Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistraтura məRKƏZI»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix02.04.2018
ölçüsü0,7 Mb.
#35776
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

53 

 

Lakin,  Qərb  ölkələrində  geniş  tətbiq  olunan  bu  metodlar  heç  də  ideal  və 



nöqsanlardan  xali  deyildir. Bu  hər şeydən  əvvəl  idarəetmə  uçotunun  təşkilinin 

əsas  prinsiplərindən  biri  sayılan  «müxtəlif  məqsədlər  üçün  müxtəlif  maya 

dəyəri»  tezisinin  tələblərindən  irəli  gələ  bilər.  Məhz  buna  görə  də,  bizim 

fikrimizcə  müasir  dövrdə  milli  mühasibat  standartlarını  işləyib  hazırlayarkən 

məsrəflərin  uçotunun  təşkilinin  səmərəli  variantını  seçməyə  imkan  verən  əsas 

prinsiplərin  düzgün  müəyyən  edilməsi  sadalanan  nöqsan  və  çatışmazlıqların 

aradan qaldırılması üçün əlverişli şərait yarada bilər. 

Bazar  münasibətləri  şəraitində  qeyri-müstəqim  xərclərin  bölüşdürülməsi 

və  onların  maya  dəyərinə  daxil  edilməsi  problemi  hələ  də  mübahisə  obyekti 

olaraq qalır. Məsələ burasındadır ki, artıq bir sıra sənaye müəssisələrində əmək 

haqqının  xüsusi  çəkisinin  kəskin  surətdə  artması  ilə  əlaqədar  olaraq  onun 

bazasında  bölüşdürülən  qeyri-müstəqim  məsrəflərin  maya  dəyərinə  daxil 

edilməsi  nəticəsində  ayrı-ayn  çeşidlər  üzrə  süni  olaraq  zərərlilik  problemi 

yaranmışdır.  Bizim  fikrimizcə,  qeyri-müstəqim  məsrəflərin  əmək  haqqına 

proporsional  olaraq  bölüşdürülməsi  formal  şəkildə  həmin  xərclərlə  məhsul  (iş 

və  xidmətlər)  buraxılışı  həcmini  sıx  surətdə  əlaqələndirmək  məqsədilə  həyata 

keçirilir.  

Bundan 


başqa, 

ümumiistehsalat 

və 

ümumitəsərrüfat 



xərclərini 

bölüşdürülməsi  prosesində  digər  normativ  əmsallardan  və  ya  baza 

göstəricilərindən də (işlənmiş adam-saatların miqdarı; işlənmiş maşın-saatların 

miqdarı;  istehsal  fəhlələrinin  əsas  əmək  haqqı  məbləği)  istifadə  oluna  bilər. 

Məhz  buna  görə  də  müasir  dövrdə  bölüşdürmə  bazasının  və  kalkulyasiya 

obyektinin  (burada  kalkulyasiya  obyekti  bütövlükdə  əmtəəlik  məhsullar  və  ya 

yüksək  rentabelli  məhsullar  ola  bilər)  düzgün  və  sərbəst  surətdə  müəyyən 

edilməsi mühüm əhəmiyyət kəsb edir. 

   Göründüyü  kimi  bazar  iqtisadiyyatı  şəraitində  məhsulun  (iş  və 

xidmətlərin) maya dəyərinin təhlili kompleks proses olmaqla material, əmək və 

maliyyə  resurslarından  istifadənin  səmərəliliyinin  yüksəldilməsi  ehtiyatlarının 

müəyyən edilməsinə əlverişli şərait  yaradır və  idarəetmənin əsas obyekti kimi 




54 

 

qiymətin  tənzimlənməsinə  bilavasitə  təsir  göstərir.  Ona  görə  də  idarəetmə 



prosesində bu göstəricinin rolu və əhəmiyyəti nəzərə alınaraq Aksenenko A.F., 

Bakanоv  M.A.,  Zudilin  A.P.,  Şeremet  A.D.,  Paliy  V.F.,  Petrova  V.L., 

Çumaçеnkо  N.Q.,  Savitskaya  Q.V.,  Abbasоv  Q.Ə.,  Müslümоv  S.Y,  Kazımоv 

R.N.,    Qasımоv  S.M.  və  başqaları  tərəfindən  istehsala  məsrəflərin  uçotu  və 

məhsulun (iş və xidmətlərin) maya dəyərinin təhlili metodikası vaxtı ilə kifayət 

qədər  işlənib  hazırlanmışdır  (15,  16,  18,  25,  24,  9,  11,  13  ).  Lakin,  bazar 

iqtisadiyyatına  keçid,  mülkiyyət  münasibətlərindəki  dəyişiklik,  kalkulyasiya 

etmə metodlarının təsərrüfat subyektləri tərəfindən sərbəst seçilməsi, inflyasiya 

prosesləri,  daxili  və  xarici  bazarda  rəqabətin  güclənməsi  kimi  amillər 

məhsulun  (iş  və  xidmətlərin)  maya  dəyərinin  təhlili  metodikasına  yeni 

aspektlərin əlavə olunmasını zəruri edir. 

 Bazar  münasibətləri  şəraitində  məhsulun  (iş  və  xidmətlərin)  maya 

dəyərinin  təhlili  metodikasının  səmərəliliyi  onun  göstəricilər  sisteminin  (I 

mərhələ)  düzgün  müəyyən  edilməsindən  xeyli  asılıdır.  Çünki  maya  dəyərini 

xarakterizə  edən  analitik  və  sintetik  göstəricilərin  hər  biri  məhsul  (iş  və 

xidmətlər) istehsalına çəkilən xərclərin faydalılıq dərəcəsini  müxtəlif cür ifadə 

edir. Məhz bu baxımdan  məhsulun  (iş  xidmətlərin)  maya dəyərinin  bazar  iqti-

sadiyyatının  tələblərinə  cavab  verən  təhlili  metodikasının  işlənib  hazırlanması 

üçün  «istehsala  məsrəflər»,  «əmtəəlik  və  satılmış  məhsullann  maya  dəyəri», 

«əmtəəlik və satılmış məhsulların bir manatına  məsrəflər», «müqayisəyə gələn 

məhsulların  maya  dəyəri»,  «mühüm  növ  məhsullann  maya  dəyəri»  və  s.  kimi 

ümumiləşdirici göstəricilərin hesablamaya daxil edilməsi məqsədəuyğun sayıla 

bilər.  

 Bundan başqa iqtisadi təhlil prosesində «əmtəəlik məhsulun bir manatına 

əmək məsrəfləri (əmək haqqı və sosial sığortaya ayırmalar)», «əmtəəlik məhsu-

lun  bir  manatına  əmək  əşyası  məsrəfləri»,  «məsrəflərin  hər  manatına  məhsul 

istehsalı»  və  «əmtəəlik  məhsulun  maya  dəyərinin  aşağı  salınması»  adlı  xüsusi 

göstəricilərdən də istifadə oluna bilər. 




55 

 

 Qeyd  etmək  lazımdır  ki,  yuxarıda  sadalanan  hər  bir  göstəricinin  özünə-



məxsus təyinatı və tətbiq edilmə istiqaməti vardır. Buna misal olaraq «əmtəəlik 

məhsulun  maya  dəyərinin aşağı salınması» və  «müqayisəyə  gələn  məhsulların 

maya  dəyəri»  göstəricilərini  vurğulamaq  olar.  Iki  qiymətlə  qiymətləndirilən 

(hesabat  ilində  qüvvədə  olan  qiymətlər;  bazis  ilindəki  orta  illik  qiymət)  və 

təhlil  edilən  «əmtəəlik  məhsulun  maya  dəyərinin  aşağı  sa!ınması»  məhsul  bu-

raxılışının hər manatına məsrəflərin səviyyəsinin dəyişmə dərəcəsini, «müqayi-

səyə gələn məhsulların maya dəyəri» göstəricisi isə müxtəlif məhsul növlərinin 

maya dəyərinin dinamikasını xarakterizə edir. 

Məlumdur ki, məhsulun (iş və xidmətlərin) maya dəyərinin təhlili meto-

dikasının  işlənib  hazırlanması  prosesində  tədqiqatın  istiqamətlərinin  dəqiq 

müəyyən olunmasının (II mərhələ) mühüm əhəmiyyəti vardır.  

Fikrimizcə,  bazar  iqtisadiyyatı  şəraitində  maya  dəyərinin  təhlilini  dörd 

istiqamətdə aparmaq daha məqsədəuyğundur:  

➣  məhsulun (iş və xidmətlərin) maya dəyərinin ümumi səviyyəsinin və 

dinamikasının təhlili;  

➣  maya dəyərinə və hər bir məsrəf elementinə təsir göstərən amillərin 

öyrənilməsi və qiymətləndirilməsi;  

➣  məhsulun  (iş  və  xidmətlərin)  maya  dəyərinin  aşağı  salınması 

ehtiyatlannı aşkar etmək  məqsədi ilə konkret məsrəf elementləri üzrə xərclərin 

təhlili;  

➣  satışın  həcmi,  maya  dəyəri  və  mənfəət  göstəriciləri  arasındakı 

funksional asılılığın müəyyən edilməsi və qiymətləndirilməsi.  

Göründüyü kimi, sadalanan istiqamətlər arasında həm yenilik və həm də 

diskussiya obyekti olmaq etibarı ilə son üç punkt xüsusi maraq kəsb edir. Buna 

ilk  növbədə  maya  dəyərinə  və  hər  bir  məsrəf  elementinə  təsir  göstərən 

amillərin  təsnifləsdirilməsini  (III  mərhələ)  və  qiymətləndirilməsini  aid  etmək 

olar. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə