42
olunan vəziyyətdir. Süni qan dövranı, anesteziya və kardiohimayəçi üsulların daimi
təkmilləşməsinə baxmayaraq açıq ürəkdə aparılan operasiyalardan sonrakı kəskin
ürək çatmazlığının tezliyi 3,6-15,4% təşkil edir.
V.J.Burakovskinin və həmmüəl.(1972) tərtibatına görə ürək çatmazlığını
aşağıdakı parametrlərə görə ayırd edirlər:
-
Səbəb – tədqiqat əlaqələrinə görə;
-
Inkişaf sürətinə - ildırımvari,
tez və ləng proqressivləşən;
-
Kompensə dərəcəsi və gedişinin ağırlığı - kompensə olunan və
dekompensə olunan (I və II dərəcə).
Kəskin ürək çatmazlığının əsas patogenetik faktorlarını iki qrupa bölmək olar
–
kardial və ekstrakardial.
Kardial faktorlar:
Əməliyyat zamanı ürək toxumasında zədələnmə
a)
miokardın
b)
koronar arteriyaların
c)
klapan aparatının
d)
keçirici sistemin başlanğıcda miokardın
zəifliyi,
qüsur və ya
kardiohimayəçinin uyğyn gəlməyən bərpası.
Əməliyyatın əsas mərhələsi icra olunarkən baş verən miokard işemiyası
kardiositlərdə kalsumun hüceyrə daxili mübadiləsinin pozulmasına gətirib çıxarır.
Ardınca bu proses tac damarların endotelinin reperfuziyalı pozğunluğu ilə
dərinləşir. Nəticədə təkcə miokardın bağlılıq fəaliyyəti deyil, həm də onun
―komplayks‖–i da əziyyət çəkir. Qeyd edilən patofizioloji dəyişikliklər özünə
məxsus dairənin inkişafına səbəb olur; ürək atımının aşağı düşməsi tac damarların
perfuziya təzyiqinin azalmasına gətirib çıxarır; bu isə öz növbəsində ürəyin nəbz +
vurğusu qabiliyyətini daha çox aşağı salır.
Zəif ürək atımının ekstrakardial mənbəəli səbəblərinə aiddir:
-
uyğun olmayan əvvəlcə - və ya sonrakı
yüklənmə
a)
elektrolit balansının pozulması