Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “magistratura məRKƏZİ”


Geyimin ölçülə­ri­nin əhalinin bədən quruluşunun ölçülərinin sayına nəzərən artmasının əlaqəli bölüş­dürülməsi Cədvəl.1



Yüklə 495,01 Kb.
səhifə2/5
tarix02.01.2018
ölçüsü495,01 Kb.
#19103
1   2   3   4   5

Geyimin ölçülə­ri­nin əhalinin bədən quruluşunun ölçülərinin sayına nəzərən artmasının əlaqəli bölüş­dürülməsi Cədvəl.1





Qənaətbəxşedici, %

Ölçülük (%)

Ölçü sayı

Əlamət



0,25

19,7

19,7

9

2,25



0,50

38,3

18,6

10

2,5



0,70

34,7

16,4

11

2,75



1,0

68,3

13,6

12

3,0



1,2

78,9

10,3

13

3,26



1,5

86,6

7,4

14

3,5



1,75

92,0

5,4

15

3,75



2,00

95,0

3,5

16

4,5

Əlamətin normal bölüşdürməyə görə paylanması nəticəsində onlar arasında daxili qanunauyğunluq vardı. Normal əlaqənin mənası ondan ibarətdir ki, hər hansı bir əlamətin ardıcıl olaraq artması nəticəsində digəri bir o qədər azalır. Bəzən isə artım proporsional şəkildə gedir. Məsələn, boy uzunluğu artdıqca döş çevrəsinin uzunluğu da artır.


1.2.1 Tikiş sənayesində keyfiyyətin idarə edilməsinin müasir istiqamətləri


Keyfıyyət çoxlu xüsusiyyətlərə malik olan həcmli, mürəkkəb və universal kateqoriyadır.

Keyfiyyətin sosial nöqteyi-nəzəri ayrı-ayrı subyektlərin və yaxud bütövlükdə cəmiyyətin müzakirə olunan obyektə münasibətindən asılıdır.

Keyfiyyətin texniki tərəfi araşdırılan obyektin kəmiyyət və keyfiyyət dəyi­şikliklərindən asılıdır.

Təhsildə texniki qanunauyğunluq və fiziki, elektromexaniki və digər eyni təyinatlı cisimlərin xüsusiyyətlərinin aşkarlanması araşdırmalar obyekti olurlar. Mühəndis mövqeyindən keyfıyyət seçilən obyektin cəm xüsusiyyətinin hansısa bir etalona görə müqayisəsində araşdırılır.

İqtisadi mövqedən keyfiyyətə, araşdırılan obyektin istehlakı və istehlakın dəyər nəticəsi kimi baxılır. Madam ki, bu və ya digər obyektin keyfıyyətinə tələbat müxtəlifdir, deməli bu obyekt istehlakçılar tərəfındən müxtəlif qiymətləndirilir. Nəticə etibarı ilə iqtisadi nöqteyi-nəzərdən bilmək vacibdir ki, keyfiyyət nə qədər tələbatla uyğunlaşır.

Hüquqi nöqteyi-nəzərdən keyfıyyət obyektin NTS-də müəyyən edilmiş tələblərə cavab verən xüsusiyətlərinin cəmi kimi üzə çıxır.

«Keyfiyyət» termininin müəyyənləşdirilməsində onun anlaşılmasının müxtəlif aspektlərini nəzərə almaq lazımdır. Ancaq ədəbiyyatlarda (istər ölkə, istərsə də xarici) bu suala birtərəfli yanaşma üzündən onun coxlu ifadələrinə rast gəlmək olar. Məsələn, İSO 9000 seriyalı standartlarda keyfıyyət xüsusiyyətlərin birləşməsi və məhsul, yaxud xidmətin xarakteristikası kimi müəyyənləşdirilir.

Bir sıra xarici ədəbiyyat mənbələrində keyfiyyətə istehlakçıların tələblərinə uyğunluq kimi baxılır, bəzən isə keyfıyyət istismara uyğunluq kimi izah olunur. Ancaq keyfıyyətin müəyyənləşdirilməsinə bu cür yanaşma onun yalnız bir tərəfini əks etdirir.

Bunun əsasında məhsulu təsərrüfat fəaliyyətinin əhəmiyyətli nəticəsi kimi üzə çıxan və müəyyən tələbləri təmin etmək üçün əvvəlcədən təyin olunan, bütün müxtəlif maddi dəyərlərin birliyi kimi qəbul etmək lazımdır. Burada məhsul ümumiləşdirilmiş maddi anlayışdır və özündə məmulatları və texnologiyaları birləşdirir.

Keyfiyyəti yüksəltmək və təmin etmək zəruriliyini müəyyən edən səbəblər çoxdur. Onların arasında aşağıdakıları xüsusi qeyd edək:



  • şəxsi, istehsalat və ictimai təlabatın daim güclənməsi;

  • elmin, texnikanın, istehsalatın, iqtisadiyyatın və bütün dünya cəmiyyət­ləri­nin inkişafında ETİ-nin rolunun və sürətinin güclənməsi;

  • xidmətin, buraxılan məhsulların konstruksiyasının mükəmməlləşdirilməsi və yerinə yetirilən funksiyaların əhəmiyyətinin yüksəlməsi;

  • nisbətən aşağı keyfıyyətli məhsul və xidmətləri istehlakçıların qəbul etməməsi;

  • istehsalatın intensivləşdirilməsinə doğru tələblərin çoxalması və müəssi­sənin müvəffəqiyyətlə yaşamasında vacib faktor kimi keyfiyyətin effektinin art­ması.

Sadalanan səbəblərlə yanaşı, həmçinin dünya bazarlarında rəqabətin yüksəl­məsini də qeyd etmək lazımdır. Rəqabət ancaq xarici bazarda yox, ölkə daxilində də realdır.

Məhsulun və xidmətin keyflyyətinə lazımi münasibət olmazsa istər bazar, rəqabət və müqayisəli açıq iqtisadiyyat şəraitində, istərsə də təsərrüfatçılığın başqa sistemlərində hər hansı bir iş, bir qayda olaraq, uğursuzluğa düçar olacaq.

Hamıya məlumdur ki, bir çox ölkələrdə alıcılar kifayət qədər orta qiymətlərlə ancaq o məhsulu alırlar ki, beynəlxalq standartlara uyğundur və yaxud onu ötüb keçir, yüksək istehsal keyfıyyəti var və tamamilə onların tələbatını təmin edir. Dünyanın o ölkələri ki, keyfiyyətə, onun idarə olunmasına ciddi diqqət göstərirlər, həmçinin alıcıları buna əmin edirlər, onlar ixracatın istər yüksək həcmini, istərsə də struktur göstəricilərini əldə edirlər. Buna sübut ancaq ənənəvi texniki inkişaf etmiş ölkələr (ABŞ, Yaponiya və Qərbi Avropa ölkələri) deyil, Cənubi-Şərqi Asiya ölkələrinin bir qismi də ola bilər.

Hər hansı bir böyük problemin həlli effektiv idarə olunmadan mümkün deyildir. Elmin, texnikanın, istehsalatın bütün təcrübəsini və potensialını, işçilərin bütün bilik və bacarığını təxirə salınmaz problemin həllinə yönəltmək lazımdır.



1.3. İnsan bədəninin tikiş sənayesində erqonomikanın görünüşünü təyin edən əsas morfoloji əlamətlər
İnsan bədəninin əsas morfoloji əlamətlərinə onun xarici görünüşünün təyinində bədənin ümumi əlamətləri, proporsiyaları və qamətin düzgünlüyü aiddir. Hər bir morfoloji əlamət bədənin xarici görünüşünə təsir göstərə bilər. İnsan bədəninin xarici görünüşünə təsir edən əsas göstəricilər onun yaşı, cinsi, onu əhatə edən social bədənin daxilində gedən biokimyəvi proseslər və s. aiddir. İnsan bədəninin orqa­niz­minə təsir göstərən əsas fizioloji və morfoloji proses kimi onun tutduğu mövqe və gö­ründüyü fiziki iş sayıdır. Bədən quruluşunda əmələ gələn dəyişikliklər bədənin funk­siyası: bədənin forması, onun həyat tərzi ilə əlaqəlidir. Fiziki dəyişmələr adətən mü­əy­yən dövrlərlə və onun tutduğu fiziki işlərlə əlaqədardır. İnsan bədən qurulu­şunda gedən bütün dəyişikliklər onun fiziki inkişafı ilə əlaqədardır. Bütün bu mər­hələlərdə bədən quruluşunda əmələ gələn dəyişiklik morfoloji əlamətlə xarakterizə edilir. Bu əlamətlər müəyyən qanunauyğunluqla əlaqədardır. Bunlardan biri də total morfoloji əlamətdir. Total morfoloji əlamətə bir çox ölçü əlamətləri aiddir. Bunlara misal olaraq bədənin fiziki inkişafını göstərmək olar. Bədənin uzunluğu (boy uzunluğu) və perimetri (döş qəfəsi) və eləcə də onun çəkisi.

Bədənin uzunluğu: yeni doğulmuş uşaqlar üçün orta ölçü 50,5-51,5 sm-ə bərabər olmalıdır. Birinci illərdə uşaqlar sürətlə inkişaf edirlər. Onların bədənlərinin uzunluğu daha sürətlə həyatlarının birinci ilində daha çox nəzərə çarpır. Məsələn, 1 yaşına qədər 25 sm boy artır. Sonra boy uzunluğu get-gedə azalmağa başlayır. Daha sürətlə inkişaf 10-12 yaşlarında qızlarda, 13-14 yaşlarında oğlanlarda gedir. Bədənin uzanmasının son həddi qızlarda 17-18 yaşına qədər, oğlanlarda 18-20 yaşına qədər davam edir. 45-50 yaşlarında insanlarda sabit boy uzunluğu müşahidə olunur. Get-gedə yaş artdıqca insanlarda boy uzunluğunun qısalmasına təsadüf edilir. Bu da onunla əlaqədar olur ki, insan bədənində olan sümüklər və əzələlər öz elastikliyini itirir və onurğa sümüyü əyilir. Yaşlı qadınlarda kişilərə nisbətən qamətin əyilməsi 11-12 sm az olur. Bütün insanlar üçün kişilərin boy uzunluğu orta hesabla 165 sm, qadınlar üçün 154 sm-a qədər götürülür.

QİDŞ-sı üzvlərinin məlumatına görə orta boy uzunluğu kişilərdə 176, qadınlarda 158 qəbul edilir. Ən kiçik orta uzunluq kişilər üçün 160 sm, ən böyük uzunluq isə 170 sm götürülür. Bu ölçülər bir çox millətlər üçün dəyişkən olur. Məsələn, vyetnamlar, yaponlar, Hindistanın bəzi xalqları, hindo-kitaylar nisbətən kiçik boyludurlar. Qərbi Avropa və Skandinaviya xalqları (şotlanlar, norveçlər, şvetlər) böyük və yaxud hündür boy uzunluğuna malikdirlər. Ən çox hündür orta boylu insanlara Afrikada rast gəlmək olur. Bunların orta boy uzunluğu 182 sm-ə çatır. Keçmiş SSRİ-nin ərazisində ən hündür orta boylu insanlar estonlardır. Onların boy uzunluğu 171 sm qədərdir. Ən kiçik orta boylu insanlar yəhudilərdi ki, onların boyu 162,5 sm-ə bərabərdir.

Geyimin keyfiyyətini müəyyənləşdirən ierarxiya struktur sxeminin göstəriciləri aşağıdakı strukturda verilmişdir:




Şəkil 1.3. Geyimin keyfiyyətini müəyyənləşdirən ierarxiya struktur sxem göstəriciləri



Şəkil 1.4. Geyimin istehlakçı keyfiyyət səviyyəsini müəyyənləşdirən ierarxiya struktur sxemi


Şəkil 1.5. Geyimin keyfiyyətinin səviyyəsinin texniki-iqtisadi göstəricilərinin ierarxiya struktur sxemi
Geyimin keyfiyyət qiymətinin struktur sxemi çoxsaylı məqsədə uyğun faktor­ların necə ki, çox səviyyəli ierarxiya prinsipi quruluşların nüfuz etməsini göstərir: ümumidən xüsusiyə kimi (şəkil 1.3).

Geyimin keyfiyyəti özündə ən yüksək səviyyədə bütöv bir sistemi tərənnüm etdirir: özünü maliyyə xüsusiyyəti, hansı ki, ölçülərin sayı və geyimin keyfiyyəti qiymətinin kompleks göstəricisidir: K0 1-ci səviyyədə ierarxiya sistemi 2 yarımsistem göstəriciyə ayrılır; K1 – istehlakçı tələbini müəyyənləşdirərək, K2 – texniki-iqtisadi göstəricilərin keyfiyyətinin səviyyəsinin müəyyənləşməsi.

Hər bir yarımsistemin göstəricisi sinfi qruplaşma və vahid xüsusiyyətinin o göstəricisindən asılıdır ki, onlar ierarxiyada aşağı səviyyədə yerləşir. 0-cı səviyyədən mürəkkəblik səviyyəsi göstəricisi getdikcə azalır, əksinə onların sayı artır (şəkil 1.3). Əgər geyimin keyfiyyəti ən yüksək səviyyədə bir kompleks göstəricisi tam təyin edərsə, onda birinci səviyyədə onlar 2, 2-ci səviyyədə 8, 3-cü səviyyədə 20-dən çox olurlar.

İerarxiya struktur sxeminin ən aşağı səviyyəsinə 4 və 5-ci səviyyələr aiddir. Bu səviyyələri 70 vahid göstərici təşkil edir. Hansı ki, alət və vizual ölçmə ilə evrestik metod (nəzəri tədqiqat) istifadə edərək ekspert qiyməti vermək.

Bununla sistem açıq qalır, onu gələcəkdə başa çatdırmaq və yetişdirmək olar.

Miniatürdə üfüq xəttinin həqiqətdə olduğundan daha yüksək göstərilməsinə və fiqurların frontal fon üzərində sanki yastılaşmış təsvirinə tez-tez rast gəlinir. Bu qəbulu onunla izah etmək olar ki, insanın frontal təsviri onun haqqında daha geniş təsəvvür yaradır.

Yuxarıda deyilənlərin hamısı incəsənətin əsas amilləri olan kompozisiyada, bədii tərtibatda və modelləşdirmədə öz əksini tapmışdır. Modelləşmə prosesində hər bir rəsm əsəri işlənərkən mütləq bütün bəzəmə əməliyyatlarından istifadə etmək lazımdır. Ona görə də yüksəldilmiş üfüq xətti olan fon yuxarıdan (üstdən) təsvir olunurdu.

İncəsənətin tədqiqatçıları bunu belə izah edirlər: hər bir əsər həyatın hər hansı bir məqamını, epizodunu deyil, onun bütöv təsvirini allahın, əbədiyyətin nöqteyi-nəzərindən verirdi. Bu teosentrizm adlanırdı. Keçmiş əsərin əsas məqsədi təsvir olunan hadisəyə rəssamın fəal baxışı, daxili mövqeyini, kainatın kiçik bir hissəsini deyil, böyük dünyaya bənzəyən, rəssamın öz kiçik dünyasını, kainatını yaratmışdır. Elə məhz bu monumentallıq təsəvvürü yaradır. Əsərin kompozisiya həllinə (buraya həm perspektiv, rəsm, rəng, həm də işıqlandırma daxildir) dini-fəlsəfi və estetik baxışlar mühüm təsir göstərir və onu formalaşdırır. Kompozisiya quruluşunun qanunları, kompozisiya təkamülü uzun müddət ərzində tarixi, sosial-siyasi, bədii-estetik xarakterli dəyişiklikləri əsasən düzgün əks etdirir.

İlk zamanlar kitab illüstrasiyası rolunu oynayan şərq miniatürlərinin inkişaf tarixi buna inandırıcı misaldır. Əvvəlcə illüstrasiya mətndən çox asılı idi. İllüstrasiyaya mətnin sətirləri arasında,vərəqin boş hissələrində, kiçik üfüqi sahə ayrılırdı. Torpaq aşağıda ensiz zolaq şəklində verilirdi. Fiqurlar səhnədə, yaxud relyefdə olduğu kimi cərgə ilə yerləşdirilirdi. Peyzaj, ağac və ya kol, memarlıq isə şərti olaraq tac və ya sütun vasitəsilə verilirdi. Məsələn, istənilən hər hansı sahəyə modelləşdirmə prosesini daxil etmək olar. Eləcə də geyim növlərini modelləşdirdikdə bütün hissələrin modelləşməsini tətbiq etmək lazımdır.

Ümumiyyətlə, geyimlərin modelləşdirilməsi iki mərhələdə aparılır:

a) model haqqında təsəvvür yaratmaq;

b) həmin modeli materialdan hazırlamaq lazımdır.

Geyim modelləri geyimin növündən, onların hansı mövsümə aid olmasından asılı olaraq tərtib edilir. Eskizlərə əsasən geyim nümunələri hazırlanır. Bu modellərə bədii şurada baxılır, təsdiq edildikdən sonra istehsalata buraxılmasına icazə verilir. Təsdiq edilmiş modellər əvvəlcə modalar evində və ya fabrikin təcrübə sexində hazırlanır.

