Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “magistratura məRKƏZİ”



Yüklə 1,41 Mb.
səhifə6/8
tarix20.09.2018
ölçüsü1,41 Mb.
#69660
1   2   3   4   5   6   7   8

Beşballı şkalaya misal

Qiymətlər Ballar

Əla keyfiyyət 5

Yaxşı keyfiyyət 4

Tam qənaətbəxş keyfiyyət 3

Məqbul keyfiyyət 2

Pis keyfiyyət 1


Yeddiballı şkalaya misal

Qiymətlər Ballar

Çox yüksək keyfiyyət 7

Yüksək keyfiyyət 6

Ortadan yüksək keyfiyyət 5

Orta keyfiyyət 4

Ortadan aşağı keyfiyyət 3

Aşağı keyfiyyət 2

Çox aşağı keyfiyyət 1


Bal hesablama sistemində ekspert metodu ilə tapılan keyfiyyətin ümumiləşmiş göstəricisini bütün ekspertlərin verdiyi qiymətlərin orta hesabı qiymətləri kimi aşağıdakı düsturla hesablayırlar:

Burada, a – ekspertlərin miqdarı; Qi – ekspertlərin balla verdiyi qiymətlərdir.

Əgər keyfiyyətin ekspertizası zamanı qiymətləndirilmə bir neçə turda aparılarsa, bu halda keyfiyyət göstəricisi hər bir turda ekspertlərin qiymətlərinin orta hesabı qiyməti kimi təyin edilir, yəni:

burada, - hər bir turda alınmış keyfiyyət göstəricisinin qiyməti;

m – sorğu turlarının sayıdır.

Ekspert metodundan bir neçə müəssisənin tender müsabiqəsinə (satışa) təqdim etdiyi texnikanın seçimində daha çox istifadə olunur.

Ekspert qiymətlərinin evristik formalaşdırılması parametrik göstəricilər və onların ballar ilə qiymətləri arasında asılılığı müəyyən etməkdən ibarətdir. Bunun əsasında qrafık qurulur və riyazi düstur çıxarılır. Bunlar isə keyfıyyət göstəricilərinin bal qiymətlərini natural ölçü vahidləri ilə ifadə etməyə imkan verir.

Eksperimental formalaşdırmada bal qiymətləri ilə eksperimentlə təyin olunan göstəricilərin qiymətlərinin nisbəti müəyyən edilir. Ekspert qiymətlərinin eksperimental formalaşdırılması üsulu istifadə edildikdə keyfıyyət göstəricilərinin qiymətlərinin təyini daha obyektiv nəticələr verir.

Məhsulun keyfıyyətinin qiymətləndirilməsinin sosioloji metodu da mövcuddur. Bu metod da ekspert metodu kimi sorğulara əsaslanır, lakin xüsusi ekspertlərin deyil, qiymətləndirilən məhsulun müxtəlif istehlakçılarının rəyi öyrənilir. Odur ki, sosioloji metod ekspert metodunun bir növü sayılır.

Məhsulun keyfıyyət göstəricilərinin qiymətlərini təyin etməyin sosioloji metodu mahiyyətcə marketinq tədqiqatları xarakteri daşıyır və ekspertlər tərə­fındən deyil, məhsulun potensial istehlakçılarının köməyilə həyata keçirilir. İsteh­lakçıların rəylərinin toplanması sorğu və ya xüsusi anketlərin yayılması və doldu­rulması, həmçinin konfrans, sərgi, auksion və digər tədbirlər vasitəsilə aparılır.


2.3. Sənaye məhsullarının keyfiyyət göstəricilərinin nomenklaturunun seçilməsi yolları
Sənaye məhsullarının keyfıyyət göstəricilərinin nomenklaturunun seçilməsi metodikası QOST 22851-77 «Sənaye məhsulunun keyfıyyət göstəricilərinin seçilməsi» ilə tənzimlənir. Bu standart əsasında iri müəssisə, korporasiya, assosiasiya, şirkət və istehsalat birlikləri konkret növ sənaye məhsulları üçün normativ-texniki sənədlər işləyib hazırlayırlar.

Keyfıyyət göstəricilərinin çeşidinin seçilməsi məhsulun keyfıyyətini təşkil və təmin edən xassələrin siyahısı və kəmiyyət xarakteristikalarını müəyyən edir. Bu xarakteristikalar məhsulun keyfıyyət səviyyəsinin adekvat qiymətləndirilməsi imkanını yaradır. Keyfıyyət göstəricilərinin nomenklaturunun seçilməsinin əsaslandırılmasında aşağıdakıları nəzərə alırlar.



  1. Məhsulun təyinatı və istifadə (istismar) şəraiti.

  2. İstehlakçıların tələbləri.

  3. Məhsulun keyfıyyətinin idarə edilməsi məsələlərinin təminatı.

  4. Səciyyələndirici xassələrin tərkibi və strukturu.

  5. Keyfıyyət göstəricilərinə qoyulan əsas tələblər.

Keyfıyyət göstəricilərinin tərkibi və strukturunu sənaye məhsulunun keyfıy­yət səviyyəsinin qiymətləndirilməsində tətbiq olunan keyfıyyət göstərici­lərinin tam təsnifatına uyğun olaraq müəyyən edirlər. Belə təsnifat strukturu şəkil 6-da göstərilir.

Keyfıyyət göstəricilərinin nomenklaturunun seçilməsi aşağıdakıların təyin edilməsini nəzərdə tutur:



  • məhsulun qrupunu;

  • məhsulun keyfıyyət göstəricilərinin istifadə edilməsinin məqsədlərini;

  • məhsulun keyfıyyət göstəricilərinin nomenklaturunun seçilmə metodunu.

Məhsul qrupu sənaye məhsullarının təyinatı və istifadə şəraitinin ümumi təsnifatına uyğun olaraq müəyyən edilir.



Şəkil 6. Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsində istifadə olunan göstəricilərin təsnifatı
Məhsulun keyfıyyət göstəricilərinin seçilən nomenklaturun istifadə məqsədləri keyfıyyətin idarəetmə məsələlərinin xarakterindən asılı olaraq müəyyən edilir. Sənaye məhsulunun keyfıyyət göstəricilərinin seçilən nomenklaturunun istifadə məqsədləri aşağıdakılar ola bilər:

    1. Məhsulun keyfıyyət göstəricilərinin nomenklaturu ümumtexniki standartlara, texniki şərtlərə, texniki tələblərə, parametr və ölçülər standartlarına, markalanma, qablaşdırma, nəqletmə, saxlama, istismar və təmir standartlarına daxil edilmək üçüın müəyyən edilə bilər.

    2. Keyfıyyət göstəricilərinin nomenklaturu məhsulun attestasiya edilməsi məqsədi ilə müəyyən edilə bilər.

    3. Keyfiyyət göstəricilərinin nomenklaturu texnikanın inkişaf planı, həmçinin seriyalı buraxılan məhsulun keyfıyyətinin yüksəldilməsi üçün müəyyən edilə bilər.

    4. Keyfıyyət göstəricilərinin nomenklaturu tərəf müqabillərinin ticarət əlaqələrini və ya istehsalın ixtisaslaşması və kooperasiyasını müəyyən edən sənədlər üçün lazım ola bilər.

    5. Məhsulun keyfıyyət səviyyəsinin qiymətləndirilməsində göstəricilərin nomenklaturunun digər məqsədlər üçün də müəyyən edilməsi mümkündür.

Məhsulun keyfıyyət göstəricilərinin nomenklaturunun seçilmə metodu qiymətləndirilən məhsulun keyfıyyət göstəriciləri qrupunun müəyyən edilməsi (cədvəl 2.2), hər bir qrup üzrə göstəricilərin seçilməsi, həmçinin konkret məhsul üçün normativ sənədlər əsasında keyfıyyət göstəricilərinin seçilməsindən ibarətdir.

Keyfıyyət göstəricilərinin nomenklaturunun müəyyənləşdirilməsi konkret məhsul növü üçün beynəlxalq (İSO, BEK və b.), milli, xarici ölkə standartlarında, məhsulun göndərilmə sənədlərində, kataloqlarda, prospektlərdə və istehsalçı firmalarm standartlarında, habelə hüquq-patent və iqtisadi sənədlərdə göstərilmiş keyfıyyət göstəricilərinin qiymətləri nəzərə alınmaqla həyata keçirilir.

Məlumdur ki, keyfıyyət göstəricilərinin nomenklaturu tipik, geniş və konkret ola bilər.

Tipik nomenklatur - istehsal və ya ümumistehlak təyinatlı bütün texniki məmulatlara aid keyfıyyət göstəricilərinin tam siyahısıdır. Belə nomenklatur ayrı-ayrı texniki məmulat qrupları və növləri nəzərə alınmadan tutulur. Bu siyahı daha ümumi və universal xarakterli olub, geniş məmulat sinifləri, məsələn, texnoloji maşınlar üçün tərtib olunur. Tipik çeşidin bir variantı cədvəl 5-də verilir. Göründüyü kimi, tipik nomenklatur sonrakı işləmə və seçmə (qəbuletmə), ayrıca məhsul qrupu, növ və ya məmulat tiplərinin keyfiyyət göstəricilərinin ünvanlı və geniş siyahısının tərtib edilməsi üçün əsas kimi götürülür.

Cədvəl 5


Maşın və aparatların keyfiyyət göstəricilərinin tipik nomenklaturu




Göstəricilər

Səciyyələndirici xassələr

1

2

3

1.

Təyinat (texniki-istismar) göstəriciləri

1.1.

Məhsuldarlıq, əd/dəq, t/saat, m3/saat

Vahid zamanda istehsal olunan məhsulun miqdarı

1.2.

İş tutumu, m3, l

Avadanlığın texnoloji və ya konstruktiv imkanları

1.3.

Müəyyən edilmiş gücü, kVt

Avadanlığın texnoloji imkanları

1.4.

Maksimal yükqaldırması, t, kq

Eyni

1.5.

Verimi, m3/saat, l/s

İşçi rejimi və ya məhsuldarlıq

1.6.

Təzyiq, Mpa, kq/mm2

eyni

1.7.

Sürət, m/san, km/saat

Eyni

1.8.

Məmulatın kütləsi, kq

Avadanlığın konstruktiv xarakteristikası

1.9.

Əndazə ölçüləri, mm

Eyni

1.10.

Tutduğu sahə, m2

Eyni

1.11.

İstilik ötürən səthinin sahəsi, m2

Məhsuldarlıq və ya konstruktiv imkanlar

1.12.

Yararlı məhsuı çıxışı, %, t/saat. əd/dəq

Əməliyyatların yerinə yetirilmə keyfiyyəti və ya zayın miqdarı

1.13.

Xammalın emal səmərəliliyi, %

Eyni

1.14.

Avtomatlaşdırma əmsalı

Avtomatlaşdırma səviyyəsi

1.15.

Tərkib və struktur göstəriciləri

Hazırlanma texnologiyasının yerinə yetirilmə keyfiyyəti

2.

Etibarlılıq göstəriciləri:

2.1.

İmtinasız işləmə ehtimalı

İşdə imtinasızlıq

2.2.

Müəyyən edilmiş imtinasız işləmə müddəti, saat

Eyni

2.3.

İmtinayadək orta işləmə müddəti, saat

Eyni

2.4.

Əsaslı təmirədək xidmət müddəti (müəyyən edilmiş resurs), saat, ay, il

Uzunömürlülük

2.5.

İşqabiliyyətli vəziyyəti bərpaetməyə orta vaxt, saat

Təmirəyararlılıq

Cədvəl 5-in ardı



1

2

3

2.6.

Texniki xidmətin (təmirin) orta müddəti (əmək tutumu), norma-saat

Eyni

2.7.

Saxlanmanın orta müddəti, saat, ay, il

Saxlanma qabiliyyəti

2.8.

İşə hazırlıq əmsalı

İmtinasızlıq və təmirəyararlılıq

2.9.

Texniki istifadə əmsalı

Eyni

2.10.

Maşının işçi orqanının yeyilməyə davamlılığı, saat, il

Uzunömürlülük

3.

Xammal, material, yanacaq, enerji və digər resursların qənaətli sərfolunma göstəriciləri:

3.1.

Faydalı iş əmsalı

Enerji ehtiyatları sərfınin səmərəliliyi

3.2.

İstismar zamanı buxar, su, sıxılmış hava və istiliyin xüsusi sərfi, m3/saat

Ehtiyatların sərfinin qənaətliliyi

3.3.

Xüsusi material sərfi, kq/vahid

Məmulatın istismarı və təmiri zamanı materialların sərfi

3.4.

Tutduğu xüsusi sahə, m2/vahid

Eyni

3.5.

Vahid tutulan sahəyə məhsuldarlıq, (kq/saat)/m2, (əd/saat)/m2

Eyni

4.

İstismarın texnolojiliyi göstəriciləri:

4.1.

İşlərin yerinə yetirilməsinin əmək tutumu, norma-saat/il

Məmulatla işləyərkən əmək sərflərinin qənaətliliyi

4.2.

Xüsusi əmək tutumu, norma-saat/ədəd, norma-saat/km

Eyni

4.3.

İstismarda əməyin ağırlığı (gərginliyi), bal

Əmək məhsuldarlığı

4.4.

Blokluq əmsalı

Quraşdırmanın əmək tutumu

5.

Nəqledilmə göstəriciləri:

5.1.

Məmulatı nəqletməyə hazırlamağın orta əmək tutumu, norma-saat

Əmək tutumu

5.2.

Nəqletmədə titrəmələrin buraxılan parametrləri, Hs, mm

Saxlanmaq

6.

Erqonomik göstəricilər:

6.1.

Məmulatın işçi mövqe, əlçatma zonası kimi erqonomik tələblərə uyğunluğu, bal

Məmulatın istismarı zamanı onun insanla qarşılıqlı təsirinin səmərəliliyi

6.2.

Məmulatın insanın işçi hərəkətlərinin sürəti, gücü, informasiyanı qəbuletmə, emaletmə və ötürmə şəraitinin erqonomik tələblərə uyğunluğu, bal

Eyni

6.3.

Məmulatın erqonomik tələblərə uyğunluğu və iş vərdişləri formalaşmasının rahatlığı, bal

Eyni

6.4.

Məmulatın istifadə mühitinə və bu mühit vasitəsilə insanın fəaliyyətinin səmərəliliyinə təsiri, bal

Eyni

7.

Ekoloji göstəricilər:




7.1.

Ətraf mühitə atılan zərərli qatışıqların miqdarı, %

İnsanların yaşayış mühiti və sağlamlığının qorunması

7.2.

Məmulatın saxlanması, nəql edilməsi və istismarı zamanı zərərli hissəciklər, qazlar və ya şüaların yayılması ehtimalı

Eyni

8.

Təhlükəsizlik göstəriciləri:

8.1.

Müəyyən dövr ərzində insanın təhlükəsiz işləmək ehtimalı

Məmulata xidmət təhlükəsizliyi

Cədvəl 5-in ardı



1

2

3

8.2.

Qoruyucu qurğuların işədüşmə vaxtı, san

Eyni

8.3.

Cərəyanaparan hissələrin izolyasiya müqaviməti, Om

Eyni

8.4.

Yüksəkgərginlikli dövrələrin elektrik möhkəmliyi

Eyni

8.5.

Səs gücünün səviyyəsi və ya səs tezliyi, dB

Eyni

8.6.

Səs gücü və ya səsin ekvivalent səviyyəsi, dB

Eyni

8.7.

Titrəməyə davamlılığın loqarifmik səviyyəsi, dB

Eyni

8.8.

Təhlükəsizlik əmsalı

Eyni

9.

Estetik göstəricilər:

9.1.

İnformasiya ifadəliliyi, bal

İşdə təlimin və idarəetmənin asanlığı

9.2.

Formanın rasionallığı, bal

Konstruksiyanın təkmilliyi

9.3.

Kompozisiyanın bütövlüyü, bal

Eyni

9.4.

Əmtəə görünüşünün stabilliyi, bal

Cazibədarlığın uzun müddət saxlanması

9.5.

İş yerinin rahatlığı, bal

İnsanın iş qabiliyyətinin yüksəldilməsi

10.

Standartlaşdırma və eyniləşdirmə göstəriciləri:

10.1

Tətbiqolunma əmsalı, %

Eyniləşdirilmiş tərkib hissələrlə təmin olunma

10.2.

Təkrarlıq əmsalı, %

Eyni

10.3.

Layihələrarasıeyniləşmə əmsalı, %

Eyni

10.4.

Məmulatın standart hissələrinin miqdarı, %

Standart tərkib hissələrlə təmin olunma

10.5.

Məmulatın orijinal hissələrinin miqdarı, %

Mütərəqqi və yeni hissələrlə təmin olunma

11.

Patent-hüquq göstəricilər:

11.1.

Patent mühafizəsi

Müəllif hüququnun qorunma dərəcəsi

11.2.

Patent təmizliyi

Patentlə müdafiə edilməyən yeni ideyaların məmulatda əks olunma dərəcəsi

11.3.

Ərazi-yayılma göstəricisi

Patent təmizliyi ilə təmin olunmamaq səviyyəsi

12.

Keyfiyyətin iqtisadi göstəriciləri:

12.1.

Məhsul vahidi istehsalının maya dəyəri, man/əd, man/km

İstehsalın səmərəliliyi

12.2.

İstismar xərcləri, man/il

İstismarın qənaətliliyi

12.3.

Həyat dövründə xərclər, man

Eyni

12.4.

Məmulatın qiyməti, man

İstehlak dəyəri

Keyfiyyət göstəricilərinin geniş nomenklaturu eyni adlı, yaxın funksiyalı, həmçinin xassələrinin oxşar parametrlərinə malik olan müəyyən qrup məmulatların keyfıyyətinin qiymətləndirilməsi zamanı tərtib edilir və istifadə olunur. Bu nomenklatur verilmiş məmulatın keyfıyyətini səciyyələndirən kompleks və çoxsaylı fərdi xassələrin məcmusundan ibarət olur. Belə nomenklatura tokar dəzgahlarının, minik avtomobillərinin, məişət soyuducularının, televizorların və s. keyfıyyət göstəriciləri misal ola bilər. Məmulat qrupları üçün keyfıyyət göstəricilərinin geniş nomenklaturu adətən müvafıq sahədə rəqabət qabiliyyətli məhsul istehsalında lider olan qabaqcıl sənaye müəssisələri tərəfindən işlənib hazırlanır və qiymətləndirilən məhsulu səciyyələndirən keyfiyyət göstəricilərinin konkret nomenklaturu seçilir.

Texniki məmulatların, o cümlədən maşın və mexanizmlərin bütün keyfıyyət göstəriciləri onların mükəmməllik dərəcəsindən obyektiv olaraq asılıdır. Odur ki, bu göstəricilər digər analoji məmulatlara şamil edilmədən qiymətləndirilən məmulatın texniki səviyyəsini yalnız dolayısı ilə, həm də natamam səciyyələn­dirirlər. Başqa sözlə, keyfıyyət göstəricilərinə görə texniki məmulatın ümumi xarak­teristikası bu məmulatın mükəmməlliyini, texniki səviyyəsini və ya keyfıyyət səviyyəsini əks etdirir. Odur ki, standartlarda, digər texniki ədəbiyyatda «texniki səviyyə», «texnikanın keyfıyyət səviyyəsi» terminlərinin sinonim kimi işlənməsi heç də təsadüfı deyildir.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə