Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “magistratura məRKƏZİ”



Yüklə 495,01 Kb.
səhifə4/5
tarix02.01.2018
ölçüsü495,01 Kb.
#19103
1   2   3   4   5

II qanunauyğunluq. II qanunauyğunluğun mahiyyəti ondan ibarətdir ki, orta çevrəli insanlara tez-tez rast olunur. Lakin ən böyük, ən kiçik döş çevrəli insanlara hərdən bir rast olunur. Buna görə də antropoloqlar isbat etmişlər ki, döş çevrəsi ilə uzunluq arasındakı funksional asılılıq daha doğrusu müəyyən əyrilərə gəlib çıxarır. Bu əyrilərin rastlaşması normal bölgü əyrisi yox, normal bölgü səthi verir və yaxud bu səth korelyasiya səthi adlanır (şəkil 2.8).

İki əlamətin bir-birindən asılılığı yenə də qrafiki olaraq müxtəlif əyrilərin birləşməsində böyük bir səthi təşkil edir. Eyni zamanda həmin səthin koordinat oxlarının kəsişməsində ellepsi verir. Bu elleps korellyasiya ellepsi adlanır.




Şəkil 2.8. Normal bölgü səthi (a) və korrelyasiya ellepsi (b)
Yuxarıda deyilənləri kişi bədən fiqurası üçün ölçü və uzunluqlar arasındakı bölgü qanunauyğunluğunu aşağıdakı cədvəldə araşdıraq.
Üçüncü qanunauyğunluq. Bu qanunauyğunluqda orta döş çevrəli insanlarla, orta boylu uzunluqlu insanlar arasındakı asılılıqdan danışacağıq. Yəni orta döş çevrəli və orta uzunluqlu insanlara həyətda tez-tez rast olunur. Lakin ən böyük, ən kiçik döş çevrəli və boy uzunluqlu insanlara hərdənbir rast olunur. Belə bir əlamətin bölünməsi, normal bölgüyə uyğun gəlir. Nəticədə düz xətt qanunu və ya korellyasiya hadisəsi yaranır. Korellyasiya latın sözüdür, “hadisələr arasə əlaqə” deməkdir. Yəni bir əlamətin dəyişməsi ilə o biri əlamətin nə dərəcədə dəyişməsi izah olunur. Məsələn,

P=161 sm; Çd=86 sm

P=164 sm; Çd=87 sm

P=167; Çd=88 sm

Boy uzunluqları 3 sm artdıqda döş çevrəsi 1 sm artır və əksinə döş çevrəsi 2 sm artdıqda uzunluq 1,5 sm artacaq. Deyilənləri qrafiki olaraq göstərək. Qrafikdən görünür ki, 2 əlamətin bir-biri ilə rastlaşması normal bölgüdə düz xətt və ya reqrasiya xətti verir. Riyaziyyatdan bildiyimiz kimi, düz xətt tənliyini yazsaq (şəkil 2.8),

x1=a1+a2x2





Şəkil 2.8. Reqrasiya xətti
x2x3-dən asılılığını çoxluqlar reqressiyasını yazsaq,

x1=a1+a2x2+a3x3 alarıq.

Burada, a1, a2, a3-lər reqresiya əmsalları adlanır. X2, x3-lər isə əlamətin dəyişmə böyüklüyünü göstərir. Bu iki əlamətin bir-birindən asılı olaraq dəyişməsini statiki riyaziyyatda korrelyasiya əmsalını aşağıdakı kimi hesablamışlar:

Burada, M-lər orta hesabi uzunluqdur; x-lər əlamətin dəyişməsidir; n – ölçü əlamətlərinin sayıdır; δ12- isə orta kvadratik əyintidir.

Reqresiya əmsalına görə aşağıda belə bir asılılıq meydana çıxır:

qədər olduqda, yüksək əlaqə dərəcəsi meydana çıxır. Əgər belə olsa, hər iki əlamətin arasında funksional asılılıq vardır. Əgər olarsa, onda kiçik əlaqə yaranar. Bu deyilənlərdən statiki riyaziyyatda sadə reqresiya tənliyini aşağıdakı kimi yazsaq, belə alarıq:



etsək və yuxarıdakı düsturda yerinə yazsaq, onda aşağıdakını alarıq:



Sadə reqresiya tənliyini statiki riyaziyyatda aşağıdakı kimi salsaq, onda aşağıdakını alırıq və reqresiyanın yeni əmsallarını təyin edirik:



Bu tənlikdə



ifadələri reqresiya əmsalları adlanır.

Yuxarıdakı tənlikdəki indeksdəki bir rəqəmləri tabeli ifadələrdir, rəqəmləri isə aparıcı ifadələr hesab edilir.

Tikiş istehsalında məhsulun sinifləşməsi üçün 95 nömrə altında sərbəst sinifə ayrılmışdır. Bu sinif belə adlanır: 85 “Tikiş məmulatı”. Tikiş məmulatı təsnifatda ardıcıl olaraq sinifə, yarımsinfə, qrup-yarımqrupa, görünüşə və qruplaşdırmalara ayırırlar. Məhsulun şərti qruplaşdırılması sistemi ayrıca aydınlaşdırılır.

Məhsul şərti qısaldılmış göstəricilərlə qarşılıqlı əlaqəli şriftlə, kodla göstərilir. Hər bir əlamətin xarakterizə edilməsi üçün 10 ədəd müəyyən edilmişdir. Bunu aşağıdakı sxemdəki kimi görürük:

Sxemdən göründüyü kimi, kodun 2 dərəcəsi sinifi göstərir (85 kod) 3 dərəcəsi yarımsinfi göstərir.

Bu yarımsinfə 1 – üst geyimlər; 2 – kostyumluq, paltarlıq geyimlər; 3 – dəyişək məmulatı; 4 – baş örtükləri; 5 – xüsusi tərtibatlı geyim və s.

Kodlaşma 4-cü dərəcədə qruplaşdırma məhsulun məmulatları toplusu, məmulatın moda konstruktor həlli müəyyənləşdirilir.

Burada 1 – palto, 2 – palto, 5-dən 7-dək üst köynəkləri, donlar və s. nəzərdə tutulur. 5-ci dərəcədə yarımqrupun xammal tərkibinə görə kodlaşması göstərilir.

1 – pambıq parça;

2 – kətan və qarışıq liflərdən olan parça;

3 – trikotaj polotnosu: ipək, sintetik və qatışıq ipliklərdə olan parça;

4 – yarımyun parça;

5 – toxunmayan material;

6 – dərəcə yaş əlamətinə görə görünüş (kişilər üçün geyim, 2-qadınlar üçün geyim, 3-məktəb yaşlı uşaqlar üçün geyim və s.).

Kodlaşmanın 7-ci dərəcədən 10-cu dərəcəyə qədər görünüşün daxili sinifləşməsidir. Aşağıda kodun konkret şəkildə ardıcıllıqla bütün dərəcələr üzrə sinifləşməsində misal göstərilmişdir. Yuxarıda qeyd etdik ki, tikiş məmulatının sinifləşməsi və kodla idarə olunması 85 rəqəmi ilə göstərilir:

8500000000 – tikiş məmulatı;

8510000000 – üst geyimlər;

8511000000 – palto;

8511100000 – pambıq parçadan olan məmulat;

8511110000 – kişi geyimləri;

8511111000 – qış geyimləri;

852320000 – ipək parçadan qadın geyimləri.


Antropologiya insan bədən fıqurunun dəqiq öyrənilməsi elə geyimlərin model­ləşdirilməsinə və konstruksiyasına gətirib çıxarır[9]. Yuxarıda deyilənləri əsas tuturaq, geyimlərin nömrələnməsi anlayışı meydana çıxmışdır. Geyimləri nömrələmək üçün məmulatın ölçüsünü təyin etmək deməkdir. Məmulatın ölçüsünü təyin etdikdə insan bədən fıqurunda döşünün tam çevrəsi ölçülür. Üzərinə 4 sm əlavə edilir və 2-yə bölünür, Sq ilə işarə edilir.

Döşün əhatə çevrəsi ölçülərkən, ölçü lentası üst məmulatlar üçün alt məmulatın və yaxud yüngül dəyişəcək məmulatlarının üzərindən götürülür. Memulatın ölçüsü bütün O məmulatlara aid olan ölçülərin əsası sayılır. Yuxarıda dediyimiz kimi insan bədən fıqurları, ələlxüsus qadın fıqurları köklüklərlə əlaqədardır. Ona görə də kiçik yaşlarında 19,5% kiçik, 50,5% orta, 25,5% böyük köklüyü təşkil edir.

35% şkaladan kənar adlanır. Aşağıdakı cədvəldə kişi və qadın fıqurlarının uzunluq, döş çevrələri və bel çevrələri ilə əlaqələndirərək ölçüləri göstərilmişdir. Həmin cədvəldə kişi və qadın fiqurlarının köklüyü, uzunluqları, daha doğrusu hansı uzunluqların uyğun gəlməsi göstərilmişdir.

Cədvəl 2.9





Uzunluq

Kişilər

Qadınlar

Köklük

Bədənin orta uzunluğu (sm)

Oч

Bədənin uzunluğunun sərhəddi

Ot

Bədənin orta uzunluğu (sm)

Bədənin uzunluğunun sərhəddi

Oч

Ot

I

158

88

155-160,9

70

146

143-148,9

70

88

M-I

II

164

88

161-166,9

76

152

149-154,9

76

88

S-II

III

170




167-172,9

82

158

155-160,9

82




B-III

IV

176




173-178,0

88

164

161-166,9

88




OB-IV

V

182




179-184,9

94

170

167-172,9

94




M-I

VI

188

128

185-190,9

100

176

173-178,9

100

136

S-II




























O-III

Yuxarıdakı cədvəldən görünür ki, kişi və qadın fiqurlarının uzunluq ölçüləri qanunauyğunluqla 6 sm intervalla arta-arta gedir. Ölçülər isə 4 sm intervalla artır. Aşağıdakı cədvəldə yeni qruplar və köklüklərə görə insan bədən fiqurlarının ölçüləri verilmişdir. Cədvəl 2.10




Köklüklər

Yaş qrupları

Ölçülər, sm

Kişilər

Qadınlar

M (kiçik)

Kiçik (20-29) yaş...

Orta (30-44) yaş...



88-104

88-128


88-104

88-136


C (orta)

Kiçik (20-29) yaş...

Orta (30-44) yaş...

Böyük (45-59) yaş...


88-104

88-128


88-128

88-104

88-136


88-136

B (böyük)

Kiçik (20-29) yaş...

Orta (30-44) yaş...

Böyük (45-59) yaş...


88-104

88-128


88-128

88-104

88-136


88-136

OB (lap böyük)

Orta (30-44) yaş...

Böyük (45-59) yaş...



88-128

88-128


88-136

88-136

Cədvəldən görünür ki, lap böyük köklük, ancaq kişi qruplarına aiddir. Bu köklük qarın nahiyəsi ilə əlaqədardır. Əvvəlki dərslərimizdən bilirik ki, antropoloqlar ölçü şkalasını tərtib edərkən, ölçülər əlaqə dərəcəsinə görə bir-birilə əlaqədar olaraq alınmasını göstərməlidirlər.

Bilirik ki, insan bədən fiqurundan 80-dən 100-ə qədər ölçü götürülür. Bunlardan əsas və köməkçi ölçülər olur. Aşağıdakı 3 mərhələdə ölçülər fərqlənirlər:

1. Bütün ölçülər uzunluq (P) və döş çevrəsindən (O2) asılıdır. Bu asılılığa sıx əlaqə dərəcəsi deyilir. Belə ölçülər 50-dən yuxarıdır.

2. 20-dən yuxarı ölçülər döş və bel çevrələrindən asılıdır (Dтп, Dтс, Шт, Шcvə s.).

3. Bir neçə ölçülər qarın nahiyəsi ilə əlaqədar olaraq döş çevrəsindən, uzunluğundan və sarğı çevrəsindən asılıdırlar (D7b, D7k, Dcb).

Antropologiyanın tədqiqatları nəticəsində ölçülər götürülərkən insan bədən fiqurundan paltarsız çıxarılan ölçü ilə və paltarlı çıxarılan ölçü arasında olan boşluğu buraxılış payı ilə əlaqələndirmişlər. Bunları aşağıdakı cədvəldə göstərmək olar: Cədvəl 2.11




Ölçülərin adları

Paltarın böyüklüyü, sm

kişi

qadın

uşaq

Döş çevrəsi OгI

4,0

1,0

1,0

Döş çevrəsi OгII

-

4,0

4,0

Bel çevrəsi Oт

1,5

1,5

1,5

Sarğı çevrəsi Oя

4,0

4,0

4,0

Döşün eni Шг

1,0

2,0

10-20

Kürəyin eni Шc

0,5

0,6

0,5-0,6


III FƏSİL. GEYIM DETALLARININ AÇILIŞININ ERQONOMIK LAYIHƏLƏNDIRMƏ PRINSIPLƏRI

Bunlardan başqa tikiş sənayesində erqonomikanın layihəçi- aşağıdakıları bilmək lazımdır:

a)yolun uzunluğundan asılı olmayaraq, əlin hərəkətə başlaması və qurtarması üçün lazım olan vaxt təqribən sabit olmalıdır;

b)əlin fasiləsiz əyrixətli hərəkəti, istiqaməti birdən birə dəyişdikdə hər bir əllə daha tez həyata keçirilməlidir.

c)fırlanma hərəkəti irəliləmə hərəkətindən daha tez yerinə yetirməlidir

d)əlin horizontal hərəkəti vertikal hərəkətə nəzərən tez və dəqiqdir.

e)dəqiq hərəkətləri ayaq üstə durmağa nəzərən oturaq yerinə yetirmək daha məqsədəuyğundur.

f)düz bucaq altında hərəkəti ,kor bucaq altındakına nəzərən daha dəqiq yerinə yetirmək olur.

g)ən az qüvvə sərfi- sonradan sürətin azalması ilə birdən birə təsir etməklə olur.

h)əllərin “özünə sarı” istiqamətdə hərəkəti “özündən o tərəfə” istiqamətində hərəkətə nəzərən daha tezdir,lakin sonuncu böyük dəqiqliyi ilə fərqlənir.

i)horizontal müstəvidə “irəli-geri” hərəkət yan hərəkətə nəzərən daha tezdir.

İnsanın hərəkət imkanlarına əsaslanaraq və anotomik verilənlərini nəzərə alaraq erqonimika, idarəetmə və nəzarət üzvülərinin yerləşmə sahəsini müəyyən edir. Əllərin çiyindən yuxarı olmayan və rahat sallanmış əlin aşağı biləyindən çatan hədləri optimal sahə qəbul etmək olar.

Erqonomika ilə işçi fəzada siqnal qurğularının və idarəetmə orqanlarının yerləşdirilməsinin bir neçə prinsipi müəyyən edilmişdir. İngilis alimi E.Dm. Mak- Kormikin işləyib hazırladığı qruplaşdırma prinsipi böyük maraq doğurur:

1.funksional təyinatına görə

2.əhəmiyyətindən asılı olaraq

3.konkret əməliyyatı və yaxud əməliyyatlar qrupunu yerinə yetirmək üçün optimal yerləşmə prinsipi üzrə;

4.yerinə yetirilən əməliyyatlardan istifadə edilmə ardıcıllığına və yerinə yetirilən əməliyyatların ardıcıllığı prinsipinə əsasən

5.istifadə edilmə tezliyindən asılı olaraq

Toxuculuq yüngül sənaye və məişət xidmət maşınlarına xidmət edilməsinin spesifik xüsusiyyətlərinədn asılı olaraq, layihəçi erqonomikanın verilənlərinə istinad edərək aşağıdakıları təmin etməlidir:


  1. bütövlükdə maşının işçi sahənin istənilən nöqtəsindən nəzarət tələb edən və onun ayrı-ayrı hissələrinin yaxşı görsənməsini. Əgər bu mümkün deyilsə,onda texoloji

prosesin gedişinə nəzarət edən effektiv nəzarətedici və siqnaledici vasitələrin olmasını nəzərdə tutmaq;

Şəkil 3.1 İnsanın görmə bucaqları: a- horizontal müstəvidə;



б-vertikal müstəvidə
b)diqqəti nasazlıqların baş verə biləcəyi yerlərə yönəltmək lazımdır;

c)məsafədən nasazlıqları tez və asanlıqla müəyyən etmək imkanın olmasını belə ki, eyni zamanda bir neçə texnoloji proses pozulduqda , operator tez bir zamanda optimal hərəkət marşurutun seçə bilsin;

d)xidmət edən personalın işçi sahədə və maşının yanında sərbəst və ən qısa yolla hərəkət etməsini;

e)xidmət edilməsi ilə əlaqədar tələb olunan işlərin daha asanlıqla yerinə yetirilməsi üçün maşının ətrafında kifayət qədər fəzanın olmasını;

f)əsas işçi yerlərinin xüsusən bilavasitə əl işləri yerinə yetirilən sahələrin optimal formasını və kompanovkasını;

g)xidmət və təmizləmə tələb olunan yerlərə sərbəst girişin olmasını;

h)avadanlığın işə salma, dayndırma sazlama və nəzarət üzvülərə ilə manipulyasiya etmənin asanlığını

i)köməkçi vasitələrdən və avadanlıqlardan istifadə etmək üçün sərbəst fəzanın olmasını;

j)əl işlərinin tez bir vaxtda yerinə yetirilməsini və təhlükəsizliyini;

k)ayrı-ayrı maşınların və sahələrin və bütövlükdə sexin hormonik birliyini.



Kompozisiya bədii formanın ayrı-ayrı cəhətlərini (həcm və fəzanın real, yaxud xəyali yaradılması, simmetriya və asimmetriya, miqyas, ahəng və mütənasiblik, nüans və kontrast, perspektiv,qruplaşdırma,rənglərin uyarlılığı və s.) birləşdirir[10].

Geyim detallarının açılışını dəqiq yerinə yetirmək üçün insan şüurunda dəqiq dərk etmə və hafizədən möhkəmlik tələb olunur. Təsviri incəsənətdə də qeyd olunur ki, müəyyən detalın açılışını verdikdə təsəvvür anlayışı dərin olmalıdır ki, açılış üzə­rində işləyən şəxs kağız üzərində işləyərkən cızma-qaralara və pozuntulara vaxt sərf etməsin. Ona görə də hazırki şəraitin tələblərinə uyğun olaraq yeni layi­hə­ləndirmə prinsipləri irəli sürülsün. Yəni EHM maşınının və müəyyən avtomatik qur­ğulardan istifadə edərək proqramını tətbiq edib istədiyimiz nəticəni avtomat­laş­dırılmış şəkildə ala bilərik. Ona görə də geyimlərin konstruksiyasının baza əsasını qurmaq üçün müəyyən şərti işarələr qeyd olunur. Həmin şərti işarələr əsasında qiymətlərlə maşına verilir. Əgər açılışın hesabatı və bir ölçünün digər ölçüyə köməyi tələb olunursa, onda o maşının köməyi vasitəsilə yerinə yetirilmişdir. Geyim detal­larının açılışını yerinə yetirmək üçün müxtəlif üsullardan istifadə edilir. Bu üsullar­dan biri də riyazi modelləşdirmə üsuludur. EHM-də əməliyyatı yerinə yetir­mək üçün riyazi model tərtib edilir. Riyazi model o deməkdir ki, modellərin dəyişmə cəmini özündə yığışdırsın. Bunun üçün bir neçə riyazi formalar verilmişdir. Məsələn, tikiş məmu­latlarının riyazi modelini təyin etmək üçün aşağıdakı formuladan istifadə edirlər:



Burada, MMm – tikiş məmulatının riyazi modelidir, MMbk – baza konstruksiyasıdır, MMdke – məmulatın dekorativ konstruktiv elementləridir.

Yuxarıdakılardan başqa məmulatın konstruksiyasının və ya detallarının açılışını verdikdə mütləq müəyyən parçanın konstruktiv parametrlərini təyin etmək lazımdır. Bunun üçün aşağıdakı formula verilmişdir:



Burada, Rk – konstruktiv parçanı göstərir; f – diskriminant əmsalıdır; ti – ölçü əla­mət­ləridir; uj – konstruktiv paylardır; cn – sərbəst həddir; pd – keyfiyyət göstəricisidir.

Məsələn, konstruksiyada müəyyən bir hissənin qurulmasını aşağıdakı verilən formula ilə təyin edirlər. Bunun üçün mütləq koordinat oxları və parametrləri təyin olunur. Bunu isə aşağıdakı riyazi formula ilə təyin edirlər:



Burada, aebi - əmsallardır; Ti – ölçü əlamətləri; Pj – sərbəst əhatə paylarıdır; Pm – düzəliş paylarıdır; sn – sərbəst həddir.

Pm=Pur

Bu formuladan istifadə edərək aşağıdakı cədvəldə göstərildiyi kimi kürəyin orta xəttinin quruluşuna baxaq.



3.1. Geyim detallarının açılışında torundan istifadə yolları
İnsan bədənin xarici səthi mürəkkəb həcmli quruluşa malik olduğu üçün müstəvi detal üzərində bu səthin açılışının qurulması müəyyən çətinliklər törədir. Müstəvi parça polotnosu elastiklik, drapillənmə kimi xassələrə malik olduğundan onun vasitəsilə bədənin səthini öyrənmək mümkündür. Lakin bu örtük bədən üzərində onun səthinin formasını bütövlüklə ala bilmir. Bədənin müəyyən hissəsini, məsələn, çiyin, döş, bel, çanaq və s. örtük üçün detallara müəyyən həcmi formalar vermək lazım gəlir. Bunun üçün tikiş və qarsaqların isti nəmləndirmə əməliyyatının təsirindən və konstruktiv vasitələrdən istifadə olunur[11]. Qarsağın sayı toxucu geyimlərinin əmək tutumunun artmasına səbəb olur. İsti nəmləndirmə əməliyyatı isə materialın deformasiyasına əsaslandığı üçün onların vaxtından qabaq yorulmasına və bundan başqa geyimlərə verilmiş formanın zaman müddətində relansiyasiya etməsinə səbəb olur. Buna görə də ən düzgün yol müxtəlif konstruktiv quruluşla bədən hissəsinin örtüyü üçün geyim detallarını elə konstruksiya etmək lazımdır ki, onlar üst-üstə düşsünlər. Bu məsələ ilə ilk dəfə elmi şəkildə 1878-ci ildə rus alimi Çebışev məşğul olmuşdur. Çebışevin “Geyimlərin biçilməsi haqqında” əsərində müstəvi tikiş materialı vasitəsilə mürəkkəb həcmli səthə malik olan cisimlərin əhatə oluna bilməsi məsələlərinin mümkünlüyü haqda müddəalar verilmişdir. Çebışev göstərir ki, həcmli cisimləri örtmək üçün həmin örtüyə tor kimi baxmaq lazımdır. Sübut olunmuşdur ki, damanın ölçüləri detalın ölçüləri ilə müqayisə oluna bilən tərtibdə olan tor həmin detalı qırışsız, qatsız əhatə edə bilər. Buna görə də həcmli detalların örtülməsi üçün materialı seçərkən və bu materialı biçərkən tordan istifadə etmək məsləhət görülür. Çebışevə görə tor detalı əhatə edərkən onun kvadratının tərəfləri arasındakı bucaq dəyişiyindən materialın özü deformasiyaya uğrayır. Təklif olunur ki, detalların formasını almış tor müstəvilərin üzərinə keçirilən və bu yolla həmin detalın açılışı qurulmuş olsun.

Yüklə 495,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə