71
sialından istifadə probleminə iki meyardan və ya iki aspektdən yanaşılır.
Bunlardan birincisi, müəyyən hədd daxilində istehsal potensialının səfərbər
edilmə dərəcəsi, ikinci isə, qeyd olunan prosesin həyata keçirilməsi üçun
yaranan şəraitin səviyyəsidir. Ona görə də, tədqiqat prosesində istehsal poten-
sialının səfərbər edilməsi məsələsi şərabçılıq müəssisələrində xərclərin uçotu
və təhlili problemi ilə yanaşı və onunla qarşılıqlı əlaqədə öyrənilir.
Araşdırmanın gedişində bu problemə tənqidi yanaşılır və istehsal
məsrəfləri ilə potensialın səfərbər edilməsi imkanları arasındakı funksional
əlaqənin xarakteri müəyyənləşdirilir. Aparılan tədqiqat işləri göstərir ki, müəy-
yən bir hədd və ya interval daxilində məsrəfverimi göstəricisinin səviyyəsinin
yüksəlməsinə baxmayaraq, sonrakı mərhələdə artım baş vermir. Belə bir
şəraitdə, müəssisələrdə istehsal məsrəfləri qeyri-məhsuldar xərclərə çevrilir.
8. Iqtisadi ədəbiyyatların müqayisəli təhlili məsrəfveriminin müəyyən
çərçivədə öyrənildiyini, lakin onun istehsal potensialı ilə əlaqəsinin demək olar
ki, araşdınlmadığını göstərir. Məsrəfverimi göstəricisinin kompleks tədqiqi,
bazar iqtisadiyyatı şəraitində onun formalaşmasının əsas elementi sayılan
xərclərin (xüsusi ilə də nisbi-sabit) dəyişmə meylini müəyyən etməyə,
məstəflərin səviyyəsinə təsir göstərən amillərin təsir dərəcəsini hesablamağa və
qiymətləndirməyə, onların minimuma endirilməsi imkanlannı aşkara çıxarma-
ğa əlverişli şərait yaradır.
Qeyd etmək lazımdir ki, elmi-texniki tərəqqi və istehsalın kompleks
intensivləşdirilməsi şəraitində bu problemin aktuallığı daha da artır və ona görə
də buraxılış işində «elmi-texnik tərəqqi-istehsalın kompleks intensivləşdi-
rilməsi-məsrəfverimi» göstəriciləri arasındakı funksional əlaqənin xarakterinin
açılmasına xüsusi fikir verilir. Çünki, elmi-texniki tərəqqi şəraitində istehsalın
son nəticəsinə təsir göstərən amillərin sayı durmadan artır.
9. Aydındır ki, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi ilə
əlaqədar olan amillər dəyişən və şərti-sabit xərclərə bu və ya digər dərəcədə
təsir göstərir. Maqistr dissеrtasiya işinin birinci fəsilində müxtəlif əlamətlər
üzrə qruplaşdırılan amillər, öz ifadəsini, məsrəflərin mütləq məbləğində biruzə
72
verməklə, məsrəfverimi göstəricisinin iqtisadi mahiyyətini dərindən açmağa
əlverişli şərait yaradır. Bu zaman məsrəfverimi göstəricisi, onun mahiyyətinin
tam açılması üçün «məsrəf-istehsalın həcmi-mənfəət» sxemasına daxil olan
elementlərin vəhdəti şəklində öyrənilir. Bu əlaqə təkcə kəmiyyət etibarı ilə
deyil, həm də keyfiyyət baxımından nəzərdən keçirilir.
Bundan başqa, məsrəfveriminin tədqiqi prosesində xərclərin səviyyəsinə
təsir göstərən amillərin təhlili metodikasının göstəriciləri sistemi işlənib hazır-
lanır, hər bir iqtisadi parametrin xüsusiyyətləri araşdırılır və onların kompleks
təhlil zamanı tətbiqi imkanlan öyrənilir. Buna misal olaraq, maqistr dissеrtasiya
işində əmək məsrəfləri və bu xərc maddəsi üzrə yaranan kənarlaşmalar xüsusi
vurğulanır.
Məsələ burasındadır ki, əmək məsrəfləri şərabçılıq məhsullarının maya
dəyərinə işlənməmiş adam-saatların miqdan şəklində deyil, əmək haqqı
xərcləri kimi daxil edilir. Əmək haqqı məsrəfləri isə həm işlənilmiş adam-
saatların miqdarının və həm də orta saatlıq əmək haqqının məbləğinin artması
(azalması) hesabına dəyişə bilər. Ona görə də tədqiqat prosesində əməyin
yaradıcı xarakterinə önəmli yer verilir və bu amil hesabına məsrəfverinninin
səviyyəsinin yüksəldilməsi imkanları aşkara çıxarılır.
10.
Aparılan tədqiqat işləri göstərir ki, əksər müəssisələrdə əmək
resursları üzrə məsrəfveriminin yüksəldilməsi imkanları xeyli genışdir. Elə
buna görə də, maqistr dissеrtasiya işində istehsal potensialının digər
elementlərinə nisbətən məntiqi olaraq əmək resurslarına daha çox yer verilir.
Məhz bu baxımdan tədqiqat prosesində əmək resursiarından istifadəni
xarakterizə edən əsas göstəricilər içərisində «işçilərin sabitlik əmsalı»na xüsusi
önəm verilməsi qanunauyğun və məntiqi görünür.
Yuxarıda qeyd edildiyi kimi, bazar münasibətləri şəraitində elmi-texniki
tərəqqi ilə məsrəfverimi göstəricisi arasında qarşılıqlı əlaqə və asılılıq
mövcuddur. Məlumdur ki, elmi-texniki tərəqqi istehsalın maddi-texniki
bazasının inkişafını təmin etməklə yeni texnika və texnologiyanın tətbiqinə
əlverişli şərait yaradır. Yeni texnika və texnologiyanın tətbiqi isə, öz
73
növbəsində, şərabçılıq müəssisələrində əmək məhsuldarlığının artmasına və
bununla da sözün geniş mənasında dəyişən və nisbi-sabit xərclərin mütləq
ifadədə məbləğinin azalmasına və məsrəfveriminin səviyyəsinin yüksəlməsinə
səbəb olur. Bu isə, elmi-texniki tərəqqi ilə məsrəfverimi göstəricisi arasında
birbaşa və əks əlaqənin olduğunu bir daha sübut edir.
11.
Maqistr dissеrtasiya işinin üçüncü fəsilində məsrəflərin
səviyyəsinə təsir göstərən amillərin müxtəlif əlamətlər üzrə təsnifatı verilir,
bazar iqtisadiyyatı şəraitində onların tədqiqi metodikası işlənib hazırlanır,
«məsrəf - istehsalın həcmi - mənfəət» sxemasına daxil olan elementlər
arasındakı əlaqənin xarakteri qrafik və analitik metodlar vasitəsilə araşdırılır.
Bundan başqa, tədqiqat prosesində məsrəfveriminin səviyyəsinə bülavasitə
təsir göstərən amillər «kompleks və spesifik», «ümumi və xüsusi», «obyektiv
və subyektiv», «müəssisənin fəaliyyətindən asılı olan və asılı olmayan» və s.
kimi faktorlar blokuna bölünməklə təsnifləşdirilir və hər bir amil - göstəricinin
hesablanması metodikası işlənib hazırlanır.
Eyni zamanda maqistr dissеrtasiya işində idarəetmə təhlilinin ən mühüm
bloklarından biri sayılan standart məsrəflərdən kənarlaşmalara təsir göstərən
amillərin təsir dərəcəsinin yeni aspektdə müəyyən edilməsi qaydasına xüsusi
fikir verilir və hesablamalar üçün riyazi formulalar təklif edilir. Məhz buna
görə də tədqiqatın ilkin mərhələsi məsrəfveriminin və xərclərin səviyyəsinə tə-
sir göstərən amillərin müxtəlif əlamətlər üzrə təsnifatı və onların hesablanıl-
ması metodikasının işlənib hazırlanması ilə tamamlanır.
Məlumdur ki, müasir bazar münasibətləri şəraitində yerinə yetirilən təhlil
işlərinin nəticəsi və qəbul edilən idarəetmə qərarlarının səmərəliliyi onun
informasiya
təminatından,
yəni
mühasibat
uçotu
və
hesabatlarının
keyfiyyətindən bilavasitə asılıdır. Lakin, aparılan tədqiqat işləri göstərir ki,
fəaliyyətini öyrəndiyimiz müəssisədə məsrəflərin uçotu müasir tələblərə cavab
vermir və maya dəyərinin təhlili üçün zəruri olan informasiya, demək olar ki,
yox dərəcəsindədir.
Dostları ilə paylaş: |