçirilirdi.  Seçki  qutuları 

yarısı ağ və qara olmaqla iki yerə bölünmüşdü. Hər seçici isə namizədin lehinə səs 

vermək ağ qutuya, əlehinə səs vermək istəyəndə isə qara qutuya öz seçimini edirdi. 

Seçki  zamanı  nadir  hallarda  bir  neçə  ziyalı  seçilə  bilirdi.  Belə  ki,  1877-ci  il 

dekabrında Bakı şəhər dumasına seçilən üzvlər içərisində bir neçə ziyalı var idi ki, 

bunlardan  da  seçilmək  hüququ  qazanmaq   üçün  başçısı  ölmüş  varlı  ailələrindən 

birinə qəyyum təyin edilməklə mümkün olmuşdu. Bu şəxslər Həsən bəy Zərdabi, 

Həbib bəy Mahmudbəyov, Əli Mərdan bəy Topçubaşov idi. 

(İsmayılov M, 2007) 

1877-ci  il  seçkilərində  seçkilərdə  iştirak  etmək  üçün  həm  insanlar  arasında 

təbəqələşmə, həm də seçilən üzvlərin yarısından çoxu xristinlar təşkil edilməli idi. 

Bu  səbəbdən,  birinci  dumaya  Bakıdan  72  nəfər  üzvdən  36  nəfəri  müsəlmanlar 

təşkil  etmişdi.  Bu  üzvlər  arasında  həmin  dövrün  zəngin  və  ziyalı  şəxsləri  olan 




27 

 

Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Ağabala Quliyev, Şəmsi Əsədullayev, , 



İbrahim bəy Aşurbəyov, Əli İskəndər Aşurov, İsabəy Hacınski, Nəcəfqulu Sadıqov 

və başqaları var idi.  

Yeni qanuna əsasən, şəhər idarəsi 4 il müddətinə seçilmiş şəhər dumasının 

dörd üzvündən və dumanın iclaslarında tamhüquqlu səlahiyyətə  malik olan şəhər 

başçısından  ibarət  idi.  1877-1882-ci  ilə  kimi  şəhər  dumasının  üzvləri  Məmməd 

Həsən Hacınski, Kamil bəy Səfərəliyev, Cümşüd Cavadoviç və Makedonski Boris 

Aleksandroviç idi. İdarənin katibliyi vəzifəsini isə qısa müddətdə olsa Nəcəf bəy 

Vəzirov  daşıyırdı.  Şəhər  idarəsinin  əsas  funksiyasına  vəzifəli  şəxslərin  təyin 

edilməsi,  şəhərin  ictimai  problemlərinin  həll  edilməsi,  vergi  və  rüsumların  təyin 

edilməsi, şəhər büdcəsinin gəlir və xərclərini əks etdirən hesabatların hazırlanması,  

şəhərin və ətraf mühitin təmiz saxlanılması və zibillərdən təmizlənməsi daxil idi. 

Şəhər  dumasının  iclasları  isə  qubernatorun  tələbləri  əsasında  şəhər  başçısı 

tərəfindən təyin olunurdu. Lakin, qubernatorun və quberniya idarəsi tərəfindən tam 

nəzarət  olunduğundan  duma  öz  üzərinə  düşən  səlahiyyətləri  və  funksiyaları 

müstəqil şəkildə yerinə yetirmək iqtidarında deyildi. Duma yerli polis idarəsindən 

həm asılı vəziyyətdə idi, həm də sərt büroktarik, iyerarxik idarəçilik sistemi hökm 

sürürdü. Dumada alınacaq bütün qərarlar yəni, vergilərin təyin edilməsi, vəsaitlərin 

xərclənməsi,  şəhərin  idarəçiliyinə  dair  alınan  digər  qərarları  polis  idarəsi  ilə 

razılaşdırılmalı  idi.  Çünki,  bu  kimi  qərarları  reallaşdırmaq  yalnız  güc  polisinin 

əlində idi.

 (

https://anews.az/az/baknn-ictimai-idareiliyi-nece-yaranb-tarix/test



)

 

1892-ci ildə hakimiyyətdə olan III Aleksandr, yeni şəhər əsasnaməsini təsdiq 



etmişdir.  Həmin  əsasnaməyə  görə,  qubernatora  bütün  şəhərin  idarəetmə  işlərində 

birbaşa  qarışmasına  səlahiyyət  verildi.  Həmçinin,  qubernatora  şəhərin 

idarəetməsində  məsul  şəxsləri  işdən  azad  etmək,  işə  daxil  etmək,  qanun 

pozuntuları  aşkarlananda  inzibati  məsuliyyətə  cəlb  etmək  səlahiyyəti  də  verildi. 

(Qılman İ., 2006) 

 

 



 


28 

 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə