Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix06.01.2022
ölçüsü1,16 Mb.
#82636
1   2   3   4   5   6   7   8   9   ...   43
Abbasov-smay-l-M-t-lib-o-lu-Yeni

NƏTİCƏ VƏ TƏKLİFLƏR

.......................................................................................................64



 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

........................................................................................69 

Cədvəllərin və qrafiklərin siyahısı.................................................................................................71 



 

GİRİŞ 



Mövzunun  aktuallığı: 

Bildiyimiz  kimi  YÖİ  orqanları  müstəqil  olduğu 

qədər,  özünü  maliyyələşdirən  qurumdur.  Yerli  rəhbərliklərin,  demokratiyanın 

əhəmiyyətli  və  lazımlı  təşkilatlar  olduğunu  ifadə  edən  John  Stuart  Mill  (1806-

1873), "xalq vergi ödəyirsə, milli səviyyədə olduğu qədər yerli səviyyədə də söz 

haqqı olmalıdır" deyərək, yerli səviyyədə xalqın rəhbərliyə qatılmasıyla effektli bir 

idarəetmənin  reallaşacağını  ifadə  etmişdir.  Həmin  illərdə  yaşamış  A.Tokvil  isə 

Milin  görüşünə  paralel  olaraq  yerli  rəhbərlikləri  demokratiyanın  məktəbi  olaraq 

adlandırmış, özü şəxsən ABŞ-a gedərək orada etdiyi müşahidələr nəticəsində "bir 

şəhərin müstəqil bir hökumət qura biləcəyini, ancaq bələdiyyə təşkilatlarına sahib 

olmadan müstəqillik həyəcanına sahib ola bilməyəcəyini" söyləmişdir. 

Azərbaycan  Respublikasının  1991-ci  il  18  oktyabrında  yenidən  əldə  etdiyi 

müstəqillikdən  əvvəl,  xüsusi  ilə  son  2  əsrdə  Çar  Rusiyasının  və  SSRİ-nin 

hakimiyyəti  altında  olması  ölkəmizdə  idarəetmə  sisteminin  izlərini  daşımış  və 

qisməndə olsa daşımaqdadır. Müstəqillikdən əvvəl olan ölkə idarəetməsi, siyasi və 

iqtisadi  islahatların  formalaşması  məhz  Çar  Rusiyası  və  SSRİ  dövrlərində  olan 

ölkə  idarəetmə  psixologiyası  əsas  təyin  edici  qüvvə  olmuşdur.  Buna  görə  də, 

Azərbaycanda  istər  biznes  sahəsində, istərsə  də  ölkə  və  o  cümlədən  YÖİ  anlayışı 

bu  iki  fərqli  idarəetmə  qüvvənin  şərtləri  çərçivəsində  formalaşmışdır.  Bu  iki 

dövrdən  Azərbaycana  miras  kimi  qalan  və  tətbiq  edilən  heç  şübhəsiz  ki, 

idarəetmədə  “mərkəzçilik”  olmuşdur.  Bu  səbəblə  tarix  boyu  nəzər  salsaq 

Azərbaycana məxsus güclü bir yerli idarəetmə düşüncəsi və praktikası olmadığını 

bariz şəkildə görə bilərik.  

XX  əsrin  sonlarında  SSRİ-nin  dağılması  ilə  Azərbaycan  xalqına  öz  milli 

müstəqilliyini yenidən bərpa etmək imkanı verdi. Oktyabrın 18-i 1991-ci ildə AR 

Ali  Sovetin  sessiyasında  Azərbaycan  dövlət  müstəqilliyi  haqqında  Konstitusiya 

aktı  qəbul  olundu  və  bu  tarixi  sənəd  ilə  xalqımız  uzun  illərdən  bəri  həsrətində 

olduğu öz müstəqilliyinə, azadlığına qovuşmuş oldu. Beləliklə, ölkə səviyyəsində 

istər  idarəetmə,  istərsə  də  siyasi  baxımdan  yenidən  inşa  edilməsi  prosesinə 

başlamış oldu. 




 

Ötən  18  ildə  bələdiyyələrin  bir  struktur  olaraq  cəmiyyətdə  özünü  tam  da 



müsbət  mənada  tanıda  bilməmiş  və  bu  illər  ərzində  isə  çox  böyük  işlər  görülə 

bilərdi.  Ölkəmizdə  bələdiyyələrin  bələdiyyələr  özünü  idarə  orqanı  kimi  özünü 

təsdiq edə bilmək üçün yerli əhəmiyyətli problemlərin həllində güc nümayiş etdirə 

bilmirlər.  Təbii  ki,  bələdiyyələrin  ən  böyük  problemi  gəlirlərin  formalaşmasında 

görülməkdədir. Bələdiyyələr sözdə yox realda da, özünü idarə edən qurum olması 

üçün konkret gəlir yerləri müəyyənləşdirilməli,  müəyyən vergilər hesabına   gücü 

və  imkanları  genişlənməlidir.  Buna  görədə  yerli  əhəmiyyətli  məsələri  yerinə 

yetirmək,  yerli  əhaliyə  layiqincə  xidmət  göstərmələri  üçün  həm  maliyyəsi  və 

iqtisadi  durumu  kifayət  qədər  qənaətbəxş  olmalıdır.  Dissertasiya  işinin  əsas 

aktuallığı  ölkəmizdə  bələdiyyələrin  mövcud  durumunu  təhlil  etmək,  maliyyə 

qaynaqlarının formalaşmasında ilkin təkliflər verməkdir. 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə