Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

53 

 

güdür. Həmin məhdudiyyətlər tarif və qeyri-tarif məhdudiyyətlərinə bölünür. Tarif 



məhdudiyyətləri  idxal  və  ixraca  tətbiq  olunan  gömrük  rüsumlarının  tarif 

dərəcəsinin  azaldılması  və  ya  ləğv  edilməsi  ilə  müşaiyət  hesab  olunur.  MDB 

çərçivəsində bu istiqamətdə müəyyən işlər görülür. Buna misal kimi göstərə bilərik 

ki,  Azərbaycanla  Rusiya  Federasiyası,  Qazaxıstan,  Gürcüstan,  Ukrayna  və 

Belorusiya  arasında  bağlanmış  Azad  Ticarət  Sazişinə  uyğun  olaraq  həmin 

ölkələrdən  Azərbaycana,  Azərbaycandan  isə  həmin  ölkələrə  idxal  olunan 

mallardan  idxal  rüsumları  alınmır.  Lakin  Rusiya  Federasiyası  və  Qazaxıstanla 

Azərbaycan arasında  Azad  Ticarət Sazişinə  istinalar  mövcuddur.  Həmin  istisnalar 

əsas  etibarı  ilə  aksizli  malları  əhatə  edir.  Onu  da  qeyd  edək  ki,  istisnalar  digər 

MDB üzvi dövlətləri arasında da mövcuddur və bütövlükdə MDB çərçivəsində bu 

istisnaların ləğv edilməsi istiqamətində tədbirlər görülməkdədir. Qarşılıqlı ticarətdə 

qeyri-tarif maneələri, daha doğrusu, kvotalaşdırma və lisenziyalaşdırma məsələləri 

üzrə  zərurət  tələb  edən  tədbirlərin  həyata  keçirilməsi  MDB-yə  üzv  dövlətlərinin 

qarşısında duran ən mühüm məsələlərdən sayılır.  

 

İnkişaf  etmiş  bazar  iqtisadiyyatlı  ölkələrdə,  o  cümlədən(ABŞ  və  Yaponiya) 



da ÜDM-də ixracın payı 10-11 faiz təşkil edir. Rusiyada bu göstərici, 1992-ci ildə 

62  faizə  qalxmış(xarici  ticarət  inhisarını  şok  vəziyyətinə  gətirmiş  ləğvinin 

nəticəsidir),  yalnız  sonralar  aşağı  düşmüşdü  (1994-28%,  1997-20%).  Bu  halda 

əmtəə  dövriyyəsinin  həcmi  həmin  illər  ərzində  1,5  dəfə  qalxmışdı  (150  milyard 

dollaradək-dünyada 15-16-cı yer). Rusiyada orta idxal tarifini (14-15 faiz) 2005-ci 

ilədək  1/3-ə  qədər  azaltmaq  nəzərdə  tutulur.  Azərbaycanda  da  bu  istiqamətdə 

məqsədyönlü  iş  aparılır.  Hazırda  ölkəmizdə  idxal  rüsumlarının  ən  yüksək  həddi 

15%  təşkil  edir.  2005-ci  il  yanvarın  1-nə  gömrük-tarif  rüsumları  üzrə  orta  dərəcə 

8,4%-dən 5,7%-ə endirilmişdir. 

 

Keçən  müddət ərzində xarici iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi 



və  gömrük  orqanlarında  maliyyə-vergi  mexanizminin  təkmilləşdirilməsi,  gömrük-

vergi  qanunvericiliyinə  dair  normativ-hüquqi  bazanın  möhkəmləndirilməsi 

istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. 



54 

 

 



Azərbaycanda  sahibkarlığın  və  regionların  inkişaf  etdirilməsi  məqsədilə 

xüsusi  dövlət  proqrqmlarının  qəbul  edilməsi,  sahibkarlıq  fəaliyyətinə  mane  olan 

bürokratik  əngəllərin  aradan  qaldırılmasına  yönəldilən  tədbirlər,  eləcə  də  mövcud 

problemlərin  aradan  qaldırılması,  xarici  iqtisadi  fəaliyyət  iştirakçılarına  sağlam 

rəqabət  şəraiti  yaradılması  üçün  gömrük  orqanlarının  modernləşdirilməsi  üzrə 

tədbirlər  planına  uyğun  olaraq,  spesifik  rüsumların  advalor  rüsumlarla  əvəz 

edilməsinin  mərhələli  qrafiki  başa  çatdırılmışdır.  Nəticədə  spesifik  rüsumların 

advalor  rüsumlarla  əvəz  edilməsinə  dair  Nazirlər  Kabinetinin  müvafiq  qərarı  ilə 

daha 6 mal qrupu üzrə spesifik rüsumlar advalor rüsumlarla dəyişdirilmişdir. 

 

Yüksək  gömrük  rüsumlarına  baxmayaraq  bəzi  məmulatlar  çoxlu  miqdarda 



ölkəyə  idxal  oluna  bilər.  Lakin  idxal  kvotaları  ölkəyə  istənilən  kəmiyyətdə 

əmtəələrin  gətirilməsini  qadağan  edir.  Kvotanın  son  həddi  embarqodur.  Embarqo 

qadağan  edildikdə  ayrı-ayrı  məhsulların  idxalı  qadağan  olunur.  Qeyri-tarif 

maneələri  dedikdə  lisenziyalaşdırma sistemi  nəzərdə tutulur.  Bundan başqa  qeyri-

tarif  maneələrinə  məhsul  keyfiyyətinin  standartının  müəyyən  edilməsi,  bürokratik 

amillər və s. aiddir. Məsələn, Yaponiya və Avropa dövlətləri çox zaman idxalçıdan 

lisenziya almağı tələb edirlər. Lisenziyaların verilməsini məhdudlaşdırmaq yolu ilə 

idxalı məhdudlaşdırmaq çox asandır. 

 

Azad  ticarətə  maneçilik  törətdiyi  və  iqtisadi  səmərəliliyi  azldığı  halda  nə 



üçün  dünya  praktikasında  gömrük  rüsumları  və  kvotalardan  istifadə  olunur. 

Ölkələr  ümumilikdə  azad  ticarətdən  çox  şey  uda  bilərlər.  Lakin,  azad  ticarət 

istehsalın  ayrı-ayrı  sahələrini  pis  vəziyyətdə  qoya  bilər.  Sahibkarların  bir  qrupu 

özlərinin  iqtisadi  mənafelərini  qoruyub  saxlamaq  üçün  hökuməti  yüksək  gömrük 

rüsumları  və  kvotalar  tətbiq  etməyə  çağırırlar.  Beləliklə  də  onlar  özlərini  azad 

ticarətin mənfi təsirindən qoruya bilirlər. 

 

Ölkə  sərhəddindən  gömrükxana  nəzarəti  altında  keçirilən  əmlak,  əmtəə, 



qiymətli  şey  və  s.-dən  tutulan  pul  məbləğinə  gömrük  rüsumu  deyilir.  Gömrük 

rüsumlarını  müxtəlif  əlamətlərinə  görə  təsnifləşdiririrlər:  Əməliyyatın  xarakterinə 

görə gömrük rüsumları üç qrupa bölünür:  

 

1.ixrac gömrük rüsumları 




55 

 

 



2. idxalat gömrük rüsumları 

 

3. tranzit gömrük rüsumları 



 

Gömrük  rüsumları dövlətin  gömrük tarifləri  ilə  müəyyə etdiyi dərəcələr  üzrə 

tutulur.  Tarif  stavkasından  asılı  olaraq  gömrük  rüsumları  bir  neçə  əlamət  üzrə 

təsnifləşdirilir: 

 

1. diferensial gömrük rüsumları  



 

2. qoruyucu gömrük rüsumları 

 

3. preferensial gömrük rüsumları.  



 

Belə  olan  şəraitdə  respublikada  istehsal  olunan  məhsullara  analoji 

məhsulların  gətirilməsini  digər  vasitələrlə,  məsələn,  aksiz  vasitəsilə  tənzimləmək 

olar.  Bu  məhsullardan  hələlik  yalnız  spirtli  içkilərin  və  tütün  məmulatlarının 

idxalına  aksiz  vergisi  tətbiq  edilir.  Respublikaya  gətirilən  mallara  vahid  idxal 

rüsumunun tətbiqi nəticəsində daxili bazarda qiymətlərin artmasının qarşısını milli 

valyutanın  məzənnəsinin  yüksəldilməsi  hesabına  da  almaq  olar.  Azərbaycanda 

gömrük siyasəti yenicə formalaşmaqdadır. Gömrük orqanları həm inzibati, həm də 

iqtisadi siyasət həyata keçirirlər. 

 

Beynəlxalq  Maliyyə  Təşkilatları  dünyanın  110  ölkəsinin  son  60  ilə  aid 



statistik göstəricilərini dərindən təhlil edərək, axırda bir neçə nəticə çıxarmışlar. Bu 

nəticələrdən  biri  də  odur  ki,  “xarici  iqtisadi  əlaqələr  vergiyə  nə  qədər  çox  cəlb 

olunarsa,  ölkənin  iqtisadi  artımı  bir  o  qədər  ləng  gedər.  Leqal  biznes  əlverişsiz 

olduqda, onun yerini qeyri-leqalı tutur”. 

 

1980-cı  illərin  ikinci  yarısında  Türkiyədə  baş  nazir  Turqut  Özalın  rəhbərliyi 



altında  xarici  ticarətin  liberallaşdırılması  istiqamətində  atılan  addımlar  müsbət 

nəticə  verdi.  Hökumətin  “açıq  qapı”  strategiyası  ixracata  xidmət  edən  xalq 

təsərrüfatı  sahələrinin  inkişafına  və  beləliklə  də  ölkənin  valyuta  ehtiyatlarının 

artmasına  imkan  yaratdı.  Dövlət  idxalı  da  getdikcə  liberallaşdırılması  xəttini 

seçərək,  daxili  himayədarlıq  tədbirlərini  azaltmağa  səy  göstərdi.  Turqut  Özalın 

fikrincə  idxalatın  liberallaşdırılması  bazarın  qapılarını  xarici  mallar  üçün  geniş 

açmaqla  yanaşı,  ölkə  daxilində  rəqabət  mübarizəsi  üçün  eyni  şərait  yaradır,  yerli 

istehsalçıların  məhsullarının  istər  daxili,  istərsə  də  xarici  bazarlarda  rəqabət 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə