Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


 1991-2018-ci illərdə Azərbaycanda bələdiyyələrin inkişaf



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix06.01.2022
ölçüsü1,16 Mb.
#82636
1   ...   12   13   14   15   16   17   18   19   ...   43
Abbasov-smay-l-M-t-lib-o-lu-Yeni

2.1.3. 1991-2018-ci illərdə Azərbaycanda bələdiyyələrin inkişaf 

mərhələləri

 

XX  əsrin  sonlarında  SSRİ-nin  dağılması  Azərbaycan  xalqına  öz  milli 

müstəqilliyini yenidən bərpa etmək imkanını verdi. 1991-ci il oktyabrın 18-də AR-

nın  Ali  Sovetin  sessiyasında  “Azərbaycan  dövlət  müstəqilliyi  haqqında 

Konstitusiya  aktı”  qəbul  olundu.  Bu  tarixi  sənədlə  xalqımız  uzun  illərdən  bəri 

həsrətində olduğu azadlığına qovuşdu. Beləliklə, ölkə səviyyəsində istər idarəetmə, 

istərsə də siyasi baxımdan  yenidən inşa edilməsi prosesinə başlamış oldu. Yenicə 

müstəllik  əldə  etdikdən  sonra  yeni  konstitusiyanın  hazırlanması  zəruriyyəti 

yaranmışdı.  Bunun  üçün  xüsusi  komissiya  yaradılaraq,  konstitusiya  layihəsi 

ümumxalq  müzakirəsinə  verilmiş  və  yeni  konstitusiya  1995-ci  il  noyabrın  12-də 

ümumxalq  səsverməsi  yolu  ilə  müstəqilliyimizin  ilk  konstitusiyasının  əsası 

qoyulmuş  oldu.  Konstitusiyaya  görə  bir  necə  idarəetmə  və  siyasi  baxımdan 

məsələlərin  təməlləri  qoyulmaqla  yanaşı,  həmçinin  YÖİ,  yəni  bələdiyyə  ilə  bağlı 

da əsaslı işlərin görülməsi ilə bağlı qanunlar, prinsiplər işlənilib hazırlandı. 




31 

 

Ölkəmizdə  demokratiyanın  ən  uğurlu  modellərindən  olan  YÖİ  institutunun 



yaradılması və formalaşması prosesində

 

birbaşa olaraq məhz Heydər Əliyevin adı 



ilə  bağlıdır.  Ulu  öndər,  bələdiyyələrin  yaradılması  zamanın  tələbi   və 

demokratiyanın ifadəsi kimi qiymətləndirərək qeyd edirdi ki, YÖİ-nin yaradılması 

Azərbaycanda  gedən  demokratiya  prosesinin  böyük  bir  hissəsidir  və  demokratik 

dünyəvi  dövlət  qurmaq  prosesinin  bir  hissəsidir.  Təbii  ki,  bu  demokratiyanın 

inkişafı,  eyni  zamanda  da  ölkəni  idarəetmədə  vətəndaşlarımıza  imkanlar 

yaradılmasının göstəricisidir. 

(

http://files.preslib.az/site/municipal/appendix.pdf



)

 

Beləliklə,  qəbul  edilmiş  konstitusiya  ilə  yerli  özünüidarəetmə  orqanlarının 



ilkin  təməlləri  atıldı.  Ancaq  hər  nə  qədər  yaxın  2  il  ərzində  reallaşdırılması 

planlaşdırılsa  da,  bəzi  səbəblərdən  gecikmələr  oldu  və  ilk  bələdiyyə  seçimlərini 

1999-cu ilin 12 dekabrında reallaşdıraraq yenidən müstəqillik əldə etdikdən sonra 

ilk  dəfə  olaraq  bələdiyyələrin  əsası  qoyuldu.  İlk  bələdiyyə  seçimlərinə  kimi 

bələdiyyələrin  formalaşmasında  əsas  rol  oynayan  həmin  qanunları  ağıdakı  kimi 

sıralaya bilərik: 

1.

 

2 iyul 1999-cu il - “Bələdiyyələrin statusu haqqında”; 



2.

 

2 iyul 1999-cu il - “Bələdiyyələrə seçkilərin qaydaları haqqında”; 



3.

 

15  oktyabr  1999-cu  il  -  “Bələdiyyənin  Nümunəvi  Nizamnaməsinin  təsdiq 



edilməsi haqqında”; 

4.

 



30 noyabr 1999-cu il - “Bələdiyyə qulluğu haqqında”; 

5.

 



30 noyabr 1999-cu il - “Yerli rəy sorğusu haqqında”; 

6.

 



7 dekabr 1999-cu il - “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında”; 

7.

 



7 dekabr 1999-cu il - “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”; 

8.

 



7 dekabr 1999-cu il - “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”; 

Nəticədə,  bu  qanun  və  fərmanlarla  ölkə  səviyyəsində  kənddən  şəhərə  kimi 

yerli  özünüidarəetmə  quruluşu  olan  “bələdiyyələr”  inşa  edilməyə  başlanıldı.

 

(



http://files.preslib.az/site/municipal/gl3.pdf

). 


İlk  seçkilər  nəticəsində  74  dairə  və  4683  məntəqə  seçki  komissiyası 

yaradılmışdı. Bu seçkilər zamanı tam olaraq 90,5 min insan məşğul olmuş, Ədliyyə 

Nazirliyi  tərəfindən  qeydiyyatdan  keçən  bir  sıra  partiyalar  da  bu  seçkilərdə  aktiv 



32 

 

iştirak  etmişdilər.  Məntəqə  seçki  komissiyalarının  tərkibi  18  faizlə  siyasi 



partiyaların  və  30  faizi  isə  ictimai  təşkilatların  nümayəndələrindən  yaradılmışdı. 

Məntəqə  seçki  komissiyalarına  21  siyasi  partiyanın  5  mindən  çox  namizədi  daxil 

edilmiş, ilk dəfə nəzərdə tutulmuş 2667 bələdiyyəyə isə namizədlər qismində 35,6 

min insan qeydiyyata alınmışdı. İlk bələdiyyə seçkiləri zamanı ümumi səsvermədə 

4  milyon  312  min  265  ölkə  seçicilərindən  yalnız  52,6  faiz  iştirak  etmişdir  və 

seçkilər nəticəsində toplam 20 min 456 bələdiyyə üzvü seçilmiş, bəzi dairələrdə isə 

seçkilərin  nəticələri  seçicilərin  fəallığının  zəifliyinə  və  ya  qanunvericilik 

pozuntularına görə ləğv olunmuşdu. Lakin, aparılan işlər nəticəsində məlum oldu 

ki, bələdiyyələrin say  çoxluğu var  və  bu həm  bələdiyyələrin  fəaliyyətinə, həm  də 

həyata keçirdiyi lahiyələrin həcminə mənfi mənada təsir göstərirdi. Buna görə də, 

müəyyən təkliflər nəticəsində bir çox bələdiyyələrin birləşdirilməsi, ləğv edilməsi 

və yenilərinin inşa edilməsi ilə əsaslı işlər görüldü. Belə ki, 2000-ci il iyunun 25-də 

Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinə, 2002-ci il noyabrın 2-də isə bir neçə 

bələdiyyələrdə  əlavə  seçkilər  keçirildi  və  bu  seçkilər  963  seçki  məntəqəsində 

həyata keçirildi.  

Növbəti  yəni  ikinci  bələdiyyə  seçkiləri  2004-cu  il  dekabrın  17-də  baş 

tutmuşdur.  Bu  seçkilər  dövründə  toplam  olaraq  4  milyon  551  min  246  nəfər 

səsvermə hüququndan yalnız 2 milyon 109 min 267 nəfər, yəni seçkilərin ümumi 

sayının  46,34  faizi  səsvermədə  iştirak  etmişdir.  Bu  bələdiyyə  seçkilərində  2731 

bələdiyyəyə  20  min  356  vakansiyaya  38  min  041  qeydə  alınmış  bələdiyyə 

qulluqçuları seçildi. Bələdiyyələrdə ən çox yeri 60 faizlik nəticə ilə hakim partiya 

olan Yeni Azərbaycan Partiyasının nümayəndələri aldı.  

Sayca üçüncü bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilmiş və bir 

neçə  fərqli  xüsusiyyətlər  müşahidə  edilmişdi.  Belə  ki,  əksər  ərazilərdə 

bələdiyyələrin  iriləşdirilməsi  prosesi  baş  verdi,  yeni  bələdiyyə  bölgüsü  sovet 

dönəmindəki  yerli  ərazi  inzibati  vahidlərin  miqyasına  yaxınlaşdırıldı.  2009-cu  il 

bələdiyyə seçkilərinə kimi aparılan işlər nəticəsində məlum oldu ki, bələdiyyələrin 

say  çoxluğu  var  və  bu  həm  bələdiyyələrin  fəaliyyətinə,  həm  də  həyata  keçirdiyi 

lahiyələrin həcminə mənfi mənada təsir göstərir. Buna görə də, müəyyən təkliflər 



33 

 

nəticəsində bir çox bələdiyyələrin birləşdirilməsi, ləğv edilməsi və yenilərinin inşa 



edilməsi  ilə,  ölkəmizdə  bələdiyyələrin  sayı  1718-ə  kimi  endirilmişdir.  2009-cu  il 

bələdiyyə seçkilərində ölkə üzrə seçici siyahısına daxil edilmiş 4 milyon 612 min  

727 seçicidən 1 milyon 478 min 186 nəfərin, yəni seçicilərin ümumi sayının 32,04 

faizinin  səsvermədə  iştirak  etmişdir.  Bu  seçkilərdə  toplam  118  seçki  dairəsi  və 

4813 seçki məntəqəsi üzrə keçirilmiş,  31 min 861 namizəd 1718 bələdiyyə üzrə 15 

min  682  yer  uğrunda  mübarizə  aparmışdır.  Bu  seçkilər  zamanı  namizədlər  16 

siyasi  partiyanı,  bitərəfləri  və  təşəbbüs  qruplarını  təmsil  etmişdir. 

(http://www.msk.gov.az/az/newsmsk/121/) 

Ölkəmizdə  sayca  dördüncü  bələdiyyə  seçkiləri  2014-cü  il  dekabrın  23-də 

keçirilmişdir. Bu seçkilər zamanı ölkə üzrə bələdiyyələrin birləşdirilməsi üçün AR-

nın  30  may  2014-cü  il  “Azərbaycan  Respublikasında  bələdiyyələrin  birləşməsi 

yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunu ilə 28 seçki dairəsi üzrə 

110 bələdiyyə ləğv olunub və respublika üzrə bələdiyyələrin sayının 1607 olduğu 

müəyyənləşdirilmişdir.  2014-cu  il  bələdiyyə  seçkilərində  ölkə  üzrə  seçici 

siyahısına  daxil  edilmiş  4  milyon  819  min  382  seçicidən  1  milyon  876  min  014 

nəfərin,  yəni  seçicilərin  ümumi  sayının  38,09  %-nin  səsvermədə  iştirak  etmişdir. 

Bu  səsvermə  nəticəsində  ötən  dəfəki  seçkilərdən  6-7  faiz  artıq  olmuşdur.  Bu 

seçkilərdə toplam 37 min 564 namizəd 1607 bələdiyyə üzrə 15 min 35 yer uğrunda 

mübarizə  aparmışdır.  Bu  namizədlərdən  13.907  nəfəri  siyasi  partiya  üzvləri, 

23.061  nəfəri  müstəqil  olaraq,  yəni  birtərəf,  109  nəfərin  isə  namizədliyi  təşəbbüs 

qrupu  tərəfindən  irəli  sürülmüşdür.  Bu  seçkilərdə  ümumilikdə  8  siyasi  partiya 

iştirak etmiş və YAP üzvləri 60 faizdən çox səs toplaya bilmişdilər. Bu seçkilərdə 

ötən seçkilərlə müqayisədə, gənclərin və qadınların sayı  yüksək olmuş, səsvermə 

nəticəsində  qadınların  sayı  29  faizə  qədər,  gənclərin  sayı  isə  24  faizə  qədər 

artmışdır.  Seçkilər  zamanı  aşkarlığın  təmin  olunması  üçün  bütün  tədbirlərin 

görülməsi,  qanuna  müvafiq  surətdə  mövcud  seçki  məntəqələrində  seçkiləri 

müşahidə  etmək  üçün  50  mindən  çox  şəxs  qeydiyyatdan  keçib  ki,  onların  da  26 

mini  siyasi  partiya  təmsilçisi  olmuşdur.  Seçkiləri  onlayn  izləmək  üçün  təxminən 




34 

 

min məntəqədə veb kameralar quraşdırılıb və bu ümumilikdə seçki məntəqələrinin 



toplamda 20 faizini əhatə etmişdir. 

(

http://iacis.az/?page_id=2774



)

 

 



Növbəti  bələdiyyə  seçkiləri,  yəni  sayca  beşinci  dəfə  olaraq  ölkə  başçısının 

rəsmi  fərmanınına  əsasən  bələdiyyə  səlahiyyətlərinin  bitməsinə  120  gün  qalmış 

2019-cu ildə təyin ediləcəkdir. Qanunvericiliyə əsasən bələdiyyə seçkiləri həftənin 

bazar günü keçiriləcəyindən növbəti bələdiyyə seçkiləri dekabrın 15-i və ya 22-si 

tarixlərinin birində olması güman olunur. 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə