Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


 Yerli özünüidarəetmə orqanlarının ölkə qanunvericiliyində yeri və



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix06.01.2022
ölçüsü1,16 Mb.
#82636
1   ...   13   14   15   16   17   18   19   20   ...   43
Abbasov-smay-l-M-t-lib-o-lu-Yeni

 

2.2. Yerli özünüidarəetmə orqanlarının ölkə qanunvericiliyində yeri və 

onların səlahiyyətləri 

Azərbaycanda  yerli  idarəetmə  sistemi  bir  sıra  ölkələrdən  fərqli  olaraq, 

əhalinin  öz  təşəbbüsü  ilə  deyil,  hakimiyyət  orqanlarının  təşəbbüsü  ilə 

formalaşmışdır.  Yerli  idarəetmə  demokratik  dövlət  quruluşunun  tərkib  hissəsidir 

və  əsas  məqsədi  yerli  əhalinin  gündəlik  həyatını  yaxşılaşdırmaq,  onlara  xidmət 

etməkdir.  Bələdiyyə  qanunla  müəyyənləşdirilmiş  sərhədlər  çərçivəsində  seçimlə 

idarəçiliyə gələn yerli idarəetmə növüdür.  

Azərbaycanda  bələdiyyələr  orqanlarının  formalaşması  və  yaranması 

əskmərkəzləşdirmə  istiqamətində  atılmış  addımdır  və  yarandığı  dövrdən  indiyə 

qədər  özünəməxsus  inkişaf  yolunu  keçmişdir.  Ölkəmizdə  bələdiyyələrin 

formalaşma  prinsipləri  12  noyabr  1995-ci  il  tarixində  qəbul  edilmiş  AR-nın 

Konstitusiyanın  yerli  özünüidarəetmə  adlandırılan    dördüncü  bölməsində  əks 

olunmuşdur.

 

Bu  bölmədə  yerli  özünüidarənin  təşkili,  səlahiyyətləri,  qərarları  və 



müstəqilliyinin  təminatı  məsələləri  nizama  salınmışdır.  Lakin,  Konstitusiyanın 

qəbul  edilməsinə  baxmayaraq,  ölkədə  bələdiyyə  institutunun  formalaşmasını 

dərhal  həyata  keçirmək  mümkün  olmadı.  Bunun  üçün  ilk  əvvəl  əhalidə  və 

hakimiyyət  orqanlarında  yerli demokratiya  haqqında təsəvvür yaratmaq  lazım  idi. 

Bu  səbəbdən  də,  ölkəmizdə  bələdiyyələrə  ilk  seçkilər  Konstitusiyanın  qəbul 

edilməsindən dörd il sonra, yəni 12 dekabr 1999-cu il tarixdə baş tutmuşdur. Yerli 

özünüidarəyə dair qanunvericiliyin intensiv inkişafı da elə bu ildən sonrakı dövrə 

təsadüf etmişdir.  




35 

 

Ölkəmizdə yerli özünüidarə elə bir sistemidir ki, qanunveriçilik çərçivəsində 



bərabərlik  əsasında  fəaliyyət  göstərərək  yerli  əhəmiyyətli  məsələləri  müstəqil  və 

sərbəst şəkildə həll etməli, verilmiş səlahiyyət və funksiyalarını qanunla müəyyən 

edilmiş  qaydada  səsvermə  yolu  ilə  seçilmiş  bələdiyyə  üzvlərindən  ibarət 

bələdiyyələr  tərəfindən  həyata  keçirilməlidir.  YÖİ-nin  bir  forması  olan  və

 

dövlət 


orqanları  sisteminə  daxil  olmayan

 

bələdiyyənin  öz mülkiyyəti  və  yerli 



büdcəsi olmalıdır. Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri və yerli əhəmiyyətli 

məsələləri  həll  etmək  üçün  bələdiyyələr  tərəfindən  bələdiyyə  qulluqçuları  təşkil 

edilməlidir. 

(

http://www.e-qanun.az/framework/4770



Qanunvericiliyə  əsasən,  bələdiyyələrin  idarə  edilməsi  bələdiyyə  məclisi, 

başqa  sözlə  bələdiyyə  iclası  tərəfindən  qəbul  edilmiş  qərarlar  vasitəsiylə  həyata 

keçirilir.  Bələdiyyə  iclası  bələdiyyə  üzvlərinin  yarıdan  çoxunun  iştirak  etdiyi 

təqdirdə  səlahiyyətli  olur  və  iclasın  keçirilməsi  tarixi  isə  bələdiyyə  üzvləri  5  gün 

əvvəl  iclas  barədə  məlumatlandırılır.  Bələdiyyə  məclisi  tərəfindən  formalaşan 

bələdiyyə  üzvləri,  bələdiyyə  seçkilərində  yerli  əhali  tərəfindən  seçilmiş  şəxs 

nəzərdə  tutulur.  Bələdiyyə  üzvlərin  səlahiyyət  müddəti  5  il  müddət  ərzində  onun 

səlahiyyətləri  təsdiq  edildiyi  gündən  başlanır  və  bələdiyyənin  yeni  tərkibinin  işə 

başladığı  gün  bələdiyyə  üzvünün  səlahiyyətlərinə  xitam  verilir.  Qanunvericiliyə 

görə bələdiyyə seçkilərində iştirak etmək üçün seçkilər günü 18 yaşı tamam olan 

və  yaşı 18-dən  yuxarı  olan  və  bələdiyyə  üzvü  olmaq  üçün isə seçki  günü 21  yaşı 

tamam  olan  və  yaşı  21-dən  yuxarı  olan  ölkə  vətəndaşları  olmalıdırlar.  Lakin, 

“Bələdiyyələrə



 

seçkilərin  qaydaları  haqqında”  AR  qanununda  bələdiyyə  üzvü 

seçilmək hüququna malik olmaq üçün bəzi məhdudiyyətlər qoyulmuşdur. Belə ki, 

icra  hakimiyyətində  çalışan  vəzifəli  şəxslər,  hakimlər,  hüquq-mühafizə 

orqanlarının  işçiləri,  din  xadimləri,  hərbi  qulluqçular  bələdiyyə  üzvü  seçilə 

bilməzlər. Əgər bu şəxslər bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınarsa, 3 gün 

ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi 

seçki komissiyasına təqdim etməlidirlər. Əks halda, bu qaydalara əməl olunmazsa 

həmin  şəxslərin  qeydiyyatı  ləğv  edilir.  Bələdiyyə  üzvlərini  yerli  əhali  bilavasitə 

gizli,  şəxsən  öz  iradəsi  ilə  müstəqil  şəkildə  seçmək  hüququna  malikdir.  Bundan 




36 

 

başqa,  bələdiyyə  seçkilərinin  keçiriləcəyi  tarixi    AR-nın  prezidentinin  fərmanı 



nəticəsində təyin olunur və hər bir vətəndaşın səsvermədə iştirak edə bilməsi üçün 

həftənin bazar günü keçirilir.

 (

http://e-qanun.az/alpidata/framework/data/4/f_4771.htm



)

 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə