Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix06.01.2022
ölçüsü1,16 Mb.
#82636
1   ...   6   7   8   9   10   11   12   13   ...   43
Abbasov-smay-l-M-t-lib-o-lu-Yeni

Nəticələrin 

elmi-praktiki 

əhəmiyyəti: 

Dissertasiyada 

əks  olunan 

informasiyalar 

vasitəsilə 

YÖİ 


orqanlarının 

maliyyə 


mexanizminin 

təkmilləşdirilməsi,  alternativ  maliyyə  qaynaqlarının  formalaşmasının  təklifləri  və 

onların mövcud problemləri əks olunmuşdur. 

Dissertasiya  işinin  strukturu  və  həcmi: 

Tədqiqatın  işi  giriş,  3  fəsil,  8 

paraqraf,  nəticə  və  təkliflər,  istifadə  edilmiş  ədəbiyyat  siyahısı,  8  cədvəl  və  2 

qrafiklərin siyahısı daxil olmaqla 71 səhifədən ibarətdir. 



 

 

 

 

 

 

 

 


10 

 

I FƏSİL. YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ 



MALİYYƏLƏŞMƏSİNİN NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI

 

 

1.1. Yerli özünüidarəetmə orqanlarının yaranma prosesi və inkişaf 

mərhələləri 

Bütün  dünyada  demokratiyanın  və  müstəqilliyin  əsas  mərhələsi  kimi 

qiymətləndirilən  yerli  özünüidaetmənin  meydana  çıxması  uzun  tarixi  bir  inkişaf 

yolu  keçmişdir.



 

Qədim  yunan  və  Roma  şəhərləri  bugünkü  bələdiyyəçilik 

anlayışının  təməllərini  təşkil  edir.  Roma  şəhərini  ifadə  edən  “municipe”  termini 

bugünkü  ingiliscədəki  “municipality”  (bələdiyyə)  terminindən  qaynaqlanır.

 

(Karadeniz Ş., 2019)



 

Müasir  dövlətin  siyasi  nəzəriyyəsi  1550-ci  ildən  1650-ci  ilə  qədər 

yaranmağa  başladı.  Müasir  dövlətin  yaranması  ilə  yerli  hökumət  dövlətin  tərkib 

hissəsi  olmuş  və  sonrakı  illərdə  mərkəzi  dövlətlər  daha  da  güclənmişdir.  1600-

1800-ci  illər  arasında  olan  Böyük  Britaniya,  Fransa  və  Almaniyada  yerli 

hökumətlər “ara qurumlar” olaraq fəaliyyət göstərirdi. Çünki bu dövrdə hakimiyyət 

mərkəzləşmişdi  və  ulus-dövlətlərinin  ortaya  çıxması  ilə  dövlət  tək  vahid 

hakimiyyətə  çevrildi.  Bu  dövrdə  Montesquieu,  Rousseau  və  Kant  kimi 

mütəfəkkirlər  birləşərək  "başqa  bir  quruma  azad  dövlətə  və  azad  bir  vətəndaşa 

girməyə ehtiyac yoxdur” fikrini irəli sürdülər. Daha sonrakı dövrdə, Robert Turgot 

və  Jeremy  Benthamın  (1748-1832)  İngiltərədəki  fəaliyyətləri  ilə  yerli  hökumət 

ideyası  canlandı.  İlk  növbədə  fransız,  lakin  İngiltərədə  yaşayan  Robert  Turgot 

(1727-1781)  yerli  hökumətin  islahatını  müdafiə  etdi.  O,  ölkənin  bələdiyyələrə  və 

kəndlərə bölünməsini, bələdiyyə seçki mühitinin qurulmasını və ən yaxşı bələdiyyə 

kəndin  daşınmaz  əmlakı  tərəfindən  seçilməsini  təklif  etdi.  Bentham  İngiltərədə 

"yerli hökumət" konsepsiyasını təqdim etdi. O, həmçinin ölkəyə daha yaxşı xidmət 

etmək  üçün  yerli  hökumət  modelini  təklif  etdi.  Benthamın  fikirləri  İngiltərədən 

kənarda Fransanı da təsir etdi. 

XVIII  əsrin  sonlarından  etibarən  bir  sıra  ölkələrdə  YÖİ  orqanları 

yaradılmağa başlanıldı. Belə ki, Fransada YÖİ orqanları haqqında ilk hüquqi sənəd 




11 

 

1790-cı  ildə, İngiltərədə  isə  1835-ci ildə qəbul  edilmişdir. İlk dəfə  YÖİ  haqqında 



konstitusiyanın  əsasını  1831-ci  ildə  Belçika  Krallığının  Konstitusiyasında 

qoyulmuşdur.  Bu  sənəd  ilə  hakimiyyətin  ənənəvi  üç  qolu  ilə  yanaşı  dördüncüsü-

bələdiyyə hakimiyyəti də tanınmışdır. 

1835-1919-cu  illər  arasındakı  YÖİ  haqqında  edilən  islahatlarda  İngiltərədə 

yerli  rəhbərliklərini  yerli  xidmət  təşkilatı  kimi  təşkil  edildi.  Bu  dövrdə  yerli 

hakimiyyət  orqanları  müasir  bir  şəhər  formalaşdırmaq  üçün  əsasən  məsuliyyət 

daşıyırdılar.  Dövlətin  bir  hissəsi  olaraq  qəbul  edilən  yerli  rəhbərliklər,  şəhərin 

demək olar ki, bütün ehtiyaclarını qarşılamağa başlamışdılar. 

Yerli rəhbərliklər XIX əsrin sonlarına doğru inzibati bölmənin əsas vahidləri 

olmuşdular. Bu proses nəticəsində bələdiyyələr dövlətin tərkibində deyil, vətəndaş 

cəmiyyətinin  bir  hissəsi  kimi  çıxış  edirdi.  Həmin  əsrdə  yerli  rəhbərliklərin 

demokratiyanın əhəmiyyətli və lazımlı təşkilatlar olduğunu ifadə edən John Stuart 

Mill  (1806-1873),  "xalq  vergi  ödəyirsə,  milli  səviyyədə  olduğu  qədər  də  yerli 

səviyyədə  də  söz  haqqı  olmalıdır"  deyərək,  yerli  səviyyədə  xalqın  rəhbərliyə 

qatılmasıyla effektli bir idarəetmənin reallaşacağını ifadə etmişdir.  Bundan başqa 

A.  Tokvil,  (1805-1859)  Milin  görüşünə  paralel  olaraq  yerli  rəhbərlikləri 

demokratiyanın məktəbi olaraq adlandırmışdır. Özü şəxsən ABŞ-a gedərək orada 

etdiyi  müşahidələr nəticəsində  "bir şəhərin  müstəqil bir hökumət  qura  biləcəyini, 

ancaq  bələdiyyə  təşkilatlarına  sahib  olmadan  müstəqillik  həyəcanına  sahib  ola 

bilməyəcəyini" söyləmişdir. 

(Mehmet Z.S, Köseoğlu Ö., 2016)

 

1848-ci  ildə  İngiltərədə  ortaya  çıxan  sənayə  inqilabı  nəticəsində 



manufakturaların  sayı  sürətlə  artması  və  inkişafı,  sənətkarların  və  tacirlərin  bir 

sözlə  şəhər  əhalisinin  artması  ilə  YÖİ  sisteminin  inkişafında  yeni  bir  dövrün 

başlanğıcı  olmuşdur.  XIX    əsrdə  şəhərlər  sıx  əhali,  hava  çirkliliyi  və 

infrastrukturun  olmaması  kimi  problemlərlə  üzləməşməyə  başlamışdır.  Bu 

problemlərin  axtarışı  və  həlli  yolları  üçün  avropa  bələdiyyələrinə  dərindən  təsir 

etmiş, yerli hökumətlərə yeni qərarların verməsinə təsirini göstərmişdir. 

(Ökmen M., 

Bekir P., 2013) 




12 

 

Yerli  özünüidarəetməyə  müasir  baxışın  əsasını  XIX  əsr  alimlərinin 



əsərlərində irəli sürülən nəzəri fikirlər təşkil edir və bu fikirlər bir-birindən əsaslı 

surətdə fərqlənirdi. Bir necə alimlər YÖİ-ni dövlətin və mərkəzi hökumətin ümumi 

siyasi baxışlarına uyğun xidmət göstərən forması kimi hesab edirlər. Digər alimlər 

isə  YÖİ  orqanlarının  özünəməxsus  şəkildə  müstəqilliyini  müdafiə  edirlər.  İddia 

edirdilər  ki,  YÖİ  orqanları  müstəqil  və  qurum  olaraq  yalnız  yerli  xalqın 

qarşılaşdığı  problemləri  yerindəcə  həll  etməli  və  onlara  xidmət  göstərməlidirlər. 

Bu  gün  dünyanın  inkişaf  etmiş  ölkələrində  mövcud  olan  YÖİ  sistemləri  öz 

varlığını əsasən XIX əsrin bələdiyyə islahatlarına borcludur. 

(Yusifov S., İsmayılov V. 

və Hüseyn A, 2016).

  

Yerli  özünüidarəetmə  nəzəriyyəsinin  inkişafında  ABŞ-ın  görkəmli  xadimi 



T.Ceffersonun da böyük rolu olmuşdur. O, YÖİ orqanlarının qeyri-mərkəzləşdirmə 

kimi hesab edir və müstəqil şəkildə özünüidarə edən icmaları ədalətli idarəetmənin 

və xalqın müstəqilliyinin əsası kimi hesab edirdi. T.Ceffersonun görüşlərinin təsiri 

altında  fransız  tarixçi,  sosioloq  və  siyasi  xadim  A.Tokvil  bildirirdi  ki,  YÖİ 

orqanlarının  müstəqillik  şəkildə  fəaliyyət  göstərən  bir  qurumdur  və  hakimiyyətin 

ilkin mənbəyini dövlət tərəfindən təyin olunmuş nümayəndəli dövlət orqanları yox, 

könüllülük prinsipi əsasında icmada birləşmiş və öz işlərini sərbəst, müstəqil həll 

edən  bir  qurum  olmalıdır.  Bu  və  digər  bənzər  fikirlər  Avropada  XIX  əsrin 

ortalarına  doğru  geniş  yayılan  azad  icma  nəzəriyyəsinin  əsasını  təşkil  etməyə 

başladı.  Bu  nəzəriyyəyə  əsasən,  yerli  hakimiyyət  orqanları  dövlətdən  əvvəl 

yaranmış  və  dövlət  məhz  yerli  hakimiyyətin  inkişafı  nəticəsində  yaranmışdır. 

Məhz buna görə dövlət orqanları yerli hakimiyyətin azadlığına hörmətlə yanaşmalı 

və onların sərbəst şəkildə fəaliyyət göstərməyinə şərait yaratmalıdır. Həmçinin bu 

nəzəriyyəyə görə, dövlət icmanı yaratmalı deyil, sadəcə olaraq onu müstəqil qurum 

kimi tanımalıdır. 

(Ökmen M., Bekir P., 2013)

 

XIX  əsrin  görkəmli  alman  filosofu,  iqtisadçısı,  sosial  dövlət  ideyasının 



müəllifi Lorens fon Şteyn (1815-1890) YÖİ orqanlarının dövlətin bir hissəsi kimi 

baxırdı.  O  hesab  edirdi  ki,  özünüidarəetmə  yerlərdə  dövlət  idarəetməsinin  təşkili 

formalarından biri olub, ictimai xarakterli istənilən idarəetmə dövlətin işidir. YÖİ-



13 

 

nin  tətbiqi  yerli  icmanın  dövlətdən  ayrılması  ilə  deyil,  yerli  sakinlərin  dövlət 



maraqlarına  və  məqsədlərinə  xidmətə  cəlb  olunmasıdır.  YÖİ  sahəsindəki  bütün 

səlahiyyətlər  dövlət  tərəfindən  verildiyinə  görə  bələdiyyələrin  həll  etməli  olduğu 

bütün problemlər də müəyyən dərəcədə dövlət əhəmiyyətlidir. L.Şteynin fikrlərinə 

paralel  olaraq  həmin  əsrdə  yaşamış  və  yerli  özünüidarəetməyə  siyasi  aspektdən 

yanaşan  Rudolf  fon  Qneist  (1816-1895)  düşünürdü  ki,  YÖİ  orqanlarının  vəzifəli 

şəxslərinin  seçki  ilə  vəzifəyə  gəlməsi,  onların  tam  olaraq  müstəqil  olmasını 

müəyyən  etmir.  Əgər  vəzifəli  şəxslərin  siyasi  asılılığı  olarsa,  onlar  idarəetmədə 

müstəqil qərar vermə imkanına malik ola bilməz. Buna görə də, YÖİ orqanlarının 

vəzifəli  şəxslərinin  mərkəzi  hökümət  tərəfindən  təyin  edilməklə  deyil,  yerli 

əhalinin  seçkisi  ilə  iş  başına  gəlmələridir  ki,  bu  ha  həmin  orqanlara  və  vəzifəli 

şəxslərə nisbi müstəqillik verir, eyni zamanda onların yerli əhalinin nəzarəti altında 

olmasını təyin edir. Buna baxmayaraq YÖİ orqanları və vəzifəli şəxslərinin seçki 

vasitəsi ilə iş başına gəlməsi hələ də onların müstəqilliyinə təminat vermir. O qeyd 

edirdi ki, YÖİ orqanlarının müstəqilliyini təmin etmək üçün burada çalışan şəxslər 

ictimai əsaslarla öz işlərini görərək əmək haqqı almadan çalışmalıdırlar və vəzifəli 

şəxslərin  əmək  haqqı  almadan  işləməsini  özünüidarəetmə  orqanlarının  mərkəzi 

hakimiyyətdən  asılı  olmaması  kimi  qiymətləndirirdi.  Çünki,  həmin  işlərin  əvəzi 

ödənilən  olması  onlara  gəlir  mənbəyi  kimi  baxılmasına  gətirib  çıxarır  və  bu  da 

iqtisadi  vəziyyətdən asılı  olaraq, həm  YÖİ  orqanlarında  çalışan  şəxslərin, həm  də 

bu orqanların müstəqillik olmamasına mənfi təsir göstərə bilər.

 (Yusifov S., İsmayılov 

V. və Hüseyn A, 2016).

  

XX  əsrdə  Fransada  Henri  Pirenne,  İngiltərədə  Sidney  və  Beatrice  Webb, 



Almaniyada  isə  Max  Weber  bələdiyyə  islahatları  ilə  maraqlanırdılar.  XX  əsrdə 

yerli  hökumətlərinin  qızıl  çağı  hesab  olunurdu.  Bu  dövrdə  yerli  rəhbərliklər 

özlərini  maliyyələşdirmiş  və  mərkəzi  hökumətlərə  nisbətən  daha  çox  xidmət 

göstərmişdilər.  Bu  dövrdə  irəli  sürülən  və  dəstəklənən  bələdiyyə  sosializmi 

ideyası,  yerli  muxtariyyətə  və  yerli  demokratiyaya  təsir  göstərən  fikirlərdən  biri 

idi. Bu fikrin nümayəndələrindən olan Beatrice Webb və onun kimi düşünənlər işçi 

sinfinin  birlikdə  hərəkət  etməli,  sosial  islahat  və  təmsilçilik  üçün  səy 



14 

 

göstərməlidilər.  Onlar  bələdiyyə  sosializmi  ilə  öz  məqsədlərini  yerinə 



yetirəcəklərini  düşünürdülər.  Bələdiyyə  sosializmin  əsas  prinsipləri  ondan  ibarət 

idi  ki,  əksəriyyət  tərəfindən  müəyyən  edilmiş  və  idarə  olunan  yerli  xidmətlər 

bələdiyyələr tərəfindən həyata keçirilməli idi. 

(Karadeniz Ş., 2019)

 

XX  əsr  vətəndaş  və  siyasi  azadlıqların  genişləndiyi  il  idi.  Bu  dövrdə 



bərabərlik  və  azadlıq  konsepsiyası  inkişaf  edirdi.  XX  əsrin  birinci  rübündən 

etibarən  isə  Qərbi  Avropada,  xüsusilə  İngiltərədə  yerli  hökumətlərin  fikirləri 

dəyişməyə  başlamışdır.  Xüsusilə  1929-cu  il  iqtisadi  böhrandan  sonra,  dövlət 

vəzifələrinin  artırılması  ilə  paralel  olaraq  dövlət  xidmətlərinin  sayı  artmağa 

başlamışdı.  Bu  dövrdə  yerli  rəhbərliklər  mərkəzi  hökumətin  genişləndirilməsi  və 

yerli  xidmətlərin  səmərəli  çatdırılması  üçün  bir  sistem  kimi  qəbul  edilməyə 

başlamışdılar.  1945-1975-ci  illər  arasında  sosial  dövlət  anlayışının  inkişafıyla 

birlikdə  yerli  səviyyədə  "rifah  dövləti  bələdiyyəçiliyi"  və  ya  digər  bir  ifadə  ilə 

"ictimai  bələdiyyəçilik"  anlayışı  da  yayılmışdır.  Beləliklə,  yerli  idarələr  səhiyyə, 

təhsil,  mədəniyyət,  idman,  təhlükəsizlik  və  s.  bir  çox  sosial  xidmətlər  həyata 

keçirmişdir.  Sosial  dövlət  bələdiyyələri  II.  İkinci  dünya  müharibəsindən  sonra 

sosial demokratik idarəetmənin ideologiyasına da uyğun gəlmişdir. 

1970-ci  illərin  sonundan  etibarən,  yerli  rəhbərliklərin  inzibati  və  maliyyə 

mənbələrinin  artırılması  və  yerli  idarəetmə  meylləri  yenidən  gündəmə  gəlmişdir. 

1980-ci ilə qədər sərt mərkəzləşdirmə xüsusiyyətlərini qoruyub saxlayan Fransada 

da,  yerli  proseslər  bundan  sonra  da  genişlənmişdir.  Dünyadakı  lokallaşdırma 

siyasəti dövlət proqramlarına daxil olub və həyata keçirilməyə başlanıldı. 

(Eryılmaz 

B., 2010) 

 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə