68
edilmiş məhsullar, yerinə yetirilmiş iş və xidmətlər üzrə təşkili məsrəflər
üzərində operativ nəzarəti tam təmin etməyə mane olur. Bunun nəticəsində,
istehsal potensialından və istehsal resurslarının mühüm elementləri olan
material, əmək və digər ehtiyatlardan istifadə səviyyəsi xeyli aşağı düşür.
Göründüyü kimi, fərdi məsuliyyətin olmaması, uçot və hesabatın təşkili
sistemindəki nöqsan və çatışmazlıqlır məhsulun (iş və xidmətlərin) maya dəyə-
rini düzgün təhlil etməyə və qiymətləndirməyə mane olur. Odur ki, bazar mü-
nasibətləri şəraitində maya dəyərinin formalaşması və məhsul (iş və xidmətlər)
istehsalına sərf edilən xərclər üzərində operativ nəzarəti təmin etmək məqsədilə
məsrəflərin uçotu obyektləri, təkcə onların baş vermə yerləri deyil, həm də
məsuliyyət mərkəzləri olmalıdır. Müəyyən xərclər üçün məsuliyyətin fərdi
qaydada təhkim edilməsi, uçot obyektlərinin məsuliyyət mərkəzləri üzrə ay-
rılması və digər tədbirlərin həyata keçirilməsi istehsal məsrəflərinin azaldılması
üçün maddi həvəsləndirmə mexanizminin işlənib hazırlanmasını və
rəsmiləşdirilməsini tələb edir.
4. Qeyd etmək lazımdır ki, məsuliyyət mərkəzlərinin uçot obyektləri kimi
müəyyən edilməsi və onların tətbiqi mühasibat uçotunun beynəlxalq standart-
lara uyğunlaşdırılmasının mühüm elementi və şərti sayılır. Lakin, göstərilən
problemin aktualhğına və vacibliyinə baxmayaraq, bütün sənaye sahələrində
olduğu kimi, şərabçılıq müəssisələrində də məsuliyyət mərkəzləri hələ də uçot
obyektlərinə çevrilməmişdir. Məhz buna görə də, bazar münasibətləri şəraitin-
də istehsal məsrəfləri üçün məsuliyyətin təsərrüfat subyektlərinin struktur
bölmələrinin rəhbərləri arasında bölüşdürülməsi məsələsi həll edilməmiş qalır
və son nəticədə baş vermiş xərclər üçün heç kim tam məsuliyyət daşımır.
Yeri gəlmişkən, qеyd еtmək lazımdır ki, məsuliyyətin bölüşdürülməsi və
istehsal xərclərinin həmin mərkəzlər üzrə uçota alınmasının zəruriliyi iqtisadi
ədəbiyyatlarda dəfələrlə qeyd edilmiş və bu problemin həlli yolları göstəril-
mişdir. Iqtisadi ədəbiyyatlarda və elmi-tədqiqat işlərində irəli sürülən konsepsi-
yaları ümumiləşdirməklə belə bir nəticəyə gəlmək mümkündür ki, göstərilən
nöqsanları aradan qaldırmaq məqsədilə məhsul (iş və xidmətlər) istehsalına
69
sərf edilən məsrəflər üçün məsuliyyət mərkəzləri müəyyənləşdirilməli, bu
məsuliyyət təsərrüfat subyektlərinin struktur bölmələrinin rəhbərləri arasında
düzgün bölüşdürülməli, idarəetmə aparatı işçilərinin vəzifə təlimatları yenidən
işlənib hazırlanmalı və aşağıdan tutmuş yuxarıyadək baş verən xərclərə görə
istehsalat rəhbərlərinin məsuliyyətləri dəqiq göstərilməlidir. Lakin, bizim fik-
rimizcə, problemin bu yolla da həlli müəyyən çətinliklərlə müşayət oluna bilər.
5. Təcrübədən məlum olduğu kimi, bəzi hallarda məsrəflərin baş vermə
yerləri ilə məsuliyyət mərkəzləri üst-üstə düşür və yaxud bu iki element arasın-
da fərqin müəyyən edilməsi çətinləşir. Belə ki, sex rəisləri məsrəfiərin
səviyyəsi və istehsal-təsərrüfat fəaliyyətinin son nəticələri üçün məsuliyyət
daşıyırsa, onda xərclərin baş vermə yerləri ilə məsuliyyət mərkəzləri eyni olur.
Çünki, istehsal sexləri ayrı-ayrı briqadalardan ibarət olduğundan həmin
briqadalar həm məsrəflərin baş vermə yerləri və həm də məsuliyyət mərkəzləri
ola bilər.
6. Iqtisadi ədəbiyyatların və elmi-tədqiqat işlərinin təhlili göstərir ki,
məsrəflərin həm uçotun məqsədləri və həm də fəaliyyət növləri üzrə müasir
təsnifatının nöqsan və çatışmayan cəhətləri mövcuddur. Məsələ burasındadır
ki, 202-8 saylı subhesabda uçota alınan məsrəflər istehsaldakı roluna görə əsas
xərclər sırasına aid olmasına baxmayaraq, məhsulun (iş və xidmətlərin) maya
dəyərinə qeyri-müstəqim xərc kimi daxil edilir. Bizim fikrimizcə, maşın və
avadanliqların istismarı və saxlanması xərclərinin qeyri-müstəqim məsrəf kimi
xarakterizə olunması yalnız onun bölüşdürülmə problemi ilə bağlı ola bilər.
Deməli, 202-8 saylı subhesabda uçota alınan xərclərin qeyri-müstəqim
məsrəflərə aid edilməsi həmin xərclərin iqtisadi məzmununa uyğun gəlmir və
buna görə də məsrəflərin müasir təsnifatına yеnidən baxılmasına оbyеktiv
zərurət yaranır.
Sadalanan prоblеmin həlli prоsеsində malliyə-təsərrüfat fəaliyyətinin
nəticələrini xaraktеrizə еdən məsrəflərin təşkilati fəaliyyətlə bağlı xərclərdən
dəqiq ayrılması və оnların tərkibinin düzgün müəyyən оlunması mühüm
əhəmiyyət kəsb еdir. Bu məqsədlə xərclərin tədarük-təchizat fəaliyyəti və
70
istеhsal prоsеsi üzrə ayrı-ayrılıqda təsnifləşdirilməsi və оnların uçоta alınması
məqsədəuyğun sayıla bilər.
Təsnifatı bu istiqamətdə apardıqda istеhsala sərf еdilən xammal və ma-
tеrial məsrəflərinin məbləği və matеrial еhtiyatlarının saxlanması xərclərinin
ümumi illik məbəlği birinci qrupa, Mühasibat uçоtu haqqında Qanunda
göstərilən məsrəflər isə ikinci qrupa aid еdilir. Yеri gəlmişkən, xüsusi qеyd
еtmək lazımdır ki, məsrəflərin düzgün təsnifatı təşkilati fəaliyyətlə bağlı
xərclərin təyinatını düzgün müəyyən еtməyə, «məsrəf-buraxılış» sxеminin
tələblərini şərabçılıq müəssisələrinin fəaliyyətinə uyğunlaşdırmağa və dirеkt-
kоstinq sistеminə kеçidi sürətləndirməyə imkan vеrir.
7. Bazar iqtisadiyyatı şəraitində məhsulun (iş və xidmətlərin) maya dəyəri
qiymətin əmələgəlməsinə və mənfəətin formalaşmasına bilavasitə təsir edən
əsas amillərdən biri kimi daim diqqət mərkəzində amillər hərtərəfli öyrənilməli
və qiymətləndirilməlidir. Lakin rеspuğlikamızın uçоt praktikasında məsrəflərin
uçоtunun mövcud qaydası оnların kеyfiyyətinin qiymətləndirilməsinə,
biznеsdə idarəеtmə qərarları variantlarının əsaslandırılmasına imkan vеrmir.
Məhz bu baxımdan qеyd оlunan çatışmazlıqların aradan qaldırılması üçün
inqtisadi cəhətdən inkişaf еtmiş qərb ölkələrinin uçоt praktikasından istifadə
оlunması zərurəti yaranmışdır. Maqistr dissеrtasiya işinin mövzusu da məhz
həmin prоblеmə həsr оlоunmuşdur.
Aparılan tədqiqat işinin nəticəsi göstərir ki, fəaliyyətini öyrəndiyimiz
müəssisədə istehsal xərclərinin minimuma endirilməsi və sintetik göstərici olan
məstəfveriminin səviyyəsinin yüksəldilməsi imkanları xeyli böyükdür. Bundan
başqa, məsrəfveriminə birbaşa təsir göstərən istehsal potensialının formalaşma
tempinin, onun istsfadə sürətinə nisbətən üstün artmasının səbəblərinin
öyrənilməsini tədqiq edən problemi xarakterik cəhət kimi göstərmək
mümkündür.
Tədqiqat prosesində bunun səbəbini araşdırdıqda onun çoxlu sayda
obyektiv və subyektiv amillərdən bilavasitə asılı olduğu meydana çıxır. Məhz
bu baxımdan, maqistr dissеrtasiya işində istehsal güclərindən və istehsal poten-
Dostları ilə paylaş: |