Modelyer-rəssamlar tərəfindən qarşıdakı mövsüm illər üçün məsləhət görülən geyim modelləri geniş xalq kütləsi arasında moda jurnalları, sərgilər və geyimləri nümayiş etdirməklə təbliğ edilir.

1.3.1. Keyfiyyətin idarə edilməsinin xüsusi funksiyaları və kompleks sistemləri
70-ci illərin əvvəllərində keçmiş SSRİ Dövlətstandart müxtəlif nazirliklərin müəssisə və təşkilatları ilə əməkdaşlıqda Kİ-nın əsas prinsiplərinin və metodolo­gi­yasının öyrənilməsi üzrə aktiv iş aparırdı. Kompleks sistemlərin (KS) yaradılması və tətbiqi Kİ-si haqqında bilik və istehsalatın qabaqcıl təcrübəsi əsasında həyata keçirilirdi. Bunun hamısı, Kİ-nın qurulmasının ancaq təşkilati-metodik vəziyyətini yaratmağa imkan vermişdir. Bununla bərabər, bu sistemlərin elementlərinə daha aşağı dərəcəli sistem kimi (yarımsistem) baxılmağa başlandı. Aşkar olmuşdu ki, Kİ sistemi konkret təyin olunmalıdır və uyğun olaraq onun bütün elementlərinə qarşılıqlı əlaqə xarakteri verən istiqamətli funksiya olmalıdır. Kİ sistemində belə funksiyanın realizə olunmasında həmişə idarə olunma obyekti (idarə olunan yarım­sistem) və idarə olunma subyekti (idarə edən yarımsistem) gös­tərmək olar. Onların arasında birbaşa (subyektdən obyektə-idarə edən informasiya və təsir) və əksinə (obyektdən subyektə-obyektin vəziyyəti haqda informasiya) əlaqə kanalları ilə əlaqə yaranmalıdır (şəkil 1.1). Şübhəsiz ki, başqa daxili və xarici əlaqələr də həyata keçirilməlidir. Vacib və prinsipial başlanğıc vəziyyət odur ki, Kİ istehsalatda idarə olunmanın ayrılmaz hissəsidir, yəni sistemli yanaşmada Kİ yarımsistemi bütün­lüklə istehsal sisteminə daxil olur.



Şək. 1.6. Təşkilatın (müəssisənin) keyfıyyətin idarəetmə sisteminin sadə modeli:
1-birbaşa əlaqə kanalı ilə keyfıyyətin idarə olunması üçün idarəedən təsir və informasiya;

2-əksinə əlaqə kanalı ilə idarəolunan yarımsistemin keyfıyyətinin vəziyyəti haqda informasiya; 3-sistemin girişində keyfıyyət; 4-sistemin çıxışında keyfıyyət (məhsulun, xidmətin, yerinə yetirilən öhdəliklərin keyfıyyəti); 5-keyfıyyətin idarəolunmasında xarici təsir; 6-xaric olunan informasiya və sənədlərin (həllin) keyfıyyəti; 7-ətraf mühitin keyfıyyəti haqqında informasiya.
Sistemin layihələrinin araşdırılması prosesində, layihə hazırlamanın bütün qaydalarına əməl etdikdə, həqiqətən kompleks Kİ-nin realizə edilməsinə, keyfiyyət sahəsində müəssisənin hərtərəfli fəaliyyətinin əlaqələndirilməsinə imkan yaran­mışdır. Bununla belə, əsas rolu sistemin layihəsinin ən əhəmiyyətli sənədlərindən biri olan – kompleks plan oynamalıdır.

Kompleks sistemlərin Kİ layihələndirmə və tətbiqetmə metodları demək olar ki, xalq təsərrüfatının bütün sahələrində inkişaf etmişdir. Elm və təcrübənin yaratdığı ən son tövsiyələr ilə işləyən müəssisələr, bir qayda olaraq, keyfiyyətin yüksəlməsi və təmin edilməsi sahəsində yüksək göstəricilərə nail olurlar. Kİ sisteminin fəaliyyəti nəticəsində yüksək keyfiyyətli məhsulun buraxılışı həcmi artır və müvafiq olaraq zay mal və reklamasiyaların sayı və s. azalır.

Kİ inkişafı İ sistemləri başqa idarəetmə sistemləri ilə zəif qarşılıqlı əlaqələndirilirdi.

11. Sistemin yaranması və fəalliyyəti zamanı Kİ-nın insani amili demək olar ki, nəzərə alınmırdı.

Bundan başqa, kompleks Kİ zamanı ticarət-texniki xidmətə və məhsulun xü­su­siyətlərinin onun tələbatına olan sosial-psixoloji təsirinə praktik olaraq diqqət ye­ti­rilmirdi. Bununla bərabər Kİ sistemlərinin effektivliyinin aşağı olması ancaq gös­tərilən çatışmamazlıqlarla şərtləndirilmir, həm də əhəmiyyətli dərəcədə aşağı sə­viy­yəli istehsalatın olması ilə bağlıdır.

Bizim ölkədə Kİ aid işlərin inkişafının təhlili göstərir ki, idarəetmədən sis­temli yanaşmanın nəinki keyfıyyət məsələlərində, hətta müəssisənin bütün fəaliy­yətində daha çox istifadə etmək lazımdır. Bu kimi təcrübə 70-80-ci illərdə SSRİ istehsalatında toplanmışdır. Onun ümümiləşdirilməsi, müəssisə tərəfındən istehsal sahələri və onun yarımsistemlərinin yaranmasını və fəaliyyətini qaydaya salan sə­naye müəssisələrinin və istehsalat birliyinin idarə olunmasında dövlət standartları kompleksinin yaradılmasına və eksperimental qaydada tətbiq edilməsinə imkan yaratdı. Belə istehsal sahələrinə Kİ-nin standartlaşdırma əsasında tətbiqi müəyyən dərəcədə işin texniki-iqtisadi göstəricilərinin yüksəlməsinə, onların fəaliyyətinin daha yüksək iqtisadi effekt almasına səbəb olur.

Bu proseslər tətbiq olunmuş bir çox müəssisələr hesab edirdilər ki:


  • idarə işinin fəaliyyəti qaydaya salınmışdır;

  • şöbələr arasında idarəetmə funksiyalarının tərkibi səmərəli bölünmüşdür;

  • idarəetmə aparatında fəaliyyətin təkrar edilməsi istisna olunurdu;

  • idarə işçilərinin məsuliyyəti və əmək intizamı artırdı, məsələnin həlli və standartların tələb olunması ilə çalışqanlıq və nəzarətin təşkil edilməsı yaxşılaşırdı.

Bütövlükdə bu standartların tətbiqi əvvəllər müəssisələrdə fəaliyyətdə olan bütün sistemləri qaydaya salırdı.

İstehsal sahələrinə Kİ-ni standartlaşdırma əsasında tətbiq etdikdə əsas çatış­ma­mazlıqlara və çətinliklərə o zaman aşağıda göstərilənləri aid edirdilər:

1) bir çox mütəxəssislərin belə sistemlərin yaradılması zərurətini anlamaması;

2) müəssisə rəhbərlərinin aşağı dərəcədə aktivliyi;

3) mütəxəssis və rəhbərlərin aşağı dərəcədə idarəetmə hazırlığı;

4) baş və baza təşkilatları tərəfındən zəif metodiki rəhbərlik;

5) idarəetmədə (təkmilləşdirmə və uyğunlaşmada) xüsusi şöbələrin olmaması;

6) inzibati komanda sistemi şəraitində idarəetmənin təkmilləşdirilməsi işində marağın olmaması.



II FƏSİL. İSTEHLAKÇI ERQONOMIK TƏLƏBINI TƏYIN EDƏN KEYFIYYƏT GÖSTƏRICILƏRI
İstehsalçıdan məlumatın xüsusiyyətini bilmək tələb edilir. Hansı ki, əşyanın sinfi müəyyən edilmiş tələbatı ödəmək üçün istifadə qənaətbəxşedici göstəricidə olsun. Məhsulun keyfiyyət göstəricisi istehlakçı keyfiyyət səviyyəsini 5 siniflə verilə bilər.

Geyimin keyfiyyət göstəricisinin spesifik xüsusiyyətinə baxaq (özünəxas xüsusiyyət).



Sosial göstərici məmulatın ümumi tələbatı ödəməsi, hansı ki, onların istehsalı və satışı üçün məqsədyönlü şərtləşmə ilə xarakterizə edilir. Ona görə sosial-iqtisadi tələbat təkcə texniki məsələlərin mərhələlərini öyrənmir, həm də geyimi layihələndirməzdən qabaq onun emalı üçün çeşidi müəyyənləşdirir.

Qruplaşdırılmış estetik göstərici – K131 – 4-cü səviyyənin aşağıdakı vahid göstəriciləri ilə xarakterizə edilə bilər.

Geyimin arxitektura forması K1231; klassik K2231; tektonik formalar K3231 (qabaq hissə).

Arxitektura cəhətcə məmulatın hormonik uyğunlaşması forması və rəngi, hissənin və bütünlükdə daxili ölçülərin strukturu başa düşülür. Klassik formanın bütün konstruktiv elementini və formaların qarşılıqlı əlaqəsi, konstruksiyada material xüsusiyyətini təyin edir.



Erqonomik göstərici. Erqonomik göstərici məmulatın insana erqonomik xüsusiyyət sistemi əsasında uyğunlaşma dərəcəsini xarakterizə edir: insan-məmulat-mühit.

Erqonomika yunan sözü olub ργον – iş, fəaliyyət və νόμος – «qanun» deməkdir. İnsanın konkret şəraitdə fəaliyyətinin kompleks öyrənilməsi insanlarla sənaye məmulatlarının qarşılıqlı hərəkət qanunauyğunluğu və onun əhatə edən mühitlə xarakterizə edilir. Bunun üçün də onu texnikada “insani faktor” elmi kimi adlandırırlar.



Funksional göstərici geyimin əsas məqsədyönlü funksiyasının təyinatı istehlakçının xarici aləmi və psixoloji fəaliyyəti ilə uyğunlaşdırmağa kömək edir. Məmulatın bütün xüsusiyyəti orqanik (üzvü) vahiddə daxil olmalıdır və onların həcmi təyinatından asılı olaraq sınmamalıdır. yalnız bu halda onlar verilmiş əşyanın xüsusiyyəti ola bilərlər, hansı ki, insana xidmət edir: təyinat, modelə olan tələbatla, konstruksiya və materiallarla təyin edilir. Funksional göstəricidə K21 3-cü səviyyədə ierarxiya struktur sxemində 2 göstəricisi vardır. K121 geyimin səviyyəsini xarakterizə edən əsas məqsədyönlü funksiya və K221 istehlakçının ölçü və köklük yaş qrupunun əsas mahiyyəti K121 – göstəricisinin ölçü səviyyəsi, geyimin müasir həyata, məişətə uyğunlaşma səviyyəsini təyin edir. K1121, K2121 konkret istismar şəraitini və insani fəaliyyətini təyin edir. K121 – göstəricisi 4-cü səviyyədən olan K1121 insanın xarici əhatəsinin uyğunlaşma dərəcəsinin və K2231 – insanın psixoloji yaş mahiyyətini təyin edən göstəriciləri özündə cəmləşdirir.

Estetik göstərici şəxsi tələbat əşyası kimi geyimin keyfiyyət qiymətində əsas yer tutur. Estetik göstərici olmazsa, geyim lazımsız əşyaya çevrilə bilər. Ona görə də geyimə olan estetik tələbat insanın spesifik tələbatını ödəməlidir. Estetik tələbat ən geniş görünüşdə insanın gözlənilən qanununa əsasən gözəlliyə və yaradıcılığa olan tələbatı müəyyənləşdirir. Sənaye məmulatına olan estetik tələbat bu məmulatın formasının estetik tələbatı məqsədyönlü ödəməsi və onun məmulatın məzmunu ilə funksional qarşılıqlı əlaqəsi, eləcə də bədii zövqə oxşaması harmoniyası stili və s. əhatə edir. Öz əksini cəmiyyətin estetik ideyalarına geyim bədii stil və tez-tez dəyişən modanın istiqamətlərini nəzərə alaraq layihələndirir.

Estetik göstəricilərin sinfindən belə çıxır ki, K31 üç qrupa bölünür: 3-cü səviyyədə müasir modaya və stilə əsaslanan – K131; modelin kompozisiyasının mükəmməlliyi, kamilliyi – K231; məmulatın mal görünüşü – K331; vahid estetik göstəricinin 4-cü səviyyəsi qruplaşmış göstəriciləri təşkil edir. Buraya aiddir: siluet K1131; detalların konstruktiv forması (biçim); K2131 modelin rəng həlli; K3131 materialın fakturası.

İnsanın və sənaye məhsulunun kontaktı erqonomikada bioloji kontaktda daha çox olur. Çünki məmulat onun bədəninin səthinin 80%-ni örtür. Təcrübəvi olaraq həmişə kontaktda və qarşılıqlı əlaqədə olur. İnsanın geyimə qarşılıqlı hərəkəti istiyə, soyuğa, təzyiqə, əzələ gərilməsinə hissiyyat yaradır. Sənaye məmulatının konstruktiv qiymətinin keyfiyyətini “rahatlıq” və “konfort” anlayışı izah edir. Buna görə də erqonomik keyfiyyət qiyməti insan geyim sistemində daha məqsədyönlü konkret göstəricilərdən istifadə edilərək müəyyənləşir. Elə bu səbəbdən ierarxiya sxemində 3-cü səviyyədə bu göstəricilər DÜİST-16035-81-ə əsaslanaraq qruplaşmış göstəricilərlə verilmişdir: antropometrik K141, gigiyenik K241, psixoloji K341.

Sənaye məmulatını layihələndirərkən insanla daha çox antropometrik göstərici kontaktda olur. Ölçülərin, formanın, rəngin və sairənin görmə qabiliyyəti görünən fəzanın bucaqları ilə müəyyən edilir [5].

İşin xarakterindən, mənbəyin bucaq ölçülərindən və alınan informasiyadan asılı olaraq beş əsas görmə sahəsini ayırmaq olar.

Görmə sahələr Cədvəl 2.1



adı

dərəcə ilə ölçülər

Yerinə yetirilən işlərin və görmənin qəbul edilməsi xarakteristikaları

vertikal

horizontal

1.Mərkəzi görmə sahəsi
2.Ani görmə sahəsi

3.Effektiv görünmə sahəsi


4.Az effektli görünmə sahəsi

5.Görmə ətrafındakı sahə



1,5-3

18-19


30-35

60-70

130-a qədər


1,5 -3

20-22


50-60

80-95

160-a qədər


Ayrı-ayrı qısa müddətli işlərdə (cihazların kiçik göstəricilərinin sayılması, qüsurun axtarılması və s.) göz üçün optimal məsafədə cisimləri daha aydın qəbul etmə
Məhdudiyyətli müddətli işlərdə(cihazların əsas göstəricilərinin sayılması, qüsurların sayılması,qüsurlaırn axtarılması və aradan qaldırılması, maşının kiçik sahələrində texnoloji prosesə nəzarət və müşahidə edilməsi) göz üçün normal məsafədə cisimlərin aydın qəbul edilməsi.
Uzun müddətli və tez-tez təkrar olunan işlərdə( maşında işçi sahə hədlərində texnoloji prosesləri müşahidə və nəzarət etmə) kiçik məsafədən cisimləri kifayət qədər qəbul edilməsi)

Böyük məsafədə cisimlərin qeyri aydın qəbul edilməsi (işçi yeri həddində,böyük xidmət sahələrində texnoloji proseslərə ümumi müşahidə)

Çox böyük məsafələrdə cisimlərin zəif qəbul edilməsi (texnoloji prosesi, bütün maşının vəziyyətinə və işçi yerini tez bir anda müşahidə)


Bu verilənlər əsasında əsas və köməkçi işçi hərəkətlərin sahəsinin sxemini qurmaq olar(cədvəl 2.1) və buradan avadanlığın elementlərinin optimal yerləşdirmə sahələrini təyin etmək olar.

Ayaq üstə durduqda optimal alınan sahələr, mm

Cədvəl 2.2



Sahələr

Kişilər üçün

Qadınlar üçün

Hündürlüyü (işçi sahələri)

Dərinliyi(maşının cəbhəsindən)

maşının cəbhəsində:

bir əl üçün..................

hər iki əl üçün................


700- 1200

0-600


480

1600


625 -1000

0-550


470

1300

İşçi sahələrin hündürlüyünün normativləri,mm

Cədvəl 2.3



Işin xarakteri

Sıfır qeydiyyat nöqtəsindən işçi səthə qədər olan hündürlük

minimum

optimal

maksimum

oturaq adi iş

oturaq xüsusi dəqiq iş

dəzgahlarda, maşınlarda, məngənələrdə və s.

oturduqda.......................... ayaq üstə...........................

işçi vəziyyətini dəyişmək imkanı olan işlər: oturduqda-durduqda


700

900


800

1000
950



725

950


825

1050
1000



750

1000


850

1100
1050




Yüklə 495,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə