62
-Əgər məhsul buraxılışı və onun satışından yaranan gəlirlər azalarsa
mənfəət necə dəyişər?
-Əgər qiymətlər yüksələrsə, maya dəyərinin səviyyəsi aşağı düşərsə,
satışın həcmi azalarsa mənfəət necə dəyişər?.
Sadalanan bu iki mühüm suala düzgün cavab verilməsi, bizim fikrimizcə,
gəlirlərin xərclərə bərabər olduğu və rentabellik səviyyəsinin 0,00% təşkil
etdiyi «zərərsizlik nöqtəsi»nin dəqiq hesablanmasından birbaşa asılıdır.
Məlumdur ki, «şərti-daimi və dəyişən xərclər», «satışın həcmi», «dəyişən
məsrəflərin satışın və məhsul buraxılışinın həcminə nisbəti» göstəriciləri
«zərərsizlik nöqtəsi»nin analitik metod vasitəsilə hesablanması üçün zəruri
amil hesab olunur. Iqtisadi ədəbiyyatlarda göstərildiyi kimi, bu metodun əsas
mahiyyətini konkret formulun köməyi ilə məhsul (iş və xidmətlər) satışından
əldə olunan gəlirlərin minimal həcminin müəyyən edilməsi təşkil edir (belə bir
şəraitdə təsərrüfat subyektinin fəaliyyətinin rentabellik səviyyəsi 0,00%-dən
yüksək olur). Bu göstəricinin hesablanması üçün xarici firmaların təsərrüfat
fəaliyyətinin öyrənilməsi zamanı müvəffəqiyyətlə tətbiq olunan aşağıdakı
formuladan istifadə edilməsi məqsədəuyğun sayılır.
мябяляьи
ин
мясряфляр
дяйишян
мябляьи
эялирлярин
олунан
ялдя
сатышындан
хидмятляр)
вя
(иш
мящсул
мябляьи
эялирлярин
йаранан
сатышындн
хидмятляр)
вя
(иш
мящсул
мябляьи
хяржлярин
сабит
-
шярти
мябляьи
минимал
эялирлярин
олунан
ялдя
сатышындан
хидмтляр)
вя
(иш
Мящсул
(3.1)
Iqtisadi təhlil prosesində «zərərsizlik», yaxud «özxərcini ödəmə»
nöqtəsindən başlayaraq yeni məhsul (iş və xidmətlər) satışından əldə olunan
gəlirlərin minimal məbləğini müəyyən etmək üçün elmi-tədqiqat işlərində (3.1)
düsturuna bənzər digər formula təklif olunur:
гиймяи
ващидинин
мящсул
мясряфляр
дяйишян
дцшян
ващидиня
мящсул
-
1
мябляьи
иллик
н
хяржлярини
сабит
-
шярти
мцяссисянн
мябляьи
минимал
эялирлярин
йаранан
сатышындан
хидмятляр)
вя
(иш
мящсул
йени
башлайарг
н
нюгтясиндя
юдямя"
юзхяржии
"
(3.2)
63
Yuxarıda verilən formulların tətbiq edilmə miqyası olduqca genişdir. Bu-
nu fəaliyyətini öyrəndiyimiz təsərrüfat subyektinin materialları əsasında
aparilan hesablamalar da sübut edir.
Belə fərz edək ki, fəaiiyyətini öyrəndiyimiz təsərrüfat subyekti bir ədədi-
nin qiyməti 350 pul vahidinə bərabər olan yeni məhsul istehsal etməyi plan-
laşdırır. Bu zaman məhsul vahidinə düşən dəyişən məsrəflərin səviyyəsinin
50,49%, müəssisənin şərti-sabit xərclərinin illik məbləğinin isə 10063 min pul
vahidi olması nəzərdə tutulur.
Qeyd olunan rəqəmlərdən və yuxarıda verilən formuladan (3.2) istifadə
etməklə dəyişən məsrəflərin ümumi məbləğini və yeni məhsul (iş və xidmətlər)
satışından yaranan gəlirlərin minimal həcmini riyazi yolla hesablamaq müm-
kündür. Bu zaman fəaliyyətini öyrəndiyimiz təsərrüfat subyekti üzrə sadalanan
göstəricilər mütləq ifadədə müvafiq olaraq 176,7 (50,49x350) və 20323,4 min
pul vahidinə
350
7
,
176
1
10063
bərabər olacaqdır.
Məlumdur ki, məhsulun (iş və xidmətlərin) maya dəyərinin təhlilinin
dördüncü mərhələsinin sonunda istehsal və satışın kritik həcmi müəyyən
olunur. Bizim misalımızda, istehsal və satışın kritik həcmi 58066 vahid
(20323400/350) təşkil edir. Bu isə, öz növbəsində, o deməkdir ki, fəaliyyətini
təhlil etdiyimiz firma il ərzində 580x66 vahid məhsul reallaşdıraraq (bir ədədin
qiyməti 350 pul vahidi olmaqla) yalnız öz xərclərini ödəyə bilər.
Bazar iqtisadiyyatı şəraitində məhsulun (iş və xidmətlərin) maya
dəyərinin səviyyəsi ümumilikdə qiymətləndirildikdən sonra hər bir konkret
məsrəf elementinə təsir göstərən amillərin müxtəlif əlamətlər üzrə təsnifatı
verilir və istehsal uçotunun məlumatları əsasında onların təsir dərəcəsi (+;-)
hesablanır (V mərhələ). Bu istiqamətdə aparılan iqtisadi təhlil prosesində əsas
diqqət məhsulun (iş və xidmətlərin) maya dəyərinin tərkibində böyük xüsusi
çəkiyə malik olan material və əmək haqqı məsrəflərinə (sosial sığortaya
ayırmalarla birlikdə) yönəldilir.
64
Məlumdur ki, bazar münasibətləri şəraitində material məsrəfləri üzrə baş
verən kənarlaşmalara təsir göstərən amillərin (materialların qiymətinin
dəyişməsi; xammal və materiallardan istifadənin yaxşılaşdırılması; məhsulun
strukturunun dəyişməsi; ayrı-ayrı məhsul növlərinin maya dəyərinin aşağı
salınması və s.) təhlili metodikası əsaslandırılmış standartların mövcud
olmadığı bir şəraitdə ənənəvi qaydalardan demək olar ki, fərqlənmir. Ona görə
də məqalə daxilində bu problem aktuallıq kəsb etmədiyindən məhsulun (iş və
xidmətlərin) maya dəyərinin təhlilinin beşinci mərhələsində əmək ödənişləri
məsrəflərinin iqtisadi səmərəliliyi müəyyən edilir, onun şərti-dəyişən və şərti-
sabit xərclərə aid olan hissəsinə edilən qənaətin məbləği mütləq və nisbi
ifadədə hesablanılır və qiymətləndirilir. Çünki, müxtəlif mülkiyyət münasibət-
ləri şəraitində mənfəət kateqoriyası kimi maya dəyəri göstəricisi də «kommer-
siya sirri» sayıldığından onun tərkibində böyük xüsusi çəkiyə malik olan əmək
ödənişləri məsrəflərinin ilkin uçot məlumatları əsasında dərindən təhlili
mühüm əhəmiyyətə malikdir.
Statistik məlumatlar göstərir ki, işçi qüvvəsi əmtəəsinin dəyərinin,
yaxud qiymətinin çevrilmiş forması olan əmək haqqı sənaye məhsulunun maya
dəyərinin tərkibində 15% təşkil edir. Azərbaycan Respublikasında uçotun
beynəlxalq standartlara uyğunlaşdırılması ilə əlaqədar olaraq mühasibat
hesabatlarında baş verən dəyişikliklər əmək ödənişləri məsrəflərinin iqtisadi
təhlilinin yeni metodikasını işləyib hazırlamağın zəruriliyini meydana çıxarır.
Belə ki, bazar iqtisadiyyatı şəraitində iqtisadi təhlilin ənənəvi metodikalarının
yeni təşəkkül tapmış göstəricilər sisteminin tələblərinə uyğunlaşdırılması, öz
növbəsində, idarəetmə və yaxud istehsal uçotunun təkmilləşdirilməsinə səbəb
olur.
Məlumdur ki, indiyə qədər respublikamızda tətbiq olunan mühasibat
uçotu və hesabatları sistemi şərti-dəyişən və şərti-sabit xərcləri dəqiqliklə bir-
birindən ayırmır. Məhz buna görə də əmək ödənişləri məsrəflərinin şərti-sabit
və şərti-dəyişən xərclərə aid olan hissəsinə edilən qənaətin məbləğini mütləq və
nisbi ifadədə hesablamaq mümkün deyildir. Idarə etmə uçotunu düzgün təşkil
Dostları ilə paylaş: |